Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə110/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   113

poçta  və  onu  daşıyan  şəxslərə,  həmçinin  immunitet  və 

imtiyazlara  hüququ  olan  Azərbaycan  Respublikasının  digər 

vətəndaşlarına  verilən  immunitet  və  imtiyazların  təmin 

olunması  məqsədi  ilə  öz  səlahiyyətləri  daxilində  lazımi 

tədbirlər görür; 

16.15.


 

səfirliyin  və  qəbul  edən  dövlətin  yerləşən 

Azərbaycan  Respublikasının  digər  qurumlarının  heyətinə 

qəbul edən dövlətdə Azərbaycan Respublikasının maraqlarını 

layiqli  təmsil  etmələri,  onun  qanunvericiliyinə,  adət  və 

ənənələrinə hörmət etmələri üçün tövsiyələr verir 

16.16.

 

qəbul  edən  dövlətlə  danışıqlar  aparır, 



beynəlxalq  konfranslarda  və  görüşlərdə  iştirak  edir,  habelə 

qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydalarda  beynəlxalq 

müqavilələr imzalayır; 

16.17.


 

Azərbaycan 

Respublikasının 

dövlət 


orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının 

qərarları  və  hərəkətləri  Azərbaycan  Respublikasının 

maraqlarına cavab vermədiyi halda nazirliyə məlumat verir və 

nazirlik  bu  məlumat  əsasında  həmin  dövlət  orqanlarının 

nümayəndə  heyətlərinin  və  mütəxəssis  qruplarının  işinə 

vaxtından  əvvəl  xitam  verilməsi  məsələsi  ilə  bağlı  həmin 

dövlət orqanları qarşısında məsələ qaldırır ; 

16.18.


 

Azərbaycan Respublikasının qanunvericiliyinə 

uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. 

17.


 

Səfir  vəzifəsi  vakant  olduqda  və  ya  Səfir  öz 

vəzifəsini  icra  etmək  iqtidarında  olmadığı  halda  onun 

funksiyalarını  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri 

tərəfindən  təyin  olunan  Azərbaycan  Respublikasının 

müvəqqəti işlər vəkili yerinə yetirir. 



-405 


Müvəqqəti  işlər  vəkilinin  adi  Səfir  tərəfindən  və  ya 

Səfir  bunu  etmək  iqtidarında  olmadığı  halda  nazirlik 

tərəfindən  qəbul  edən  dövlətin  Xarici  İşlər  Nazirliyinə 

bildirilir. 

18.

 

Səfirliyin  strukturu  və  ştat  cədvəli  nazirlik 



tərəfindən təsdiq edilir. 

19.


 

Səfirliyin 

maddi-texniki 

təminatı 

nazirlik 

tərəfindən həyata keçirilir. 

20.

 

Səfirliyin  əməkdaşlarının  hüquq  və  vəzifələri 



Azərbaycan  Respublikasının  qanunvericiliyi,  nazirliyin 

normativ  aktları  və  vəzifə  təlimatları  ilə  müəyyən  olunur. 

Səfirliyin  əməkdaşları  Səfirə^  Səfir  olmadığı  halda  isə 

Azərbaycan  Respublikasının  müvəqqəti  işlər  vəkilinə 

tabedirlər  və  onun  əmr  və  göstərişlərini  yerinə  yetirməyə 

borcludurlar. 

21.

 

Səfirliyin  işi müəyyən  olunmuş qaydada nazirlik 



tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur. 

22.


 

Səfirliyə  qanunvericiliklə  müəyyən  olunmuş 

qaydada 

Azərbaycan 

Respublikasının 

digər 


dövlət 

orqanlarının  nümayəndələri  ezam  oluna  bilərlər.  Səfirliyə 

ezam  olunmuş  Azərbaycan  Respublikasının  digər  dövlət 

orqanlarının  nümayəndələri  öz  qərarlarını  və  hərəkətlərini 

Səfir ilə razılaşdırmalıdırlar. 

23.


 

Səfirlikdə  Azərbaycan  Respublikasının  və  qəbul 

edən  dövlətin  qanunvericiliyinə  uyğun  olaraq  ümumtəhsil 

məktəbi və məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər. 

24.

 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə 



müvafiq  olaraq  həmkarlar  ittifaqı  istisna  olmaqla,  səfirlikdə 

siyasi  partiyaların,  dini  təşkilatların  və  qeyri-hökumət 

təşkilatlarının  (ictimai  birliklərin  və  fondların)  bölmələri 

yaradıla bilməz. 



Dərci: 27 may 2006-cı il 

- 406 


“Azərbaycan Respublikasının Dövlət 

Qulluqçuları Reyestrinin aparılması 

qaydaları”nm təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASI 

PREZİDENTİNİN FƏRMANI 

(21 iyun 2006-cı il, №420 )



 

Azərbaycan  Respublikasında  son  illərdə  müasir 

tələblərə 

cavab 


verən 

dövlət 


qulluğu 

sisteminin 

formalaşdırılması  istiqamətində  mühüm  addımlar  atılmışdır. 

2000-ci  ildən  başlayaraq  dövlət  qulluğunun  qanunvericilik 

bazasının yaradılması, dövlət qulluqçularının pensiya və digər 

sosial  hüquqlarının  təmin  edilməsi  işinin  yaxşılaşdırılması 

məqsədi  ilə  bir  sıra  normativ  hüquqi  aktlar  qəbul  edilmişdir. 

Bu sahədə aparılan islahatların sürətləndirilməsi üçün 2005- ci 

ildə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət 

Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. 

Eyni  zamanda,  2003-2005-ci  illərdə  Azərbaycan 

Respublikası  Prezidentinin  İcra  Aparatının  və  Avropa 

İttifaqının  TACİS  proqramının  Dövlət  qulluğu  sahəsində 

islahatların həyata keçirilməsi üzrə birgə layihəsi çərçivəsində 

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və 12 

nazirlikdə  rəhbər  kadrlar  və  dövlət  qulluqçuları  haqqında 

məlumatları  əhatə  edən  vahid  informasiya  sisteminin 

yaradılması üzrə müəyyən iş aparılmışdır. 

Bu  sahədə  görülən  işlərin  genişləndirilməsi  və 

sürətləndirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının 

dövlət orqanlarının mövcud kadr potensialının beynəlxalq 

- 4 0 7 -  



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə