Gas Report



Yüklə 281,3 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix06.04.2022
ölçüsü281,3 Kb.
#85097
  1   2   3   4   5   6   7   8   9   10
Azerbaijan xarici Investisiyalar



 

Better Research, Better Policy, Better Reform 

 

 

 

 

 

Azərbaycan iqtisadiyyatına investisiyalar: 

Müqayisəli təhlil 

 

 

 

 

 

 

© Center for Economic and Social Development (CESD) 

Shirin Mirzeyev 76 "a"/33, 

Baku, Az1002, 

AZERBAIJAN 

 

Phone; (99412) 5970691 

(99412) 4975684  

Fax (99412) 4975684 

Email; cesd.az@gmail.com  

info@cesd.az 

URL; 

www.cesd.az

 

Bakı, Yanvar 13, 2012

 

 

 

 

 

 

 

 


Azərbaycan iqtisadiyyatına investisiyalar: Müqayisəli təhlil 

 

Xalid Mikayılov 

 

Đqtisadi və Sosial Đnkişaf Mərkəzinin Eksperti 

 

www.cesd.az

 

 

 

Giriş 

 

Azərbaycan  iqtisadiyyatına  qoyulan  investisiyaların  həcmi  əsasən 



Əsrin  Müqaviləsinin  imzalanmasından  sonra  sürətlə  artmağa 

başlayıb.  Rəsmi  məlumatlara  əsasən  1994-cü  ildən  bu  günə  kimi 

Azərbaycan  iqtisadiyyatına  qoyulmuş  investisiyaların  həcmi  100 

milyard ABŞ dollarını ötüb. Bu proses 2009-cu ilə kimi artan xətlə 

davam edib. 2009-cu ildə isə ilk dəfə olaraq investisiyaların həcmi 

aşağı düşüb.  

 

Lakin,  son  dövrlərdə  Azərbaycan  iqtisadiyyatına  qoyulan 



investisiyaların həcmi yenidən artmağa başlayıb. 

Bu  əsasən,  qlobal  iqtisadi  böhranın  təsirlərinin  zəifləməsi  ilə 

əlaqədardı.  Belə  ki,  əgər  qlobal  iqtisadi  böhrandan  əvvəl 

Azərbaycan  iqtisadiyyatına  bütün  mənbələr  hesabına  yönəldilmiş 

vəsaitin  həcmini  baza  kimi  götürsək,  məlum  olur  ki,  2010-cu  ildə 

iqtisadiyyata  qoyulmuş  investisiyaların  həcmi  böhrandan  əvvəlki 

dövrdə  iqtisadiyyata  yönəldilmiş  vəsaitlərin  həcmini  ötüb  keçib. 

ABŞ  və  Avropa  ölkələrində  baş  verən  bank  iflasları,  qlobal 

maliyyə 

bazarlarındakı 

qeyri-müəyyənlik, 

böyük 


maliyyə 

institutlarının  iflası  və  s.  kimi  amillər  bütün  dünyada 

investisiyaların  həcminin  azalmasına  gətirib  çıxarmışdı.  Bu  isə  öz 

növbəsində  dünya  miqyasında  iqtisadi  artım  tepmlərinin 

zəifləməsinə  səbəb  olmuşdu.  Bütün  bunların  fonunda  Azərbaycan 

iqtisadiyyatına 

qoyulan 

investisiyaların 

həcmində 

azalma 


müşahidə olunsa da, bu kəskin azalma olmayıb. Belə ki, böhran ili 

hesab  olunan  2008-ci  ildə  Azərbaycan  iqtisadiyyatına  bütün 

mənbələr  hesabına  13,3  milyard  manat  və  ya  16,2  milyard  ABŞ 

dolları  investisiya  qoyulub  ki,  bu  da  böhrandan  əvvəlki  il  hesab 

olunan  2007-ci  illə  müqayisədə  28%  artım  deməkdi.  Lakin,  bu 



artım  əsasən  daxili  investisiyalar  hesabına  baş  verib.  2008-ci  ildə 

daxili  investisiyaların    həcmində,  3,1  milyard  manat  və  ya  4 

milyard ABŞ dolları artım olub.  

Đnvestisiyaların  həcmində  ilk  dəfə  2009-cu  ildə  3  milyard  manata 

yaxın  azalma  baş  verib.  Buna  əsasən  neft  sənayesinə  yönəldilən 

xarici  investisiyaların  1  milyard  ABŞ  dollarına  qədər  azalması 

səbəb olub. 

 

2010-cu  ildən  başlayaraq  yenidən  investisiyaların  həcmi  artmağa 



başlayıb.  Belə  ki,  2010-cu  ildə  ümumi  investisiyalar  3,5  milyard 

manat  və  ya  33%,  artıb.  Qeyd  etmək  lazımdı  ki,  xarici 

investisiyaların həcmi 2009-cu il istisna olmaqla ildən-ilə artsa da, 

neft  şirkətlərinin  qoyduqları  investisiyaların  həcmi  azalmağa 

başlayıb.  Belə  ki,  2010-cu  ildə  neft  sektoruna  yönəldilən  xarici 

investisiyaların  həcmi  2005-ci  ild  qoyulmuş  vəsaitin  həcmindən 

900 milyon ABŞ dolları və ya 22% az olub. Bütün bunlar isə onu 

göstərir  ki,  Azərbaycan  iqtisadiyyatına  qoyulan  xarici  birbaşa 

investisiyaların  həcmi  ildən  ilə  azalır.  Bu  da,  xarici  neft 

şirkətlərinin  artıq  investisiya  layihələrini  yekunlaşdırması  ilə 

bağlıdı.  Bundan  sonra  ölkəyə  investisiya  cəlb  etmək  üçün  əsasən 

iqtisadi 

islahatlar 

həyata 


keçirilməli 

və 


biznes 

mühiti 


yaxşılaşdırılmalıdı. 

Gəlin birlikdə, son illərin rəsmi məlumatları əsasında  həm daxili, 

həm də xarici  investisiyaların dinamikasına nəzər salaq. 

 


Yüklə 281,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə