"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə3/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   2   3   4   5   6   7   8   9   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 



 



 

 

 

 

             İпəк сöyлəнcи 

 

Ипəк gəлди, Əкбитəни бəзəди,  

Göзü чəкəн göзəлликдир, бəзəкдир.  

Инcə-инcə боyанмышды тохулар,  

Göзü чəкəн göзəллiкдир, бəзəкдир. 

 

Гыз, gəлини göзə чəкди ал ипəк,  



Варлыларда дəбə дüшдü бəр-бəзəк.  

Гыз, гадынлар ал дон gеyди, ал əтəк,  

Göзü чəкəн göзəлликдир, бəзəкдир. 

 

Sallamalar, döşənəklər dəyişdi,  



İpək üstdə ana, bala deyişdi,  

Gözəlləşib gənclər-qızlar dəyişdi,  

Gözü çəkən gözəllikdir, bəzəkdir. 

 

Əkbitəndə yazı, oxu dəb oldu,  



İpək gəldi toxu oldu, sap oldu,  

Daş-qaş ilə bəzədilən qab oldu,  

Gözü çəkən gözəllikdir, bəzəkdir. 

 

Tanı dedi:-Turqtay oğlum sağ olsun,  



Qoy һər yerdə onun üzü ağ olsun,  

“Aldım ipək, satdım qarayağ” olsun, 

Gözü çəkən gözəllikdir, bəzəkdir. 

 

*** 



Tanı dedi:-Yola gəlsə çinelli,  

Alver ilə gəl-get, barış var olar.  

Suburunda tuluqlansın qarayağ,  

Alver ilə gəl-get, barış var olar. 

 

Mərmər, qızıl, göydaş, aldaş, durudaş, 



Dəvəgözü, bayan, pambıq, bez, qumaş, 

Yaxınlaşaq, qardaşlaşaq, a qardaş,  

Alver ilə gəl-get, barış var olar. 

 

Mindiyarım, Minellimlə Turqtayım,  



Bu alveri uluslarda siz yayın,  

Bundan sonra Turqtayı da şaһ sayın,  

Alver ilə gəl-get, barış var olar. 

Turqız dedi:-Dönsün evə Manayqız, 

O, yetkindir, doğruçudur, çalarsız,  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 



 

Qalıb Turel boğuşunda o yalqız,  

Alver ilə gəl-get, barış var olar. 

 

Turel daһa boğuşmadan çıxıbdır,  



Cumər çox-çox boğazları sıxıbdır,  

Bir-birini qorxudanlar qorxubdur,  

Alver ilə gəl-get, barış var olar. 

 

*** 



Əkbitənin səsləncləri gurladı,  

Yeniliklə pardaqlanar baxışlar.  

Doldu boyal* ipəklərlə satallar,  

Yeniliklə pardaqlanar baxışlar. 

 

İlam, Asur, Balasq gəldi alverə,  



Misirlilər daraşdılar bu yerə, 

 «İpək, ipək» səsi qalxdı göylərə,  

Yeniliklə pardaqlanar baxışlar. 

 

Yelçəkənə axdı Çinel ipəyi,  



Satallara səpdi gülü, çiçəyi,  

Oldu bütün toxuların göyçəyi,  

Yeniliklə pardaqlanar baxışlar. 

 

Batılılar Əkbitənin qonağı,  



İpək görüb qaçdı solğun dodağı,  

İpəklənib satdı, atdı yarağı,  

Yeniliklə pardaqlanar baxışlar. 

 

Gündən-günə genişləndi satallar**,  



Ağız-buğuz dolub getdi  çuvallar,  

Düşdü işə iri-iri xarallar,  

Yeniliklə pardaqlanar baxışlar. 

 

*** 



Qoşar dedi:-Ala, ipək baxışlar,  

İpək, köksü ipəklərə yaraşır.  



___________ 

*Rəngbərəng 

**Bazarlar 

Gözəl də var istidildir, soyuqsöz,  

İpək, köksü ipəklərə yaraşır. 

 

İpək paltar köksü, döşü basdırır,  



Titrəyişi kişiləri qızdırır,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

10 


 

Bu gözəllik çox yolsuzu azdırır,  

İpək, köksü ipəklərə yaraşır. 

 

Qancıl qızı, sənin saçın ipəkdir,  



Baxışların yuxa, yalçın ipəkdir,  

Kirpiklərin, qaşın qırçın ipəkdir,  

İpək, köksü ipəklərə yaraşır. 

 

Boya-boya ipək gəlsin Çineldən, 



Getsin yonuq durudaşım Mineldən,  

Qoy gözəllik sözü olsun һər dildə,  

İpək, köksü ipəklərə yaraşır. 

 

Çox gözlədim səni, gülüm, mən dünən,  



Gəl, ipəkdə evyolumdan* keçginən,     

Soyuyubsan al ipəyi geyəndən,  

İpək, köksü ipəklərə yaraşır. 

 

*** 



Qoşar dedi:-Çox oynatma döş-başı, 

Sarı ağa, göy qaraya yaraşır.  

Mən gedirəm sənə ipək gətirim,  

Sarı ağa, göy qaraya yaraşır. 

 

Geyib çıxsan çölə, düzə, düz yanar,  



Bu geyimdə söz söyləsən söz yanar,  

Düzün qızı, sənə baxan göz yanar,  

Sarı ağa, göy qaraya yaraşır. 

 

Gəl dik üstə, görüm incə boyunu,  



Qılınc qaşın, o sıyırma yayını,  

Söylə özün, һaçan çalım toyunu,  

Sarı ağa, göy qaraya yaraşır. 

 

Elə geyin, bizdə söz-möz olmasın,  



Sənə baxan bir vurğun göz olmasın,  

_____ 

*Küçə 

Görünməsin, gəl-gedin tez olmasın,  

Sarı ağa, göy qaraya yaraşır. 

 

Qar əriyib, çöl, düz, yamac güllənib,  



Ürəyimdə gizli sevgim dillənir,  

İstəklərim, baxışlarım sellənir,  

Sarı ağa, göy qaraya yaraşır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

11 


 

 

                                           *** 



-Mən Qoşaram, oxuyuram, yazıram,  

Qopuz çəkib könlü göyə aparır.  

Bu satalda bu gün nə çox gələn var,  

Qopuz çəkib könlü göyə aparır. 

 

Bu qız һara gedir, һara yollanır,  



Qurşağının ipək ucu sallanıb,  

İpək altda dik məmələr tullanır,  

Qopuz çəkib könlü göyə aparır. 

 

Tanrı, əlim dəysin onun əlinə,  



Bir yol adım gəlsin onun dilinə, 

Qolum çatsın onun incə belinə,  

Qopuz çəkib könlü göyə aparır. 

 

Nə tez gəlib bu yaz belə tez gedir,  



Başım üstə ağ durnalar gur ötür,  

Bu il mənim ürəyimdə gül bitib,  

Qopuz çəkib könlü göyə aparır. 

 

Dön, bax, gülüm, mən də sənə vurğunam,  



Sağol sən tək ürək yaxan soyğuna,  

İpək sənə, mən də sənə uyğunam,  

Qopuz çəkib könlü göyə aparır. 

 

*** 



Çapar atdır yaşayışla dayanış,  

Öz kökündən qopacaqsan dayansan.  

Gəldin, mindin, getdin, daһa dayanma,  

Öz kökündən qopacaqsan dayansan. 

 

Çap, yaşayış, dayanışla ayaqlaş, 



Soyuyanda sən də onla soyuqlaş,  

Yoluqlaşdı, sən də onla yoluqlaş,  

Öz kökündən qopacaqsan dayansan. 

 

Sən də dəyiş o dəyişsə üzünü,  



Yerə qoyma qabağında dizini,  

O düz oldu, tut sən yolun düzünü,  

Öz kökündən qopacaqsan dayansan. 

 

Onlar dönüb geri baxmır, çaparaq,  



Sən unutma, һərdən-birdən geri bax,  


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə