66
olmasına baxmayaraq əməliyyatın forması baxımından mahiyyətcə eyniyyət təşkil
edirlər.
B) Pul və digər qiymətlilərin saxlanması və verilməsi. Bu əməliyyatlar onun
iştirakçılarının hüquq və maraqlarının, həmçinin əsas fəaliyyətlərinin məqsədinin təmin
olunmasına yönəlmişdir. Trast təşkilatları bu tip əməliyyatları yerinə yetirərkən əsasən
aşağıdakı formada əməliyyatları icra edirlər:
a) qiymətli kağızların, pul vəsaitlərinin, sənədlərin və digər qiymətlilərin saxlanmaq
üçün qəbul edilməsi;
b) qeyd olunanlar üçün seyflərin və ya ayrıca seyf nömrələrinin verilməsi;
c) saxlanmağa qəbul edilmiş qiymətlilərin onun sahibinin göstərişlərinə əsasən
digər şəxsə verilməsi;
ç) səhmlərin, istiqrazların digər bu tipli qiymətlilərin saxlanması və onlar üzrə
gəlirin daxil olması, uduşlu olduğu halda uduşa dəyişmələri barədə onun sahibinə
məlumat çatdırılması;
d) saxlanmağa qəbul edilmiş qiymətli kağızlar, pul vəsaitləri və digər qiymətlilər
üzrə onun sahibinin göstərişi əsasında digər əməliyyatların (kreditin verilməsi, yardım
göstərilməsi, xeyriyyə məsələlərinə xərclənməsi, kütləvi tədbirlərin keçirilməsi və s.)
aparılması;
e) saxlanmağa qəbul olunmuş qiymətlilərin müqavilə əsasında ya onun sahibinə, ya
da ki, onun göstərdiyi fiziki və ya hüquqi şəxsə çatdırılması.
Dünya təcrübəsi göstərir ki, agent xidmətlərinin bu forması çox tətbiq olunan və
xüsusi əhəmiyyətli bir formadır. Bu formadan əsasən çox baha qiymətli daşınmaz əmlakın
alqı-satqısı zamanı istifadə olunur. Bu halda bu əməliyyat alqı-satqının təminatı kimi çıxış
cdir. Alqı-satqıda iştirak edən tərəflər bankla müqavilə bağlayaraq sövdələşmənin tam
dəyərini (nağd pul vəsaitlərini) bankda icarəyə götürülmüş seyfə yerləşdirirlər. Alqı-satqı
baş tutduqdan sonra, yəni mülkiyyətin sahibi dəyişdikdən sonra, banka bu barədə sənəd
təqdim olunur. Yalnız bu halda bank pul vəsaitlərini əmlakı satana verir. Beləliklə də bu
əməliyyat nəticəsində vəsaitlərin itməsinin, oğurlanmasının, tərəflərin bir-birini aldat-
masının, dələduzluq faktlarının, risklərinin qarşısı tam alınmış olur.
67
C) Etibarnamələrin, vəsiyyətnamələrin, digər hüquqi və notarial sənədlərin
rəsmiləşdirilməsi. Xidmətlərin bu növü postsovet məkanında çox az yayılmışdır.
Avropada isə Almaniya, İtaliya, Fransa, İngiltərə kimi ölkələrdə bu sahədə geniş təcrübə
vardır. Bu ölkələrin əmanət banklarında müştərilərə daşınmaz əmlakın seçilməsi, alqı-
satqısının aparılması, icarəyə verilməsi və bunlarla bağlı bütün sənədləşmənin aparıl-
masına təklif və icra edirlər. Eyni zamanda, banklar bu əməliyyat adı altında
vəsiyyətnamələr üzrə müxtəlif əməliyyatların aparılmasının rəsmiləşdirilməsini və digər
notarial xidmətləri də icra edirlər.
Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunanlar trast əməliyyatlarının heç də
hamısı deyildir, yalnız əsaslarıdır. Avropa ölkələrinin bank sistemlərində istifadə olunan
trast əməliyyatlarının sayı yüzdən artıqdır. Azərbaycan Respublikasında trast
əməliyyatlarını aparmaq üçün ilk əvvəl hüquqi baza, sonra isə ixtisaslaşmış bank
xidmətləri sahələrini yaratmaq lazımdır.
Trast əməliyyatları mahiyyət və xarakter etibarilə kommersiya banklarının digər
əməliyyatlarından fərqləndiklərinə görə, onların aparılması üçün kommersiya bankları
tam sərbəstlik və müstəqillik prinsipi əsasında işləyən bölmə yaradırlar. Bu müstəqillik
təkcə təşkilati cəhətə deyil, eyni zamanda həm müştərilərlə əlaqələrə, xidmət növünün –
seçilməsinə, informasiya bazasının formalaşmasına və s. aiddir.
Aparılacaq trast əməliyyatlarının həcmindən asılı olaraq kommersiya bankları idarə
və ya şöbə yaradırlar. Müxtəlif ölkələrdə kommersiya banklarının trast şöbə və ya idarə
yaratması üçün fərqli şərtlər vardır. Məsələn, Rusiya Federasiyasında trast əməliy-
yatlarının aparılması üçün kommersiya bankları qarşısında aşağıdakı tələblər qoyul-
muşdur:
– kommersiya bankının fəaliyyət müddəti 1 ildən çox olmalıdır;
– kommersiya bankının xüsusi kapitalının həcmi 100 mlrd. rubldan çox olmalıdır;
– bank trast əməliyyatlarını icra etməyə başladığı dövrə qədərki son bir il ərzində
Mərkəzi Bank qarşısındakı bütün iqtisadi normativlər ehtiyat fonduna məcburi ayırmaları
və digər öhdəlikləri yerinə yetirməlidir;
68
– trast əməliyyatları başlayana kimi son il ərzində bank mənfəətlə işləməlidir, heç
olmazsa zərərlə işləməməlidir. Bu şərtlərə əməl edərək, kommersiya bankları özünün
trast bölməsini (idarə və ya şöbə) yaradır.
Yaranmış ənənəyə görə banklarda trast əməliyyatlarına rəhbərliyi bank rəhbərinin
müavinlərindən biri həyata keçirir. Adətən elə həmin şəxs bankın həm investisiya, həm
də fondlarla bağlı fəaliyyətinə də rəhbərlik edir. Təqribi quruluşa görə sonrakı məsul şəxs
trast bölməsinin rəhbəridir, O, trast əməliyyatlarına cari rəhbərliyi həyata keçirir, əmək-
daşların funksiyalarını müəyyən edir, iş bölgüsünü aparır, proqnozları müəyyən edir, trast
əməliyyatları üzrə uçot və hesabata nəzarət edir, bölmə adından müqavilələr imzalayır,
onun icrasına məsuliyyət daşıyır.
Mütəxəssislər operativ işləri icra edir, müştərilərlə lazımi söhbətləri aparır, trast
müqavilələrini hazırlayırlar.
Hüquqşünas qanunvericilik baxımından hazırlanan sənədlərin qanunauyğunluğunu
yoxlayır. Bundan başqa, xüsusi icazəsi olduğu halda etibarnamələrin, vəsiyyətnamələrin,
digər sövdələşmələrin rəsmiləşdirilməsini həyata keçirir.
Texniki işçilərin vəzifəsinə texniki vasitələrin təmiri, nizamlanması daxildir. Həm-
çinin proqramlaşdırıcılar və tərcüməçilər də texniki işçilərə aid edilirlər.
Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, trast əməliyyatlarının səmərəli nəticələrlə
yekunlaşması üçün bu əməliyyatlar üzrə məlumatların məxfiliyinin qorunması da
əhəmiyyət kəsb edir. Bu məqsədlə banklar trast bölməsinə digər əməkdaşların daxil
olmasını qadağan edir, kompüter bölməsinə səlahiyyəti çatmayanları buraxmır, bir çox
hallarda trast bölməsini başqa binalarda kənarda yerləşdirirlər, əməkdaşlardan məlu-
matların məxfiliyinin saxlanmasını təmin etmələri üçün iltizam alırlar. Banklar bu
vasitələrlə aparılan əməliyyatlar barədə məlumatların yayılmasının qarşısını alırlar.
Müştərilər trast əməliyyatları aparmaq üçün sirlərin daha yüksək səviyyədə qorunduğu
banklara və trast təşkilatlarına üstünlük verirlər.
Trast təşkilatları fəaliyyətləri daxilində bir neçə funksiyanı yerinə yetirirlər:
– təşkilati funksiya. Bu funksiya etibarlı idarəetməyə verilən əmlakın yaradılması və
qeydiyyatı ilə əlaqədardır. Bununla bağlı olaraq, trast təşkilatı “Bank idarəetməsinin
Dostları ilə paylaş: |