olar. Cisimlərdə elektrik sahəsinin təsirilə əmələ gələn anizatropluq süni anizatropluqdur. Süni
anizatropluq yalnız mexaniki təsir nəticəsində deyil, elektrik sahəsinin təsiri nəticəsində də baş
verir. Elektrik sahəsinin təsiri nəticəsində süni anizatropluğun yaranması hadisəsini 1875-ci ildə
müşahidə edən Kerr olmuşdur.
Eiektrik sahəsində ikiqatsınma ilk dəfə yüklənmiş kondensatorun lövhələri arasında
yerləşdirilən bərk dielektriklərdə aşkara çıxarılmışdır. Sonralar (1930-cu ildə) elektrik sahəsinin
təsiri ilə ikiqatsınma qazlarda da tapıldı. Əgər şüşə lövhə göturub onu məngənə ilə sıxsaq, görüş
sahəsi işıqlanar. Buna səbəb mexaniki gərginlikdir. Anizatropiya zamanı ikiqatşüasınma
hadisəsini adi və qeyri-adi şüaların sındırma əmsalları arasındakı fərq xarakterizə edir. Təcrubə
göstərir ki,
n
a
–
n
q/a
=k·P
Burada P – mexaniki gərginlikdir. k–cismin növundən asılı olan mütənasiblik əmsalıdır. Həmin
hadisədən mexaniki gərginliyin paylanmasını tədqiq etmək üçün istifadə edilir. Kerr təcrubəsi
mahiyyət etibarilə aşağıdakından ibarətdir. Baş kəsikləri perpendikluyar olmaq şərtilə qoyulmuş
nikollar arasında kondensator yerləşdirilmişdir (şəkil 67).
Elektrik sahəsi olmadıqda göruş sahəsi qaranlıq olursa, sahə yaradan andan 10
-8
–10
-10
san
sonra görüş sahəsi işıqlanır.
Elektrik sahəsi kondensator lövhələri arasında olan maddənin atom və molekullarına təsir
edərək anizatropluq yaradır. Bunun nəticəsində polyarizatordan çıxmış şüalar ikiqat sınaraq
analizatora daxil olduqda interferensiya etmiş olur. Kerr təcrübə əsasında müəyyən etmişdir ki,
ikiqat şüa sınması zamanı adi və qeyri-adi şüaların sındırma əmsalları arasındakı fərq belə olur:
n
a
–
n
q/a
=kE
2
.
Dostları ilə paylaş: