Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   26   27   28   29   30   31   32   33   ...   90

vətənpərvər  qüvvələr  bolşevik  terrorunun  qurbanına  çevrildilər. 
Minlərlə  insan  yerindəcə  güllələndi,  həbsxanalara  atıldı,  kütləvi 
repressiyalara  məruz  qaldı.  Bolşeviklər  milli  hökumətə  xidmət 
göstərmiş  şəxslərin  hamısını  cəzalandırdılar.  Bu  siyahıda  adı 
birincilər sırasında olan M. Y.Cəfərov da istisna təşkil etmədi. O, 
ömrünün  5  ilini  həbsxana  divarları  arasında  və  kütləvi  cəza 
orqanının nəzarəti altında keçirdi. 
M.Y.Cəfərov  sovet  dövründə  pambıqçılıq  trestində  və 
“Azərbaycan  şərabçılıq  tresti”ndə  hüquq  məsləhətçisi  vəzifəsində 
işləmişdir. 0,1938-ci ildə may ayının 15-də Bakıda vəfat etmiş və 
Şağan kəndində dəfh olunmuşdur. 
94 


Sultanov qardaşları 

Azərbaycan  Demokratik  Respublikasının  öz  müstəqilliyini 
bütün  dünyaya  elan  etdiyi  gün,  may  ayının  28-də  Tiflis  şəhərində 
millət  fədaisi  Fətəli  xan  Xoyskinin  sədrliyi  ilə  təşkil  olunan 
Azərbaycanın  birinci  hökumət  kabinəsində  (28  may  -  17  iyun 
1918-ci il) ən mühüm vəzifələrdən biri, gənc respublikanın müdafiə 
naziri olmaq vəzifəsi Xosrov Paşa bəy Sultanova həvalə edilmişdi. 
Gələcəkdə Qarabağın general-qubernatoru kimi hərtərəfli fəaliyyəti 
də göstərəeəkdi ki, Xosrov bəyin belə yüksək şərəfə layiq görülməsi 
heç  də  təsadüfi  deyildi.  Ancaq  birinci  hökumətin  respublika 
hüdudlarından  kənarda  yaradılması  bir  sıra  mühüm  dövlət 
qurumlarının  lazımınca  təşkili  sahəsində  qarşıya  çoxlu  problemlər 
çıxırmışdı və bu problemlərin bir hissəsini hökumətin Azərbaycan 
ərazisində fəaliyyətə başlamadığı halda yerinə yetirmək də əslində 
mümkün  deyildi.  Daxili  işlər,  hərbiyyə,  torpaq,  əmək  və  s. 
nazirliklər  bu  qəbildən  idi.  Məhz  buna  görə  də  Xosrov  Paşa  bəy 
Sultanovun  respublikanın  ilk  hərbi  naziri  kimi  nəzərdə  tutduğu 
işlərin  böyük  qismi  ideya  olaraq  qaldı  ve  onların  reallaşdırılması, 
Azərbaycanda ordu quruculuğu prosesi ikinci hökumətin fəaliyyəti 
dövrünə,  general-leytenant  Səməd  bəy  Mehmandarov  kimi  bu 
sənətin  dərin  bilicisi,  zəmanəsinin  görkəmli  hərbi  dühalarından 
sayılan  bir  şəxsin  bu  qurumun  rəhbəri  olduğu  dövrə  təsadüf  etdi. 
Ancaq qeyd etdiyimiz kimi Xosrov bəyin ilk 
95 


hərbi nazir postunu tutmağa namizədliyi təsadüfi bir addım deyildi. 
Onun 1918-ci il may ayının 28-də Nəsib bəy Yusifbəyli və Şəfi bəy 
Rüstəmbəyli  ilə  birlikdə  Gəncəyə  əmin-amanlıq  yaratmağa 
göndərilməsi  faktının  özü  də  göstərirdi  ki,  bu  şəxsin  Azərbaycan 
daxilində böyük nüfuzu var. Bu nüfuzun böyük bir hissəsi Xosrov 
bəyin  Zəngəzurun  sayılıb-seçilən,  əsil-nəcabətli  bir  ailəsindən 
çıxmasının  -  Paşa  bəy  kimi  hörmətli  bir  şəxsin  övladı  olması  ilə 
əlaqədardı.  Bu  ailənin  şöhrətinin  yaxın-uzaq  ellərə  yayılması  isə 
xüsusilə Paşa bəyin böyük oğlu Sultan bəyin adı ilə bağlı idi və o, 
nəinki  Zəngəzurda,  Qarabağda,  hətta  bütün  Azərbaycanda  ad-san 
sahibiydi. Bu gün bu adın şöhrəti bütün türk dünyasına yayılıb desək 
yanılmarıq. Bəli, Xosrov bəyin böyük qardaşı Sultan bəy Sultanov 
tariximizin ən ağır dövrlərindən birində xalqı ən ciddi təhlükələrdən 
xilas etmiş, onun müdafiəsinin təşkili üçün çox böyük işlər görmüş 
həmin məşhur şəxsdir. 
Qarabağ  və  Zəngəzurda  erməni  qırğınlarının  qarşısını  alan, 
erməni  hərbi  birləşmələrinə,  xüsusilə  Andronikin  dəstəsinə  qan 
udduran  məşhur  xalq  qəhrəmanı  Sultan  bəy.  Onun  göstərdiyi 
igidliklər haqqında müxtəlif mənbələrdə və o dövrün hadisələrindən 
bəhs  edən  sənədli,  yaxud  bədii  yazılarda  kifayət  qədər  söhbət 
açılmışdır.  Sultan  bəy  Sultanov  minlərlə  azəbaycanh  ailəsini  real 
ölümdən,  erməni  təcavüzündən  xilas  etmiş,  milli  qəhrəman  kimi 
bütün  Qarabağ,  Zəngəzur  zonasında  ad  çıxarmış,  xalqının  ümid, 
pənah yeri olmuşdur. Sultan bəy həmçinin dövrünün əsl zəka və ağıl 
sahibi  kimi  tanınmış,  milli  münaqişələrin  həlli  ilə  bağlı  bir  sıra 
məsələlərin 
çözülməsində 
müxtəlif 
missiyalar 
tərəfindən 
Azərbaycanla  Ermənistan  arasında  aparılan  danışıqlarda  iştirak 
etmiş,  bə’zi  hallarda  hətta  son  söz  söyləmək  hüququna  malik 
olmuşdur.  Azərbaycanda  demokratik  hökumət  devrildikdən  sonra 
Sultan  bəy  xaricə  mühacirət  etmiş,  İrana  keçərək  orada 
Azərbaycanın  rnüstəqilliyinin  bərpa  edilməsi  uğrunda  mübarizəyə 
qoşulmaq  üçün  məqamın  yetişməsini  gözləmişdir.  Ancaq  tale  nə 
Sultan bəyə, nə qardaşı Xosrov bəyə, nə də digər millət fədailərinə 
həmin  günü  görməyi  qismət  etmədi.  Milətin  yolunda  xidmətdən 
canını əsirgəməyən Sultanov qardaşlan ömürlərinin qalan hissəsini 
bütün varlıqları ilə bağlı olduqları Azərbaycandan kənarda, onun 
96 


həsrəti ilə qovrulduqları mühacirətdə yaşamaq məcburiyyətində 
qaldılar. Gözlərini son kərə yumduqları gündə onlar da böyük 
millət mücahidi, öndər Məmməd Əmin Rəsulzadə kimi 
“Azərbaycan, Azərbaycan!” dedilər. Allah bütün millətsevərlərin, 
Vətənsevərlərin məzannı nurla doldursun. Onlar Vətənin, millətin 
şərəfini uca tutmaqla bizlərə, min bir ürək çırpıntısı ilə qoyub 
getdikləri əmanətə bu gün və sabah cavabdeh olaeaq şəxslərə 
Vətəni, milləti sevmək, ona 
sədaqətlə xidmət etmək dərsi 
öyrədiblər... 
A z ə r b a y c a n  
hökumətinin Tiflisdən 
Gəncəyə köçürülməsinin 
səhəri günü, 1918-ci il iyun 
ayının 17-də Gəncə 
şəhərində Fətəli xan 
Xoyskinin sədrliyi ilə 
Azərbaycanın ikinci 
müvəqqəti hökuməti (19 iyun 
- 7 dekabr 1918-ci il). Nazirlər 
Şurası yaradıldı. Azərbaycan 
Demoloratik Respublikasının 
Nazirlər Şurasının fəaliyyətə 
başlamasının ikinci günü, 
iyunun 19-da hökumətin 
tərkibinə daxil olan 
nazirliklərə nazirlər təyin edildi. Tiflisdə elan edilən və bir sıra 
nazirliklərin funksiyaları ilə bağlı sahələrdə konkret fəaliyyət 
göstərmək imkanına malik olmayan birinci hökumətdən fərqli 
olaraq yeni hökumət konkret əməli işlər görmək, gənc 
rsepublikanm hüdudlan daxilində səlahiyyəti həddindəki bütün 
məsələləri həll etmək iqtidarında idi. Bu baxımdan yeni təyin 
olunmuş nazirlərin üzərinə çox məsul vəzifələr düşürdü. Onlar 
həm rəhbərlik etdikləri nazirliklərin strukturunu, ştat vahidini
maliyyə-təsərrüfat və spesifik fəaliyyətlə əlaqədar istiqamətlərini 
konkret müəyyənləşdirməli, həm nazirliyin bütün respublika 
 
97 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə