www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
847
Pişikgözlə Tus çıxmışdı aradan,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Bir gün Turpar zəhərləndi yeməkdən,
Kimsə ona zəhər verdi xörəkdə,
Oğlu hələ çıxmamışdı bələkdən,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Qusa-qusa şah əridi, çöp oldu,
Barmaqları, damarları sap oldu,
Ağzı, gözü qanla dolu qab oldu,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Qırx gün döş-baş, ağız, yanaq söküldü,
Göz yaşları bulaq-bulaq töküldü,
Sonda hamı öz yerinə çəkildi,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Tus söylədi:-Sona, otur yerində,
Şahlıq yeri çatır sənə ərindən,
Biz qurtaraq bəlkə qancıl şərindən,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Sona dedi:-Mən şah ollam, sən getsən,
Öz öcündə, qəzəbində sən itsən,
Acığını öz içində kiritsən,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Təkcə Besyar qalmalıdır mənimlə,
Pişikgöz də getməlidir səninlə,
Əlbir olar burda ana gəlinlə,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Besyar dedi:-Mən dönürəm Turana,
Ana ollam mən öz nəvəm-oğlana,
Son qoyaram, sonsuz yalan, böhtana,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
Böyüdərəm, nəvəm çatar şahlığa,
Iran, Turan bir gün yetər şadlığa,
Şah bazarda ta qoyulmaz satdığa,
Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
848
Qardanağ söylənci
Tus Parsada müvəqqəti şah oldu,
Şah həmişə müvəqqəti olubdur.
Şahlar güləş yarışında seçilib,
Şah həmişə müvəqqəti olubdur.
Gedib çatdı Qardanağa bu xəbər,
Şamxat ilə bu ölkəyə gəldilər,
Qardanağla Tus güləşdi bu səfər,
Şah həmişə müvəqqəti olubdur.
Çox fənn, çox çəm bilməyirdi Qardanağ,
Beli sıxmaq, qol qaharmaq, baş-ayaq,
Güləşirdi Tusər ilə bu sayaq,
Şah həmişə müvəqqəti olubdur.
Tusər onu üzüquylu yıxırdı,
Sıçrayaraq kürəyinə çıxırdı,
Qardanağsa dincəlib, güc yığırdı,
Şah həmişə müvəqqəti olubdur.
O Tusəri sağa, sola hərlədir,
Tutur onu tov eləyir, fırladır,
Atır, tutur, yorur onu, çərlədir,
Şah həmişə müvəqqəti olubdur.
Birdən sanki o gücünü yoxladı,
Tusu alıb başı üstə saxladı,
Vurdu yerə, Tus içindən laxladı,
Şah həmişə müvəqqəti olubdur.
Dedi:-İndi şah kim olsun, sən ya mən?
Hamı dedi, Qardanağ, şah sən ol, sən,
Şamxat dedi:-Şahlıq düşüb hörmətdən,
Şah həmişə müvəqqəti olubdur.
Şamxat dedi:-Biz gəlmişdik görüşə,
Gəlməmişdik biz yarışa, güləşə,
Mat qalmışıq başdan-başa bu işə,
Bir güləşlə kor şahlıqa yetişər,
Şah həmişə müvəqqəti olubdur.
Dedilər ki, bizdə qayda belədir,
Başbaşılıq, şahlıq pillə-pillədir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
849
Şah özü də öz xalqına kölədir,
Şah həmişə müvəqqəti olubdur.
Şamxat dedi:-İşləyərik, bilərik,
Urueldən köçüb bura gələrik,
Çox işləri xalq içində bölərik,
Şah həmişə müvəqqəti olubdur.
Qardanağ:
-Mən bilmirəm, bu şah nəyə gərəkdir,
Şahlıq nədir, başdan-başa kələkdir,
Çörək deyil, təntənəli bəzəkdir,
Şah həmişə müvəqqəti olubdur.
***
Şamxat dedi:-Sona, Besyar, nəvə var,
Bəxt yazılıb hər adamın alnında.
Tus dedi ki, onda mən şah olaram,
Bəxt yazılıb hər adamın alnında.
Dedi, oğlan, sən başbaşı olarsan,
Köçüb gəlib sən Parsada qalarsan,
Sən Tusərdən hər gün fərman alarsan,
Bəxt yazılıb hər adamın alnında.
Şamxat dedi Qardanağın dilindən:
Dil bilmirəm burda Parsa elində,
-Türklər çoxdu burda, tutar əlindən,
Bəxt yazılıb hər adamın alnında.
Başevdəki Muğlar, Saklar qıvraqdır,
Məna, hesab işlərində yaraqdır,
Onlar İran torpağına dayaqdır,
Bəxt yazılıb hər adamın alnında.
Tanıyırlar sözü, izi, kolgəni,
Onlar açır sual-cavab-bəlkəni,
Yayda yaşıl otdur, qışda səməni,
Bəxt yazılıb hər adamın alnında.
Sən də gəlib qarışarsan onlara,
Bəlkə sənlə düzələcək əhd, ara,
Sərtüz kimi çevrilərsən yazara,
Bəxt yazılıb hər adamın alnında.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
850
-Türkdür, de ki, yarıdan çox bu diyar,
Onda sənə necə dözür bəs onlar,
Bilmədiyim, gör, dünyada nələr var,
Bəxt yazılıb hər adamın alnında.
***
Qardanağı “ağ” çağırdı çoxları,
Ad dəyişir, insan adla dəyişmir.
Anlamırdı çoxu onun adını,
Ad dəyişir, insan adla dəyişmir.
Tusər şahdı, “Ağ” da onun başbaşı,
Addımladı şah onunla yanaşı,
Turan, İran, Türklər, Farslar barışır,
Iki kökdür, bir ağacda qarışıb,
Ad dəyişir, insan adla dəyişmir.
Dinclik, düzlük, bolluq alır İranı,
Hamı işlə, zəhmət ilə dolanır,
Zəhmət artır, pul üst-üstə qalanır,
Ad dəyişir, insan adla dəyişmir.
Turan, İran versələr də əl-ələ,
Başbaşıyla barışmayıb Tus hələ,
O axtarır bir bicləmə, bir kələk,
Tez-tez deyir, “yoxa çıxsın Tunq gərək”,
Ad dəyişir, insan adla dəyişmir.
Deyir, gülür ancaq üzdə, el kimi,
Gah yumulur, gah açılır gül kimi,
Gah düzəlir, gah burulur yol kimi,
Ad dəyişir, insan adla dəyişmir.
Pişikgözdən əlac yolu gözləyir,
Tanrıya yox, ona ümüd bəsləyir,
Şah olsa da “Ağı” hər gün izləyir,
Ad dəyişir, insan adla dəyişmir.
-Əlac elə, mən öc alım, Pişikgöz,
-Əlac vardır, Tusər, ancaq bir az döz,
Tunqər qaçır, duracayıq üzbəüz,
Ad dəyişir, insan adla dəyişmir.
-Yerbəyer et Turqu, Tunqu, Sərtüzü,
Xilas olsun bu üçlükdən yer üzü,
Dostları ilə paylaş: |