Cəfər bəy İrəvanskini, Teymurhəsən Kazımovu həbs edərək
Naxçıvandan Aleksandropola aparmışlar. Hər iki xalqın
mənafeyi naminə xahiş edirik günahsız şəxslərin azad
olunması haqda tədbirlər görəsiniz..."1
Ermənilərin Vedibisar, Şərur-Dərələyəz, Naxçıvan və Ordu
bad bölgələrində törətdikləri qanlı cinayətlərlə bağlı bu bölgələr
üzrə "müsəlman yerlilər cəmiyyətinin" keçirdikləri iclasın rəya
sət heyəti tərəfindən Azərbaycan Parlamentinə 16 iyul 1919-cu il
tarixdə göndərdikləri məktubda yazırdılar: "Vedibasar, Şərur,
Naxçıvan, Ordubad rayonlarının əhalisinin böyük hissəsini
müsəlmanlar təşkil edir. Qeyri-müsəlman əhalisinin sayı cüzidir.
Bu rayonlarla Ermənistan Respublikası arasında sərhəd kimi
Şirazlı müəyyən edilib. Ölkədə kənar qüvvələrin qarışmasına
səbəb olacaq heç bir qanunsuzluq olmayıb.
Ermənilərin fitnələrinə uyaraq, bizə məlum olmayan səbəb
lərdən ingilis komandanlığı bu rayonları bizə qarşı düş
mənçilik münasibəti bəsləyən və qarşışılarına bizləri tamamilə
məhv etmək məqsədi qoyan ermənilərə verdi. Bu hal bizim
hüquqlarımızın və fiziki varlığımızın tamamilə pozulması və
heçə sayılması aktıdır, ədalət prinsiplərinə və xalqların öz
müqəddəratını təyin etmə şüarına ziddir.
Bu rayonların ermənilərə verilməsi faktı kim tərəfindən
olursa - olsun ermənilərin müsəlmanlara olan münasibətinə
şərik olduğunu göstərir.
Bu rayonların əhalisinin xahişini və müsəlman Milli Şura
sının müsəlmanların soyqırımına olan etirazını nəzərə alaraq,
Vedibasar, Şərur, Naxçıvan, Ordubad rayonlarının müsəlman
larının birliyi erməni banditlərinin bu rayonlara soxulmasına
qəti etirazını bildirir və oradan çıxmasını tələb edir.
Biz həddindən artıq inanırıq ki, ingilis komandanlığı buna
yol verməyəcək və hüququmuzu özümüzə qaytaracaq. Vedi
basar, Şərur, Naxçıvan və Ordubad rayonları müsəlman
yerlilərinin heyəti1 2.
İngilis-erməni təcavüzkarlarının etdikləri bu cinayətlərinə
1. Nax. MRDA. f.314. s5a. iş.74. v. 186-187.
2. Nax MRDA f. 314, s.5 a. iş 71. v. 20-21
26
qarşı 1919-ci ilin iyul ayınm ortalarında Naxçıvan şəhərində və
Şərur qəzasında üsyan qaldırılır. Üsyan, demək olar ki, bütün
Naxçıvan qəzasını bürüyür.
İngilislərin Naxçıvanda yaratdığı, qubernator Varşamyan
başda olmaqla daşnak hərbi hökuməti qovulur. Naxçıvan və
Şərurda duran qarnizonlar pərakəndə surətdə Naxçıvan
ölkəsini tərk edib qaçır.
1919-cu ilin axırlarından başlayaraq 1920-ci ilin iyul ayına
kimi ermənilər Şərur-Dərələyəz, Naxçıvan və Ordubad
bölgələrinin, demək olar ki, əksər kəndlərinə hücum etmiş,
yandırmış, Azərbaycan əhalisinin xeyli hissəsini qıraraq məhv
etmiş, əhalinin bir qismi isə ermənilərə qarşı vuruşaraq,
qüvvələr bərabər olmadığı üçün öz yurdlarını, ocaqlarını tərk
etməli olmuşdur.
Ermənilərin hiyləsi ilə İrəvan quberniyasından qaçqın
düşmüş bəzi kənd sakinləri öz kəndlərinə qayıtdıqdan sonra
ermənilər tərəfindən qılıncdan keçirilərək məhv edilmişlər.
Ordubadın qəza rəisi Tahirov Naxçıvan general-quberna
toruna 6 yanvar 1920-ci ildə vurduğu teleqramda yazırdı: "Uç
gün bundan əvvəl Korçevan kəndində ermənilər 100 nəfərdən
çox müsəlmanı bir yerə yığıb, qadın və uşaqları vəhşicəsinə
qətlə yetirmişlər.”1
Arxivdə araşdırdığımız bir çox sənəd bunu bir daha sübut
edir. Məsələn, Abasqulu bəy Şadlinski tərəfindən Böyük Vedi-
dən 7 yanvar 1920-ci ildə vurulan teleqrama nəzər yetirək. Tele
qramda yazılır: 'Texmaqan kənd sakinləri ermənilərin müqa
viləsinə inanaraq öz yurdlarına köçdülər. Ancaq ermənilərin
orada yerləşən nizami qoşun hissələri tərəfindən onlar kəsilib
doğrandılar. Məlumat üçün bu vəziyyəti sizə çatdırıram”. 1 2
Vedibasar təşkilatının komandanı Hacı Təhmasib Şadlin-
skinin Naxçıvan qəzasının hərbi komandanı (naziri - F.C .) Kəl-
balı xan Naxçıvanskiyə 9 yanvar 1920-ci il tarixdə Böyük Ve-
didən göndərdiyi teleqramda yazılır: "Bu gün dördüncü gündür
ki, erməni gözətçiləri çöldə otarılan mal qaraya hər gün atəş
1. Nax MRDA f. 314, s.5 a. iş. 72. v.16.
2. Nax. MRDA. f.314. s.5a. iş.72. v.18.
27
açırlar, eyni zamanda Böyiik Vedi tərəfdə yoldan keçən və
gözə görünən adamları atəşə tuturlar. Bu vəziyyəti çatdırmaqla
xahiş edirəm ki, məsləhət verəsiniz biz nə edək və eyni zamanda
sizdən asılı nə varsa hüququnuzla sərəncam verəsiniz.''1
1920-ci ilin mart ayının 21-də 10 min nəfərdən ibarət olan
erməni daşnakları Ordubad qəzasının Düylün, Vənənd, Vələər,
Xanağa, Beksar, Ağrı, Dizə, Unus, Əylis, Kilit, Anabad, Gənzə və
s. kəndlərinə hücum edərək yandırmış, qarət edib əhalinin çox
hissəsini qırmış və Ordubad şəhərini mühasirə etmişlər. Ordubad
ətrafında gedən döyüşlərdə ermənilər tərəfindən çox itkilər
olmuşdur, lakin ermənilər şəhərə girə bilməmişdir.2
Azərbaycan Respublikasının İrandakı diplomatik nümayə-
nəsi 10 aprel 1920-ci il tarixdə Azərbaycan Respublikası Xarici
İşlər Nazirinə göndərdiyi məruzə xarakterli məktubunda yazır:
"Bu ilin mart ayının 20-dən başlayaraq Naxçıvan və İranın
ayrı-ayrı yerlərindən erməni hərbi hissələrinin Naxçıvan və
Ordubad rayonlarına hazırlanmış hücumları haqda tele
qramlar älıram.
Bu teleqramda bildirilir ki, İran erməniləri də bu hücum
larda iştirak edirlər.
Əsas dağıntıları artileriya törədir. Yerli əhali müqavimət
göstərir, amma təcili kömək diləyir.
Bundan başqa bu rayonlarda qaçqınlar aclıqdan əzab çəkirlər.
İran ermənilərinin bu məsələdə iştirakı, eləcə də İran
ərazisində qaçqınlar üçün ərzağın alınması üçün mən İran
hökuməti qarşısında məsələ qaldırmışam, lazımi tədbirlər
görsünlər, onlar da öz növbələrində yaxşı mənada lazımi
əmrlər veriblər.
Eyni vaxtda ermənilərin bu rayonlara hücumları barədə
Tehrana gələn ingilis, amerikan və fransız nümayəndələrinə də
xəbər vermişlər.
Bunları izah edərək Xarici İşlər Nazirliyindən bu rayonun
əhalisini bu fövqaladə vəziyyətdən çıxartmaq üçün lazımi təd
birlər görməyi xahiş edirəm.
*
1. Nax. MRDA. f.314. s.5a. iş.72. v.17.
2. "Borba" qəzeti, 15 aprel 1920-ci il, №-83
28
Dostları ilə paylaş: |