Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə6/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   2   3   4   5   6   7   8   9   ...   60

 
14
teleqramla müraciət edərək bildirdilər ki, biz həmişə sənə sadiq qalacağıq. İmperator uzun illər 
boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi. 
Hüseyn xan Naxçıvanski döyüşən ordu generalı idi. O, bütün rütbə və təltifatlara məhz 
cəbhələrdəki xidmətlərinə görə layiq görülmüşdü. O, buyruq və  məiyyət generalı deyildi. 
Hərbçilər daha yaxşı bilirlər ki, süvari qoşunu üzrə tam ali general rütbəsinə çatmaq nə  qədər 
böyük istedad və  sərkərdəlik bacarığı  tələb edir. Hüseyn xan Rusiyanın o dövrdəki adlı-sanlı 
generalları ilə birgə  işləyirdi.  Şöhrəti bütün Rusiyanı dolaşan, A.Brusilov, Y.Barsukov, 
M.Draqomirov, Y.Alekseyev kimi generallar, onun ordu heyətindəki, müharibədəki döyüş 
xidmətlərini yüksək qiymətləndirirdilər. Yəqin ki, Hüseyn xan Naxçıvanskinin birinci dünya 
müharibəsindəki xidmətlərini Dövlət mükafatı laureatı, hərb elmləri doktoru, professor, general-
mayor Yevgeni Barsukovun yüksək qiymətləndirməsindən F.Nesterovun xəbəri olmamış deyil. 
Müharibənin ilk iyirmi gününü təsvir edən Barsukov, general Naxçıvanskinin müvəffəqiyyətli 
hücumu haqqında yazır: 
“Bir döyüşdə Xan Naxçıvanskinin süvariləri beş batalyonu, iki eskadronu, on iki topu 
İnster çayının o tərəfinə ataraq, iki top və dörd qutu mərmi  ələ keçirmişdilər.  İnster çayında, 
Meşken Kraupişken və Lauqaden yaxınlığındakı bərələr tutulmuşdu. 
Naxçıvanski 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. General-
leytenant Hüseyn xan rus süvarilərinin  ən yaxşı hissələrinə-birinci və ikinci qvardiya süvari 
diviziyalarına komandanlıq edirdi. Avqustun on beşindən iyirmi birinədək məşhur Qumbien 
döyüşlərini qələbə ilə başa çatdıran Naxçıvanski süvariləri, həm də birinci ordunun kəşfiyyat 
əməliyyatını aparmış  və döyüşdə onlara kömək etmişlər. Az sonra Hüseyn xanın qvardiya 
süvariləri Kraupişken şəhəri ətrafında, səkkiz kilometr məsafədə özünə müdafiə mövqeyi tutmuş 
almanlarla döyüşə girdi. Bu, həlledici döyüş idi. Almanlar bir addım belə geri çəkilmək 
istəmirdilər. Onlar ilk gündən hücumu şiddətləndirib İnster çayı sahillərini tutmağa çan atırdılar. 
Düşmən tərəf Naxçıvanski süvarilərinin güclü hücumuna tab gətirmədi. İlk dəfə süvari qvardiya 
alayının eskadrolları almanların müdafiə xəttini yarıb bir neçə topunu ələ keçirdi... Çoxlu zabit 
və əsgər itkisi verən düşmən tələsik geri çəkildi. 
Sentyabr ayında düşmən cəhd edirdi ki, iki rus korpusunu birləşdiyi yerdə yaxalasın və 
onlara qəfil zərbə endirsin. Düşmənin bu niyyətini hiss edən general Naxçıvanski Qordauen-
Nordenberq dəmir yolu boyunca mövqe tutaraq şiddətli döyüşləri dayandırmadı. Almanların 
cəbhəni yarmaq cəhdi baş tutmadı. 
Birinci dünya müharibəsi cəbhələrində göstərdiyi misilsiz qələbələrə  və  sərkərdəlik 
məharətinə görə, Hüseyn xan Naxçıvanskiyə 1916-cı il yanvarın iyirmi üçündə tam süvari qoşun 
generalı rütbəsi verildi. 
Bir çox ali mükafatlara layiq görülən və zabitlərə məxsus “Müqəddəs Georgi” ordeninin 
dörd dərəcəsi ilə  təltif olunan görkəmli hərbi xadim Hüseyn xan Naxçıvanski 1919-cu ildə 
Petroqradda vəfat etdi. Onun məzarı Aleksandr Nevski monastrının qəbiristanlığındadır. 
 
 
CƏMŞİD XAN NAXÇIVANSKİ 
 
O, Kəngərli nəslindən olan axırıncı generaldır. Onun general babalarının hamısı qoca 
yaşında öz əcəli ilə  vəfat edib. Tale Cəmşid xana cəmi qırx üç il ömür qismət elədi. Onun da 
iyirmi altı ilini hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu illərin haqsız 
qurbanlarından biri oldu. Günahı da bu idi ki, qardaşı Davud və Kəlbalı İranda şah qvardiyasında 
xidmət edir. Guya Cəmşid xan da başçılıq etdiyi “casus-təxribatçı dəstəsi” ilə onlarla sıx əlaqə 
saxlayır. Azərbaycanda  şura hökuməti yarananda hər iki qardaş  rəsmi  şəkildə icazə alıb  İrana 
getdilər. Tezliklə  İran ordusunda ad-san qazanıb yüksək rütbə aldılar. Lakin otuzuncu illərdə 
şahənşah Davud və  Kəlbalı qardaşlarına inamı itirdi. Səbəbi də ondan ibarət idi ki, onların 
qardaşı  Cəmşid xan Naxçıvanski Qızıl orduda briqada komandiridir. Axı vaxtilə onların ata 
babaları rus qoşunlarını Naxçıvana çağırmışdı,  İran ordusuna qarşı vuruşmuşdu. Görünür, 
şahənşaha bu məlumat da çatdırılıbmış... Ona görə  də  şahənşah onları güllələtdirir. Bu tayda, 


 
15
1938-ci ilin mayında Cəmşid xan həbs edilib güllələnəndə artıq dörd il əvvəl qardaşları İranda 
qətlə yetirilmişdi. Onda C.Naxçıvanski, Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi 
Akademiyanın ikinci kurs rəisi kimi yüksək vəzifədə işləyirdi. 
“Onun dalınca gecə  gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar şahidlik 
etməyə etiraz etdi: “Kim olsaydı gedərdim, bircə Naxçıvanskidən başqa. Mən onun gözünə necə 
baxaram?”. Həbs etmək barədə orderlə qara emkada gələnlərdən biri pillələri tələsik qalxdı. 
Qapını açan ev sahibəsinə hövlnak dedi: “Lap qiymətli nəyiniz varsa gizləyin”. Qızıl ordunun 
xan nəsilli briqada komandiri Cəmşid Naxçıvanski pula-mala qətiyyən tamah salmayan bir insan 
idi. 
Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, arvadını bağrına basdı: “Özündən 
və uşaqdan muğayat ol! Mənim heç bir günahım yoxdur. Tezliklə qayıdacağam!..” - dedi. 
O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında əbədi qalsın” (Qriqori 
Akselrod “Xan nəsilli briqada komandiri”. “Nedelya” qəzeti № 17, 1988-ci il). 
O dövrdə haqsız güllələnən briqada komandiri Cəmşid xan Naxçıvanski, diviziya 
komandiri Qambay Vəzirov, komissar Heydər Vəzirov, Cabir Əliyev, polkovnik Cəlil  Əliyev
Seyfulla Mehdiyev, Qalib Vəkilov və Soltanhəmid Paşayevin sənədləri ilə tanış olanda, sağ 
qalan müasirlərindən general-mayor Akim Abbasovun, professor Əyyub  Əsgərovun və onların 
ailələrinin xatirələrini dinləyəndə yanıb-yaxılırsan. Adamı yandıran odur ki, bu igid 
komandirlərin fəaliyyətində yeni quruluşa qarşı hardasa zərrəcə inamsızlıq, səhv və büdrəmələr 
tapa bilmirsən. Bəs haqsız qan niyə axıdılıb, onların ailələri sürgünlərdə min bir əziyyəti niyə 
çəkib? Stalinin əshabələri - Beriya, Bağırov belə görkəmli hərbi xadimlərimizi qanlı 
“təmizləmə” maşınında niyə məhv ediblər? Suallar, suallar... Onlara cavab tapmaq çətindir. 
Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini yemək olmaz. Evləri 
uçurdular ki, xanlardan qalıb. Məscidləri bağlayıb allahsızlar ittifaqı yaratdılar. Oğulları  həbs 
edib öldürdülər ki, nəsli bəy olub, xan olub. 
Bu gün tarix bu səhvləri boynuna aldığına görə otuz-qırxıncı illər dövründə  və  əllinci 
illərin  əvvəllərində repressiya qurbanlarına bəraət verir. Onların  şərəfinə abidələr ucaldır, 
küçələrə, meydanlara onların adı verilir. Nəhayət, gənc nəsil gec də olsa görkəmli ata-babalarının 
xatirəsi önündə mənəvi borcunu yerinə yetirir. 
Heç bir “casus-təxribatçı  dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi), İrandakı 
qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da, o vaxt çox adi bir hala çevrilən müdhiş 
cəzanın qurbanı oldu. Günahı isə xan nəslindən olmağı idi. 
Haqqında söhbət açdığımız Kəngərlilərin xan nəsli Azərbaycan hərb tarixinə  qızıl 
səhifələr yazmış Cəmşidi 1895-ci il avqustun iyirmi üçündə dünyaya bəxş etdi. O, yeddi yaşına 
çatanda anası  Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanovna 
Nikolayevnadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Səkkiz yaşlı  Cəmşidi rus 
ordusunun zabiti olan atası      Cəfər   xan Tiflisdəki   yunkerlər məktəbinə qoyur. Bir il sonra 
Qərbi Ukraynadakı Yelizavetqrad (İndiki Kirovqrad şəhəri - Ş.N.) qvardiya məktəbinə 
göndərilir. 1914-cü ildə podporuçik rütbəsi ilə qvardiya məktəbini bitirir. Birinci dünya 
müharibəsi başlananda imperiyanın müsəlman  əhalisindən təşkil olunmuş tatar süvari 
eskadronunun komandiri təyin olunur. 
Cəmşid Naxçıvanski hərbi məharəti ilə ilk dəfə birinci dünya müharibəsində ad-san 
qazanmışdı. O, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş. “Müqəddəs Georgi” ordeninin 
dördüncü dərəcəsi ilə  təltif olunmuşdu. Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanan 
Naxçıvanski igid bir süvari zabiti kimi gümüş silahla təltif edilmiş və ikinci, üçüncü, dördüncü 
dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə mükafatlandırılmışdır. 
Cənub-qərb cəbhəsi dağıldı. Cəmşid Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə 
doğma Azərbaycana qayıtdı. Füsunkar Qarabağın  Şuşa  şəhərində yerləşən alay daşnak tör-
töküntülərinə və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etdi. 
Azərbaycanda Aprel inqilabından bir neçə gün sonra respublika Xalq Komissarları 
Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram göndərdi. O, alay komandiri Cəmşidə 
təklif edirdi ki, dərhal Bakıya qayıtsın və milli ordu hissələrinin təşkilinə başlasın. Onun 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə