Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Quyudibi mühərriklərlə əlaqədar baş vderən qəzalar



Yüklə 6,76 Mb.
səhifə62/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   56   57   58   59   60   61   62   63   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Quyudibi mühərriklərlə əlaqədar baş vderən qəzalar
Quyudibi mühərriklərin ( turbin mühərriki , vintli həcmi mühərrik , elektik qazıyıcısı ) və ya onların hissələrinin bu və ya digər səbəblərdən tutularaq quyuda qalması nəticəsində baş verən qəzalardır .
Qazma baltaları ilə əlaqədar baş verən qəzalar
Bu növ qəzalara , baltaların , qazma başlıqları , onların elementləri və hissələrinin hər hansı bir texniki və ya texnoloji səbəblərdən sınması , yaxud tutulması nəticəsində quyuda qalması ilə əlaqədar baş verən qəzalar aid edilir .
Belə qəzalar baltanın tipindən asılı olaraq aşağıdakı növlərə bölünür :

  1. baş verən qəzalar-onların açılması , pərlərin gövdədən sınması və s .

  2. almazlı baltalarda baş verən qəzalar – qazıma eləcə də endirmə-qaldırma zamanı baltanın pərçimlənməsi və ya açılmasıdır .

  3. şaroşkalı baltalarla baş verən qəzalar – baltaların bağlanması qaydalarına düzgün əməl etmədikdə açılması və onun normadan artıq işlədilməsi , baltanın quyu dibinə zərbə ilə vurulması , dayaqların və qaynaq yerlərin zəif olması nəticəsində sınmasıdır .

Qoruyucu kəmərlərlə əlaqədar baş verən qəzalar
Quyu divarlarının möhkəmləndirilməsi zamanı , əsasən , aşağıdakı qəzalar baş verə bilər : qoruyucu kəmərlərin tutulması , bir və ya bir neçə borunun açılaraq quyuya düşməsi , qoruyucu boruların əzilməsi və deşilməsi , yiv birləşmələrindən qopması , boruların zədələnməsi və ya kəmərin aşağı hissəsi elementlərinin düzgün yığılmaması ilə əlaqədar baş verən qəzalar .
Kənar cisimlərin quyuya düşməsi ilə əlaqədar baş verən qəzalar
Bu cür qəzalar qazıma alətinin endirilib – qaldırılması zamanı rotor pazının , açarların , kuvald , adi çəkic , pnevmatik pazların hissələrinin , pnevmatik buruq açarının hissələrinin və başqa əl alətlərinin quyu ağzında aparılan iş zamanı quyuya düşməsi nəticəsində baş verən qəzalardır . Belə qəzalar alətin endirilib – qaldırılması zamanı boruarxası fəza xüsusi rezin manjetlə bağlanmadıqda və ya kənar cisimlərin quyuya düşməsiinin qarşısını alan rezin tərtibatların qoyulmadığı hallarda , quyu ağzında təmir işləri görüldükdə və s. hallarda baş verir .
Bu mürəkkəbləşmələrdən hər hansı birinin vaxtında qarşısının alınmaması ağır qəzalarla nəticələnir ki, onların da ləğv edilməsi çoxlu vaxt, əmək və əlavə vəsait tələb etməklə yanaşı ətraf mühitin daha çox çirklənməsinə səbəb olur. Odur ki, mürəkkəbləşmələrin ilk əlamətlərini aşkar edən kimi, baş verə biləcək mürəkkəbləşmələrin və qəzaların qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.
Neft və qaz quyularının qazılması zamanı baş verən mürəkkəbləşmələrin erkən diaqnostikası üsullarının işlənib hazırlanması aktual məsələlərdəndir.
Müxtəlif regionlarda, xüsusən mürəkkəb geoloji şəraiti olan sahələrdə, neft və qaz quyuları qazılan zaman, istər istismar, istərsə də kəşfiyyat quyularında qazma vaxtı mürəkkəbləşmələr baş verir və bunun aradan qaldırılmasına çoxlu vaxt və külli miqdarda vəsait sərf olunur.
Mürəkkəbləşmələrin səbəbləri, başvermə mexanizmləri və nəticələrinə əsasən anomal lay təzyiqləri zonalarında rast gəlmək olar. Lay təzyiqi yüksək olduqda, neft-qaz-su təzahürləri baş verə bilər və bir çox hallarda bunlar açıq fontana keçir. Lay təzyiqi çox kiçik olduqda məhlulun udulması kimi ağır mürəkkəbləşmə ilə rastlaşmaq olar.
Qeyd olunanlar qazma zamanı dərin tədqiqatların aparılmasını, baş verə bilən mürəkkəbləşmələrin erkən mərhələdə proqnozlaşdırılması yollarının axtarılması məsələsini gündəliyə çıxarır.
Qazma şəraitinin öyrənilməsi, baş verən mürəkkəbləşmələrin ağırlıq dərəcəsi risqinin təhlili və araşdırılması aktual problem kimi diqqəti cəlb edir. Həmin tədqiqatların aparılması operativ surətdə qərar qəbul etmək üçün yaxşı zəmin olmaqla, qazma göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxarar. Bu baxımdan informasiyanın xüsusiyyətindən asılı olaraq mürəkkəbləşmələrin proqnozlaşdırılması üçün statistik və qeyri-səlis yanaşma təklif olunur. Aparılan tədqiqatlar nəticəsində udulmaların intensivliyinə təsir edən iki amil - məsaməlilik və keçiricilik üzrə aparılmış qeyri-səlis klaster-analiz nəticəsində beş sinif ayrılmışdır ki, onların hər biri udulmaların nisbi ağırlığı ilə səciyyələnir. Bu, layın süzülmə-tutum xüsusiyyətlərinə görə udulmaları keyfiyyətcə proqnozlaşdırmağa imkan verir.
Udulmaların tezliyi və onların intensivliyi arasında baxılan şərait üçün qarşılıqlı əlaqə alınmalı, udulmaların intensivliyinin artması ilə tezliyin hiperbolik qanuna tabe olaraq azaldığı göstərilməlidir. Eyni zamanda udulmaların kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin risk kateqoriyaları ilə qarşılıqlı uyğunluğu müəyyən edilməlidir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə