Mənbə: Dövlət Statistika Komitəsi, 2011
Diaqramdan göründüyü kimi, 2009-cu ildə ölkə iqtisadiyyatına
yönəldilmiş daxili investisiyaların həcmi 2008-ci ilə nisbətən 20%
və ya 1,6 milyard manat, xarici investisiyaların həcmi isə 21% və
ya 1,2 milyard manat azalmışdır. Daxili investisiyalar dövlət
büdcəsinin
vəsaitləri
hesabına
həyata
keçirilən
dövlət
investisiyalarının azalması hesabına baş verib.
Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların tərkibində daxili
investisiyaların xüsusi çəkisi ildən-ilə artmaqdadır: Əgər 2010-cu
ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatına yönəldilmiş
ümumi investisiyaların 76,2%-ni daxili investisiyalar təşkil
edirdisə, 2011-ci ilin 11 ayında bu göstərici 78,1%-ə təşkil edib.
Lakin, diaqramdan göründüyü kimi, daxili investisiyaların həcmi
yalnız 2011-ci ildə böhrandan əvvəlki səviyyəni ötmüşdür.
Dostları ilə paylaş: