G.Ə. Mustafayeva, D. V. Mustafayev


mədənin  yarasını,  həzm  pozğunluğu,  qan  azlığını  müalicə



Yüklə 193,16 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix02.01.2018
ölçüsü193,16 Kb.
#19277
1   2   3   4   5   6   7

 

11 


mədənin  yarasını,  həzm  pozğunluğu,  qan  azlığını  müalicə 

edir. 

          Bildirçin  yumurtaları  bronxial  astma,  şəkər,  vərəm, 

qan  azlığı  xəstəliklərin  müalicəsində  istifadə  edilir,  bu 

müalicə  kursu  200-250  yumurta  miqdarında  olur.  Adi 

toyuq  yumurtalarına  qarşı    allergiyası  olan    xəstələr  üçün 

bildirçin yumurtası daha məsləhətlidir. Dəri ekssudativi və 

neyrodermiti olan uşaqlarda  allergik hal olmur. 

         Xroniki  pnevmoniya,  bronxial  astma  və  vərəm 

xəstəlikləri  olan  uşaqlar  üçün  bildirçinin  çiy  yumurtaları 

məsləhət  görülür.  Yaşından  asılı  olmayaraq  gündə  2-5 

yumurta  qəbul  etməlidirlər.  Hər  adam  sistematik  olaraq 

gündə  səhərlər  4-5  ədəd  bildirçin  yumurtası  içməlidir. 

Üstündən az  miqdarda ilıq su içməsi  məsləhətdir. Müalicə 

müddəti  3-4  ay  məsləhət  görülür.  Bildirçin  məhsulları 

ekologi cəhətdən  də çox təmizdir.  

           Bildirçin  yumurtası  ümumi  inkişafı  zəif  olan 

uşaqlara  çox  yaxşı  təsir  edir.  Müntəzəm  çiy  bildirçin 

yumurtasından  istifadə  edən  uşaqlar  öz  həmyaşıdlarından 

fərasətli olur, çox az xəstələnir və tez inkişaf edirlər. Buna 

görə də Yaponiyada şagirdlərə gündə 2 bildirçin yumurtası 

içirdirlər.  Yaponlar  artıq  çoxdan  sübut  etmişlər  ki, 

bildirçin  yumurtası  insan  orqanizmini  çox  yaxşı  qoruyur, 

məhz  buna  görə  də  bildirçin  yumurtası  və  əti  yaponların 

qida  rasionunda  mühüm  yer  tutur.  Bu  qiymətli 

yumurtaları hər yerdə və hər vaxt, hətta qəzet köşklərində 

belə satırlar. Yaponiya kimi  inkişaf etmiş  ölkədə quşçuluq 

sənayesində  bildirçinçilik  əsas  yerlərdən  birini  tutur. 

Burada  bildirçin  yumurtası  istehsalına  görə  hər  yapon 

vətəndaşına beş yumurta düşür. 

Yapon dövlətinin fərmanına görə, hər yapon uşağına 

səhər  yeməyinə  pulsuz  olaraq  bildirçin  yumurtası  verilir. 

Bu  təşəbbüs  millətin  sağlamlaşdırılma  proqramının    əsas 

tərkib  hissələrindən  biridir. 


 

12 


Beş-altı  yumurtanı  hər  gün  çiy  içmək  yaşlılara  da 

xeyirdir.  Bu  yumurtalar  cavanlaşdırıcı  effektə  malikdir, 

insanın  iş  qabiliyyətini  yüksəldir  və  əhvalını  xeyli 

yaxşılaşdırır.  Həkimlər  bildirçin  yumurtasından  istifadə 

etməyi qocalara da məsləhət görürlər. 

Yapon bildirçinlərinin y 

umurtası çox qədim təbii 

dərmandır.  Bildirçin  yumurtaları  ilə  müalicə  artıq  bütün 

dünyada  məlumdur.  Xroniki  xolesistit,  bronixial  astma, 

müxtəlif  ürək  xəstəlikləri    və  sinir  sistemi  xəstəliklərinin 

müalicəsində  əvəzedilməz  olduğu  danılmazdır.  Bu 

xəstəlikləri  müalicə  etmək  üçün  acqarına  səhər  tezdən 

yeməyə  yarım  saat  qalmış  4  ədəd    bildirçin  yumurtası 

içmək kifayətdir. 

 

Həkimlərin  məsləhətinə  görə,  şəkər  xəstəliyi,  vərəm 

və  qanazlığında əvvəlki 3-4 gündə hər gün 3 ədəd, sonrakı 

günlərdə  isə  5  ədəd  bildirçin  yumurtası  məsləhət  görülür. 

Tam müalicə almaq üçün 280 -300 ədəd yumurta lazımdır. 


 

13 


 

 Möcüzəvi  təsirə  malik  olan  bildirçin yumurtaları 

 

Hipertoniyalı    xəstələr  gündə  yeməyə  yarım  saat  qalmış  4 

ədəd bildirçin yumurtasını içməlidirlər. Belə müalicə 1-2 ay 

davam  etdirilməlidir.  Müalicənin  artıq  10-12-ci  günündə 

baş  ağrıları,  ürək  ağrıları  yoxa  çıxır,  qan  təzyiqi  azalır, 

xəstənin ümumi əhvalı yaxşılaşır. 

     Bildirçin  yumurtası  ekoloji  təmiz  və  son  dərəcə  faydalı 

məhsuldur. Bu yumurtaların qabıqaltı qatı çox möhkəmdir 

və  qabıqda  olan  tənəffüs  məsamələri  o  qədər  kiçikdir  ki, 

mikroblar daxilə keçə bilmir. 

Bədənlərinin  hərarəti  çox  yüksək  (42

o

C)  olduğu 

üçün bildirçinlər infeksion xəstəliklərə qarşı davamlıdırlar. 

Salmonella  xəstəliyinə  qarşı  bu  quşlar  çox  davamlıdırlar. 

Yumurtada lizosinin olması mikrofloranın inkişafına mane 

olur.  Məhz  buna  görə  də,  bildirçin  yumurtasını  çiy  içmək 

qorxulu  deyildir.  Bildirçin  yumurtasının  əsas  üstün 

xüsusiyyətlərindən  biri  də  onun  uzun  müddət  qaldıqda  öz 

keyfiyyətini  saxlamasıdır.  Bildirçin  yumurtasında  səkkiz 

əvəzolunmaz amin turşulardan biri olan lizosindir. Lizosin 

insan  orqanizmində  yaranmır.  Bu  amin  turşusu  insan 


 

14 


orqanizmində  və  bildirçin  yumurtasında  mikrofloranın 

inkişafına  mane  olur.  Məhz  buna  görə  də,  bildirçin 

yumurtasını  otaq  temperaturunda  30  gün,  soyuducuda  isə 

60  günə  qədər  saxlamaq  olur.  Bildirçin  yumurtası  uzun 

müddət qaldıqda quruyur, amma xarab olmur. 

Keçmiş  SSRİ  Elmlər  Akademiyasının  biokimya 

institutunun hesablamalarına görə, bildirçin yumurtasında 

vitamin  A,  B,  E,  sink,  fosfor,  kalsium  və  kaliumun  xüsusi 

çəkisi  toyuq  yumurtasına  nisbətən  xeyli  çoxdur.  Amin 

turşuları  da  bildirçin  yumurtasında  toyuq  yumurtasına 

nisbətən daha çoxdur. 

       Toyuq 

yumurtası 

ilə 

müqayisədə 

bildirçin 

yumurtasının bir qramında əvəzedilməz amin turşuları 1,5 

dəfə çoxdur. 

Yetkin bildirçinlər demək olar ki,  xəstələnmirlər. Müxtəlif 

xəstəliklərə  qarşı  davamlılıqa  səbəb  olan  bioloji  aktiv 

maddələrin  olması  bildirçin  yumurtasından  çiy  istifadə 

etmək  üçün  heç  bir  qorxu  yaratmır.  Dərman 

preparatlarından  fərqli  olaraq  bildirçin  yumurtasının 

qəbulu  orqanizmin  digər  orqanlarına  zərər  vermir,  xeyri 

isə  xeyli  çox  olur.  Vitainlərin,    mineral  maddələrin  və 

əvəzolunmaz  amin  turşularının  yüksək  miqdarı  onların 

orqanizmdə  toplanmasına,  müxtəlif  xəstəliklərə  qarşı 

immunmudafiənin    güclənməsinə  səbəb  olur.  B  qrupu 

vitainlərinin  yüksək  miqdarı  sinir  sisteminin    fəaliyyətinə 

kömək edir, adam xeyli sakit və təmkinli olur. 

       Fosforun,  kaliumun,  dəmirin  yüksək  miqdarı  yaddaşı 

gücləndirir,  hamilə  qadınlarda  dişlər  dağılmır.  Qidalılıq, 

dietik  və  dad  keyfiyyətinə  görə  bildircin  əti  digər  ətlərdən 

xeyli  yüksəkdir.  Xolesterinsiz  olduğu  üçün  də  çox 

qiymətlidir. Bildirçin əti çox yüksək kalorilidir.  

      Bildirçin  yumurtası  ürək,  qaraciyər,  ağ  ciyər,  böyrək, 

mədənin  müalicəsində  böyük  effekt  verir,  sümükləri 

bərkidir,  xroniki  xəstəlikləri  müalicə  edir.  Bildirçin  ətini 


Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə