Fizika-2 fənnindən kollokvium suallarının cavabları



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix02.04.2022
ölçüsü1,74 Mb.
#84987
  1   2   3   4   5   6   7   8   9   ...   57
Fizika-2-cavablarAZ



Fizika-2 fənnindən  kollokvium 

suallarının cavabları. 

 

1.

 

Optikanınəsasqanunları:  işığın  düz  xətli  yayılması  qanunu.  İşıq 

dəstələrinin qeyri-asılılıq qanunu. 

 

Optik  hadisələrin  ilk  qanunları  işıq  şüalarının  düz  xətt  üzrə  yayılması 



(həndəsi  optika)

 

təsəvvürləri əsasında qurulmuşdur. Həndəsi optikanın dörd əsas qanununu şərh edək.  



İşığın düz xətt boyunca yayılması qanunu.  

Göz ilə işıq mənbəyi  arasına qeyri şəffaf cisim  qoyduqda işıq mənbəyinin görünməməsi, 

nöqtəvi  işıq  mənbəyinin  qarşısına  qoyulmuş  qeyri  –  şəffaf 

cismin  ekranda  kölgəsinin  alınması  və  s.  bu  kimi  hadisələr  

işığın  bircins  mühitdə  düz  xətt  boyunca  yayılması  ilə  izah 

edilir. S nöqtəvi işıq mənbəyinin qarşısına A kürəsi qoyduqda 

ekranda  dairə  şəklində  kölgə  alınır  (şəkil  25.1,a).  Əgər  həmin 

kürənin  üzərinə  S

1

  və  S


2

  nöqtəvi  mənbələrindən  işıq  düşərsə 

ekranda üç kölgə alınır (şəkil 25.1,b). Bunlardan biri tam kölgə 

(həmin  yerə  mənbələrin  heç  birindən  işıq  düşmür)  adlanır. 

Digər ikisi isə yarımkölgə adlanır. (həmin yerlərə isə bir mənbədən işıq düşür).  

Günəşin və ayın tutulması kimi hadisələr də işığın düz xətt 

boyunca yayılmasına misal ola bilər. Lakin bir şeyi qeyd etmək 

lazımdır ki, işığın düz xətt boyunca yayılması müəyyən şəraitdə 

baş  verir.  İşığın  difraksiyası  hadisəsində  bu  barədə  ətraflı  şərh 

veriləcək.  




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə