Fizika-1Qacarallnsonjavad layout 1


səhifə22/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

80
Redstoun və  Atlas ra -
ketləri ya radıldı.
Yerətrafı orbitə çıxa -
rılmış ilk kosmik gəmi
1957-ci il oktyabrın 4-də
Sovet İttifaqından yola
salınmışdır.  Kos mo  sa  uç-  
muş ilk insan da sovet
vətəndaşı  Y.Qaqa rin  ol -
muş dur. O,1961-ci il ap- 
relin12-dəVostok kos-
mik  gəmi sin də  Yer ət rafı
orbitə çıxaraq 108 də 
-
qiqə  ər zində  Yer  ətra -
fında 1,5 dəfə dövrə
vurub  Ye rə  qayıt mışdır.
İlk insanın kosmosda ol -
duğu gündən 50 il sonra
həmin tarixin bütün dün -
yada Beynəlxalq Kosmonavtika günü kimi qeyd edilməsi qərara alınmışdır.
Qaqa rindən on ay sonra ilk Amerika astronavtı Con Qlenn kosmosda oldu. O, Merkuri-6 (MA-6) gəmisi ilə
Yer kürəsinin ətrafında üç dəfə dövrə vurdu. Onun uçuşu 4 saat 55 dəqiqə sürdü. Bununla da kosmosun fəthi
uğrunda iki qüdrətli dövlət arasında qeyri-rəsmi yarış başladı. 
Yarışmanın əsas iştirakçıları olan alim və mühəndislərin məqsədi planetlərə və onların yaxın ətrafına kosmik
cihazlar göndərmək, elmi məlu matlar toplamaqdan ibarət idi. Venera planetinə “R” növdən olan raketlərin
köməyi ilə kosmik gəmi göndərilməsi SSRİ tərəfindən 1961-ci il martın 1-də həyata keçirildi. Bu işdə
amerikalılar iki gün geciksələr də, Marsın tədqiqində birinci oldular. Onlar daha güclü “Titan” və “Saturn”
tipli raketlər yaratdıqdan sonra kosmosun fəthində xeyli qabağa keçdilər.
XX əsrin 70-ci illərində Amerika Birləşmiş
Ştatlarının VikinqMariner və Pioner kosmik raketləri
Amerika kosmik gəmilərini davamlı şəkildə Merkuri,
Venera, Mars, Saturn, Yupiter və Uran planetlərinə
daşımışdır. Kosmik gəmilər planetin süni peykinə çev -
rilmiş, səthinə enmiş və nəticədə planetlərin atmosferi,
fiziki şəraiti, kimyəvi tərkibi haqqında qiymətli elmi
məlumatlar toplanmış və yaxın məsafədən fotoşəkillər
çəkilib Yerə göndərilmişdir. 1976-cı ildə Marsın səthinə
endirilmiş Vikinq-1 Amerika kosmik gəmisi yaxın mə -
safədən planetin fotoşəkillərini çək 
mişdir. Bu foto 
-
şəkillərin köməyi ilə müəyyən edilmişdir ki, planetin
Yerdən narıncı rəngdə görün məsi onun atmos ferində
xırda toz hissə ciklərinin olması ilə əlaqədardır. 
1977-ci ilin avqust və sentyabr aylarında Amerika
kosmik  təd qi qat çılarının  üçüncü  kosmik  sü rətlə at -
Saturn V (ABŞ) - dünyanın ən böyük və güclü raketi. 
Dünyanın  geniş yayılmış həftəlik  “Time” jurnalı üz qabığında  ilin, on ilin, əsrin 
və s. ən məşhur adamının şəklini verir.  Jurnalın  21. 04. 1961-ci il tarixli, Yuri
Qaqarinin uçuşundan 9 gün sonrakı nömrəsində onun şəkli verilmişdir.


dıqları Voyacer-1 və Voya cer-2 raket ləri indiyə qədər Günəşin cazibə sahəsini tərk et məkdədir. Yalnız
2014-cü ildə onlar Günəşin cazibəsindən qurtu lub ulduzlararası fəzaya çıxa bilə cəklər. Bu zaman onların
Gü nəşdən olan orta məsafəsi 20 milyard kilometrə bərabər olaca qdır. Ra ketlərdə qoyulan cihaz lar arasında
Yer dənkənar  sivi liza  siya larla  əla qə  yarat maq  üçün  nəzə rdə  tu  tul muş qızıl audiolövhə xü susi yer tutur.
Lövhədə ən yük sək elmi nailiy yət lərdən bəhs edən insan nitqi ilə ya naşı, dün yanın  mu siqi  inci lə rindən  parça -
lar da yazı lmışdır. Orada Azərbay canın klas sik muğam larından par ça lara da yer verilmişdir. 
81
Kosmik Habbl teleskopu
Kosmik Habbl teleskopu- məşhur Amerika astronomu Edvin Habblın
şərəfinə belə adlandırılmış teleskop Yerətrafı kosmosda yerləşdirilmış
avtomatik rəsədxanadır. Teleskopun kosmosda yerləşdirilməsi Yer at-
mosferinin qeyrişəffaf olduğu diapazonda - ilk növbədə infraqırmızı di-
apazonda elektromaqnit şüalarını qeyd etməyə imkan verir. Atmosferin
təsiri olmadığından bu teleskopun ayırdetmə qabiliyyəti Yer üzərində
yerləş di ril miş analoji teleskopdan 7-10 dəfə çoxdur. Güzgü və optik sis-
tem bütünlükdə teleskopun ən vacib hissələridir və onlara böyük tələbat
qoyulur, belə ki, onların ayırdetmə qabiliyyəti Yerdəki cihazlardan 10
dəfə çox olmalı idi. Digər mürəkkəb mühəndis problemi teleskop və
qalan cihazlar üçün kosmik gəmi yaratmaq problemi idi. Əsas tələbat
günəş şüalarının birbaşa düşməsi və Yerin kölgəliyi hesabına yaranan
daimi temperatur dəyiş kən -
liyindən cihazları mühafizə etmək və xüsusən də teles 
kopun dəqiq
səmtləndirilməsidir.
Yedəyində Habbl teleskopu olan Diskaveri şattlı 1990-cı il aprelin
24-də buraxılmış və ertəsi gün teleskopu hesablanmış orbitə çıxarmışdır.
Şattl buraxılarkən orada altı elmi cihaz olmuşdur: 48 işıq filtri olan
genişbucaqlı və planetar kamera, yüksək ayırdetmə qabiliyyəti olan
ultrabənövşəyi spektroqraf, tutqun obyektləri çəkmək üçün kamera, tutqun
obyektlər spektroqrafı, böyüksürətli fotometr və dəqiq tuşlamaq vericiləri.
Artıq aparılan işin ilk həftələrindən alınmış təsvirlər teleskopun optik
sistemində ciddi problemlər olduğunu aşkara çıxardı. Alınmış təsvirlər
Yerdəki teleskoplarda alınmış təsvirlərdən keyfiyyətcə yaxşı olsa da,
Habbl lazımi kəskinliyi əldə edə bilməmiş və təsvirlərin aydınlığı
gözləniləndən xeyli aşağı olmuşdu. Alınmış təsvirlərin təhlili göstərdi ki,
əsas problem baş (əsas) güzgünün formasının düzgün seçilməməsindədir.
Bu və ya digər nöqsanları aradan qaldırmaq üçün Habbl teleskopuna
xidmət etmək məqsədilə dörd ekspedisiya təşkil edilmiş və bunlardan biri
iki hissəyə bölünmüşdü. Habbl-a xidmət əvvəllər Speys şattl tipli
çoxdəfəlik kosmik gəmilərin açıq kosmosa çıxdığı vaxt göstərilirdi.
Görülmüş işlər teleskopun imkanlarını xeyli genişləndirdi və dərin kos-
mosun təsvirini almağa imkan verdi. Habbl-ın Yerətrafı orbitdə işlədiyi 15
il ərzində 3900-dən artıq astronom müşahidə üçün ondan istifadə etmiş,
elmi məcmuələrdə dörd minə yaxın məqalə nəşr olunmuşdur. Alınmış bəzi
nəticələr bunlardır: Habbl 1994-cü ildə Levi-9 kometinin  Yupiterlə
toqquşmasının yüksəkkeyfiyyətli təsvirlərini vermiş, ilk dəfə Pluton 
Eridinin səthinin xəritələri alınmış, ilk dəfə SaturnYupiter və Hanimeddə ultrabənövşəyi qütb parıltısı müşahidə
edilmişdir. Sübut edilmişdir ki, planetlərin formalaşması prosesi bizim qalaktikanın əksər ulduzlarında baş verir;
qalaktikaların mərkəzindəki ifrat ağırkütləli qara deşiklər nəzəriyyəsi qismən təsdiqini tapmış, müşahidələr əsasında qara
deşiklərin kütləsi təsdiqlənmişdir. Müşahidələr əsasında qara deşiklərin kütləsi ilə qalaktikanın xassələri arasında əlaqə
olduğu haqqında fərziyyə irəli sürülmüş, kvazarların müşahidəsi nəticəsində təcillə genişlənən, enerji ilə dolu kainatı
əks etdirən müasir kosmoloji model alınmış və kainatın yaşının 13,7 milyard il olduğu dəqiqləşdirilmişdir. Habblın
orbitdə 2014-cü ilə kimi işləyəcəyi nəzərdə tutulmuşdur. Bundan sonra onu “Ceyms Vebb” kosmik teleskopu əvəz
edəcək.
Habbl teleskopu - kosmosda bütöv 
bir kosmik rəsədxanadır.
Bu şəkillər Habbl teleskopu ilə alınmışdır.
http://en.wikipedia.org/wiki/Hubble_Space_Telescope


Yüklə

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə