58108
FƏXRƏDDİN CƏFƏROV
E R M Ə N İ
V Ə H Ş İ L İ Y İ
BAKI - 2009
Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlı
lara qarşı əsrlər boyu aparılan soyqırım siyasəti haqqında
həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fi
kirdə ədalətin bərqərar olmasına nail olmaq, onun ağır nə
ticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması
üçün ciddi tədbirlər görmək vəzifəsi durur.
Heydər ƏLİYEV
Azərbaycan xalqmnı ümummilli lideri.
■
ф
Elmi məsləhətçi:
İsmayıl HACIYEV
AMEA-nm həqiqi üzvü,
tarix elmləri doktoru, professor
Rəyçi:
Rəcəb RƏHİM Lİ
Siyasi elmlər namizədi
Məhərrəm CƏFƏRLİ
Filologiya elmləri doktoru;
Rafiq BABAYEV
yazıçı
Əziz ƏLƏKBƏRLİ
Filologiya elmləri namizədi
Fəxrəddin Cəfərov. Erməni vəhşiliyi. Bakı. "Nurlan". 2009. -
186 səh.
Monoqrafiyada XX yüzillikdə Naxçıvan, Ordubad, Şərur-Də-
rələyəz, Zəngəzur qəzalarında və Qərbi Azərbaycanda ermənilərin
azərbaycanlılara qarşı törətdikləri qırğınlar, vəhşiliklərdən və
ermənilərə qarşı vuruşan qırmızı taborçulardan və polis işçilərindən
danışılır, erməni vəhşilikləri ilə bağlı arxiv sənədləri öz əksini tapır.
Monoqrafiya tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
C ^03020907 Q rifli nəşr
098-2009
Ön sözün müəllifləri
və redaktorlar:
Nəşrinə məsul:
© F.Cəfərov, 2009
YANDI BAĞRIM, DÖNDÜ K Ö ZƏ ...
İndi nisgildi, ağrıdı, sözlərimizin ən göynəklisi, ən kədər-
lisidi bu adlar. İndi bu adlarda göy kişnər, bulud ağlar.
Ömrün hansı çağmdasa, əhvalın hansı məqamındasa Dədə
Ələsgər "Yandı bağrım, döndü közə, amandı" - demişdi. O ya
nıqlı səs, yəqin ki, ulu Göycənin yaddaşmdadır; o səs Vedini,
Dərələyəzi, Zəngəzuru dolaşır, ürəyimizin Qərbi Azərbaycan
boyda yarasını göynəm-göynəm göynədir - o səs söndürülmüş
ocaqları, dağılmış yurd yerlərini dolaşır, yad dildə danışan yad
adamları görür, yad adlar eşidir.
Görür ki, yanan indi yağı əlindəki min illik yurd yerlərimi
zin bağrıdı; yana-yana közə dönüb.
Görür ki, soyuq qış günlərində müsibətlərin, məşəqqətlərin
ən çılpağı, ən yandırıcısı ilə üz-üzə qalan doğmalarımız Qərbi
Azərbaycandan qovulanda onlara Dədə Ələsgərin sözü də qo
şulmuşdu; sözlər də soyuğa düşdülər, şaxta o sözlərin də "gül
üzünü" qarsaladı, onlar da dondular, onlara da güllə dəydi.
Ala gözlərdən yaş süzüləndə sözlərin də "gözləri doldu". O
gözü yaşlı sözlər elə hey bizləri çağırır.
Dədə Ələsgərin bu sözlərində puçurlanan göz yaşlarını qu
rutmağa aradan keçən uzıın illərin zoru çatmayıb. Hər söz
gözlərdən axıb selə dönən göz yaşıdırsa, qanı sızan dərdlərdən
baş alıb gəlibsə, aldanışlarm, ağrıların, əzabların qanı çıxıbsa
sözün üzünə, təkliyin, tənhalığın içində qovrulanda, hədələrin,
işgəncələrin, ölümlərin soyuq sifətinə baxanda bu sözlər ulu
yaradana dua kimi pıçıldanıbsa - inanma o göz yaşları qu
ruya...
Tarix elmləri namizədi Fəxərddiıı Cəfərovun arxiv sənəd
lərinə əsaslanan bu kitabı ilə üz-üzə qaldıqca fikirləşirsən ki,
bu sənədlərin üzü çox sərtdi, bu sənədlərin sözü yaman ötkəm-
di, onların özü bütövlükdə dəhşətdi - iyirminci yüz il başlar-
başlamaz Azərbaycan türkünə qarşı müxtəlif yerlərdə ölçülüb-
biçilmiş dəhşətlər...
İndi oxuyursan bu kitabı, nəyisə soruşmağa gücün, taqətin
çatmır; bilirsən ki, bütün bunlar soruşmaq üçün deyil, bu söz
lərin qabağında ancaq səssiz-səmirsiz baş əyə bilərsən, soydaş-
larimizin çəkdikləri o əzabların qarşısında boğazında düyün
lənmiş qəhər yumruqlarını diiyünləndirir.
"Ərzaq ehtiyacı - bu, aclıq və məhv olmanın çox yüngül iza
hıdır, bu insanların ölü heyvanları parçalayıb yeməsi, zibillik
ləri dağıtması, çürümüş yemək qalıqlarını yeməsi, heyvan kimi
çəmənlikdə ot və kökləri ilə qidalanması vəziyyəti izah etmək
üçün çox ədəbli sözdür və bu, 1918-ci ilin fevral ayından baş
layıb" - bu cümlələr Azərbaycanın o dövrdə Ermənistandakı
diplomatik nümayəndəsi M.Təkinskinin məktubundandır; bu
vətənpərvər, cəfakeş diplomatın kitabda fransız, ingilis, erməni
hökumətlərinə göndərilmiş onlarla məktub və teleqramları ilə
tanış olduqca damarlarında qanın donur, erməni terrorunun
tüğyan etdiyi bir vaxtda ömrü bahasına bu cür mərdlik, qey
rət, vətənpərvərlik göstərən milli diplomatiyamızın özünə və
sözünə heyran qalırsan.
Bu kitab "Erməni vəhşiliyi" adlanır, ilk baxışdan onu da fi
kirləşirsən ki, köhnə, necə deyərlər, "çağırılmış bayatıdır"; am
ma kitabı oxuduqca hiss edirsən ki, onu başqa cür adlandır
maq da olmazdı.
Gorus kənd sakini Həsən İbrahimovun xatirəsi bu kitabda
verilib; ermənilər əsir aldıqları Həsəni öldürməyə aparanda
"gecə saat 11 olardı. Məni kənd içi ilə aparırdılar. Kəndin qıra
ğında uca divarlı bir bağça var idi. Biz ora yaxınlaşanda boğuq
səslər eşitdik: "Siz Allah, doğramayın, güllə ilə vurun". Demə,
bu öldürülənlər Alışar kəndindən olan 5 nəfər cavan oğlan
imiş. Bunlar məni də həmin yerə aparmaq, qılıncla doğramaq
istəyirmişlər. Vəhşilik o həddə çatmışdı ki, ermənilər bizə güllə
ilə olan ölümü də çox görür, qılıncla doğrayıb əzabımızdan
həzz almağı üstün tuturdular".
Bu isə Cəbrayıl qəzasından 1920-ci ildə müəllim Hüseyn
Axundzadənin teleqramındaııdır: "Qətlə yetirilmiş Zəngəzur
müsəlmanlarının ah-nalələri dağlar, dərələr arasında qaldı, heç
yerə çatmadı. Onların köməyinə heç kəs gəlmədi. Qadınların
döşləri kəsilmiş, uşaqların başları kəsilmiş, qanlı bədənləri
yerdə qalıb".
Düz 70 il sonra - Bakıda Yanvar qırğınında deyilən "hər
gün Aşuradı, hər yer Kərbəla" sözlərini bu kitabı oxuduqca
4
Dostları ilə paylaş: |