FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

Artiz, Talacih, Toroslu,  Usublu,  Veysəlli və  başqa kəndlər  idi.1
Azərbaycan  Respublikası  Xarici  İşlər  Naziri  22  yanvar
1920-ci  ildə  Ermənistan  Respublikası  Xarici  İşlər  Nazirliyinə 
göndərdiyi  məktubunda yazırdı:
"Hökumətimiz  tərəfindən  mənə  məlumat  çatıb  ki,  yanvarın 
19-da erməni  hökumətinin qoşunları Zəngəzurdan  Şuşa qəzası 
istiqamətində hücum əməliyyatları  aparıblar.  9 kənd dağıdılıb.
Bu  hadisələrə  qəti  etirazımı  bildirirəm və  sizi  məlum  edirəm 
ki,  Azərbaycan  və  Ermənistan  hökumətləri  tərəfindən  28 
noyabr  1919-cu  il  tarixli  sülh  müqaviləsi  bağlandıqdan  sonra 
və  son  vaxtlaradək  Zəngəzur  qəzasında  erməni  ordusu  tərə­
findən 40  kənd  dağıdılıb.
Bir  daha  Ermənistan  Respublikası -hökumətinin  bu  cür  hə­
rəkətlərin  qətiyyətlə  qınayırıq  və  Ermənistan  ordusunun  bu 
cür aqressiv  hərəkətlərinin  dayandırılmasını tələb  edirik.  Dinc 
müsəlman  əhaliyə  qarşı  hərbi  əməliyyatlar  dayandırılmazsa 
hökumətim  öz  vətəndaşlarını  qorumaq  üçün  qəti  addımlar 
atacaq.  Bu  zaman  baş  verə  biləcək  hadisələrin  məsuliyyətini 
Ermənistan  hökuməti  daşıyacaq.
A zərbaycan  Respublikasının X arici İşlər N aziri V
Zəngəzurda,  Naxçıvanda,  Ordubadda və İrəvan  quberniya­
sının azərbaycanlılar yaşayan kəndlərində etdikləri vəhşilikdən 
usanmayan Andranik  öz quldur  dəstəsi  ilə  Qarabağda  Cavan­
şir,  Cəbrayıl,  Şuşa  qəzalarında  da  öz  vəhşiliklərini  davam  et­
dirmişdir.  Xüsusi  ilə  Cavanşir  qəzasının  erməni  kəndləri  əha­
təsində olan  Dəmirlər,  İtcan-Herrəvənd,
Sarşktar,  Umudlu,  Qaralar,  Şichavənd,  Bürc,  Çıraxlı,  Hacı 
Qaravənd  kəndləri  erməni  quldurlarının  hücumlarına  daha 
çox  məruz qalmışdır.
Buna  görə  də  qəzalardan,  kəndlərdən,  ayrı-ayrı  adamlardan 
dalbadal dərdlə, məşəqqətlə dolu göz yaşları ilə yazılmış teleqram­
lar, məktublar, məlumatlar Azərbaycana gəlməkdə davam edirdi.
Gəlin  teleqramlardan  bir  neçəsi  ilə  tanış  olaq. 1 2
1.  Azərbaycan  bölgələrində  erməni  şorunu.  (1918-1920).  Ankara  2001. 
səh.  87-88.
2.  Nax.  MR  DA.  f.  314.  siy.  5.  iş.  72.  vər.  37-38.
65


TELEQRAM
Cəbrayıldan Bakıya, Parlamentin sədrinə.21.Ö1.192ü. №240/107.
Zəngəzur  qəzası  4-cü  gündür  ki,  erməni  quldur  dəstələrinin 
nizami  qoşunlarıı  ilə  birlikdə  artileriya  və  pulemyot  atəşinə 
məruz  qalıb.  Cəbhə  xətti  Qubadlıdan  Xocavəndə  50  km  uzun- 
luğundadır.  Qurbanlar  çoxdur.  Əhali  vahimə  içərisində  qaçır. 
Xahiş  edirəm  çoxlu  miqdarda  qoşun  və  güllə  göndərmək  haq­
qında  təcili  tədbirlər  görəsiniz.  Bədbəxt  əhali  adından  sizdən 
xahiş edirəm ki, kağız üzərindəki etirazlarınızı bir kənara qoyub 
fəal  hərəkətə  keçəsiniz.  Azərbaycanın  ən  gözəl  guşəsini  məhv 
olmaqdan  xilas  edin.  Zəngəzurdan  sonra  növbədə  Qarabağdır. 
Bu  itkilərə görə Azərbaycan xalqı qarşısında Siz cavabdehsiniz.
Parlamentin üzvii  C əlil Sultanov.1
TELEQRAM
Cəbrayıldan  Bakıya,  Parlamentə.  22. 01.1920.  №  151.
19 səhər.  Zəngəzur kəndinin erməni hissələri bütün cəbhə  bo­
yunca Mchaqandan Qaladərəsinə kimi top və pulemyotlarla mü­
səlmanlara  atəş  açıb.  6  kənd  məhv  edilib,  9-u  yamı*.  Ermənilər 
qadm  uşaq  demədən  müsəlmanları  amansızcasına  qətlə  yetirir. 
Müsəlmanların  onlara qarşı çıxmağa qüvvələri yoxdur və  ancaq 
mülklərini ermənilərə qoyub qaçmaqla canlarını qurtarırlar.
Bu  hadisə  haqqında  hökumət qəti  tədbirlər  görməlidir.
C əbrayıl kənd m əktəbinin  müdiri Axundov.2
TELEQRAM
Cəbrayıldan  Bakıya,  Parlamentə.  23.  01.  1920.  №  160.
Birbaşa  müraciətdən  üzr  istəyirəm.  19  yanvar  tezdən 
Xocakənddən  Qaladərəsi  boyunca  hücuma  keçiblər.  Onların 
artileriya və  pulemyotları  ilə  Fərcan,  Qonyal,  Qocamusaxlı  və 
Əliqulu-Uşağı  kəndlər/'məhv  edilib.  8  kənd  yanır.  Tüstü  bulud 
kimidir.  Mən  Zəngəzura  300  silahlı  adam  göndərdim.  Lakin 
bu  dəryada  bir  damçıdır.  Xahiş  edirəm  qəti  tədbirlər  görün, 
bizim qüvvələrlə  onları  saxlamaq  mümkün  deyil.
C əbrayıl qəza  3-cii sahənin prist avı.3
1.. Nax.  MRDA.  f.314.  siy.5.  iş.72.  vər.20.
2.  Nax.  MRDA.  f.314.  siy.5.  iş.72.  vər.21.
3.  Yenə  orada,  vər.  24.
66


TELEQRAM
Bakıya,  Parlamentin sədrinə.  23. 01.  1920. №  177.
Bıı  gecə  qaza  rəisi  ilə  birlikdə  Cəbrayıla  gəlmişəm..  Zəngə­
zurdan  gəlmiş,  açıq  havada  on  minlərlə  qadın  və  uşaq  qaçqın 
gördüm.  Zəngəzur  qəzası  Yerevandan  gəlmiş,  özü  ilə  10  top 
gətirmiş  nizami  qoşunlar  tərəfindən  məhv  edilib.  Vuruşan  er­
mənilərin  sayı  10  mindən  artıqdır.  Erməni  meyitlərinin  içəri­
sində  ingilis  əsgərlərinin  meyitləri  tapılıb.  Top  və  pulemyot­
larını  Xocaqan  və  Zadux  arasındakı  bütün  təpələrdə  yerləş­
dirib.  Axara  çayının  sağ  tərəfindəki  bütün  3-cü  sahəni  məhv 
ediblər.  Bu  gün  isə Zəngəzur rayonunun 4-cü sahəsini  mühasi­
rəyə alaraq,  onları məhv edirlər.  Hökumət yoxdur,  müqavimət 
göstərmək  və  döyüşmək  üçün  vəsait  yoxdur.  Əhali  artıq  hö­
kumətdən  ümidini  kəsərək,  kömək  üçün  bütün  Azərbaycan 
xalqına  müraciət  edir.  Aldığımız  məlumata  görə  sabah  Cəb­
rayıla Zəngəzur  tərəfdən  hücum başlayacaq.  Məqsəd  Qarabağ 
erməniləri  ilə  birləşib,  Naxçıvanı  ayırmaq  və  Naxçıvanla  Qa­
rabağı  məhv etməkdir.  Qarabağın dağlıq  bölgəsində  üsyan  ha­
zırlanır.  Hakimiyyətin  hərəktsizliyi  Qarabağın  və  Zəngəzurun 
məhv  olmasına  səbəb  oldu.  Kağız üzərindəki etirazlara,  xain
Xatisovun  əməllərinə,  Azərbaycan  vətəndaşı  olan  200.000- 
dən  artıq  müsəlmanı  qətlə  yetirən  ermənilərin  əməllərinə  son 
qoyulmalıdır.
Şuşa,  Qarabağ,  Cəbrayıl  qəzalarını  qurtarmaq  üçün  qəti 
tədbirlər  görməyinizi  xahiş  edirəm.  Hər  dəqiqə  qiymətlidir, 
yavaş  hərəkət  etmək  cinayətdir  və  xalq  qarşısında  xəyanətdir. 
Hərbi  nazirin  olması  vacibdir.
Parlam entin üzviı  C əlil Sultanov.1
TELEQRAM
Cəbrayıldan Bakıya, Parlamentə.
Qətlə  yetirilmiş  Zəngəzur  müsəlmanlarının  ah-nalələri  dağ­
lar,  dərələr  arasnıda  qaldı,  heç  yerə  çatmadı.  Onların  kömə­
yinə heç kim gəlmədi. Qadınların döşləri kəsilib, uşaqların baş­
ları kəsilmiş, qanlı bədənləri yerdə qalmışdır.  Ermənilərin əlinə
1.  N a x .  M R   D A .  f.  3 1 4 ,  s iy .5 .  iş  7 2 .  v ər.  3 3 - 3 4 .
67


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə