Milli hökumətin baş memarı -
Fətəli xan Xoyski
Daha çox söz-sənət dühalarının, mədəniyyət və elm
adamlannm vətəni kimi tanınmış, bəşəriyyətə bir-birindən nəhəng
mütəfəkkirlər bəxş etmiş Azərbaycanın yetişdirdiyi qüdrətli dövlət
və ictimai xadimlər də az olmayıb. Belə şəxsiyyətlər arasında 14
yaşında ikən Səfəvilər kimi böyük bir dövlət yaratmağa girişmiş və
qısa müddətdə buna nail olmuş, yenilməz sərkərdə, uca hökmdar
Şah İsmayıl Xətainin adını çəkmək kifayətdir. Dövlətçilik
ənənələrinin kökü eramızdan əvvələ gedib-çıxan, bu tarixi
gələnəklərə dayaqlanaraq türk Oğuz elinin mükəmməl idarəçilik
sistemini yaratmış və onu “Kitabi Dədə Qorqud” kimi bütün,
zamanların ən yaşan söz-sənət abidələrindən sayılan bir dastanda
tərənnüm etmiş bu günkü Azərbaycan xalqı XX əsrdə Şərqdə ilk
demokratik respublikanın qurucusu olmaqla dövrünün ruhuna
uyğun, müasir dövlət qurmaq qüdrətini bir daha təsdiq etdi. Bu
baxımdan Azərbaycan Xalq Cümhuriyyəti neçə min illik
mədəniyyətə, zəngin dövlətçilik ənənələrinə malik bir xalqın dünya
sivilizasiyasına bəxş olunmuş-:ən dəyərli töhfəsi idi və onun
yaradılmasında yaxından iştirak etmiş şəxslər arasında zəmanəsinin
sayılıb-seçilən siyasətçiləri, dövlət və ictimai xadimlərindən heç bir
səviyyədə geri qalmayan, bəzən onlardan da yüksəkdə dayanan, hər
bir millətin iftixar duyacağı
nadir simalar
8
sırasında yer tutur. Fətəli Xan Azərbaycanda hökumət qurmağın,
Nazirlər Şurasına rəbərlik etməyin nə demək
olduğunu öz fəaliyyəti
ilə əyani surətdə göstərən, bu sahədə praktik işin təməl daşlarını
qoyan bir dövlət xadimidir. Fətəli Xan Xoyski 1918-ci ilin 28
mayından 1919-cu ilin 14 aprelinə qədər dalbadal üç dəfə ona etibar
olunmuş ən şərəfli vəzifənin öhdəsindən layiqincə gəlmiş, son
dərəcə mürəkkəb və ziddiyyətli şəraitlərdə Azərbaycan hökumətini
təşkil etmiş və onun sədri olmuşdur. 1920- ci ilin mə lum aprel
çevrilişinə qədər öz müstəqilliyini qoruyub saxlamış Azərbaycan
dövlətinin 23 aylıq bir müddətdə siyasi, hərbi, iqtisadi, beynəlxalq
sahələrdə qazandığı uğurlarda onun çox böyük zəhməti, danılmaz
xidmətləri vardır.
Mən Fətəli Xan haqqında ilk məlumata mərhum tədqiqatçı
Mövsüm Əliyevin “Odlar yurdu” qəzetinin 1989-cu il 1-ci sayında
dərc edilmiş məqaləsində rast gəlmişdim. Sonralar həmin məlumat
“Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti
1918-1920” (Bakı “Gənclik” 1990) kitabçasına salınaraq bir daha
geniş oxucu kütləsinə çatdırıldı.
“Fətəli xan İskəndər oğlu Xoyski 1875-ci il dekabrın 7-də
Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun
general-leytenantı
idi. Fətəli xangilin əsli-nəsli Cənubi
Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası
Cəfərqulu xan İran şahı Fətəli xan ilə müharibədə məğlub olduqdan
sonra, 20000 nəfərlik qoşunu ilə Üçkilsəyə (Eçmiad- zinə)
sığınmışdı. 1803-1806-cı illər rus-İran müharibələri dövründə rus
qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən
bahalı brilyantla bəzədilmiş qızıl medal və lələklə təltif edilmişdir.
O, 1807-ci ildə Şəki xanı təyin edilmiş və general-leytenant
rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 1810-cu ildə vəfat
etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə etmişdir.
1819-cu ildə İsmayılın vəfatı ilə Şəki xanlığı ləğv olunmuş və
Rusiyanın tərkibinə qatılmışdır. Bu nəsildən görkəmli sərkərdələr,
dövlət xadimləri və çoxlu ali təhsilli ziyalı çıxmışdır.
Fətəli xan Xoyski Gəncə klassik gimnaziyasını bitinniş,
əvvəlcə Gəncədə, sonra isə Suxum və
Batum dairə məhkəmələrində
müxtəlif vəzifələrdə işləmiş və Kutaisidə dairə məhkəməsində
böyük məhkəmə məmuru olmuşdur. 1900-cu il
10