|
G.Ə. Mustafayeva, D. V. Mustafayevxolesterin isə tamamilə yoxdur. Bildirçin xaricdə çoxdan
5
xolesterin isə tamamilə yoxdur. Bildirçin xaricdə çoxdan
məşhurlaşmışdır. Lakin keçmiş SSRİ respublikallarında isə
bildirçinçiliyin
məhsulları
hələ
lazımi
dərəcədə
məşhurlaşmamış və inkişaf etməmişdir. Bu dövlətlərdə
xolesterinsiz və çoxlu vitamin mənbəyi olan bildirçin
yumurtaları əsasən həvəskar təsərrüfatlarda artırılır. Geniş
sənaye miqyasında istehsalla məşğul olan fermalar ,demək
olar ki, yoxdur.
Yaponiyada ildə 8 milyondan çox, Çin respublikasında isə
25 milyondan çox , Rusiyada 300 minə qədər, Ukraynada
isə 150 mindən az bildirçin istehsal olunur. Bildirçin
yumurtaları çox məşhurlaşmışdır. Onun çox faydalı və
qidalı olduğu çoxlarına məlumdur. Bildirçin yumurtasının
çox böyük əhəmiyyətini dərk edən həvəskar bildirçinçilər
özləri üçün, öz ailələrinin tələbatını ödəmək üçün bildirçin
saxlayırlar. Bazarda isə bildirçin məhsullarına təlabat
ildən-ilə artır. Mütəxəssislərin yazdıqlarına görə, bu
yumurtalara olan tələbat 4 dəfə çoxdur.
Yapon bildirçinləri
Lakin bunlara baxmayaraq, bildirçin bazarı çox yavaş
inkişaf edir.
6
Rusiyaya bildirçinlər ilk dəfə 1964-cü ildə Maykon
şəhərinə Yuqoslaviyadan gətirilmiş və artırılmışdır. 1966-cı
ildə Quşçuluq üzrə Kiyevdə ümümdünya konqresində
şərqi-yarmarka keçirilmişdir ki, burada yapon bildirçinləri
də satılmışdır.
1969-1970-ci
illərdə
keçmiş
SSRİ
Səhiyyə
Nazirliyinin təşəbbüsü ilə Moskvanın bir sıra müalicə
müəssisələrində
N.B.Piqarevun
rəhbərliyi
altında
tədqiqatlar aparılmış, ağciyərlərin, bronxların və mədə -
bağırsaq sisteminin xəstəliklərində bu yumurtaların rolu
müəyyənləşdirilmişdir. 446 nəfər üzərində müşahidə
aparılmışdır ki, onların içərisində uşaqlar da olmuşdur.
Aparılan tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki,
bildirçin yumurtası çox qiymətli qida maddəsi olub,
uşaqlar və böyüklər üçün müxtəlif xəstəliklər zamanı
tədbiq oluna bilən pəhriz qida maddəsidir. Bildirçin
yumurtalarının əsas xüsusiyyətlərindən biri də allergik
reaksiyalar törətməməsidir.
Çernobıl AEŞ-dakı qəza nəticəsində radiasiya şüası almış
uşaqların
Vitevskdə
reabilitasiyasında
bildirçin
yumurtasının çox böyük rol oynadığı müəyyənləşdirildi.
Vitebsk həkimləri Çernobıl qəzasından xəstələnmiş belarus
uşaqlarını bildirçin yumurtaları ilə müalicə etmişlər.
Bildircin yumurtası ilə müalicə olunmuş xəstə uşaqlar bu
müalicədən sonra özlərini gümrah hiss etmiş, burundan
qan axma, baş gicəllənməsi dayanmış, ürəklərində və qarın
nahiyələrində olan ağrılar kəsilmişdir. Ay yarımlıq
müalicədən sonra uşaqların qanlarında hemoqlobinin
miqdarı artmış, uşaqların çəkisi çoxalmışdır. Uşaqların
sağlamlığının bərpa olunmasında bildirçin yumurtaları
əhəmiyyətli rol oynamışdır.
1998-ci ildə Sankt-Peterburq Radiasiya Gigiyena Elmi
Tədqiqat İnstitutunda ağ siçanlar üzərində tədqiqat işi
aparılmışdır və belə nəticəyə gəlinmişdir ki, «Bildirçin
7
yumurtasından qida kimi istifadə edildikdə radiasiyanın
təsirlərinin
aradan
qaldırılmasında
rolu»
müəyyənləşdirilmişdir. Tədqiqatlar nəticəsində alınan
nəticə belə olmuşdur: «Bildirçin yumurtalarının qəbulu
orqanizmə radioaktiv «şüalanmanın zərərli nəticələrini
aradan qaldırmata kömək edir və ömrü uzadır».
Tədqiqatçılar 80 siçovulu güclü rentgen şüalanmaya məruz
etdilər. Onların yarısına yarım il müddətində hər gün
yemlərinə 2 qr /gün hesabı ilə bildirçin yumurtası əlavə
etmişlər. Kontrol kimi şüalanmaya məruz qalmamış siçovul
qrupu götürülmüşdür.
Şüalanmış heyvanlar 2 qrupa ayrılmış: I qrupa
bildirçin yumurtası verilmiş, II qrupa isə bildirçin
yumurtası verilməmişdir. Bildirçin yumurtası almayan
siçovullar 227 gündən sonra ölmüşlər, bildirçin yumurtası
alan siçovullar isə 360 gündən sonra ölmüşlər. Deməli,
güclü şüalanmış siçovullar bildirçin yumurtası ilə
qidalandırıldıqda
ömürləri
bu
yumurta
ilə
qidalandırılmayanlara
nisbətən
4-5
ay
çox
olmuşdur.Beləliklə, radioaktiv şüalanma nəticəsində
siçovulların ömrü xeyli azalmışdır.
Siçovulların şüalanmaya məruz qalmayan kontrol
qrupunda isə heyvanların yarısı 414 gündən sonra, 60%-ə
qədəri isə ikinci ilin sonunda ölmüşdür. Aparılan
tədqiqatlarla müəyyənləşdirilmişdir ki, bildirçin yumurtası
şüa xəstəliyinin qarşısını alır, həm də bildirçin
yumurtasının mütəmadi qəbulu şüalanmamış siçovul
qrupunun da ömrünü bir ay uzatmışdır. Beləliklə, bildirçin
yumurtasını radiasiya almış şəxslərin reabilitasiyasında
(sağlamlığın bərpa edilməsində) və eləcə də yüksək
radiasiyalı
ərazidə
yaşayan
insanların
pəhriz
qidalanmasında
istifadə
etmək
lazımdır
və
məqsədəuyqundur.
Dostları ilə paylaş: |
|
|