Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Dolu və doluvurma. 
Dolu əsasən may və sentyabr aylarında güclü topa yağış 
buludlarından sıx buz dənələri halında düşən yağıntıdır. Dolu bir qayda olaraq 
tufan zamanı əmələ gəlir və düşür. Bəzi hallarda dolu yer səthində 10-20 sm 
qalınlığında örtük yaradır. Güclü dolu əkinlərə böyük ziyan vurur, bəzən 
heyvanları məhv edir. 
Dolu əsasən iki əksər halda: güclü kütlədaxili topa yağış buludlarında, seyrək 
hallarda isə ilin isti vaxtında güclü cəbhə prosesləri nəticəsində əmələ gəlir. 
Azərbaycanda dolu ən az dəniz sahillərində (orta hesabla ildə bir gün), ən çox 
Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasına düşür (ildə 5-6 gün). Gün 
ərzində bir neçə dəfə dolu düşməsi mümkündür. Ona görə də doluvurma hallarının 
sayı bir qədər çox ola bilər. Böyük və xüsusilə Kiçik Qafqazda ildə 12-13 dəfə, 
Ordubad rayonunda ildə 8-10 dəfə doluvurma halları olur. Kür-Araz ovalığında 
doluvurma dağətəyi zonaya nisbətən azdır. Burada ildə 1-2 gün dolu düşməsi 
müşahidə edilir. 
Topa yağış buludlarının inkişafından asılı olaraq düşən dolu dənələrinin diametri 
2-3 mm-dən 10 mm-dək və daha çox ola bilər. Dağətəyi rayonlarda göyərçin 
yumurtası boyda dolu dənələri düşməsi müşahidə olunmuşdur 
Duman. 
Havada kiçik su hissəciklərinin, buz kristallarının sıxlaşıb asılı halda 
havanın yerə yaxın təbəqəsində qalması. Soyunma dumanı adlanan halın iki - 
advektiv və radiasion növləri var. Duman zamanı horizontal görmə məsafəsi 1 km-
dən az olmalıdır. 
Duman ən çox nəqliyyat vasitələri, xüsusilə hava nəqliyyatı üçün təhlükəlidir. 
Tərtib olunmuş xəritəyə əsasən, Azərbaycan ərazisində duman ən çox orta və 
yüksək dağlıq rayonlarda (ildə 100 gün və daha çox), orta dağlıq hissədə (ildə 41-
100 gün) müşahidə olunur. Kür-Araz ovalığında duman çox vaxt radiasion 
xarakterli olub ildə 20-40 gün müşahidə edilir. 
İntensiv hava nəqliyyatı olan Abşeronda duman çox vaxt radiasion və soyuq 
havanın isti səth üzərinə hərəkəti zamanı və ya əksinə (gilavar vaxtı) payız, qış və 
yaz aylarında müşahidə edilir. 


Dumanın proqnozu sinoptiklər üçün çətin olmasa da ona qarşı mübarizə hərəkəti 
baha başa gəlir. Lakin iri şəhərlərdə bəzən çox vacib olan hallarda dumanı 
seyrəltmək və ya onu çökdürmək mümkündür. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə