57
Forfeytinq əməliyyatı kimi istifadə olunan başlıca dövriyyə sənədi vekseldir. Lakin
başqa qiymətli kağızlar da forfeytinqin obyekti ola bilər. Əsas odur ki, bu kağızlar
mücərrəd öhdəliyə malik olsunlar.
Forfeytinq II Dünya müharibəsindən sonra yaranmışdır. Forfeytinq ixracın dövlət
kreditləşməsinin zəif olduğu ölkələrdə daha çox inkişaf etmişdir. İlkin olaraq forfeytinq
kommersiya bankları tərəfindən həyata keçirilirdi, lakin «a-forfe» əməliyyatlarının həcmi
genişləndiyindən bu sahə üzrə ixtisaslaşdırılmış institutlar yarandı.
Forfeytinq əməliyyatlarını yerinə yetirən ixtisaslaşdırılmış maliyyə qurum-ları kimi
kommersiya banklarının törəmə bölmələri çıxış edir. Forfeytinq zamanı borclu kimi
beynəlxalq miqyasda yaxşı reytinqi olan ölkələrin ixracatçıları ola bilər. Hazırda
forfeytinqin başlıca mərkəzlərindən biri Londondur, çünki bir çox Avropa ölkəsinin
ixracı artıq çoxdandır ki, yeni bank texnologiyalarını tez mənimsəyən Siti tərəfindən
maliyyələşdirilir. Forfeytinq biznesinin əhəmiyyətli hissəsi Almaniya və İsveçrədə
cəmləşmişdir. Forfeytinqin müddəti 180 gündən 5 ilədək, bəzi hallarda isə 7 ilədək olur.
Forfeytinq əqdinin keçirilməsi bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ əqdin
hazırlanmasıdır. Bu mərhələdə ixracatçı onun bankı və ya idxalatçı əqdin təşəbbüskarı
kimi çıxış edir. İxracatçı üçün forfeyterin zəmanətə olan tələblərini və idxalaçtı ilə qəti
əqdləmənə qədər diskontun təxmini həcmini müəyyənləşdirmək vacibdir. Bu
informasiyanı nəzərə almadan ixracatçı müqavi-lənin tam qiymətini müəyyən edə
bilməz. Daha sonra bu mərhələdə forfeyter tərəfindən ixracatçının ərizəsinə baxılır və
nəticədə aydın olur ki, ixracatçının müqaviləsinin qiymətinə daxil etdiyi maliyyələşmə
marjası əsaslandırılmayıb.
Forfeyter gözlənilən əqdin xarakterini (maliyyə və ya ticarət) müəyyən-ləşdirir,
çünki maliyyə sənədləri satıldığı halda bu haqda əvvəlcədən xəbərdarlıq mütləq şərtdir.
Növbəti addım gözlənilən əqd barəsində informasiyanın valyutası, maliy-
yələşdirmə müddəti, ixracatçı, idxalçı, onların yerləşməsi və s. toplanmasıdır. Daha sonra
forfeyter kredit təhlili aparır və ixracatçıya son qiyməti bildirir. Əqdin bağlanılması haqda
ilkin razılaşmadan sonra onun sənədli rəsmiləşməsi keçirilir. Daha sonra ixracatçı
köçürmə vekselləri seriyasını hazırlayır, yaxud alıcıdan sadə veksellərin qəbulu haqqında
58
razılaşmanı imzalayır. Bundan başqa, ixracatçı öz veksellərinə zəmanət, yaxud aval
almalıdır.
Beləliklə, forfeytinq əqdi uzun hazırlıq mərhələsini nəzərdə tutur. Buna baxmayaraq
son illərdə forfeytinq get-gedə daha geniş yayılır. Bu onunla izah olunur ki, forfeytinq,
onu maliyyələşdirmənin cəlbedici metodu edən xüsusiyyətlərə malikdir. Forfeytinq
prosesində maliyyələşdirmə ixracatçıya risqin azalması ilə yanaşı, likvidliyin və balansın
yaxşılaşması kimi üstünlüklər verir, yəni:
- forfeyter tərəfindən tələblərin alınması anından başlayaraq valyuta və digər risqlər
aradın qalxır;
- müddətli ödəməli malgöndərmə əməliyyatın nağd ödəməli əməliyyata çevrilməsi,
yəni ixracatçı mal göndərən kimi dərhal pul məbləğini alır.
- forfeytinq maliyyələşdirilməsi dəyişməz faiz dərəcəsi əsasında həyata keçirilir.
Buna görə də kalkulyasiya üçün dəqiq əsas mövcuddur.
- sənədləşdirmənin sadəliyi və onun tez rəsmiləşdirilməsi.
- forfeyter kredit əməliyyatına nisbətən daha yüksək gəlir əldə edir.
Lizinqlə müqayisədə forfeytinq daha sadə sənədləşdirmə ilə fərqlənir. Bundan
başqa əgər lizinq müqaviləsində ixracatçının adından maliyyə şirkəti çıxış edirsə, o,
ixracatçının üzərinə reqress hüququnun saxlanılmasını mütləq tələb edir, yəni ixracatçı
idxalçının müflisləşmə risqinə məruz qalır. Forfeytinq zamanı isə bütün risqləri forfeyter
öz üzərinə götürür. Bu həmçinin faktorinqə aiddir ki, bu zaman maliyyə qurumları
ixracatçının üzərinə reqress hüququnu özlərində saxlayır. Sənəd dövriyyəsinin sadəliyi və
ixracatçının risqdən azad olması forfeytinqi sərfəli şəkildə dövriyyəyə görə kreditləş-
mədən də fərqləndirir.
59
2.3. Trast əməlliyyatları
Kommersiya banklarının apardığı vasitəçilik əməliyyatlarından biri də trast
əməliyyatlarıdır.
Trast əməliyyatları – müştərinin tapşırığına əsasən əmlakın idarə olunması və digər
xidmətlərin onun maraq dairəsində, onun xeyrinə kommersiya bankları və xüsusi
maliyyə institutları tərəfindən aparılan əməliyyatlardır.
Trast əməliyyatlarının mahiyyəti ondan ibarətdir ki, əmlak sahibi onun idarə
olunması hüququnu mövcud qanunvericiliyə riayət etməklə müqavilə əsasında digərinə –
ya banka, ya da ki, xüsusi maliyyə institutuna verir.
Trast əməliyyatlarının həyata keçirilməsində müştərinin müxtəlif növ əmlakı iştirak
edə bilər.
Trast əməliyyatlarının obyekti kimi aşağıdakı əmlak növləri iştirak edirlər:
– istehsal və qeyri – istehsal xarakterli daşınmaz əmlak;
– nəqliyyat və rabitə vasitələrindən ibarət daşınan əmlak;
– əmlak hüququ;
– pul vəsaitləri;
– qiymətli kağızlar.
Əmlakın növündən, həmçinin mülkiyyətinin arzu və məqsədlərindən asılı olaraq
trast əməliyyatlarının məzmunu və həmçinin onu yerinə yetirən bankın funksiyaları
dəyişir. Trast əməliyyatlarını icra edərkən banklar iki mühüm rolda çıxış edə bilərlər.
Birincisi, banklar müqavilə çərçivəsində müştərinin əmlakı üzrə müstəqil
sərəncamlar verərək müştərinin tam hüquqlu nümayəndəsi ola bilərlər.
İkincisi, banklar müştərinin tapşırığına əsasən onun əmlakı ilə ciddi konkret
əməliyyatları icra edə bilərlər.
Bazar iqtisadiyyatı şəraitində trast əməliyyatları banklar üçün xüsusi maraq kəsb
edir. Çünki bazara keçid və bazar şəraitində yeni yaranmış çoxlu müxtəlif mülkiyyət
formalı müəssisələrin çoxu heç də əmlakın müxtəlif növləri ilə əməliyyatlar aparmaqda
səriştəyə malik olmurlar. Ona görə də trast əməliy-yatlarının aparılmasında marağı olan
müəssisə, təşkilat və fıziki şəxslərin sayı artır. Banklar və digər xüsusi institutlar trast