Sənədlərdən məlum olur ki, 1905-1907-ci illərdə Naxçıvan,
Şərur-Dərələyəz və Ordubad bölgələrində rus imperiyası və
Tiflis daşnak şurası rəhbərlərinin himayəsi ilə yerli erməni
daşnakları tərəfindən böyük qırğınlar törədilmişdir.
Təxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəti
cəsində Azərbaycanın şəhər və kəndlərinə böyük zərər dəymiş,
300-dən çox müsəlman kəndi dağıdılmış, yandırılmış və əhalisi
qılıncdan keçirilmişdir.
Araşdırılan arxiv sənədlərindən məlum olur ki, Naxçıvan
ölkəsinə ermənilərin təcavüzü X X əsrin əvvəllərindən başlaya
raq 90-cı illərin əvvəllərinə kimi bir neçə dəfə olmuşdur.
Xüsusilə 1918-1920-ci illərdə ermənilərin Naxçıvan, Şərur-Də
rələyəz və Ordubad bölgələrinə təcavüzü və bu qəzalarda törət
dikləri ağır cinayətləri daha dəhşətli idi. Müsəlmanların qılıncdan
keçirilməsi, evlərə doldurularaq yandırılması, kəndlərin talan
edilməsi, müsəlmanların öz yurdlarından didərgin düşmələri, mü
hasirədə olmaları barədə artıq əlimizdə çoxlu faktlar vardır.
Erməni daşnaqları əsrin əvvəllərində özlərinin qanlı ideya
larını həyata keçirərkən dünyanın müxtəlif yerlərindən muzdla
tutulmuş könüllü ordu yaratmış və ondan istifadə etmişdir.
, 1905-1907-ci illərdə olduğu kimi ermənilər hələ 1917-ci ilin
dekabr ayının axırlarından başlayaraq İrəvan quberniyasında
və Naxçıvan qəzasında soyqırıma başlamışdılar.
1918-ci ilin yanvarın 17-də Naxçıvan qəzasının Əznəbürd
kəndində ermənilər tərəfindən həmin kənddə yaşayan 22 nəfər
müsəlman qadın və kişi qətlə yetirilmişlər. Ümumiyyətlə,
1918-ci ilin əvvəllərindən başlayaraq Tiflis daşnak şurasından
Naxçıvana göndərilmiş Xorazyan başda olmaqla yerli daşnak
erməniləri həm şəhərdə, həm də Naxçıvan qəzasının bir çox
kəndlərində müsəlman əhalisinə basqınlar etmiş, neçə-neçə
günahsız insanları qətlə yetirmişlər.
1918-ci ilin martın 18-21-nə kimi ermənilər Əlincəçay boyun
ca Bənəniyar, Qızılca, Saltax, Noraşen, Xoşkeşin və sair kənd
lərə hücumlar edərək, kəndləri yandırmış, qarət etmiş, əhalisini
vəhşiliklə qətlə yetirmiş, canlarını qurtaranlar isə öz ocaqlarını
tərk edərək qonşu kəndlərə, Naxçıvan şəhərinə qaçmışlar.
Ermənilər tərəfindən törədilən qanlı cinayətlərin aradan
n
qaldırılması üçün 15 mart 1918-c il tarixdə Maku sərdarı Mur-
tuzaqulu xan müsəlmanlarla ermənilər arasında sülh bağla
nılması üçün erməni Milli Komitəsinin adına və Cəfərqulu xan
Naxçıvanskinin adma məktub göndərir. Məktubda göstərir ki,
sülh bağlanmasa günahkar tərəf qoşun bölüyü tərəfindən atəşə
tutulub məhv ediləcək.
Lakin erməni daşnaqları başda Y. Xaraziyan olmaqla (er
məni Milli Komitəsinin sədri-F. C.) bu məktubu heç də saya
almayaraq Naxçıvan bölgəsinin bir çox kəndlərində yerli er
məniləri müsəlmanlara qarşı qanlı cinayətlərə qaldırırlar.
Naxçıvan qəzasının Qaraxanbəyli kənd erməniləri 31 mart
1918-ci ildə azərbaycanlılara atəş açmağa başlayırlar. Bu vu
ruşmada müsəlmanlar 25 nəfər tələfat verir və döyüş mey
danından meyitləri çıxarda bilmirlər.
Aprelin 3-də müsəlman Milli Komitəsinin sədri Mirzə Nəs-
rulla Əmirov erməni Milli Komitəsinə müraciət edərək me
yitlərin verilməsini tələb edir və 6 meyit ermənilərdən almır.
Gətirilən meyitlər ermənilər tərəfindən tanınmaz hala salınmış,
yandırılmış, hətta Məşədi Rəhim Babayevin başını kəsmişlər.
Şəhid olanlar Hacı Məhəmməd Quluzadə, İbrahim Xəlil
Hacızadə, Kərbəlai Abdulla Nehrəmli, Kərbəlai Əli Sənəm
oğlu, Muxtar Hacı Bəyzadə və başqaları idi.1
Sənədlərdən aydın olur ki, 1918-ci ilin əvvəllərindən başla
yaraq 1920-ci ilin iyul ayma kimi Andranik Ozanyanın, Nıjde-
nin, Dronun, Kibbonun, Doluxanovun və başqalarının başçılıq
etdiyi erməni quldur dəstələri tərəfindən təkcə İrəvan quberni
yasında 200-dən artıq və Naxçıvan, Şərur-Dərələyəz və Ordu
bad qəzasında 50-dən artıq müsəlman kəndlərinə basqınlar
etmiş, dağıdılmış, yandırılmış, kənd əhalisinin çoxu öldürülmüş,
canlarını qurtaranlar isə öz yurdlarından didərgin düşmüşlər.2
18 iyun 1918-ci ildə Naxçıvan ikinci mahalın polis komissarı
Məşədi Hüseyn Salmanova polis məmuru Məşədi Abbas Za-
lov tərəfindən yazılmış məktubda Nurs və Qarababa erməni
ləri tərəfindən Nurs kəndinin sakinlərindən Şəkərəli Məşədi
1. M.B.Əliyev. Qanlı günlərimiz Bakı 1993. səh. 23.
• 2. Nax M'RDA f. 314. s.5a. iş 74. v.103-105
12
Əmir oğlunun, Şahbuzdan Səfər Məmmədqulu oğlunun, Hü-
seynəli Heydər oğlunun, Bahar Əsgər qızının və Məhərrəm
İmamqulu oğlunun tutulub Qarababa kəndinə aparılmaları
haqda məlumat verilməklə, göstərilirdi ki, ermənilər Kolanı və
Gtozur kəndlərindən at və ulax oğlurlayıb aparmış, 14 nəfər
müsəlmanı öldürmüşlər.
Ermənilərin bu cinayətləri ilə bağlı Naxçıvan qəza Milli
Komitəsi həmin gün, yəni 18 iyunda keçirdiyi yığıncaqda Milli
Komitənin sədri Məmmədquluxan Diyarbəkirin təklifi ilə
erməni milli komitəsindən əsir aparılmış müsəlmanların azad
edilməsi və müsəlmanları öldürən erməni cinayətkarlarının
tutulub müsəlman milli komitəsinə təhvil verilməsi haqda
ultimatum məktubu göndərilməsini qərara alır.
Həmçinin yığıncaqda qəza və şəhərdə ermənüər tərəfindən tö
rədilən cinayətlərin qarşısının alınması və asayişin bərpa edil
məsinə dair qəza və şəhər polis idarələrinə lazımi əmrlər verilir.1
Xüsusilə Naxçıvan qəzasına soxulan Andranik Ozanyamn
başçılıq etdiyi erməni quldur dəstələri Naxçıvandan başlaya
raq Zəngəzur və Şuşayadək olan ərazini ələ keçirməyə çalışırdı.
Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı
kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərinə olmuşdur.
Ermənilər Yaycı kəndində 4000 nəfərdən çox müsəlman əha
lisini qırmışlar. Yaycı hadisələri ilə bağlı Nehrəm kənd əhli
Tağı Nağdəliyev 14 iyun 1918-ci ildə Naxçıvan Milli
Komitəsinin sədri Mirzə Nəsrulla Əmirovun adma göndərdiyi
məktubunda yazırdı: "Məlum edirəm ki, Andranikin dəstəsi
İrandan Araz körpüsündən keçərək Yaycı kəndinə girmiş,
həmin kəndin əhalisini qılıncdan keçirərək kəndi tanmar
etmişdir. Camaldın və Ərəzin kəvşəninə isə erməni qoşunları
dolubdur. Lazımi sərəncam verməkdən ötəri xəbər edirəm ki,
Nehrəm kəndi qorxu içərisindədir."1 2
18 iyul 1918-ci il tarixdə Tiflis sosial-demokrat bolşeviklər
partiyasının jrqanı olan "Borba" (mübarizə) qəzetində "An
dranik haradadır" başlığı altında gedən yazıda göstərilir: Bu
1. M.B.Əliyev. "Qanlı günlərimiz. 1993, səh. 58
2. Əliyev M.B. Qanlı günlərimiz. Azərnəşr, Bakı 1993 səh. 56.
13
Dostları ilə paylaş: |