167
azalması daxildir. 2011-ci ildə Ümumdünya Səhiyyə Gününə həsr olunmuş əsas
mövzu antibiotiklərə və dərmanlara davamlılıq olmuşdur.
6.2
Sağlamlığa və insan inkişafına təsir edən amillər
6.2.1
Bərabər qaydada tibbi xidmət
Səhiyyə sistemində bərabərsizlik diqqət çəkən həyati mövzulardandır. Bu
məfhum insanlar və qruplar arasında sağlamlıq və tibbi xidmətin keyfiyyətində
fərqlilikləri öyrənir. Fərqliliklər əsasən etnik, irsi, cinsi və sosial-iqtisadi qrup-
lar arasında xəstəliklərin mövcudluğunda, sağlamlıq dərəcəsində və tibbi xidmətə
əlçatanlıqda mövcud olur. Təəsüf ki, dünyada tibbi xidmətdə və ümumiyyətlə insan-
ların sağlamlığında bu cür bərabərsizlik qalmaqdadır. Hətta inkişaf etmiş ölkə olan
Amerika Birləşmiş Ştatlarında belə müxtəlif irqlər arasında bu fərq mövcuddur.
Əfqanıstanda ana ölümlərinin riski 11 nəfərdən birində olduğu halda, Av-
ropada bu rəqəm 31.800 nəfərdə birdir. Bu rəqəmlərdəki böyük fərq təkcə ba-
carıqlı ginekoloqların Əfqanıstanda az olması deyil, həmçinin iqtisadi və sosial
quruluşun düzgün olmamasının göstəricisidir. Səhiyyədə və sağlamlıqda böyük
fərqliliklər gücün, vəsaitin və resursların qeyri bərabər olaraq paylanmasının
nəticəsidir. Sağlamlıqda və səhiyyədə mövcud olan bərabərsizlik qadınlar və
kişilər, uşaqlar və böyüklər, işləyən və işləməyən insanlar arasında müşahidə olu-
nur. Bu bərabərsizlik təkcə ölkələr arasında deyil həmçinin eyni ölkə daxilində
də geniş yayılmışdır.
Sosial bərabərsizlik cəmiyyətin irəliləməsinə çox böyük mənfi təsirini
göstərir. Adətən cəmiyyətdə qeyri-ədalətli yanaşmaya məruz qalanlar milli azlıq-
lardır. Əslində tibbi xidmətdə olan bərabərsizlik elə sosial fərqliliyin təzahürüdür.
Bərabər qaydada tibbi xidmət almayan vətəndaş digər xidmətlərdən də rahat
şəkildə istifadə edə bilmir. Bərabər qaydada tibbi xidmət almayan nəsillərdə in-
sanların gələcəyi və onların inkişafı çətinliyə məruz qalır. Bərabərsizliyin qurba-
nı olmuş şəxslərin həm səhhətlərində problem olur, həm təhsildə geri qalır, həm
də cəmiyyətdə qabaqcıl yer tuta bilmirlər.
6.2.2
Ətraf mühit və sağlamlıq
Yaşadığımız dövrdə ətraf mühit amili və ətraf mühitin insan həyatına geniş
təsiri danılmaz bir faktdir. Ölkənin yerləşdiyi landşafdan və iqlimdən asılı olaraq
bəzi insanlar təbiətin gözəlliklərindən və faydasından səmərəli şəkildə istifadə
edə bilirlər. Dünyanın bir çox ölkələri və böyük şəhərləri isə çirklənmiş ətraf
mühitin zərərindən qaça bilmirlər. Qlobal istiləşmə getdiyi bir dövrdə bu pro-
ses daha da pisləşməkdədir. Çirklənmiş və ya əlverişsiz ətraf mühit insanların
168
sağlamlığına birbaşa mənfi təsirini göstərməkdədir. Bu da öz növbəsində insan
inkişafına mane olan əsas maneələrdən biridir.
Ətraf mühitin amillərinin mənfi təsiri nəticəsində insanların səhhətlərində
müxtəlif problemlər yaranır. Bu təsirlər əsasən çirklənmiş su, ərzaq və atmosfer,
karbon qazı, yüksək radiasiya və digər vasitələrlə baş verir. Ətraf mühit amilləri
insan sağlamlığında problemləri sonradan büruzə verir. Davamlı olaraq çirkli
su ilə yaşamaq və ya radiasiyaya məruz qalmaq sonradan bədəndə xəstəliklərin
yaranmasına şərait yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada baş
verən xəstəliklərin 24%-i və ölüm hallarının (erkən ölümlərin) 23%-i ətraf mü-
hit amillərinin təsiri nəticəsində baş verir. Uşaq ölümlərində isə bu rəqəm daha
çox, 36% səviyyəsindədir. Dünyada geniş yayılmış 102 xəstəliyin 85-nin yaran-
masında ətraf mühit amillərinin təsiri vardır. Ətraf mühitin daha geniş təsiri ilə
yayılan xəstəliklərə mədə-bağırsaq pozulmaları (diarrea), aşağı tənəffüs yolu in-
feksiyası, malyariya və digər ətraf mühitlə təmasda yaranan xəstəliklər daxildir.
Dünyada ətraf mühit amillərinin təsiri riski uşaqlarda böyüklərə nisbətən
5 dəfə artıqdır. Bu vəziyyət inkişaf etməkdə olan ölkələrdə və zəif inkişaf et-
miş ölkələrdə daha da acınacaqlıdır. Belə ölkələrdə uşaqlar arasında erkən ölüm
dəfələrlə çoxdur.
Ətraf mühit təsirlərinin azaldılması və dünyanı yaşamaq üçün əlverişli
etmək bir çox Avropa və Amerika ölkələrinin, eləcə də beynəlxalq təşkilatların
diqqət mərkəzindədir. Ətraf mühitin çirklənməsinin qarşısının alınması bir çox
yollarla həyata keçirilir. Bunlara qlobal istiləşmənin qarşısının alınması, dünya
əhalisinin təmiz su və qida ilə təmin olunmasının artırılması, atmosferə buraxı-
lan zərərli qazların azaldılması, yaşayış yerlərinin şəraitinin yaxşılaşdırılması və
sair tədbirlər daxildir. Hesablamalara görə, ətraf mühiti daha təmiz saxlamaqla
hər il 13 milyon ölümün qarşısı alına bilər.
Minilliyin Inkişaf Məqsədlərindən biri 2015-ci ilə qədər təmiz sudan ya-
rarlana bilməyən və normal sanitariyası olmayan insanların probleminin aradan
qaldırılmasıdır. Hesablamalara görə bu məqsədlə xərclənən vəsait sonradan 8
dəfəyədək artıq xeyir gətirəcəkdir. Bu faydalara əsasən iqtisadi məhsuldarlıqda
artım, səhiyyəyə xərclənəcək vəsaitdə azalma, xəstəliklərin azalması nəticəsində
insanların həyatında artım müşahidə olunması daxildir.
6.2.3
Yaşam standartı və orta yaş həddi
Orta yaş həddi insanların doğularkən nə qədər müddət yaşayacaqlarını
göstərən meyardır. Bu nəticəyə bir ərazidə və ya ölkədə yaşayan insanların orta
ölüm yaşlarını hesablamaqla gəlirlər. Orta yaş həddi riyazi hesablamada ortala-
ma olduğundan, fərdi insanlar bu yaş həddindən çox və ya az yaşaya bilərlər. Bu