Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə4/377
tarix31.12.2021
ölçüsü2,47 Mb.
#81915
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   377
F nn Maliyy , pul t dav l v kredit

KitabYurdu.az 
3
 


 
II  mərhələdə  pul  formasında  dəyərin  hərəkəti  əlahiddə  şəkildə-əmtəələrin 
hərəkətlərindən  asılı  olmadan  baş  verir  və  onun  özgəninkiləşdirilməsi,  yaxud  da 
məqsədli şəkildə fondlara toplanması ilə xarakterizə olunur. 
III mərhələdə isə bölüşdürülən dəyər (pul formasında) əmtəə ilə dəyişdirilir. 
Yəni alqı-satqı prosesi baş verir. Burada vəsait özgəninkiləşdirilmir. Sadəcə olaraq 
pul formasından əmtəə formasına keçir. 
Beləliklə,  təkrar  istehsalın  II  mərhələsində  pul  vəsaitinin,  yaxud  dəyərin 
birtərəfli, ekvivalentə dəyişməyən hərəkəti, III mərhələdə isə ikitərəfli-biri əmtəə, 
digəri isə dəyər formasında olan pulun hərəkəti baş verir. 
Maliyyə  resurslarına  maliyyə  münasibətlərinin  maddi  daşıyıcıları  kimi 
baxılması  maliyyəni  dəyərin  bölgüsündə  iştirak  edən  digər  kateqoriyalardan 
fərqləndirməyə  imkan  verir.  Çünki  başqa  kateqoriyaların  heç  birinin  belə  maddi 
daşıyıcıları yoxdur. 
Məcmu  daxili  məhsul  və  milli  gəlirin  bölgü  və  yenidən 
bölgüsünün  mürəkkəbliliyi  maliyyə  ilə  yanaşı,  başqa  iqtisadi  kateqoriyaların  da 
iştirakını zəruri edir. Məsələn, qiymət, əmək haqqı, vergi, faiz, dividend və s. 
Maliyyə  münasibətlərini  digər  pul  münasibətlərindən  fərqləndirən  bir  sıra 
xüsusi elementlər vardır. 
1.  Maliyyə  münasibətləri  bölgü  xarakteri  daşıyır,  yəni  ümumi  milli 
məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardı. 
2.  Maliyyə  münasibətləri  bilavasitə  dövlətlə  əlaqədardır,  yəni  imperativ 
xarakter  daşıyır.  Maliyyə  münasibətləri  yalnız  dövlətlə  əlaqədar  formalaşan 
imperativ pul münasibətlərini özündə əks etdirir. 
3.  Maliyyə  münasibətləri  pul  fondlarının  yaradılması  və  istifadəsi  ilə 
əlaqədardır.  Onlar  bu  və  ya  digər  səviyyələrdə  (dövlət  müəssisəsi,  təşkilat)  pul 
fondlarının  yaradılması  və  istifadəsi  ilə  əlaqədar  olan    iqtisadi  münasibətlər 
sistemini ifadə edir. 
Bu  münasibətlərin  hər  üçünə  uyğun  olan  pul  münasibətləri  maliyyə 
münasibətlərinə aiddir. 
Hər  bir  fənni  bir-birindən  fərqləndirən  onun  predmetidir.  Maliyyənin 
predmeti-ümumi  milli  məhsulun  və  milli  gəlirin  bölgüsü  yenidən  bölgüsü,  pul 
vəsaitləri  fondlarının  yaradılması  və  istifadəsi  ilə  əlaqədar  iqtisadi  münasibətlər 
sistemindən ibarətdir. 
Maliyyənin  predmetinin  öyrənilməsi  zamanı  dialektik  metoddan  istifadə 
olunur.  Dialektik  metod  hər  bir  hadisə  və  prosesi  inkişafda  və  qarşılıqlı  əlaqədə 
öyrənir.  Maliyyə  həm  kəmiyyət,  həm  də  keyfiyyətcə  inkişaf  edir.  Kəmiyyətcə 
inkişaf dedikdə maliyyə vəsaitlərinin və fondlarının hərəkətini, keyfiyyətcə inkişaf 
dedikdə isə maliyyə münasibətlərinin daim təkmilləşdirilməsi nəzərdə tutulur. 
Maliyyə  münasibətləri  qarşılıqlı  əlaqədə  öyrənilir.  Həmçinin  maliyyənin 
ayrı-ayrı bölmələri, elementləri, fondları arasında daim qarşılıqlı əlaqələr yaranır.  

Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   377




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə