9
Film Fiction | Dekabr, №4
4. "Arizona Arzusu" (1993)
"Anam məni səhərlər oyadarkən deyərdi:
"Sabahın xeyir, Kolumb". Bununla demək
istəyirdi ki, Amerika artıq kəşf olunub, arzular
isə reallıqdan uzaqdır."
Kusturiça buna qədər çəkdiyi üç filmlə
dünyaya səs salmışdı. Hər üç film mükafatsız
qalmamışdı. "Arizona Arzusu" filmi də
mükafatsız film deyil, ancaq Hollivudun
istədiyini - filmdən gələn gəliri Kusturiça onlara
qazandıra bilmədi. Conni Deppin filmdə iştirakı
da qazanc gətirmədi. Film prokatlarda az gəlir
əldə etdi, amma Berlin Kino festivalında jurinin
xüsusi mükafatını qazandı. Filmin aktyor heyəti
o qədər güclü idi ki, Hollivudda hər kəs bu
filmdən partlayış gözləyirdi, amma olmadı.
Bəlkə də olmaması daha düzgün idi, çünki
avropa məktəbi Hollivudda pul uğuru qazana
bilməzdi. Bir çox kino tənqidçiləri bu filmi
Kusturiçanın ən uğurlu filmi hesab edirlər. Film
rejissor işi cəhətdən həqiqətən də yaxşıdır.
Kusturiça səhnələri rəngarəng edib. Günəşdən
çox istifadə isə yəqin ki Arizona abu-havasını
yaratmaq istəyindən irəli gəlir. Filmin
monoloqları da maraqlıdır.
Və Kustriça bu filmdən sonra Hollivudda
film çəkməyəcəyini bəyan etdi. Hələki sözünü
yerinə yetirir.
5. "Anderqraund" (1995)
"Biz hamımz dəliyik, sadəcə hamımıza bu
diaqnozu qoymayıblar"
Bu film haqqında uzun-uzadı danışmaq
olar. Məhz bu filmdən sonra Kusturiçaya "21-ci
əsrin rejissoru" deməyə başladılar. Film bütöv
bir nəslin həyatı, arzusu və gələcəyinin məhv
olması barəsindədir. Film 1941-1992-ci illər
arasında Böyük Yuqoslaviya Respublikasında
baş verən hadisələrin simvolik təsviridir. Acı
ironiya və səmimilik filmin sonunu maraqlı edir.
Ssenarisi üzərində dəqiqliklə işləyən rejissor,
bu dəfə də qaraçı həyatından yan keçməyib.
Filmin soundtrackləri isə Qoran Breqoviçindir.
Kann festivalında "Qızıl Palma Budağı"nı
qazandıqdan sonra film ətrafında çoxlu səs-küy
yaranır. Qalmaqalı fransalı esseist, filosof Alen
Finkilkro qaldırır. Kusturiçanı
propaqandaçılıqda ittiham edir. Kusturiça ona
cavab versə də, Finkilkro film haqqında ikinci
məqaləsini yazır və Kusturiçanı istedadsızlıqda
günahlandırır. Sonda serb mənşəli fransız
jurnalist Stanko Çeroviç filmi tənqid edərək,
Kann festivalının jüri heyətinin qərarını siyasi
qərar adlandırır. Bu ittihamlardan sonra
10
Film Fiction | Dekabr, №4
Kusturiça kinodan gedəcəyini söyləyir, amma üç
ildən sonra yenidən "həyata qayıdır".
6. Ağ pişik-Qara pişik (1998)
"Qismətdən qaçmaq olmaz, amma öz
toyundan qaça bilərsən"
"Anderqraund"dan sonra Kusturiça
yenidən komediyaya yönəldi. "Ağ pişik-Qara
pişik" filmi Venetsiya film festivalında rejissor
işinə görə "Gümüş Şir" mükafatı qazandı.
Festival zamanı dünya kinosunda çox az sayda
görünən hadisə də baş verir, kino tənqidçilər
film bitdikdən sonra onu ayaq üstə alqışlayırlar.
Qaraçı həyatı və adət-ənənəsi bu filmin də əsas
sujet xəttini təşkil edir. "Ağ pişik-Qara pişik"
filmi rəngarəng səhnələri ilə yadda qalır.
Rejissor işi həqiqətən də ayaqda alqışlanasıdır.
Altı ildən sonra rejissor yenə də böyük
kinoya qayıdır. Altı illik fasilədə isə "No smoking
orchestra" rok qrupu ilə çalışan Kusturiça, bəzi
filmlərdə də rol alır.
7."Həyat möcüzədir" (2004)
Yenə tragikomediya janrına üstünlük
verən rejissor, Balkan müharibəsi mövzusunda
film çəkir. Film Kann festivalına təqdim olunsa
da, kinotənqidçilər Kusturiçanı təkrarçılıqda
günahlandırırlar, amma filmin rejissor işinin
qüsursuzluğunu təqdir edirlər. Film Sezar
festivalında "Qızıl Qlobus" mükafatını qazanır.
8. "Razılaşma" (2007)
Filmin premyerası Kann festivalında
olur. Bu Kusturiçanın ilk filmidir ki, Kann
festivalında heç bir mükafat qazanmır.
Kusturiça bədii filmlərdən əlavə, həm də
bir neçə sənədli film müəllifidir. Əfsanəvi
futbolçu Dieqo Maradona haqqında çəkdiyi
sənədli film ən yadda qalanıdır.
Dünya kinosunda bir filmini çıxmaq
şərtilə qalan bütün filmləri mükafat görən tək-
tük rejissordan biridir Kusturiça. Qaraçı
həyatını təbliğ edən, tragikomik filmləri ilə
güldürən rejissor, "21-ci əsrin rejissoru" adını
20-ci əsrin sonlarında qazanıb. Kinomanlara
tövsiyyə edəcəyim ilk üç filmi isə bunlardır:
"Atam ezamiyyətdədir", "Arizona Arzusu" və
"Anderqraund".
11
Film Fiction | Dekabr, №4
Marlon Brando
Marlon Brando (1924 - 2004) - Amerikalı
aktyor və siyasi fəal. Müasir Amerika kinosunun
ən dahi aktyoru. 1999-cu ildə "Time" jurnalı
"Əsrin 100 dahi adamı"-nı seçdi. Onlar arasında
Çarli Çaplin və Marlon Brando yeganə
professional aktyor idi. Martin Skorseze onun
haqqında bildirirdi: "O müəyyənedici nişanədir.
Kinoda Brandoya qədər və Brandodan sonra
anlayışları mövcuddur."
Marlon Brando 1924-cü il aprelin 3-də
Nebraska ştatının Omaha şəhərində anadan
olub. Atası kimyəvi dərmanlar düzəldilən
zavodda çalışırdı. Onlar İllinoysa köçürlər və 11
yaşı olarkən valideynləri ayrılır. Anası Marlonu
və digər iki uşağını özü ilə birlikdə anasının
yanına, Kaliforniyaya aparır. 1937-ci ildə
valideynləri barışır və yenidən İllinoysa
qayıdırlar. Onun valideynləri əsasən irland və
fransız mənşəlidirlər. Anası Dodi Brando tez-tez
sərxoş olur, o vaxtlar qadın üçün qeyri-adi hal
hesab edilən şalvar geyir və maşın sürürdü.
Lakin onun aktyorluq qabiliyyəti var idi və hətta
əfsanəvi aktyor Henri Fondaya aktyor olmaqda
yardımçı olmuşdu. Marlonda da aktyor olmağa
maraq oyatmışdı.
Dəhlizdə motosiklet sürdüyündən
Marlonu "Libertville" ali məktəbindən
kənarlaşdırırlar və o "Shattuck" hərbi
məktəbinə daxil olur.
Karyera: O, fəaliyyətə Nyu-Yorkda, yay
teatrında başlamışdı. Lakin onun davranışı
teatrdan uzaqlaşma ilə nəticələndi. Bu teatrdakı
bir tamaşa zamanı onun oyunu təşkilatçıların
çox xoşuna gəldi və onu "Broadway" teatrına
dəvət etdilər. Marlon 1944-cü ildə "Mən anamı
xatırlayıram" dramı ilə bu teatrda debüt etdi.
Brando 1947-ci ildə Tennesi Uilliamsın "Arzu
adlı Tramvay" (A Streetcar Named Desire) adlı
əsəri əsasında eyniadlı tamaşada oynadığı Stenli
Kovalski obrazı ilə böyük uğur əldə etdi.
Tamaşanın rejissoru Elia Kazan idi. Onun aktyor
oyunu amerika kinosuna yeni nəfəs gətirdi.
Yüksəliş: Brando kino debütünü 1950-ci
ildə "The Men"(Kişilər) filmində etdi. Hal-
hazırda film o qədər uğurlu hesab edilməsə də,
Marlon Brandonun ilk filmi kimi tarixə düşüb.
1951-ci ildə "Arzu adlı Tramvay"
ekranlaşdırıldı. Elia Kazanın rejissorluğu ilə baş
rolları Marlon Brando və Vivyen Li ifa edirdilər.
Filmə görə Brando "Ən Yaxşı Aktyor"
kateqoriyasında ilk Oskar nominasiyasını
qazandı. Ardıcıl üç il ərzində Brando "Viva
Zapata!" (1952), "Julius Caesar" (1953) və "On
the Waterfront" (Limanda) (1954) filmlərinə
görə də Oskara namizəd oldu və sonuncuya
görə mükafatı qazandı. O, 1951-53-cü illərdə
ardıcıl olaraq üç BAFTA mükafatı da qazandı.
1953-cü ildə "The Wild One" (Vəhşi)
filmi ekranlara çıxdı. Filmdə Brando şəxsi
"Triumph Thunderbird 6T" markalı
motosikletindən istifadə etmişdi.
Bu filmdən sonra motosikletçilər (baykerlər)
hərəkatı başlandı. Bu obrazdan bəhrələnən
Elvis Preslinin timsalında "rock 'n' roll" musiqisi
inkişaf etməyə başladı. Kinoda isə Ceyms Din
əsasən bu tipli obrazlar yaratmağa çalışırdı.
Brandonun bu filmdəki obrazı "Madam
Tüssonun Mum Fiqurlar Muzeyi"-ndə əks
etdirilib. 1957-ci ildə "Sayonara" filminə görə o,
5-ci Oskar nominasiyasını qazandı.
Dostları ilə paylaş: |