Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə89/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   85   86   87   88   89   90   91   92   ...   96

__________Milli Kitabxana__________
271
çox böyük önəmi olan addımdır. Mən qurultayın bütün iştirak-
çılarına  uğurlar  diləyirəm.  Qurultayın  keçirilməsində  fəaliyyət
göstərmiş  TÜDEV  və  TİKA  təşkilatlarının  rəhbərlərinə  öz
minnətdarlığımı  bildirirəm  və  bütün  türk  dünyasına  uğurlar,
uğurlar və qələbə arzulayıram” (115, s.36-37).


__________Milli Kitabxana__________
272
Azərbaycanda Atatürk Mərkəzinin yaradılması
ölkələrimiz arasındakı elmi-mədəni əlaqələrin
inkişafında yeni mərhə kimi
Dünya  türk  dövlətləri üçüncü  minilliyə  vahid  siyasət  və
mədəniyyət strategiyası üzrə hərəkət etmək və bu tendensiyanı
uğur və qətiyyətlə davam etdirmək zərurəti ilə daxil olurlar. Bu
zərurəti  başladığımız  minilliyin birinci əsrinin  əvvəllərində –
bəşəriyyətin  yeni  dövr  tarixində  ilk  dəfə  beynəlxalq  siyasət
kontekstinə  gətirən  Mustafa  Kamal  Atatürk  olmuşdur.  Türk
dünyası  birliyi  ideyası,  dünya  türk  milli  dövlətlərinin  vahid
siyasi-kültür  strategiyası  konsepsiyası  bu  gün  xüsusilə  Türki-
yədə  və  digər  qardaş  türk  respublikalarında  həm  siyasi  haki-
miyyət,  həm  də  ictimai-humanitar  səviyyələrdə  özünü  göstər-
məkdədir. Təbii  ki,  böyük  və  müstəqil  dövlətçilik  təcrübəsi
olan,  dünya  türklüyünün  ana  vətəni,  bu  ideologiyanı ən  çətin
dövrlərdə  belə  qoruyub  inkişaf  etdirən  Türkiyə  Cümhuriy-
yətində həmin ideya və konsepsiya daha möhkəm təməllərə və
özünügerçəkləşdirmə gücünə malikdir (122, s.105-115).
XX əsrin böyük dahisi, bütün türk dünyasının iftixarı, qüd-
rətli Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatür-
kün  şəxsiyyəti,  fəaliyyəti  və  həyatının  özəllikləri  neçə  onillik-
lərdir ki, insanların maraq dairəsindən çıxmaq bilmir (97).
Türkiyə  Cümhuriyyətinin  Prezidenti  20-ci,  xüsusilə  30-cu
illərdə  ölkənin  inkişafı,  millətin  mütəşəkkilliyinin  gücləndiril-
məsi üçün bir çox mədəni-mənəvi tədbirlər görülməsinin təşəb-
büsçüsü  olmuşdur.  Ona  görə  də  biz  bu  gün  Atatürkün mədə-
niyyət,  mənəviyyat,  dil  siyasətindən  cəsarətlə  danışır,  böyük
dövlət  qurucusunun  bu  sahədəki  təcrübəsinin  uğurlu  örnək
olduğunu qəbul edirik.
Azərbaycan Prezidentinin sərəncamı ilə 2001-ci il mart ayı-
nın  9-da  Azərbaycanda  Atatürk  Mərkəzi  yarandı  ki,  həmin
Mərkəzin  qarşısına  “Türk  dünyasının  böyük  öndəri,  Türkiyə
Cümhuriyyətinin  banisi  və  ilk  Prezidenti  Mustafa  Kamal  Ata-


__________Milli Kitabxana__________
273
türkün  türk  xalqlarının  tarixində  tutduğu  mühüm  yeri  nəzərə
alaraq Atatürk irsini, ümumiyyətlə türk tarixi və mədəniyyətin-
in  daha  dərindən  öyrənilməsi  və  təbliğ  olunması”  vəzifəsi  qo-
yuldu.  Azərbaycanda  Atatürk  Mərkəzinin  əsasnaməsi  təsdiq
olunandan cəmisi bir neçə ay sonra – 2002-ci ilin ilk günlərin-
dən onun kifayət qədər məhsuldar fəaliyyəti başladı (11, s.6).
Heydər  Əliyev Atatürk  irsinin  öyrənilməsinin  vacibliyini
ölkədə hamıdan artıq dərk edir, onun öyrənilməsi üçün konkret
tədbirlər həyata keçirilməsinə səy göstərir. Axı dövlət başçımı-
zın  2001-ci  ildə  qardaş  ölkəyə  səfəri  zamanı  Türkiyə  Böyük
Millət  Məclisindəki  çıxışından  cəmisi  4  gün  əvvəl O, “Azər-
baycanda  Atatürk  Mərkəzinin  yaradılması  haqqında”  9  mart
2001-ci  il  tarixli  641  saylı  sərəncam  imzalamışdı  (17,  s.  160;
124,  s.75).  Sərəncamda  deyilir:  “Türk  dünyasının  böyük  ön-
dəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa
Kamal  Atatatürkün  türk  xalqlarının  tarixində  mühüm  yerini
nəzərə  alaraq,  Atatürk  irsinin,  ümumiyyətlə  türk  tarixi  və
mədəniyyətinin  daha  dərindən  öyrənilməsi  və  təbliğ  olunması
məqsədilə qərara alıram:
1. Azərbaycanda atatürk Mərkəzi yaradılsın.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Prezi-
denti Atatürk Mərkəzinin fəxri sədridir”.
Mərkəzin  ilk  uğurlu  tədbiri  çox  mühüm  və  əlamətdar  bir
hadisəyə – Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası
arasında diplomatik əlaqələrin qurulmasının 10-cu ildönümünə
həsr edildi. Bu münasibətlə Azərbaycanda Atatürk Mərkəzi ilə
Türkiyənin  Azərbaycandakı  səfirliyi  2002-ci  il  yanvarın  14-də
elmi-praktik konfrans keçirdi.
Yanvarın  14-də  Türkiyənin  Bakıdakı  səfirliyi  Azərbaycan
ilə  Türkiyə arasında diplomatik əlaqələr qurulmasının 10 illiyi
münasibətilə  “Avropa”  mehmanxanasında  mərasim  təşkil  et-
miş, mərasimdə Azərbaycan respublikasının Prezidenti Heydər
Əliyev iştirak və çıxış etmişdir.


__________Milli Kitabxana__________
274
Türkiyənin Azərbaycandakı səfiri Ünal Çeviköz öz çıxışın-
da Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında
diplomatik əlaqələr  qurulmasının  onuncu  ildönümünü  Türkiyə
və  Azərbaycan  xalqlarının  müştərək  bayramı  adlandırmış  və
bildirmişdi ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ötən
on  il ərzində  son  dərəcə səmərəli  olmuş  və  yüksək  səviyyəyə
çatmışdır (124, s.76-77).
Azərbaycanda  Atatürk  Mərkəzinin  rəsmi  açılış  mərasimin-
də  isə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyev
geniş nitq  söyləyərək  bu  tarixi  hadisənin  əhəmiyyətindən və
Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinin perspektiv  in-
kişafında  bu  mərkəzin  oynayacağı  mühüm  roldan danışmışdır
(12, 2004, №2, s. 6-8).
Azərbaycanda  Atatürk  Mərkəzinin  tarixi  Azərbaycanda
yaxın  illərə  təsadüf  etsə  də  Türkiyədə  bir  az  əvvəllərə  gedib
çıxır.  Belə  ki,  Atatürk  Kültür,  Dil  və  Tarix  Yüksək  Qurumu
1982-ci il konstitusiyasının 134-cü maddəsinə uyğun olaraq 11
avqust  1983-cü  il  tarixli  2876  saylı  “Atatürk  Kültür,  Dil  və
Tarix Yüksək Qurumu haqqında qanun”a əsasən yaradılmışdır.
Atatürkçü  düşüncənin,  Atatürk  prinsipləri və  inqilabla-
rınının, türk mədəniyyətinin, türk tarixinin və türk dilinin elmi
şəkildə  araşdırılması,  tanıdılması  və  yayılması  məqsədi  ilə
yaradılan  Yüksək  Qurum  Türkiyə  Respublikasının  Presiden-
tinin  himayəsi  altında  fəaliyyət  göstərir.  Türkiyənin  Nazirlər
Kabinetinə  bağlı  olan  Yüksək  Quruma  Atatürk  Araşdırma
Mərkəzi,  Türk  Dil  Qurumu,  Türk  Tarix  Qurumu  və  Atatürk
Kültür Mərkəzi daxildir (12, Payız, 2002, s.59).
Azərbaycanda  Atatürk  Mərkəzinin  yaradılmasından  ötən
qısa müddət ərzində Azərbaycan – Türkiyə elmi-mədəni əlaqə-
lərinin möhkəmlənməsi və inkişafı baxımından bir sıra əhəmiy-
yətli  işlər  görülmüş,  elmi  konfranslar  təşkil  edilmiş,  mədəniy-
yət  tariximizə  dair  araşdırmalar  aparılmış  və  hər  iki  ölkənin
rəsmi nümayəndələri,  yaradıcı insanları və mədəniyyət xadim-
ləri ilə çoxsaylı görüşlər keçirilmişdir. “Azərbaycanda Atatürk


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə