Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə7/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   2   3   4   5   6   7   8   9   10   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Yataq

Sıxlı-
ğı, q/sм3

С

Н

S

N

O

Kül

Uxtin (Rusiya)

0,897

85,30

12,46

0,88

0,14

-

0,01

Qroznı
(Rusiya)

0,850

85,95

13,00

0,14

0,07

0,74

0,10

Suraxanı (Azər-baycan)

0,793

85,34

14,14

0,03

-

0,49

-

Kaliforniya 
(ABŞ)

0,912

84,00

12,70

0,40

1,70

1,20

-


NEFT VƏ QAZ LAYLARI HAQQINDA ÜMUMİ MƏLUMAT. LAYLARIN MƏSAMƏLİYİ, KEÇRİCİLİYİ, TEMPERATUR VƏ TƏZYİQİ
Litosfer – Yerin xarici bərk təbəqəsidir (Litos-yunanca daş deməkdir). Buraya bütün Yer qabığı (mantiyanın yuxarı hissəsi ilə) daxildir və o, çökmə, vulkanik və metamorfik suxurlardan ibarətdir. Onun qalınlığı qitələrdə 25–200 km , okeanın dibində 5–100 km.-dir. Yerin geoloji quruluşu Yer qabığından, mantiyadan və nüvədən ibarətdir. Orta hesabla Yerin radiusu 6370 km, sıxlığı 5,5 q/sm3-dir.
Yer qabığı Yer kütləsinin 1 %-ni təşkil edir, Yerin üst qabığının qalınlığı quruda 40- 80 km, okeanın dibində (tərkibi oksigendən, silisiumdan, hidrogendən, alüminiumdan, dəmirdən, maqneziumdan, kalsiumdan, natriumdan ibarətdir) 25-30 km-dir. Quruda Yer 3 qatdan (çökmə suxurlar, qranit və bazalt), okeanın dibində isə 2 qatdan (çökmə suxurlar, bazalt) ibarətdir. Yerin dağ rayonlarında qalınlığı 75 km-ə (Himalay dağları) qədər, aşağı səviyyəli rayonlarda 35–40 km, okeanların mərkəzi rayonlarında 5–7 km-dir.
Litosferin 95 %-i maqmatik vulkan suxurlarından (qitələrdə (kontinentlərdə) əsasən qranitlər, okeanlarda isə bazaltlardan) ibarətdir. Litosfer bütün mineral ehtiyatların mənbəyidir. Bu mineralların istifadəsi və çıxarılması ekoloji krizisə gətirib çıxarır.
Litosferin təqribən 99%-ni 10 əsas oksidlər- SiO2, Al2O3 ,Fe2O3, FeO, MgO, CaO, Na2O, K2O, H2O, TiO2, təşkil edir.
Məlumdur ki, suxurların sıxlığı litosferin dərinliyindən asılı olaraq artır (üst qatda 2,3 q/sm3–dən 5,6 q/sm3–dək 2000 km dərinliyədək və nüvənin mərkəzində 17 q/sm3), eləcə də temperatur sıxlıqdan asılı olaraq artır (nüvədə 69000C–dək olur).
Litosferin məhsuldar (torpaq) hissəsi bərk fazada yerləşir. Yer qabığının sərhəddində və mantiyanın yuxarısında (100–150 km), xəmirəbənzər qat mövcuddur, nüvə isə metallik fazadan ibarətdir.
Litosferin bərk təbəqəsi olan Yer qabığının müxtəlif tərkibli yumşaq təbəqəsi torpaq qatı–pedosfer (edafosfer) adlanır. Geofiziki üsüllarla müəyyən olunub ki, materiklərin 100–150 km və okeanların 50 km dərinliyində astenosfer (yunancadan tərcüməsi zəif şar deməkdir) adlanan xüsusi plastik və yumşaq təbəqə yerləşir. Bu təbəqə 1914–cü ildə alman geofiziki B. Qutenberq tərəfindən müəyyən olunub və qatı maye halında kütlədən ibarətdir.
Astenosferdə silisium və maqneziumun miqdarı üstünlük təşkil etdiyinə görə bu qat həmdə “SiMa” təbəqəsi adlanır və Yerin ən çox hərəkətdə olan hissəsi hesab edilir. Bu təbəqə Yer qabığı ilə birlikdə tektonik hərəkətlərin ocağı çox dərinlərdə yerləşən zəlzələlərin və vulkanların əsas mənbəyi sayılır.
Astenosferdən yuxarı isə mantiyanın bərk təbəqəsi yerləşməklə Yer qabığı ilə birlikdə litosferi əmələ gətirir. Beləliklə , litosfer 40–200 km məsafəni, o cümlədən kontinentlərdə yer qabığının 75 km-ni, okeanın isə 10 km dərinliyini əhatə edir. Astenosferdən aşağıda isə nisbətən bərk olan Qollitsin (rus alimi B.B.Qolitsinin şərəfinə) qatı yerləşir. Yer qabığının yuxarı hissəsi hava, iqlim amillərinin, bitkilərin, heyvanların mexaniki və kimyəvi təsiri nəticəsində külək qabığı adlanan xüsüsi qatla örtülür.
Yerin bərk hissəsi mineral və üzvi maddələrdən ibarətdir. Yer qabığı üç mindən çox mürəkkəb quruluşlu və tərkibi müxtəlif olan minerallardan təşkil olunmuşdur, bunlardan əllidən çoxu isə süxur əmələ gətirən minerallardır.
Yerin dərin qatından qalxan qaynar maqma axını– lava astenosferin üzərindəki pilitələrin bir – birinənisbətən sürüşməsinə səbəb olur. Maqma axını pilitələri çox güclü təsirlə yanlara itələyərək çatlardan sürətlə çıxaraq dağ əmələgəlmə prosesinə zəmin yaradır. Yer qabığı pilitələrinin sürüşməsi nəticəsində Avropa və Afrika qitələri hər il Amerikadan 1–3 sm uzaqlaşır. Avropa və Asiya isə əksinə olduqca yaxınlaşdığından onların sərhəddi artıq pozulmaq üzrədir Yer qabağının əmələ gəlməsində əsasən süxur əmələ gətirən minerallar (çöl şpatı – 55%, digər silikatlar– 15%, kvars –12%, silyudalar – 3%, gematid – 3% ) əsas rol oynayır. Süxurların tərkibində 50–dən artıq mineral birləşmələr vardır. Eyni təsir xassələrinə malik olan mineralların birləşməsindən suxurlar əmələ gəlir. Suxurlar minerallardan əsasən kimyəvi tərkibinə, xüsusi çəkisinə, rənginə, ərimə temperaturuna, bərkliyinə və əmələ gəlmə mexanizminə görə fərqlənməklə üç əsas qrupa bölünür:
I. Maqmatik (“maqma” –yunanca “qatı maz deməkdir ) suxurlar maqmanın (vulkan püskürmələri zamanı ərimiş maddələrin) yer qabığının dərin çatları vasitəsilə səthə çıxaraq soyuması və kristallaşması nəticəsində yaranır. Yer qabığında bərkiyən maqmatik suxurlar (intruziv süxurlar) möhkəm sıx və ağır (qranit, qabron) olurlar. Yer səthinə şıxan suxurlar isə (effüziv suxurlar) məsaməli və yüngül olurlar. Bu suxurlara vulkan küllərini, tufları və pemzanı misal göstərmək olar.
II. Çökmə (çöküntü) suxurlar- Yer qabığında olan maqmatik və metamorfik suxurların parçalanmasından, canlı orqanizmlərin qalıqlarının və suda həll olmuş kimyəvi maddələrin çökməsindən Yerin səthində, dənizin, gölün, çayın, bataqlıqların dibində yaranır və yerdəki süxurların 9,4% - ni təşkil edir. Çökmə süxurlar mənşələrinə görə dənəvari, gilli, kimyəvi,biokimyəvi (bioloji) növlərə bölünür.
III. Metamorfik suxurlar – uzun müddət yüksək temperatur və təzyiq şəraitində və çökmə süxurların dəyişməsindən (yunanca “metamorfoz”- çevrilmə” deməkdir) əmələ gələn suxurlardır. Bu suxurlara əhəng daşı –mərmər, qum daş- kvarsit, qranit və s. aiddir.
Nüvə - Yer kütləsinin əsas hissəsini təşkil etməklə onun mərkəzində yerləşən daha dərin mərkəzi geosfe-ridir, radiusu 3500 km -ə yaxındır, çox yüksək tempe-ratura (3800 0C-dən çox) və 1 – 3 milyon atmosfer təzyiqə malikdir. Tərkibində dəmir (85 – 95%), nikel və başqa ağır metallar olmaqla xarici və qalınlığı 1250 km olan daxili qatı vardır. Nüvə xarici və daxili təbəqələrə bölünməklə onun xarici təbəqəsi ərimiş halda olan maye dəmirdən ibarətdir. Xarici nüvənin hərəkərinin yerin fırlanma sürətindən olduqca zəif olması yerin ətrafında maqnit sahəsinin yaranmasına səbəb olmuşdur. Yerin yaşı orta hesabla beş milyard, bəzi alimlərə görə isə beş – yeddi milyard ilə yaxındır.
Mantiya (latınca “örtük” deməkdir) qalınlığı 2900 km olmaqla Yerin nüvəsini örtür. O, ərinmiş və kirəcləşmiş kütlədən ibarətdir. Bu təbəqənin Yerin qabığına nisbətən yaxın olan hissəsindəki maddələr bəzən maye halına çevrilməklə vulkan ocağını əmələ gətirir. Mantiyanın tərkibində su, silisium oksidi, xlor, dəmir, maqnezium və oksigen üstünlük təşkil etməklə yerin 100 km dərinliyində üst mantiya qatı yerləşir.
Neft və qaz quyularının qazılması zamanı süxura göstərilən təsir onun xassələrinə uyğun təşkil olunur. O fiziki xassələr əsasən aşağıdakılardan ibarətdir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə