|
G.Ə. Mustafayeva, D. V. MustafayevBildirçin əti və yumurtasının mialicəvi əhəmiyyəti
8
Bildirçin əti və yumurtasının mialicəvi əhəmiyyəti
Müasir dövrdə ətraf mühitin çox böyük dərəcədə
çirklənməsi insanlar arasında müxtəlif xəstəliklərin
yaranmasına və artmasına səbəb olmuşdur. Təsadüfi
deyildir ki, son illərdə müxtəlif allergik xəstəliklərin sayı
əhəmiyyətli dərəcədə çoxalmışdır. . Hal-hazırda yaşlı
nəslin, demək olar ki, əksəriyyəti, uşaqların isə 80%-ə
qədəri bu və ya digər allergik xəstəliklərdən əziyyət
çəkirlər. Həkimlər bildirçinin ətini və yumurtasını
radiaktiv şüalanmaya və allergiyaya qarşı ən qiymətli
vasitə hesab edirlər. Ən bahalı kurortların, çox qiymətli
dərmanların əvəzində bildirçinin əti və yumurtasından
istifadə etməklə müxtəlif allergik xəstəlikləri aradan
qaldırmaq mümkündür. 70-ci illərdə bildirçin yumurtasını
həkimlər “cavanlıq cövhəri (eleksir)” adlandırırdılar.
Məhz buna görə də bu dövrdə bəşəriyyətin qlobal bir
təhlükə ilə qarşı-qarşıya durduqu bir dövrdə onu
təhlükədən qoruya bilən və hətta demək olar ki, qurtaran
bir nemətin-bildirçin əti və yumurtasının qida kimi yemək
rasionuna daxil olması, bəşəriyyətin xilası demək olardı.
Müxtəlif mənbələrdən alınan məlumatlara və öz şəxsi
müşahidələrimizə görə, bəşəriyyətə kömək edə biləcək
vasitələrdən biri də bildirçin yumurtası və ətidir. Bildirçin
yumurtası və ətinin böyük müalicəvi əhəmiyyətə malik
olduğu hələ çox qədimlərdən məlumdur. Çox qədim
dövrlərdə çin xalq təbabətində bu məhsullardan geniş
istifadə olunmuşdur. Misir firoonlarının hakimiyyəti
dövrlərində bildirçin ətinin müalicəvi əhəmiyyətindən
danışılır. Ədəbiyyat məlumatlarına görə, hətta İvan Qroznı
bildirçin ətinin böyük həvəskarı imiş, mütləq onun yeməyi
üçün qızardılmış bildirçin əti stola qoyulurmuş. Yapon
imperatoru Keypo Yamamoto hər səhər yeməkdən əvvəl 6
ədəd bildirçin yumurtası içirmiş.
9
Bildirçin cücələri
Dünya şöhrətli Çin elm xadimi Li Si Çen (XIV
əsr) özünün tibb mülahizələrində göstərmişdir ki, bildirçin
əti ürəyin, qara və ağ ciyərlərin, böyrək, mədənin
müalicəsində, bildirçin yumurtaları isə kişilərin tonusunun
artmasında, qadınlarda sonsuzluqun müalicəsində böyük
əhəmiyyətə malikdir.
Hal-hazırda artıq danılmaz həqiqətdir ki, bildirçin
yumurtaları kişilərin tonusunun artmasında güclü
stimulyatordur. Bolqar mütəxəssisləri belə hesab edirlər ki,
bu yumurtalar effektivliyinə görə “viaqradan” üstündürlər.
Bildirçin yumurtası başın tükünün tökülməsini
dayandırır və təzə tük əmələ gətirir. Bildirçin ətini süddə
bişirdikdə qaraciyər üçün çox faydalı olur.
Bildirçinçilik - fermer təsərrufatlarının bazara
10
çıxardığı məhsullar bildirçin yumurtası və ətidir.
Bildirçinin əti və yumurtası çox qiymətli qida maddəsi
olduğu üçün onlara təlabat da çox böyükdür. Bu biznesin
uğurlu olması üçün məhsulların kefiyyəti çox yüksək
olmalıdır. Bildirçin yumurtası digər ev quşlarının
yumurtalarından xırda olsa da, özünün qida keyfiyyətinə
görə onlardan qat-qat yüksəkdə durur. Bildirçin
yumurtasının qidalılığı çox yüksək olduğu üçün hər bir
kosmik gəmi kosmosa qalxanda heyət üzvləri orbitdə bu
yumurtalarla qidalanırlar.
Bildirçin yumurtasının tərkibində K, P, Fe
elementləri, B
1
, B
2
, B
3
, A və s. vitaminlər toyuq
yumurtasına nisbətən daha çoxdur. 125-150 qramlıq ana
bildirçin il ərzində çəkisi 10-12 q olan 260-300 yumurta
vermək imkanına malikdir ki, bu da onların öz çəkisindən
20 dəfə artıqdır. Ən məhsuldar toyuqlarda isə bu rəqəm 8-
dən yuxarı olmur.
Vitaminlərin və mikroelementlərin miqdarı bildirçin
yumurtasında toyuq yumurtasına nisbətən olduqca çoxdur:
bildirçin yumurtasının 1 qramında toyuq yumurtasının 1
qramına nisbətən A vitamini 2,5 dəfə, B
1
vitamini 2,8 dəfə,
B
2
vitamini 2,2 dəfə; mikroelementlərdən dəmir 4 dəfə, mis
və kobalt 2,2 dəfə, fosfor və kalium isə 4,5 dəfə çoxdur.
Yumurtanın tərkibində əvəzolunmayan aminturşular digər
quşların yumurtasındakından çoxdur. Bu turşular ona görə
əvəzolunmayan adlanır ki, bunlar insanın və heyvanların
orqanizmi tərəfindən istehsal olunmur. Bu əvəzolunmayan
amin turşularından biri də lizindir ki, bildirçin
yumurtasında bunun miqdarı daha çoxdur. Bildirçin
yumurtası eyni zamanda antibakterial xassəyə malikdir.
Məhz buna görə də bildirçin yumurtası uzun müddət
qaldıqda da xarab olmur.
Bu yumurtalar xroniki xəstəlikləri, əsəb sisteminin
pozulmasını, ürək xəstəliyini, on iki barmaq bağırsağın və
Dostları ilə paylaş: |
|
|