5
MÜƏLLİFLƏRDƏN
Biz, bu
dərsliyin müəllifləri ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının (NCEE)
1998/1999-cu
illərdə keçirdiyi «Təlimçilər üçün təlim» proqramının məzunlarıyıq.
Bu
baxımdan, Sizlərə təqdim etdiyimiz dərs vəsaiti üzərində işləyərkən NCEE-nin
metodikasından bəhrələnmiş və bu kitabı müasir iqtisadiyyatın tələblərinə
uyğunlaşdırmağa çalışmışıq. Bu dərs vəsaitinin hazırlanması ideyası da elə o
vaxtdan
başlanmış və onun üzərində iş nəşrə təqdim olunana qədər davam etmişdir.
Bu dövrü biz
nəzəri biliklərimizi praktiki müstəvidə sınaqdan keçirməyə sərf
eləmişik. Bu məqsədlə 2000-ci ildən başlayaraq hər il orta məktəblərin riyaziyyat,
tarix
və coğrafiya müəllimləri üçün keçirilən seminarlarda təlimçi statusunda çıxış
et
miş və 100-dən çox orta məktəb müəlliminin ixtisasını dəyişib «İqtisadiyyata
giriş» fənnini tədris etməsinə elmi və metodiki yardım göstərmişik. Bununla yanaşı
ötən dövr ərzində keçirdiyimiz bir neçə təlim kurslarına universitetlərin və
ixtisasartırma institutlarının müəllimləri də cəlb olunmuşdur. Sonuncu belə tədbir
İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilati, ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının
metodiki
və maliyyə dəstəyi ilə 2004-cü ilin 18-24 avqust tarixində keçirilmişdir. Bu
dərs vəsaitinin hazırlanmasında həmin tədbirlərin dinləyicilərinin istəyi, rəyi və
təklifləri kifayət qədər əhəmiyyətli rol oynamışdır. Belə ki, kitabın «Ekspert»
jurnalının 2000-ci il 1-12-ci saylarında dərc olunmuş mətninin surəti həmin
seminarlarda
müxtəlif (orta və ali) ixtisas səviyyəli dinləyicilərə paylanmış və
onların rəyləri əsasında daha da təkmilləşdirilmişdir.
Dərs vəsaiti 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil
Problemləri üzrə Elmi-Metodik Şurası tərəfindən «İqtisadiyyata giriş» fənni üzrə
təsdiq olunmuş proqram əsasında hazırlanıb. Biz bu vəsaitin tədrisinə kömək
məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası
«
İqtisadiyyat» bölməsinin 25.10.2002-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş
(protokol
№3) «İqtisadiyyata giriş» fənninin tədrisinə dair» Metodik Göstəriş
hazırlayıb, onu Nazirliyin Metodiki Şurasının qərarı ilə 2003-cü ildə nəşr etdirmişik.
Oxuculara ünvanlanan bu kitab
yalnız formatı ilə deyil, həmçinin məzmunu və
eləcə də onun daha asan mənimsənilməsi üçün dili, izahatı, təqdimatı ilə fərqlənir.
On bir
fəsildən ibarət olan dərs vəsaiti iqtisadiyyata girişə dair ən ümumi və zəruri
bilgilər əldə etmək istəyənlər üçün faydalı tədris mənbəyi sayıla bilər.
Kitabın mündəricəsini şərti olaraq dörd hissəyə bölmək olar. Birinci hissədə
iqtisadiyyata
girişin ən ümdə məsələləri və kateqoriyaları (məsələn, seçim və
alternativ
dəyər, məhdudluq, tələb və təklif, tarazlıq, elastiklik, bazar, rəqabət) izah
olunur, ikinci
hissədə mikroiqtisadiyyatın sahibkarlıq fəaliyyəti və firmalar, istehsal
amilləri, əmək resursları, istehsal xərcləri və gəlirlər kimi məsələləri şərh edilir.
Üçüncü
hissə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proseslərdən bəhs edir.
Nəhayət, dərs vəsaitinin sonuncu hissəsi beynəlxalq iqtisadiyyat məsələlərinin qısa
şərhi ilə başa çatır.
6
Zəruri qeyd: rica edirik nəzərə alasınız ki, bu kitab dərs vəsaiti kimi
müəlliflərin ilk işidir, çox güman ki, bu səbəbdən vəsait heç də nöqsansız deyil. Çox
istərdik ki, kitabın çatışmayan cəhətləri, qüsurları barəsində irad və təkliflərinizi bu
ünvana: AZ 1001,
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 40a
(«Ekspert»
jurnalı redaksiyası, əlaqə telefonları – 498 44 31, 492 20 21, e-mail:
ekspert@azeronline.com
)
göndərəsiniz. Nəzərə alın ki, Sizlərin belə alicənablığı
bizim
gələcək fəaliyyətimizə xeyli fayda gətirər və bu işin davamı olaraq dərcini
yaxın vaxtlarda planlaşdırdığımız yeni və daha təkmil dərslik və ona əlavələr
(
tapşırıqlar, testlər və s.) hazırlanmasına qiymətsiz töhfə olar.
Əvvəlcədən təşəkkür edirik.
7
Redaktordan
İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya,
biologiya
və digər elmlər kimi iqtisadiyyat elmi də özünəməxsus kateqoriyalara,
qanunauyğunluqlara malikdir, bu elm sahəsində də çox müxtəlif nəzəriyyələr
mövcuddur.
Hətta iqtisadçı olanların belə həmin nəzəriyyələrin hamısını kamil
öyrənə bilməsi müşkül məsələdir.
Bununla
belə, iqtisadiyyat elm olmaqla bərabər, həm də bizim hər birimizin
gündəlik həyatımızın, yaşayışımızın əsasıdır. Ona görə də hər kəsin öz güzəranını
daha
yaxşı qura bilməsi üçün gündəlik həyatda üzləşdiyi bir sıra sadə iqtisadi
qanunauyğunluqları başa düşməsi və dərk etməsi mühüm əhəmiyyət kəsb edir. Buna
cəhd göstərən hər kəsə «İqtisadiyyatın əsasları» adlı bu dərs vəsaiti əvəzsiz
yardımçı ola bilər.
Əslində bu kitabı «İqtisadiyyatın «əlifbası» da adlandırmaq olardı. Çünki,
«
Əlifba» müəyyən dildəki sözləri əmələ gətirən hərfləri öyrətdiyi kimi, bu kitabda
da
iqtisadiyyatın konstruksiyasını əmələ gətirən və bu baxımdan, obrazlı desək,
iqtisadiyyatın «hərfləri» adlandırıla biləcək iqtisadi kateqoriyalar, iqtisadi
münasibətlərdən yaranan hadisə və proseslər hər kəsin asan başa düşəcəyi sadə
şəkildə izah edilir və şərh olunur.
Son
illər ölkəmizdə iqtisadiyyatın öyrənilməsinə və tədrisinə marağın müəyyən
qədər artması ilə əlaqədar olaraq ali və orta ixtisas məktəblərinin tələbələri üçün,
habelə orta məktəbin yuxarı siniflərində tədris edilmək məqsədilə iqtisadiyyata dair
bir
sıra dərsliklər və dərs vəsaitləri nəşr edilmişdir. Geniş oxucu kütləsinin rəyinə
əsaslanaraq deyə bilərik ki, onların əksəriyyətinə xas olan dil mürəkkəbliyi və
iqtisadi
hadisə və proseslərin son dərəcə «akademik» şərhi materialların dərk
edilməsini çətinləşdirir. Sizə təqdim olunan bu dərs vəsaiti isə, hətta əsasən eyni
mövzulardan
bəhs etməsinə baxmayaraq, onlardan keyfiyyətcə xeyli fərqlənir. Bu
kitabda dilin
sadəliyi, materialların şərh edilməsi üslubunun orijinallığı, iqtisadi
ha
disə və proseslərin təqdim edilməsində sistemliliyin, ardıcıllığın və səbəb-nəticə
əlaqələrinin gözlənilməsi, adi gündəlik həyatımızdan çoxlu sayda misalların
gətirilməsi, əyani vasitələrin (sxemlər, şəkillər, modellər, qrafiklər və s.) zənginliyi
xüsusilə diqqəti cəlb edir. Kitabda bütün iqtisadi hadisə və proseslər, iqtisadi
kateqoriyalar
hər kəsi düşündürəcək sadə suallar və onlara verilən cavablar
formasında şərh edilir. Bütün bunlar isə təqdim edilən materialların hamı tərəfindən
anlaşılmasını və asan dərk olunmasını təmin edir. Bunu müəlliflərin uğuru hesab
etmək olar.
Dərs vəsaiti qeyri-iqtisad ali və orta ixtisas məktəblərinin tələbələri, orta
məktəbin yuxarı sinif şagirdləri və orta məktəblərdə iqtisadiyyat fənnini tədris edən
müəllimlər üçün nəzərdə tutulsa da, bu, iqtisadiyyatı müstəqil şəkildə öyrənmək
istəyənlər üçün də əvəzedilməz bir vəsait olacaq. Tam əminliklə söyləmək olar ki,
bu
vəsaitdən iqtisad ali məktəblərində «İqtisadi nəzəriyyə» kursunu öyrənən aşağı
kurs
tələbələri də lazımınca faydalana biləcəklər.
Dostları ilə paylaş: |