17
İran tərəfindən işğal edilməzdən əvvəl (1797), Naxçıvan xanlığı inzibati cəhətdən
mahallara bölünmüşdü. Xanlığın mərkəzi şəhəri Naxçıvan idi. Xanlığın paytaxtında
digər məmurlar da yaşayırdılar. İran hakimiyyəti illərində (1797—1828) buranın idarə
olunmasını asanlaşdırmaq məqsədilə Cənubi Azərbaycana hakim təyin edilmiş şahzadə
Abbas Mirzə Naxçıvan xanlığını Naxçıvan və Ordubad dairələrinə bölmüşdü. Həmin
dairələr isə öz növbəsində mahallara bölünürdü. Naxçıvan dairəsinə Əlincə, Xok və
Dərələyəz mahalları daxil edilmişdi Ordubad dairəsi isə bu mahallardan ibarət idi:
Ordubad, Əylis, Dəstə Çalanapek və Bəlləv.
Naxçıvan xanlığında bəzi hallarda ərazi-inzibati bölgüsündə dəyişiklik aparılsa
da, xan məmurlarının idarəçiliklə olan imtiyazları əvvəlki dövrdə olduğu kimi qalırdı.
Naxçıvan xanlığında əsas vəzifələrdən biri mahalları idarə edən mirzəbəyilər
idilər. Onların əsas vəzifəsi kənd təsərrüfatı ilə əlaqədar məsələləri və əhalidən
vergilərin yığılması ilə əlaqədar xanın əmrlərini yerinə yetirməkdən ibarət idi. Onlar
xanın əmrini alan kimi öz mahallarında olan kəndliləri bir yerə yığır və onların arasında
vəzifə bölgüsü aparırdılar. Onlar kəndlilərdən lazım olan hər şeyi alırdılar. Belə ki
«kənd təsərrüfatı işlərinə rəhbərlik etdikləri üçün aldıqları maaşdan başqa hər il 20
tüməndən 50 tümənə qədər pu
l
və 5 xalvardan 10 xalvara qədər taxıl, habelə toy
mərasimləri dövründə isə müxtəlif hədiyyələr alırdılar»
5
.
Mahallar kəndxudalar tərəfindən idarə olunan kəndlərə bölünürdü. Kəndxudaları
kənd icması seçirdi. Seçilmiş kəndxudalar xan tərəfindən təsdiq edildikləri üçün həmişə
ona minnətdar olardılar. Kəndxudalardan baş vermiş hadisə və yeniliklər haqqında
ardıcıl olaraq xan divanına məlumat verəcəkləri haqqında yazılı iltizam alırdılar. Bu,
əsas etibarilə yerlərdə yeni işçi.
[24-25]
qüvvəsinin peyda olması və yaşına
görə vergi
verən gənclərin siyahıya alınması ilə əlaqədar idi. Əgər bu və ya digər şəxsi işlətmək
halları müşahidə edilirdisə, o zaman kəndxuda gümüş pulla yüz manatdan iki yüz
manata qədər cərimə verməli idi. Bəzi hallarda kəndxudalar yol verdikləri günaha görə
fələqqə cəzasına da məruz qalırdılar. Xanlıqda polis idarəsi iki nəfərə etibar edilirdi.
Onlardan biri darğa, ikincisi isə əsasbaşı adlanırdı. Darğalara yüzbaşılar və onbaşılar
tabe idilər. Darğalar qayda-qanun yaradır, xüsusilə bazarlara nəzarət edirdilər. Belə ki,
bazarlarda qiymətləri təyin
edir və baş vermiş mübahisələrin yoluna qoyurdular
Darğalara xan tərəfindən maaş verilmirdi. Maaşın əvəzində onlara hər dükandan ayda
gümüş pulla 15
qəpik almağa icazə verilirdi. Darğalar ərzaq məhsullarını bazardan
pulsuz alırdılar. Darğaların vəzifəsi təkcə bazarı nizama salmaqla bitmirdi. Darğaların
təsir dairəsi daha geniş idi. Ona görə də onlar imtiyazlarından özləri üçün istifadə
edirdilər. Şəriət qanunlarının yerinə yetirilməsinə nəzarət etdikləri üçün onlara qeyri-
məhdud imtiyazlar da verilirdi. Əgər kimsə zorakılıq, ədalətsizlik və ya əxlaqsızlıqda
təqsirləndirilsəydi, darğaya icazə verilirdi ki, həmin adamı istədiyi şəkildə cəzalandırsın
və ya ondan cərimə alsın.
Digər polis rəisinin — əsasbaşının vəzifəsinə şəhərin və bazarın gecə vaxtı
qorunması daxil idi. Əsasbaşı da maaş əvəzinə hər dükandan ayda gümüş pulla 15
qəpik
almaq hüququna malik idi. Həmin pulla o, həm də köməkçiləri olan gözətçiləri maddi
5
NƏST.səh.53.
18
cəhətdən təmin edirdi. XIX əsr tədqiqatçısı S. Yegizarov yazırdı ki, muzdla tutulmuş
gözətçilər gecələr sakitliyi qorumaq üçün həm şəxsən, həm də öz əmlakları ilə cavabdeh
idilər.
Xan özünün mülki və polis işlərini eşikağası vasitəsilə həyata keçirirdi. Eşikağası
xanın ən yaxın köməkçisi idi. Xanın yanına bu və ya digər məsələnin həlli üçün
gələnləri əvvəlcə eşikağası qəbul edir və məsləhət bildikdə onları xanın yanına aparırdı.
Eşikağası mirbölüklərin, kəndxudaların və məliklərin də xanın hüzuruna buraxılıb-
buraxılmamasını həll edirdi. Onların əksəriyyəti əsasən kəndlərdə baş vermiş hadisələr
və yaxud vergilərin toplanmasının vəziyyəti barədə məlumat vermək üçün şəhərə
gəlirdilər.
Vəzifəli şəxslər içərisində mirabların da özünəməxsus yeri var idi. Belə ki onlar
həm şəhərdə, həm də
[22-24]
kəndlərdə suyun bölüşdürülməsinə nəzarət edirdilər.
Mirablar maaş əvəzinə sudan istifadə edənlərdən 15
batman taxıl və ya yarım batman
pambıq alırdılar. Əldə edilən məlumatdan aydın olur ki, Naxçıvan çayından çəkilən
arxın suyundan istifadə edən ətraf kəndlərin əhalisi miraba «hədiyyə» kimi ya heyvan,
ya taxıl və yaxud başqa məhsullar verirdilər.
Tədqiq olunan dövrdə Naxçıvan xanlığının iqtisadiyyatı üçün natural təsərrüfat
xüsusilə xarakterik idi. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi, burada da
həlledici amil feodal istehsal üsulu idi. Naxçıvan xanlığında iqtisadiyyatın əsasını
heyvandarlıq və əkinçilik təşkil edirdi; əsas istehsal vasitəsi torpaq idi. Şərqin
müsəlman ölkələrində olduğu kimi, Azərbaycan xanlıqlarında da beş növ torpaq
mülkiyyəti mövcud idi:
1. Dövlət (xəzinə) torpaqları. Belə torpaq mülkiyyəti «divani» adlanırdı. Lakin
əvvəlki əsrlərdən fərqli olaraq XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında
dövlət torpaqları tədricən əvvəlki əhəmiyyətini itirərək bir növ xanın şəxsi mülkiyyətinə
çevrilmişdi. İ. P. Petruşevski Azərbaycanda feodal münasibətlərini öyrənərək belə
qənaətə gəlmişdir ki, XVIII əsrin ikinci yarısında dövlət torpaqları ilə xan ailəsinin
torpaqları birləşdirilib vəhdət təşkil etmiş və beləliklə də «... şəxsi torpaq sahibliyi divan
torpaqları hesabına artmışdır». Bu torpaqlar xanın və xan ailəsi üzvlərinin varlanmasına
şərait yaradırdı. Əksər hallarda divan torpaqları xanın razılığı ilə hər hansı şəxsə bu və
ya digər xidmətinə görə «tiul» hüququnda istifadəyə verilirdi.
Tiul hüququ Naxçıvan xanlığında təkcə kənd yerlərinə deyil, həmçinin şəhərə də
şamil edilirdi. Torpaqdan tiul hüququ əsasında istifadə edən şəxs «tiuldar» adlanırdı.
Tiuldar ona verilmiş torpaqlardan və sahələrdən öz şəxsi mülkiyyəti kimi istifadə edirdi.
Tiultorpaq sahələri tiuldar vəfat etdikdən sonra yenidən xəzinəyə qaytarılırdı. Bu o
demək idi ki, tiul hüququ nəsildən-nəslə keçmirdi. Lakin verilən torpaqdan toplanılan
vergilərə tam sahib olmaqda ona mane olmurdu. Tiuldar əldə edilmiş məhsulun
müəyyən hissəsini xəzinəyə göndərməli idi. Azərbaycanın digər xanlıqlarından fərqli
olaraq Naxçıvan xanlığında əkin sahələrindən əldə
[26-27]
edilən məhsuldan alınan vergi
«bəhrə» adlanırdı. Bəhrə tiul torpaqlarında toplanılan məhsulun onda üç hissəsini təşkil
edirdi.
2. Xan ailəsinə məxsus torpaq sahələri «xalisə» adlanırdı. Öyrəndiyimiz dövrdə
faktiki olaraq həmin torpaqlar nominal xarakter daşıyırdı.