Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə12/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   101

26
Fərrux  Yasar  müridlərin  hərəkətini  hər  gün  izlətdirir,  qoşunlarını  döyüşə  hazırlayırdı. 
Amma  Şeyx  Heydərin  müridləri  əkinlərə,  kəndlərə,  mal-qaraya  toxunmur,  lazım  olan  hər  şeyi 
satın alırdılar. Ərdəbildən çıxdıqlarının iyirminci günü Samur çayı kənarındakı Quryan1 kəndinə
çatdılar. Gün günorta yerində idi. Meşə yolundan çıxıb Samurun kənarına çıxdılar. Şeyx Heydər 
atını saxladı. 
– Burada düşərgə salacağıq. Xəbər verin çadırları qursunlar. 
Hüseyn Lələ bəy başını qaldırıb günəşə baxdı: 
– Neçə gündür gecə-gündüz yol gəlirik. Dərbəndə az qalıb. Çayı keçib çadır qursaq necə
olar? Əvvəla bu təhlükəlidi. Fərrux Yasar qoşun gətirsə, onlar yuxarıdan aşağı gələcək, biz pis 
vəziyyətdə qalarıq. 
Şeyx Heydər bahar buludu kimi dolmuşdu. Hüseyn bəyin qolundan tutub özü ilə apardı. 
– Şeyx Cüneydin qəbrini ziyarət eləməyək? 
– Buradadı? 
– Bəli. Burada, Quryan kəndindədir. 
Onlar üstünə şax-şəvəl döşənmiş, çay daşı ilə hörülüb, palçıqla suvanmış, divarlarında mal 
təzəyindən yappalar olan meşə içindəki kəndə girdilər. Silahlarını qurşamış, yanları ilə müridlər 
də götürmüşdülər. Kəndin ortasında, divar dibində oturan qocalara salam verdilər. 
Qocalar  ayağa  qalxıb  onların  salamını  aldılar.  Bir  gümrah  qoca  qabağa  çıxıb  atın 
yüyənindən yapışdı: 
– Qonağımız olmasanız, buraxmarıq. Düşün atdan, – dedi.   
– Sağ ol, əmi, bir işimiz var elə kömək eləsəniz qonaqlıqdı. 
– Buyurun, qonaq qardaş. 
– Burada bir Şeyx Cüneyd qəbri var, onu bizə nişan verərsiniz? 
 
– Niyə nişan vermirik. Buyurun. O bir igid insan idi. 
Ərdəbildən  gəlmişdi.  Onda  mən  lap  gümrahıydım.  Bax  o,  aşağıda,  çayın  kənarında  şah 
qoşunuyla vuruşdular. Deyəsən heç vuruşmağa da gəlməmişdi onlar. Hamısı qırıldı. Otuza qədər 
adam qalmışdı. Özü də yaz idi. Samurda da su çox idi. Hava da qaralırdı. Şeyx onmu, on beşmi 
adamnan çayı keçdi. Yaralılar bə- 
------------------------ 
1. İndi Qusar rayonunun Həzrə kəndi. 
ri tayda qaldı. Gedə bilmirdilər. Bu vaxt İbrahimxəlilin atlıları çatdı. Bu yaralıları qılıncla 
doğramağa başlayanda yaralılar qışqırdılar. İndiyə qədər qulaqlarımda səslənir: 
– Mürşüdümüz, bizi atıb getmə! 
Biz  quzu  otarırdıq,  görürdük.  Səsi  eşidib  bir  də  döndü.  Atı  da  yox  idi,  deyəsən 
vurmuşdular. Bir qolundan da qan axırdı. Özünü vurdu suya, yanındakılar da qayıtdı, çayı bir də
keçdilər.  Onlar  gələnə  kimi  burdakı  yoldaşlarını  doğramışdılar.  Gəldi,  gəldi.  Qılıncı  hərləməyi 
ilə bir atın ayaqlarını biçdi, atlı yerə gələndə, onu da. Yoldaşları da şir kimi vuruşurdu. Onlar az, 
atlılar  çox.  Aldılar  araya.  Bir  azdan  atlılar  onların  ciblərini,  üst-başlarını  axtardılar.  Sonra 
deyəsən  nəsə  qiymətli  şey  tapmışdılar.  Onun  üstündə  özləri  bir-birilərini  qılıncladılar.  Orasını
deyim ki, nə olduğunu nə gördük, nə eşitdik. 
Şirvanşahın  qoşunu  gedəndən  sonra  mənim  atam,  Allah  ölənlərinizə  rəhmət  eləsin,  o,  el 
ağsaqqalıydı, camaatı yığdı, gedib meyitlərin hamısını gətirdi, burada dəfn elədilər. Yaxşı ehsan 
da verdi, üstlərində quran da oxutdu. 
İndi o şeyxin qəbri pir olub. Sonsuzlar, xəstələr şəfa tapmağa bura gəlirlər.   
Qoz ağacının altında adam boyundan hündür qəbir daşı vardı. Arxa tərəfində qədim oğuz 
qaydası  ilə  günəş  şəkli  qazmışdılar.  Aşağıda  isə  at  üstündə  ova  çıxan  kişi  təsvir  edilmişdi.  O 
əlindəki nizə ilə əjdahanı öldürürdü. 
Şeyx Heydər başdaşını qucaqlayıb, sifətini soyuq daşa söykədi. Qoca gəlib onun yanında 
dayanmışdı.  
– Ay oğul, atan varmı? 
– Vardı, əmi! Budur, bu daşın altında yatır atam. 
Qoca elə bil yuxudan ayıldı. Gəlib onun çiyninə əli ilə vurdu: 


27
–  Oğul,  belə  ata  üçün  ağlamazlar.  Gülərlər.  O,  əsl  kişi,  əsl  qəhrəmandı.  Onun 
qəhrəmanlığını bu gözlərim görüb. 
Şeyx Heydər qocaya tərəf döndü: 
– Amma mən atamı görməmişəm, o da məni görməyib. 
– Torpağı sanı yaşayasan, elə özünə oxşamısan. Yadımdadı da. Uzağ vaxtın sözü deyil ki, 
yadımnan çıxa. Dünənin, sırağagünün söhbətidi. 
Qəbrin  yanında  kiçik,  oyuncaq  yüyrük  qurmuşdular.  Qoz  ağacının  budaqlarına  isə  əlvan 
rəngli parça qırıqları bağlamışdılar. 
Qoca Şeyx Heydərə dedi:  
– Buranı pir eləyən də mənim atam olub. Övladı olmayanlara məsləhət gördü ki, buraya 
nəzir gətirsinlər. Övladınız olmasa heç, olsa da qoy yaralı-yaralı yoldaşlarını qurtarmağa qayıdıb 
özü də şəhid düşən igidə oxşasınlar. O vaxtdan da bu adət yarandı. 
Şeyx Heydər qoyunlar kəsdirdi, qazanlar asdırdı, bütün kənd camaatını çağırdı. Məclisin 
yuxarısında da qocanı əyləşdirdi. 
Sonra yüzbaşıları, minbaşıları yığıb qəbrin üstünə, vidalaşmağa gəldi. 
 
–  Ey  ata,  oğlun  səninlə  görüşməyə  gəlib.  Gəlib  desin  ki,  babamızın  başladığı  iş  yerdə
qalmayıb, onu davam etdirəcəyik. Rahat yat, arxayın yat. 
Sonra o, müridlərin gətirdiyi sandığı açdırdı. Orada dilim-dilim tikilmiş qırmızı papaqları
götürüb onlara payladı. Birincisini özü başına qoydu, çalmasını sandığa atdı. 
–  Ta  qədimdən  bizim  namusumuzun,  qeyrətimizin  rəmzi  başımızdakı  papaq  olub.  Onu 
özümüzdən  yuxarıda  saxlamışıq. Bizim seçdiyimiz yol, qandan-qadadan keçir. Qoy bu qırmızı
börklər o qanın timsalı olsun. Bu gündən adımıza qoy “Qızılbaş” desinlər. 
Bütün muridlər də qırmızı börk aldı və hamısı da Cüneydin qəbri üstündə öz əqidələrindən 
dönməyəcəklərinə and içdilər. 
Şeyx  Heydər  müridləri  Kürü  keçəndən  bir-iki  gün  sonra  Fərrux  Yasarın  çaparı  onun 
məktubunu  Təbrizə  bacısını  verdiyi  Sultan  Yaquba  gətirdi.  Məktubu  oxutdurub  fikrə  getdi. 
Otaqdan çıxıb anası Səlcuqəşahbəyimin yanına gəldi. Anası oğlunu pərişan görüb alındı. 
Səni tutqun görürəm, ay mənim sultan oğlum. Yenə kim sənin qanını qaraldıb? 
– İstəkli kürəkənimiz. 
– Yenə nə qələt qırıb o dərviş nəvəsi? – Səlcuqəşahbəyim xatunun da onunla arası yox idi. 
Uzun Həsənlə mehriban olandan onun gözünün düşməninə çevrilmişdi. 
– Al oxu. Qayınatam Fərrux Yasar göndərib. Qoşunu Şirvanı alt-üst eləyir. Məni də bacım 
inandırıb  ki,  o  qəzavata  gedir.  Deməyəsan  atasının  qanını  almağa  gedirmiş.  Burdan-bura  məni 
aldadır. 
Səlcuqəşahbəyim  xatun  məktubu  ondan  aldı.  Yaşıl,  qumaş  mitəkkənin  üstünə  atıb,  əlini 
yerə dayaq verdi. Əvvəl iri, kök yanbızları qalxdı. Artıq qocalmışdı. Özü də ağır, tökmə arvad 
olmuşdu.  Qızıllarını  –  qolbaq,  zərnişan,  bilərzik,  sinəbənd,  xalxallarını  cingildədə-cingildədə
ayağa durdu. Sultan Yaquba elə gəldi ki, anasının asan qalxmağına mane olan elə o qızıllardı. 
Anası əlini onun çiyninə qoydu. 
 
–  Sən  sultansan,  dərdin  olsa  da  bildirmə.  Bir  də  ki,  hökmdarın  nə  dərdi  ola  bilər.  Mən 
vəzirlə,  qayınatan  Süleyman  Bicanoğluyla  tədbir  tökənə  kimi  keç  abı  otağa.  Sultanbuddan 
gətirdiyim  gözəl  səni  gözləməkdən  sarı  yarpağa  dönüb.  Yazıq  qız  əriyib  ətini  tökəndən  sonra 
xoşuna gəlməyəcək, deyəcəksən anam bu xortdanı haradan tapıb gətirib? 
Sultan Yaqub qayğılı idi. Bir fikrə gələ bilmirdi. 
– Abı otağa sonra. 
–  İndi  get.  Dünyanın  bir  dərdini  ürəyinə  salma.  Nə  qədər  ki,  cavansan,  kefini  çək,  heç 
nəyin fikrini eləmə. – O, ipək pərdəni qaldırıb qışqırdı: 
– Xacə Mənsim! 
Xacə Mənsim quş idi, cin idi, şəyatin idi, nədi, elə bil yerdən çıxdı, göydən düşdü. 
– Bəli, həşəmətli məleykə. 
Yüz dəfə demişəm ki, mənə məleykə deyib çağırma. 
– Baş üstə, həşəmətli məley... 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə