Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3


Resurslardan istifadə etdikdə yaranan münaqişələrin aradan qaldırılması



Yüklə 1,6 Mb.
səhifə6/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   2   3   4   5   6   7   8   9   ...   48
Diaqnostika

Resurslardan istifadə etdikdə yaranan münaqişələrin aradan qaldırılması


Kompyuter haqqında keçən ilki mühazirələrdə məlumat verilir kompyuter resursları məhduddur. Amma buna baxmayaraq kompyuter resurslardan istifadə daha çoxdur. Məs: kompyuter hər hansı yeni bir qurğu qoşduqda və yaxud da yeni bir plata yerləşdikdə resurslara olan tələb də artmış olur. Bunun nəticəsində qurğular arasında münaqişə yaranmış olur. Nəticədə hər hansı bir qurğunun işi dayana bilər. Digər əlamətlərdə özünü göstərə bilər. Məs: verilənlər xətalarda ötürülə bilər. Kompyuterdə tez-tez donma baş verir. Səs platası səsləri korlayır. Maus fəaliyyətini dayandırır. Manitorun ekranına qeyri-müəyyən hadisələr baş verir. Printer məlum olmayan informasiya çap edir. Ə/s k/t yüklənən vaxt system səhvlərdən müdafiyə rejiminə keçir. Ə/s –də qurğuların dispeçer pəncərəsində münaqişələrin yaranması münaqişədə iştirak edən qurğunun adının əvəzində sarı və ya qırmızı piktoqramla gösənir. Müəyyən hallarda sistemin diaqnostikasını apararkən diqqətli olmaq lazımdır. Beləki problem resurslarla bağlı olmayıb kompyuter virusları ilə bağlı olsun. Kompyuterlər yığıldığı vaxt plataların yerləşdirilməsi məsləhət görülür.

  1. Səs platası.

  2. Daxili və xarici modem.

  3. Şəbəkə adapteri.

  4. Əlavə videoqurğular MPEG dekoderi. 3D axselatoru və s.

  5. SCSİ adapteri .

  6. Digər qurğular.

Resursların qurğulara təyin edilməsi yəni plug and play rejimi tərəfindən aparılır. Yəni bu rejim BİOS-da təyin edilməlidir. (Qidanın idarə olunması proqramı- ACPİ )


Sistem BİOS-u


Sistemin giriş-çıxış baza sistemi (bios) haqqında məlumat keçən ilki mühazirədə verilmişdir. Bu gün isə sistem biosu haqqında danışacağıq. Sistem biosu sistem platasında yerləşir və ROM BİOS tiplidir. Sistem biosunun tərkibi 4 tipli proqramdan ibarətdir. Bu proqramlar BİOS istehsalçıları tərəfindən yazılır. Kompyuter sisteminə yeni qovşaqlar əlavə etdikcə və yaxud da Biosun proqramları təkmilləşdirdikcə biosun dəyişdirilməsinə ehtiyac yaranır. Odur ki, hal hazırda flash Bios tipində istifadə olunur. Bu cür yaddaş yenidən yazıla bilən yaddaşdır. Odur ki, artıq Biosun deyişdirilməsinə ehtiyac yoxdur. Biosun proqramının təzələnməsi üçün sistem platasında olan bir çevricini təyin etmək lazımdır. Sistem platasının texniki sənədlərindən istifadə etmək sistem Biosunun tərkibinə aşağıdakı proqramlar daxildir.

  1. Post proqramı. (Ayrıca mühazirə var)

  2. Setup BİOS proqramı. Bu proqram vasitəsi ilə sistemin konfiqurasiyasının parametrləri sazlanır. Bu haqda müəyyən məlumat ilkin yükləmə prosesində verilmişdir. Set up Bios proqramın menyusu haqqında ayrıca mühazirə olacaq.

  3. Əməlliyat sisteminin yükləyicisi proqramı kompyuteri qoşduqda yerinə yetirilən POST proqramı uğurlar başa çatdığından sonra əməliyyat sisteminin yükləyicisi proqramı işə düşür. Bu proqram əvvəlcə vinçestrin ilk sektoruna müraciət edir və ilk sektorda olan siqnaturanı yoxlayır 55AAh. Buradakı h hərfi 16-lıq say sistemini göstərir. Siqnatura dedikdə yükləmə sektorunda olan ədədlərin cəmi başa düşülür. Bu parametr düz gələrsə yüklənəcək əməliyyat sisteminin tipindən asılı olaraq iki sistem faylı yüklənir.

  4. Drayverlər yığımı. Sistemin minimal konfiqurasiyası ilə işləmək üçün lazım olan drayverlər sistem biosunda olur . Bura sistem platasını, sistem platasının ayrı qovşaqlarını, videoadapteri maus və klaviaturanı aid etmək olar.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə