GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   9   10   11   12   13   14   15   16   ...   112
Avtoservis - 2010 a

əsas istehsalat sahələri
sayılır, 
müxtəlif növ postdan kənar 

sex işlərinin (məsələn, elektrik 
avadanlığının, 
qida 
sistemi 
cihazlarının, 
akkumulyator 
batareyalarının, şinlərin, aqreqatların təmiri, tənəkəçi, rəngləmə 
işləri və s.) yerinə yetirlməsi üçün ixtisaslaşdırılmış və bununla da, 
əsas sahələrin səmərəli işini təmin edən sahələr köməkçi istehsalat 
sahələri hesab edilir. 
Avtonəqliyyat müəssisəsində işlərin təşkili üçün əsas- 
Azərbaycan 
Respublikasının 
qanunları 
və 
Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin müvafiq hüquqi sənədləridir.
İstehsalat prosesinin nümunəvi ardıcıllığını nəzərdən keçirək. 
Avtomobil qəbul-nəzarət məntəqəsindən keçərək yuma zonasına 
daxil olur. Gələn avtomobillərin sayı çox olduqda onlar gözləmə 
zonasına gələrək, sonra növbə ilə yuma zonasına verilə bilər. 
Yumadan sonra avtomobillər tələbata görə diaqnostika zonasına, 
TQ postlarına, CT postlarına və ya saxlanma zonasına göndərilir. 
Avtomobilin qəbulu ona xarici baxış yolu ilə yerinə yetirilir, 
qəbul prosesində müvafiq sənədlər, məsələn, naryad-sifariş 
doldurulur. Dispetçer şöbəsində naryad-sifarişlər istehsalat 
sahələri, briqadalar üzrə çeşidlənir və avtomobilin istehsalat 
sahələrindən keçmə ardıcıllığı dəqiqləşdirilir. Bu zaman CT işləri 
TQ-dən qabaq nəzərdə tutulmalıdır. Briqadaların yüklənmə 
dərəcəsini və avtomobillərin TQ və təmiri üzrə işlərin yerinə 
yetirilməsinin gedişini bilərək, dispetçer naryad-sifarişdə 
göstərilmiş işlərin yerinə yetirilmə ardıcıllığını və avtomobilin 
hərəkət marşrutunu planlaşdırır. Dispetçer şöbəsində lazımi 
məlumatlar olduğundan dispetçer istehsalata rəhbərlik edir, onun 


26 
işini planlaşdırır və işlərin yerinə yetirilməsinin gedişinə nəzarət 
edir. 
Sahə ustaları və briqadirlər daxili rabitə vasitələri ilə 
dispetçerə işlərin gedişi, hər bir avtomobil üzrə işin faktiki 
başlanma və qufrtarma vaxtı haqqında məlumat verir. Dispetçer bu 
məlumatdan istifadə edərək avtomobillərin istehsalat zonasında 
optimal yerdəyişməsini təmin edir. 
Avtomobil müvafiq istehsalat sahəsinə gələn kimi usta və ya 
briqadir işi icraçılar arasında bölür, onlar haqqında məlumatı 
(soyadı və ya tabel nömrəsini) naryad-sifarişdə göstərir. Müvafiq 
işləri qurtardıqdan sonra icraçı avtomobili briqadirə təqdim edir və 
o, yerinə yetirilmiş işlərin keyfiyyətini yoxlayaraq naryad-sifarişə 
imza atır. 
İşlərin yerinə yetirilməsi gedişində icraçı yüksək keyfiyyəti 
təmin etmək üçün əlavə işlərin aparılmasının tələb olunduğunu 
aşkar edə bilər, bu hallar haqqında dərhal briqadirə, ustaya, 
dispetçerə məlumat verilir. Ancaq bundan sonra avtomobildə işlər 
davam etdirilə bilər. Əlavə iş həcmi əməliyyatların siyahısı 
göstərilməklə naryad-sifarişə qeyd olunur. 
İşləri qurtardıqdan sonra briqadir dispetçerə məlumat verir və 
onun göstərişlərinə əsasən avtomobili növbəti sahəyə ötürür. 
Avtomobilin bir sahədən digərinə ötürülməsi avtomobildə qalan 
qəbul aktında müvafiq qeydlər aparmaqla həyata keçirilir. 
Avtomobilin texniki qulluğu və təmiri üçün lazım olan ehtiyat 
hissələri və materiallar anbardan tələbnamə əsasında alınır, 
tələbnamənin bir nüsxəsi avtomobildə saxlanılır, o biri isə anbarda 
qalır. 
Bütün işlər qurtardıqdan sonra avtomobil təhvil sahəsinə 
göndərilir, burada işlərin keyfiyyəti yoxlanılır. Qüsur aşkar 
edilmədikdə avtomobil hazır avtomobillər üçün dayanacağa 
qoyulur. 
Hər hansı bir qüsur aşkar edildikda naryad-sifarişdə (arxa 
tərəfində) müvafiq qeyd aparılır və avtomobil qüsurun aradan 
qaldırılması üçün həmin təmir briqadasına (istehsalat sahəsinə) 
qaytarılır. Təkrar işlər də qurtardıqdan sonra avtomobil yenidən 
yoxlanılır. Nəzarətçi-usta müvafiq qeydiyyat apararaq dispetçerə 
məlumat verir. Avtomobil gözləmə zonasına verilir, avtomobili 


27 
müşahidə edən sənədlər isə yekun tam tərtib üçün mühasibatlığa 
göndərilir (naryad-sifarişləri, anbar qaimələrinin surətləri və s.). 
Sənədlər işləndikdən (emal edildikdən) sonra əmək 
məsrəfləri, ehtiyat hissələrinə və materiallara çəkilən xərclər 
hesablanır. Bu sənədlərin birinci nüsxəsi mühasibatlığa və ya 
arxivə verilir. 
Avtomobilin TQ və təmirinə çəkilən əmək və maddi 
məsrəflər, imtinalar və nasazlıqlar haqqında informasiya toplamaq 
üçün naryad-sifarişin xüsusi bir forması da istifadə edilə bilər. 
İmtina və nasazlıqların xarakterinin öyrənilməsi, onların baş vermə 
tezliyinin səbələrinin aşkarı böyük maraq kəsb edir. 
Avtomobillərin texniki vəziyyəti haqqında müvafiq 
informasiyanın olması avtoservis müəssisəsində TQ və CT 
istehsalatının təşkilini və texnologiyasını təkmilləşdirrilməyə 
imkan yaradır, keyfiyyətin yüksəldilməsi üçün tövsiyələrin 
işlənməsinə imkan verir. 
Avtoservis müəssisəsinin spesifikası bu müəssisənin əsas 
göstəricilərinin anlayışlarına müəyyən şərtlər qoyur.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə