Genetik alqoritm



Yüklə 75,82 Kb.
səhifə5/7
tarix20.01.2022
ölçüsü75,82 Kb.
#83019
1   2   3   4   5   6   7
5 ULDUZ

Video kart — məlumatın monitora verilməsinə cavabdeh olan elementdir. Onun keyfiyyəti çox parametrdən asılıdır: monitorda göstərilə bilən rənglərin sayı və s.

  • 1982-ci ildə "Hercules" firması "Hercules Graphics Adapter" (HGA) adlı ilk iki rəngli (ağ-qara) videokartı ictimaiyyətə təqdim etmişdir.

qrafik kart (ing. graphics card, ru. графическая плата) – ekrana çıxarılan görüntüləri formalaşdırmağa xidmət edən genişləndirmə lövhəsi. Funksional əlamətlərinə görə üç qrupa ayrılır: 2D-kartlar, 3D-akseleratorlar və birləşdirilmiş kartlar (2D/3D). İkiölçülü qrafika ilə işləmək üçün nəzərdə tutulmuş 2D-kartlar artıq istehsal olunmur.

Video kartlar 4 əsas hissədən ibarətdir: Qrafik həll prosessoru (GPU), qrafik RAM-ı, bağlayıcılar, soyuducular.[1]

Video kartların həmçinin kompüterin əsas yaddaşından ayrı öz yaddaşı var. Bu adətən kompüterin əsas yaddaşından çox sürətli olur. Video kartlar adətən PCI, AGP və ya PCI Ekspressdən istifadə olunaraq ana plata ilə əlaqəndirilir.

İnformasiya çatışmamazlığı şəraitində qərar qəbulu

Risk –  kommersiya fəaliyyətinin əsas və mühüm elementlərindən biridir. Riskin nə olduğunu aydınlaşdırmaq çox vacibdir. Bəşəriyyətin təcrübəsi sübut edir: kim vaxtında risk etməyi bacarırsa,  qazanır.

Cəsarətli siyasətçiləri, cəsur sərkərdələri, qorxmaz sahibkar və mühəndisləri və “cəsarətin hər şeyə qadir olduğunu” təsdiqləyən həyati təcrübələri yada salaq.

Risk – şıltaqlıq və ya “gözəl jest” deyildir. Əksər hallarda risklə əlaqədar qərar qaçılmaz olur, riskli hərəkətlərdən yayınmaq, onlardan imtina etmək mümkün olmur. Əlbəttə ki, arzuolunmaz riski azaltmaq üçün hər bir şey etmək lazımdır, lakin əgər risklə əlaqədar hərəkətlər qaçılmazdırsa, risk elminə və qabiliyyətinə yiyələnərək ehtiyatla risk etmək lazımdır. Elmi təhlil yerli və yersiz risk arasında dəqiq sərhəd çəkməyə, bununla da yerli riskin üstünlüklərindən yararlanmağa imkan verir.

İspan-portuqal mənşəli “risk” sözü elə “sualtı qaya” (əbəs yerə “risk” sözü “rif” sözünə oxşamır), yəni təhlükə deməkdir. Rus dilinin izahlı lüğətində risk sözü altında “bəxtəbəxt, xoşbəxt sonluğa ümid edilərək atılan addım” başa düşülür. Belə tərifdən məlumdur ki – bizi riskə getməyə qeyri-müəyyənlik, vəziyyətin aydın olmaması vadar edir: addım atmaq lazımdır, lakin necə – məlum deyil. Lazımi qədər əsas olmadıqda seçim vacibliyinin faciəsi qərar qəbul etməyə məsul olan hər bir kəsə – iqtisadçı və mühəndislərə, rəhbər və sahibkarlara yaxşı tanışdır.Həm də qərar qəbulu zamanı qeyri-müəyyənlik nə qədər çoxdursa, risk də bir o qədər böyükdür.

Riskin qısa tərifindən belə çıxır ki, birincisi, o, aydın olmayan, qeyri-müəyyən şəraitdə(bəxtəbəxt) hərəkət obrazını ifadə edir, ikincisi yalnız o halda risk etmək lazımdır ki, müvəffəqiyyətə ümid olsun (ümidlə), üçüncüsü riskin gözlənilən müsbət nəticəsi qanunauyğun xarakter daşısın(xoşbəxt sonluq).


Yüklə 75,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə