FəNN: mikroiqtisadiyyat M. 11. M gəlirlər və ayrı-seçkilik


Əmək Bazarındakı Ayrı-Seçkiliyin Ölçülməsi



Yüklə 0,69 Mb.
səhifə4/4
tarix06.02.2022
ölçüsü0,69 Mb.
#83519
növüMühazirə
1   2   3   4
UNEC 1642093501

Əmək Bazarındakı Ayrı-Seçkiliyin Ölçülməsi

Sahibkarlar Tərəfindən Ayrı-Seçkilik

Müştərilər və Dövlət Tərəfindən Ayrı-Seçkilik

Müştərilər və Dövlət Tərəfindən Ayrı-Seçkilik

Müştərilər və Dövlət Tərəfindən Ayrı-Seçkilik

Gəlirlərin Qeyri-Bərabərliyi və Yoxsulluq

Gəlirlərin Qeyri-Bərabərliyi və Yoxsulluq

QEYRİ-BƏRABƏRLİYİN ÖLÇÜLMƏSİ

ABŞ-da Gəlirlərin Qeyri-Bərabərliyi.

Cədvəl 1. Amerika Birləşmiş Ştatlarında Gəlirin Bölüşdürülməsi: 2000-ci il


QRUP

İLLİK AİLƏ GƏLİRLƏRİ (dollarla)

ƏN AŞAĞI

24 000 və daha az

İKİNCİ

24 001 - 41 000

ORTA

41 001 – 61 378

DÖRDÜNCÜ

61 379 – 91 700

ƏN YÜKSƏK

91 701 – və daha çox

ƏN YÜKSƏK 5%

160 250 və daha çox

Cədvəl 2 Amerika Birləşmiş Ştatlarında Gəlir üzrə Qeyri-Bərabərlik


İLLƏR

ƏN AŞAĞI BEŞDƏBİR %-lə

İKİNCİ BEŞDƏBİR %-lə

ORTA BEŞDƏBİR %-lə

DÖRDÜNCÜ BEŞDƏBİR %-lə

ƏN YÜKSƏK BEŞDƏBİR %-lə

ƏN YÜKSƏK 5%

2000

4,3

9,8

15,5

22,8

47,4

20,8

1990

4,6

10,8

16,6

23,8

44,3

17,4

1980

5,2

11,5

17,5

24,3

41,5

15,3

1970

5,5

12,2

17,6

23,8

40,9

15,6

1960

4,8

12,2

17,8

24,0

41,3

15,9

1950

4,5

12,0

17,4

23,4

42,7

17,3

1935

4,1

9,2

14,1

20,9

51,7

26,5

ABŞ-da Gəlirlərin Qeyri-Bərabərliyi


Əgər gəlir bütün ailələr arasında bərabər bölünsəydi, hər beşdəbir ailə qrupu məcmu gəlirin beşdəbirini (20 faiz) əldə edərdi.

ABŞ-da Gəlirlərin Qeyri-Bərabərliyi


1935-ci ildən 1970-ci ilədək gəlir bölgüsü tədricən daha çox bərabərləşmişdir.

Ən son illərdə isə bu tendensiya əksinə çevrilmişdir.

ABŞ-da Gəlirlərin Qeyri-Bərabərliyi

  • Son Zamanlar Gəlirin Qeyri-Bərabərliyinin Artması Səbəbləri :
    • Aşağıdakı amillər ixtisassız işçi qüvvəsinə olan tələbi azaltmış, ixtisaslı işçi qüvvəsinə olan tələbi isə artırmışdır:
      • Aşağı məvacibli ölkələrlə beynəlxalq ticarətin genişlənməsi
      • Texnologiyadakı dəyişikliklər
    • Nəticədə, ixtisassız işçilərin əmək haqları ixtisaslı işçilərin əmək haqlarına nisbətən azalmışdır.
    • Nisbi əmək haqlarındakı bu dəyişiklik ailələrin gəlirlərindəki qeyri-bərabərliyi artırmışdır.

REAL HƏYATDAN MİSAL: Qadın Hərəkatı və Gəlirlərin Bölüşdürülməsi

Cədvəl 3. REAL HƏYATDAN MİSAL: Dünyada Olan Qeyri-Bərabərlik

Cədvəl 3. REAL HƏYATDAN MİSAL: Dünyada Olan Qeyri-Bərabərlik

Yoxsulluq Dərəcəsi və həddi

Təsvir 1 Yoxsulluq Dərəcəsi


Copyright©2003 Southwestern/Thomson Learning

Əhalinin

yoxsulluq

həddindən

aşağıda

yaşayan faizi

1960


1965

1970


1975

1980


1985

1990


1995

2000


Yoxsulluq

dərəcəsi


5

10

15



20

25

Qeyri-Bərabərliyin Ölçülməsi Zamanı Meydana Çıxan Problemlər

  • Yoxsulluq Həddi və Gəlirin Qeyri-Bərabərliyi:
    • Yoxsulluq həddi nisbi deyil, mütləq standart olduğuna görə, iqtisadi artım ümumi gəlir bölgüsünü yuxarıya doğru hərəkət etdirdikcə, daha çox ailə yoxsulluq həddindən yüksəkdə yer alır.
    • Orta gəlirdəki davamlı artıma baxmayaraq, yoxsulluq dərəcəsi aşağı enə bilməmişdir.
    • İqtisadi artımın tipik ailənin gəlirlərini artırmasına baxmayaraq, qeyri-bərabərliyin artması yoxsul ailələrin yüksək iqtisadi artımdan faydalanmasına mane olur.

Cədvəl 4 Kimdir Yoxsul?


Copyright©2004 South-Western

Müxtəlif əhali qrupları arasında yoxsulluq səviyyəsi:

  • •1. Yoxsulluq irqlə əlaqəlidir. Qaralar və Latın amerikalılarn ağlarla müqayisədə yoxsul vəziyyətində yaşamaq ehtimalı üç dəfə çoxdur.
  • •2. Yoxsulluq yaşla əlaqəlidir. Uşaqların böyüklərlə müqayisədə kasıb ailənin üzvü olmaq ehtimalı daha çox, yaşlıların gənclərə müqayisədə kasıb olmaq ehtimalı daha azdır.
  • •3. Yoxsulluq ailə tərkibi ilə əlaqəlidir. Həyat yoldaşı olmayan qadınların ailələrinin yoxsul vəziyyətdə yaşamaq ehtimalı ailə başçısı cütlük olan ailələrlə müqayisədə təxminən beş dəfə çoxdur.

Qeyri-Bərabərliyin Ölçülməsi Zamanı Meydana Çıxan Problemlər

  • Aşağıdakı səbəblərə görə gəlirin bölüşdürülməsi və yoxsulluq dərəcəsi üzrə məlumatlar, həyat səviyyələri arasında olan qeyri-bərabərliyin natamam mənzərəsini yaradır:
    • 1. Natura formasında müavinətlər;
    • 2. İqtisadi həyat dövrü;
    • 3. Müvəqqəti və daimi gəlirlər.

Qeyri-Bərabərliyin Ölçülməsi Zamanı Meydana Çıxan Problemlər

  • 1. Natura Formasında Müavinətlər
    • Nağd pul formasında deyil, əmtəə və xidmət formasında yoxsullara verilən müavinətlər natura formasında müavinətlər adlandırılır.
    • Gəlirlərin bölüşdürülməsi və yoxsulluq dərəcəsinin ölçülməsi ailələrin pul gəlirlərinə əsaslanır.
    • Natura formasında müavinətlərin gəlirlərin bir hissəsi kimi nəzərə alınmaması yoxsulluq dərəcəsinin ölçülməsinə böyük təsir göstərir.

Qeyri-Bərabərliyin Ölçülməsi Zamanı Meydana Çıxan Problemlər

  • 2. İqtisadi Həyat Dövrü
    • İnsanın həyat boyu gəlir dəyişikliklərinin sxemi həyat dövrü adlanır.
      • Gənc işçi öz karyerasının əvvəllində aşağı gəlirlərə malik olur.
      • İşçi təkmilləşdikcə və təcrübə topladıqca gəlir yüksəlir.
      • Gəlir işçinin təxminən 50 yaşında ən yüksək səviyyəsinə çatır.
      • Təxminən 65 yaşında işçi təqaüdə çıxdıqda gəlir dərhal azalır.

Qeyri-Bərabərliyin Ölçülməsi Zamanı Meydana Çıxan Problemlər

  • 3.Müvəqqəti və Daimi Gəlirlər
    • Gəlirlər təsadüfi və müvəqqəti təsirlər səbəbindən fərqlənir.
      • Təbiət hadisələri
      • Xəstəlik və ya iqtisadi şəraitdən irəli gələn müvəqqəti geriləmə.
      • Ailənin əmtəə və xidmətləri almaq qabiliyyəti əsasən onun normal, orta gəlirləri olan daimi gəlirlərindən asılıdır.
      • Daimi gəlirlər, gəlirlərdəki müvəqqəti dəyişiklikləri istisna edir.

İqtisadi Dəyişkənlik

  • İnsanların gəlir üzrə siniflər arasında yerdəyişmələri iqtisadi dəyişkənlik adlandırılır.
  • İqtisadi dəyişkənlik ABŞ iqtisadiyyatı üçün xasdır.

İqtisadi Dəyişkənlik

  • Gəlir nərdivanında yuxarıya və aşağıya doğru hərəkət müxtəlif səbəblərdən yaranır:
    • 1. Bəxt və ya bəxtsizlik.
    • 2. Zəhmətkeşlik və ya tənbəllik.
    • 3. İqtisadi uğurun nəsildən nəsilə keçməsi.

GƏLİRLƏRİN TƏKRAR BÖLÜŞDÜRÜLMƏSİNİN SİYASİ FƏLSƏFƏSİ

  • Dövlət iqtisadi qeyri-bərabərliklə bağlı nə etməlidir?
    • İqtisadi təhlil təklikdə bizə cavab verə bilməz.
    • Bu məsələ ilə bağlı baxışlarımız əsasən siyasi-fəlsəfi xarakter daşıyır.

GƏLİRLƏRİN TƏKRAR BÖLÜŞDÜRÜLMƏSİNİN SİYASİ FƏLSƏFƏSİ

  • Siyasi Fəlsəfədə Üç Məktəb
    • 1. Utilitarizm
    • 2. Liberalizm
    • 3. Libertarianizm

1. Utilitarizm

  • Utilitarizm hökumətin cəmiyyətdəki hər bir kəsin məcmu rifahını yaxşılaşdırmaq üçün siyasət aparmalı olduğunu hesab edən siyasi fəlsəfədir.
  • Utilitarizmin baniləri ingilis filosofları Ceremi Bensam və Con Stüart Mill hesab olunurlar.

1. Utilitarizm

  • Gəlirin təkrar bölüşdürülməsi ilə bağlı utilitarların fikirləri azalan marjinal fayda fərziyyəsinə əsaslanır.
    • Yoxsul şəxsin əlavə bir dollar gəlirdən əldə etdiyi fayda, varlı şəxsin əlavə bir dollardan əldə etdiyi faydadan daha böyükdür.
  • Utilitarizmin dayaq nöqtəsi: fayda anlayışı-xöşbəxtlik və ya razılığın ölçüsü

2. Liberalizm

  • Liberalizm hökumətin “cəhalət pərdəsi arxasınında” olan obyektiv müşahidəçi tərəfindən ədalətli hesab edilən siyasət yürütməli olduğunu hesab edən siyasi fəlsəfədir.
  • Bu baxış ilk dəfə filosof Con Rouls tərəfindən formalaşdırılmışdır.

2. Liberalizm

  • Maksimin kriteriyası dövlətin cəmiyyətin ən yoxsul üzvlərinin rifahını yüksəltməli olduğunu nəzərdə tutan iddiadır.
  • Bu o deməkdir ki, hamının ümumi faydası maksimallaşdırılmaqdansa, minimum fayda maksimallaşdırılmalıdır.
  • Bu ideya bizə gəlirlərin təkrar bölüşdürül -məsini sosial sığortanın bir forması kimi nəzərə almaq imkanı verir.

3. Libertarianizm

  • Libertarianizm dövlətin cinayətləri cəzalandırmalı, könüllü razılaşmaların həyata keçirilməsini təmin etməli, gəlirləri isə təkrar bölüşdürməməli olduğunu hesab edən siyasi fəlsəfədir.
  • Libertarianlara görə dövlət müəyyən gəlir bölgüsünə nail olmaq üçün bəzi fərdlərdən alıb digərlərinə verməməlidir.

3. Libertarianizm

  • Gəlir bölgüsündə ədalətsizliyə yol verildikdə - məsələn bir şəxs digərindən oğurladıqda, hökumət problemi aradan qaldırmaq hüququna malikdir və bu onun borcudur.
  • Lakin gəlir bölgüsünü müəyyən edən proses ədalətli olduqda, nə dərəcədə qeyri-bərabər olmasından asılı olmayaraq, nəticə ədalətlidir.
  • Libertarianlar fürsətlərin bərabərliyinin, gəlirlərin bərabərliyindən daha vacib olması qənaətinə gəlirlər.

YOXSULLUĞUN AZALDILMASINA YÖNƏLMİŞ SİYASƏT

  • 1. Minimum əmək haqqı qanunları
  • 2. Sosial təminat
  • 3. Neqativ gəlir vergisi
  • 4. Natura formasında müavinətlər

1. Minimum Əmək Haqqı Qanunları

  • Minimum əmək haqları tərəfdarları, onu dövlət üçün hər hansı zərər olmadan işləyən yoxsullara yardım kimi qəbul edirlər.
  • Tənqidçilər isə bu qanunların yardım edilməli olanlara ziyan vurduğunu göstərirlər.

1.Minimum Əmək Haqqı Qanunları

  • Minimum əmək haqlarının təsirinin müqayisə dərəcəsi əsas etibarilə əməyə olan tələbin elastikliyindən asılıdır.

1. Minimum Əmək Haqqı Qanunları

  • Yüksək minimum əmək haqlarının tərəfdarları, ixtisassız işçi qüvvəsinə olan tələbin nisbətən qeyri-elastik olduğunu və bu səbəbdən yüksək minimum əmək haqlarının məşğulluğa az təsir edəcəyini iddia edirlər.
  • Minimum əmək haqlarının tənqidçiləri, işçi qüvvəsinə olan tələbin, xüsusilə firmaların məşğulluqla istehsalı tam uyğunlaşdıra bildiyi uzun müddətdə elastik olduğunu iddia edir.

2. Sosial Təminat

  • Hökumət üçün yoxsulların həyat səviyyəsini yaxşılaşdırmağın yollarından biri onların gəlirlərini artırmaqdır. Hökumət bunu ilkin olaraq sosial təminat sistemi vasitəsilə həyata keçirir.
  • Sosial təminat sistemi ehtiyacı olanların gəlirlərinin artırılması üzrə müxtəlif dövlət proqramlarını əhatə edən geniş termindir.
    • Ehtiyacı olan Ailələrə Müvəqqəti Yardım (EAMY)
    • Əlavə Müdafiə Gəlirləri (ƏMG)

3. Neqativ Gəlir Vergisi

  • Neqativ gəlir vergisi yüksək gəlirli ailələrdən vergi tutan, gəlirləri az olan ailələrə isə müavinət verən vergi sistemidir.

3. Neqativ Gəlir Vergisi

  • Yüksək gəlirli ailələr gəlirlərinə görə vergi ödəməlidirlər.
  • Gəliri aşağı olan ailələr subsidiya almalıdırlar, başqa sözlə, “neqativ vergi” ödəməlidirlər.
  • Yoxsul ailələr ehtiyacları olduğunu göstərmədən maliyyə yardımı ala bilərlər.

4.Natura Formasında Müavinətlər

  • Natura formasında müavinətlər nağd pul formasında deyil, əmtəə və xidmət formasında yoxsullara verilən müavinətlərdir.
  • Ərzaq talonları və Medicaid bu müavinətlərə misaldır.

4.Natura Formasında Müavinətlər

  • Natura formasında müavinətlərin tərəfdarları, bu müavinətlərin yoxsulları ən çox ehtiyacı olduqları nemətlərlə təmin etdiyini iddia edirlər.
  • Digər tərəfdən, nağd ödəniş tərəfdarları natura formasında müavinətlərin səmərəsiz və hörmətsizlik olduğunu iddia edirlər.

Yoxsulluqla Mübarizə Proqramları və İş Stimulları

  • Yoxsullara yardım məqsədi daşıyan bir çox siyasətlər, yoxsulları öz sayələrində yoxsulluqdan azad olmaqdan çəkindirən və nəzərdə tutulmayan təsirə malik ola bilər.

Yoxsulluqla Mübarizə Proqramları və İş Stimulları

  • Yoxsulluğa qarşı mübarizə proqramı iş stimuluna mənfi təsir edir:
    • Bir ailənin müvafiq həyat səviyyəsini saxlamaq üçün 15 000 dollar gəlirə ehtiyacı var.
    • Hökumət hər bir ailəni 15 000 dollar məbləğlə təmin etməyə söz verir.
    • İşləməklə 15 000 dollardan az qazanan hər bir kəsin 100 faizlik effektiv marjinal vergi dərəcəsi nəticəsində, iş tapmaq və həmin işi saxlamaq üçün stimulu olmayacaq.

Yoxsulluqla Mübarizə Proqramları və İş Stimulları

  • Əmək müavinəti sistemi müavinət alan şəxslərdən dövlət tərəfindən təmin edilən işləri qəbul etməyi tələb etməkdir.
  • 1996-cı il sosial təminat üzrə islahat layihəsində müavinətlərin yalnız məhdud dövr üçün verilməsi nəzərdə tutulmuşdur.

Xülasə

Xülasə

Xülasə

Xülasə

Xülasə


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə