FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin


Qiymətdə  liderlik  strategiyası:-



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

38

Qiymətdə  liderlik  strategiyası:-  Porterə  görə  təşkilat  öz  sahəsi  üzrə  ən  aşağı 

xərcli  istehsalçı  olaraq  fəaliyyəti  davam    etdirirsə,  onda  o  qiymətdə  liderlik 

strategiyasını  izləməkdədir.  Strategiyanın    uğurlu  olması  üçün  təşkilatın    sadəcə 

bazarda  sahə  üzrə  mövcud  olması  kifayət  deyil,  həmçinin  qiymət  üzrə  lider  də 

olmalıdır.Bununla  yanaşı  təklif  edilən  məhsul  və  qiymət  rəqiblər  tərəfindən  təklif 

edilənlə  müqayisəliliyi  dərk  edilməlidir  və  ya  müştərilərə  ən  azından  münasib 

olmalıdır  .  Bəs  şirkət  qiymət  üzrə  liderliyi  necə  əldə  edirə    əməliyyatların 

səmərəliliyi,  texnoloji  innovasiya,    ucuz  işçi    qüvvəsi,  xammal  və  düzgün  çıxış  əldə 

etməklə. bilərik.   

Differensiasiya  strategiyası:-  Böyük  bazar  daxilində  öz  sahəsi  üzrə  nadir 

(fərqlənən) olmaq istəyində olan təşkilatın  izlədiyi strategiyadır.Bazarda  sahəsi üzrə 

müxtəlif  yollarla  tək  (fərqlənən)  olmaq  istəyən,  şirkət  alıcılar  tərəfindən  çox  təqdir 

edilmək  istənən  şirkət  differensiasiya      strategiyasını  izləməkdədir.  Buna  misal 

yüksək keyfiyyət, qeyri-adi xidmət, innovativ dizayn, texnoloji imkanlar, və ya qeyri-

adi  pozitiv  brend  imicidir.Seçiləcək  cəhət  və  ya  cəhətlər  rəqiblərin  təklif 

etdiklərindən  daha  fərqli  olmalıdır    və  əhəmiyyətli  dərəcədə  təqdirə  layiq  olmalıdır 

ki,  differensiasiya  sərf  olunan  xərclərini  üstələyən  fərqli    qiymət  üstünlüyü 

doğrulamalıdır.  Bir  çox  şirkət  var  ki,  onların  ən  azı  bir  cəhəti  onların  özlərini 

rəqiblərdən  fərqləndirməyə  imkan  verməkdədir.  Məsələn  İntel  –  texnologiya 

sahəsində  çox  cəhətli  fəaliyyəti,  Maytag  –  etibarlılığı  baxımdan  bunlara  bir  neçə 

misaldır.                                 



Fokuslaşma  strategiyası:-  Təşkilatın  dar  bazar  seqmentində  üstünlük 

qazanmaq  istəyində  izlədiyi  strategiyadır.  Rəhbərlik  özü  sənaye  üzrə  seqment  və  ya 

bir  qrup  seqmenti  (məsələn  məhsul  müxtəlifliyi,  son  istehlakçılar  növünü,  bölgü 

kanalını,  və  ya  alıcıların  coğrafi  yerini)  seçəcək  və  digərlərinin  nəticələnməsi  üçün 

onlara  dəstək  verəcək  strategiyanı  hazırlayacaqdır.    Burada  hədəf    dar  seqmentli 

bazarı istismar etməkdir. Əlbəttə fokuslaşma strategiyasınını mümkünlüyü seqmentin 

ölçüsündən və fokuslaşmanın əlavə xərclərini ödəyə bilib-bilməməsindən asılıdır.                                                                         

Daha bir strategiya seçilməsi üsulu isə SWOT təhlili ilə bir başa bağlıdır. 




 

39

W  T  strategiyası:-Təşkilatın  zəif  tərəflərinin  və  təhlükələrin  minimuma 

endirilməsinə yönəlikdir. 

WO strategiyası:- Təşkilatın zəif tərəflərinin minimuma endirilməsi ilə yanaşı 

imkanlarından  maksimum  istifadə  edilməsinə  yönəldilir.  Xarici  imkanlardan 

yararlanaraq  daxili  zəif  tərəfləri  kompensasiya  edəbiləcək  strategiyalar  hazırlana 

bilər. 


ST  strategiyası:-  Xarici  mühitdəki  təhdidlərin  mənfi  təsirlərini,  təşkilatın 

güclü tərəflərindən istifadə edərək minimuma endirilməsi ilə əlaqədar strategiyadır. 



SO strategiyası:- Təşkilatın həm güclü tərəflərinindən, həm də imkanlarından 

maximum  faydalanmağa  yönəlik  strategiyadır.  Bu  cür  strategiya  ilə  təşkilat  güclü 

tərəflərindən istifadə edərək, imkanlarından maximum yararlanmağa çalışır. 

Ümumiyyətlə 

strategiyanın 

seçilməsi 

üçün 

aşağıdakı 



suallar 

cavablandırılmalıdır: 

  Məqsəd və hədəflərə çatmaq üçün nələr edilə bilərə; 

  Problemlərimiz nələrdir və necə dəf edilə bilinərə; 

  Məqsəd və hədəflərə çatılması üçün izləniləcək alternativ yollar hansılardır; 

  Alternativlərin  xərcləri, mənfi və müsbət təsirləri. 

 

 

2.3.  Müəssisənin  strateji  baxışının  daxili  və  xarici  istifadəçilərə  çatdırılması  və 



strateji planın hazırlanması 

 

Müəssisənin  Missiya  Hesabatı  onun  Strateji  Baxışının  daxili  və  xarici 

istifadəçilərə çatdırılması üçün əsas vasitədir. Müəssisənin Missiya Hesabatı iki əsas 

istifadəçi qrupuna çatdırılır: 

  Mövcud  və  potensial  səhmdarlar  və  müəssisənin  daxilində  digər  maraqlı 

tərəflər.  Müəssisənin  Strateji  Baxışı  ətraflı  olaraq  İllik  Hesabat  vasitəsilə 

istifadəçilərə  çatdırılmalıdır.  Strateji  Baxış,  müəssisə  daxilində,  işçilər  üçün 



 

40

təlimat  kitabçası  kimi  və  yeni  işçilər  üçün  ilkin  tanışlıq  təlimatı  kimi  istifadə 



edilməlidir; 

  Bazar  iştirakçıları  və  digər  kənar  tərəflər.  Müəssisənin  Strateji  Baxışının 

istifadəçilərə  çatdırılmasını,  müəssisənin  imic  və  biznes  üslubunun  təbliğ 

edilməsini  broşur  və  reklam  vasitəsi  ilə  həyata  keçirməli  və  bunun  üçün  əsas 

vasitə kimi Missiya Hesabatından istifadə etməlidir. 

“Strateji  Baxış  üzrə  “Missiya  Hesabatı”nın  müəyyən  edilməsi  prosesində 

səlahiyyətlərin  bölüşdürülməsi:-  Müşahidə  Şurası  müəssisənin  Strateji  Baxışının  və 

Missiya  Hesabatının  ilkin  formasının  tərtib  edilməsinə,  hər  il  fəaliyyətin 

effektivliyinin  və  xarici  şərtlərin  dəyişilməsi  əsasında  yeniləşdirilməsinə  məsuliyyət 

daşımalıdır.  İlkin  layihə  İdarə  Heyəti  və  ya  Strateji  Planlaşdırma  Qrupu  (bundan 

sonra SPQ) tərəfindən  hazırlanmalı  və Müşahidə Şurası tərəfindən təhlil edilməlidir. 

Strateji  Baxış  və  Missiya  Hesabatı  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edildikdən 

sonra,  Səhmdarların  Ümumi  Yığıncağına  təqdim  edilməlidir.  Strateji  Baxışa  və 

Missiya Hesabatına edilən dəyişikliklərdə Müşahidə Şurası tərəfindən qəbul edilməli 

və Səhmdarların Ümumi Yığıncağına təqdim edilməlidir. 

Strategiya,  strateji  plan  və  onların  tətbiqi:-  Strateji  hədəfin  və  səlahiyyətin 

işlənilməsi,  məqsədin  müəyyənləşməsi  və  strategiyanın  qəbul  edilməsi,  inkişaf 

istiqamətinin  işlənilməsi  prosesinin  əsas  məsələsidir.Bütün  bunlar  müəssisənin 

inkişaf  istiqamətini  müəyyənləşdirir,  onun  qısamüddətli  və  uzunmüddətli 

məqsədlərini  təyin  etməklə  son  məqsədə  nail  olmanı  təmin  edir.Bu  qeyd  olunanlar 

birlikdə  strateji  planı  yaradır.Öz  strategiyalarını  daim  təkmilləşdirən  iri  şirkətlər 

rəsmi  strateji  planlaşdırmanı  da  işləməklə,  hər  yeni  il  üçün  strateji  planlar  işləyirlər 

və  bu  plan  rəhbərlər  və  işçilər  arasında  paylanır.Bəzi  hallarda  isə  yazılı  olmamaqla 

şifahi razılaşmalarla belə planlar rəhbərlər və işçilərə çatdırılır. 

Strategiyanın  tətbiqi  funksiyası  dedikdə  qarşıda  qoyulan  məqsədə  çatmaq  üçün 

strategiyanın  necə  tətbiq  olunması  məsələsi  başa  düşülür.Bu  işi  həyata  keçirməyin 

yüksək  ixtisaslaşma  və  məharət  tələb  etdiyi  məlumdur.Strategiyanın  tətbiqi  praktiki 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə