Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3


Operativ yaddaşın səhvlərinin aradan qaldırılması



Yüklə 1,6 Mb.
səhifə9/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   5   6   7   8   9   10   11   12   ...   48
Diaqnostika

Operativ yaddaşın səhvlərinin aradan qaldırılması


Yaddaşın səhvlərinin aradan qaldırılması mürəkkəb bir prosesdir. Belə ki, heç də həmişə problemi yaradan səbəbi dəqiq müəyyən etmək olmur. Çünki səbəb kimi həm aparat hissəsi həmdə proqram ola bilər. Yaddaşın səhvlərini aradan qaldırmaq üçün əl altında bir neçə diaqnostik proqram olmalıdır. Bəzi hallarda bir test proqramı aşkar edə bilmirsə digər bir diaqnostik proqram bu səhvi aşkar edə bilər. Ilk növbədə kompyuter isə qoşulduqda yerinə yetirilən post proqramı da,yaddaşı yoxlayır. Çox hallarda post proqramının özü operativ yaddaşın səhvini özü aşkar edə bilər. Əyər post proqramı səhvi aşkar etmirsə onda müəyyən istehsalçıların diaqnostik proqramlarından istifadə etmək olar. Belə proqramlardan biri Ckom Müllerin kitabına aid olan kompakt diskləri CHECK-it diaqnostik proqramdır. Səhvlərin aşkar edilməsinin yollarından biri də POST platasından istifadə etmək diaqnostik proqramlarda PCİ ,TECH MCİAN və NORTO diaqnostik proqramlardır. Ən vacib şərt odur ki, diaqnostik proqramları istifadə etməmişdən əvvəl yaddaşın tezləşdirilməsi rejmini söndürmək lazımdır. Bu rejim set up Biosun əsas parametrləri menyusundadır.


Sərt disklərin qoşulması


Sərt disklərin qoşulması üçün ATA( PATA), SATA və SCSİ interfeysindən istifadə edilir. USB və ya Firl-wire(İEE 1394) interfeysindən də istifadə etmək imkanları var. Sərt diskləri kompyuterdə yerləşdirmək üçün aşağıdakı hərəkətlər yerinə yetirilir.

  1. Yığıcının sazlanması.

  2. Kontrollerin və ya interfeysin qurğusunun sazlanması.

  3. Yığıcının kompyuterin korpusunda yerləsdirilməsi.

  4. Sistemin tam halda sazlanması.

  5. Diskin məntiqi bölmələrə ayrılması.

  6. Yuxarı səviyyəli formatlaşdırılmasının aparılması.

Yığıcının montaj etməmisdən əvvəl onu konfiqurasiya etmək lazımdır. Əksəriyyət JDA qurğularından aparıcı (usta) - əlavə bəndələrinin təyin ediməsi aparılır SCSJ qurğular üçün isə JDE kodu müəyyənləşdirilir. SATA qurguları üçün bəndlərin təyin edilməsi lazım deyil bəzi SATA qurğularda olan bəndlər isə istehsalçı zavod tərəfindən müəyyənləşdirilmiş olur. Hər bir SATA yığıcısı SATA Host adapteri vasitəsi ilə qoşulur. Hazırki müasir sistem platalarında isə buna ehyiyyac yoxdur. Amma SCSJ qurğuları üçün adapterin olması vacibdir. Artıq bu prinsipdəndə yan keçərək müəyyən sistem platalarında adapter sistem platanın sxemlərinə daxil edilir. SCSJ adapterinin aşağıdakı parametirlər təyin edilir.

  1. BİOS - un ünvanı.

  2. Yaddaşa birbaşa müraciət kanalı.

  3. Giriş- çıxış portlarının ünvanları.

Set up bios proqramında bu qurğudan yükləmə rejimini aparmaq olar. Əgər SCSJ yığıcısından sistemin yüklənməsi üçün ondan istifadə olunmayacaqsa, onu set up Biosda bağlamaq lazımdır. SCSJ adapteri özünün ROM Biosuna malikdir ROM BİOS da aşağıdaki funksiyaları realizə edən proqramlar yazılıb.

  1. Aşağı səviyyəli formatlaşdırma.

  2. Konkret tipli yığıcının idarə olunması.

  3. Adapterin konfiqurasiya edilməsi.

  4. Diaqnostika.

  5. Giriş- çıxıx parametrlərinin və arakəsmənin qeyri standart ünvanlarının işlənməsinə imkan verilməsi.

SATA yığıcılarının montajı ATA disklərinin montajından bir qədər fərqlənir .

  1. Əvvəlcə sistemdə boş sata bağlayıcısının olmasını yoxlamaq lazımdır. Müasir sistem platalarında bir neçə sata bağlayıcısının olmasına baxmayaraq SATA XOST adapterindən də istifadə olunur.

  2. SATA interfeysinin verillənlər kabelinin xost adapterinə qoşmaq lazımdır. Bəzi hallarda verilənlər kabeli ilə gərginlik kabeli birləşdirilmiş olur.

  3. Yığıcı korpusda yerləşdirir.

  4. Yığıcıya uyğun gərginlik kabelini qoşun. Əsas gərginlik mənbələri SATA gərginlik kabelinə malik deyillər ona görə də ayrıca gərginlik çeviricisi almaq lazımdır.




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə