35
bildirir.
İstehsalçının isə qiyməti 1000 manata 140 ədəd piroq istehsal etməyə hazır
olduğunu əks etdirir. Yalnız bu nöqtə üzrə istehsal olunmuş piroqların hamısı
satılır. Bazarın başlıca prinsipi - sazişin alıcı və satıcı üçün sərfəli olmasıdır. Əlbəttə
ki, bu mexanizm
sınaq metodu əsasında işləyir. Çünki, nə qədər məhsul istehsal
etməyi dəqiq təyin etmək çox çətindir. Buna səbəb bazar qiymətini bəri başdan
müəyyənləşdirməyin mümkün olmamasıdır.
Bundan
başqa, tələb və təklifin rəqs etməsi də mümkündür ki, bu barədə də
sizinlə növbəti fəsildə danışacağıq.
Bazar
kəfkiri və yaxud da tələb və təklif qarşılıqlı surətdə necə fəaliyyət
göstərir?
Bazarda s
atıcı və alıcının sərfəli razılaşma mexanizmi nə deməkdir? Bu
necə olur?
İndi gəlin, bunu aydınlaşdırmağa cəhd edək. Fərz edək ki, piroqun satıcısı onun
bazar
qiymətini 1600 manat səviyyəsinə qaldırmaq haqqında qərar qəbul edib. Bu
halda bazarda
nə baş verəcək. Buna alıcıların reaksiyası necə olacaq?
Belə vəziyyət qrafikdə punktirli xətlər şəklində ifadə olunmuşdur.
P, man
S
B
V
A
D
80 140 200 Q
ədədlə
Şəkil 6. Tələb və təklif əyrisi
Qiymətlərin qarşılıqlı fəaliyyətinə təklif əyrisi üzrə baxsaq, onlar V nöqtəsində
kəsişir, ordan Q-yə perpendikulyar ox buraxsaq, görərik ki, qiymət 1600 manat
olduqda isteh
salçılar 180 ədəd piroq istehsal etməyə hazırdılar. İndi isə tələb
əyrisində qiymətlərin qarşılıqlı fəaliyyətini tədqiq edək, daha doğrusu qiymət
artımına alıcının reaksiyasını müəyyənləşdirək. B nöqtəsindən perpendikulyar
buraxmaqla, h
əmin qiymətdə alıcının 100 ədəd piroq aldığını aşkar edə bilərik.
Qrafikdə ştrixlənmiş sahə artıq təklifi göstərir. Satıcı 180 ədəd təklif edir, alıcı isə
100
ədəd alır. Fərq 80 ədəddir ki, bu da artıq təklifi ifadə edir. Təklifin bu hissəsində
olan piroqlar
satılmamış qalır. Təklifin artıqlığı və ya malın yığılıb qalması -
bazarda
tələbin ölçüsünə münasibətdə malın qiymətinin həddindən çox yüksəlməsi
2000
1800
1600
1400
1200
1000
800
600
36
zamanı əmələ gələn vəziyyətdir. Növbəti gün həmin vəziyyət yenidən təkrar
olunarsa,
yığılıb qalmış mallar çoxdur. Axı, satılmamış piroqlara da xərc çəkilib.
P, man
S
B
V
D
80 100 120 160 180 200 Q
Şəkil 7. Tələb və təklif əyrisi (Qiymətin tarazlığa doğru enişi)
Bu
şəraitdə satıcı nə etməlidir?
Qiymətləri endirməlidir!
Qiymətin 1200 manata qədər enməsi zamanı tələb artır. Qrafikdən göründüyü
kimi,
alıcılar artıq 120 ədəd piroqu almağa hazırdılar. İstehsalçı isə bu qiymətə 160
ədəd satmaq istəyir. Buna baxmayaraq yenə də 40 ədəd piroq artıq qalır. Deməli,
qiyməti bir az da endirmək mümkündür. Bu proses o vaxta kimi davam edir ki, satıcı
və alıcı hər iki tərəfin maraqlarını təmin edən A nöqtəsində üz-üzə gəlir.
Sizinlə başqa bir hala baxaq. Fərz edək ki, sahibkar çox aşağı qiymət qoyub. Bu
halda piroq isteh
salından çox az məbləğdə mənfəət əldə etmək mümkündür. Bu
səbəbdən də onun çoxlu mal istehsal etməyə marağı yoxdur. O cəmi 120 ədəd
istehsal
etməyə hazırdır.
Bəs, alıcılar necə? Onlar 800 manatdan 160 ədəd piroq almaq istəyirlər. Deməli,
bu
qiymətdə daha 40 piroqa tələb yaranıb. Lakin piroq yoxdur! Hamı onu ala bilmir.
Bu
şəraitdə satıcı nə etməlidir?
Qiymətləri qaldırmalıdır!
İqtisadiyyatda yaranmış həmin vəziyyətə qıtlıq deyilir və bu qrafikdə V və B
parçası ilə fərqləndirilir. Həmin sahə ştrixlidir.
Mal
qıtlığı həddindən aşağı qiymət zamanı əmələ gələn və tələb və təklifin
gerçək münasibətini əks etdirməyən vəziyyətdir. Satıcı görəndə ki, hamı piroq
axtarır o qiyməti qaldırmağa başlayır.
P, man
2000
1800
1600
1400
1200
2000
1800
1600
1400
1200
1000
800
600
А
Dostları ilə paylaş: |