Fənn: Fotoqrammetriya Fakültə: Aerokosmik Qrup: 2430a Tələbə: Teymur Mahmudov Müəllim: Cavanşir Sultanov



Yüklə 29,79 Kb.
səhifə1/2
tarix23.12.2023
ölçüsü29,79 Kb.
#156130
  1   2
Teymur Mahmudov 2430a Fotoqrammetriya.-1


Milli Aviasiya Akademiyası


Sərbəst iş N-1

Fənn: Fotoqrammetriya
Fakültə: Aerokosmik
Qrup: 2430a
Tələbə: Teymur Mahmudov
Müəllim: Cavanşir Sultanov
Mövzu: Fotoqrammetriya haqqında anlayış

Fotoqrammetriya – yer səthindəki obyektlərin istənilən uçan aparat növlərinin köməyi ilə alınmış fotoqrafik təsvirlərinə görə onların həndəsi kəmiyyət və digər xüsusiyyətlərini təyin etməyə imkan verən Yerin məsafədən zondlama texnologiyasıdır. Hal-hazırda fotoqrammetriya üçün təsvirləri kadrlı və panoram fotoaparatlarla yanaşı həm də radiolokasiya,televiziya, istilik və lazer sistemlərinin köməyi ilə alırlarFotoqrammetriya – bu obyektlərin fotoqrafik və başqa təsvirlərinə görə onların formaısının, ölçülərinin və verilmiş koordinat sistemində məkan vəziyyətinin təyini üsullarını öyrənən elmi fənndir. Şəkillərin həndəsi və fiziki xüsusiyyətləri, obyektlərin keyfiyyət və kəmiyyət xarakteristikalarının təyini üçün onların alınmasının və istifadəsinin üsulları, həmçinin emal prosesində tətbiq edilən cihazlar və proqram məhsulları fotoqrammetriyanın öyrənilməsinin predmetidir. Əsas metodlar fotoqrammetrik və stereofotoqrammetrikdir.
Fotoqrammetriya — müxtəlif rakurslardan bir neçə fotoqrafik təsvirə görə obyektlərin həndəsi xüsusiyyətlərini müəyyən etməyə imkan verən məsafədən zondlama texnologiyasıdır.
Fotoqrammetriya – verilmiş koordinat sistemində obyektlərin fotoqrafik və başqa təsvirlərə görə formasının, ölçülərinin və məkan vəziyyətinin təyini üsullarını öyrənən elmi fənndir.
Fotoqrammetriya — müxtəlif obyektlərin fotoqrafik təsvirlərinin ölçülməsi yolu ilə onların formasının, ölçülərinin və məkan vəziyyətinin təyini üsullarını öyrənən elmdir.Başqa sözlə, fotoqrammetriya əlaqəsiz ölçmə üsuludur.
Fotoqrammetriyanın əsas məsələsi – xəritələrin yaradılması üçün lazım olan çöl geodeziya ölçmə işlərini xüsusi fotoqrammetrik cihazların və proqram təminatının köməyi ilə kameral şəraitdə aerokosmik təsvirlərin ölçmələri ilə əvəz etməkdir.
Fotoqrammetriya müxtəlif rakurslardan bir neçə fotoqrafik təsvirə görə obyektlərin həndəsi xüsusiyyətlərini müəyyən etməyə imkan verən məsafədən zondlama texnologiyasıdır. Stereofotoqrammetriya adlı daha geniş yayılmış növ obyektin 3D-modelini qurmağa imkan verir.
Fotoqrammetriya – verilmiş koordinat sistemində obyektlərin formasını, ölçülərini və məkan vəziyyətini təyin etmə üsullarını onların fotoqrafik və başqa təsvirlərinə görə öyrənən elmi fənndir.
Fotoqrammetriya –aero- və kosmik şəkillərin analizi və onların əsasında plan və xəritələrin tərtibi, həmçinin məsafədən zondlama (MZ) məsələlrinin həlli ilə məşğul olan elmi fənndir
Fotoqrammetriyanı öyrənmənin predmeti - şəkillərin həndəsi və fiziki xüsusiyyətləri, çəkiliş obyektlərinin kəmiyyət və keyfiyyət xarakteristikalarının təyini üçün onların alınması və istifadə üsulları, həmçinin emal prosesində tətbiq edilən cihazlar və proqram məhsullarıdır.
Fənnin adı photos(işıq), gramma (yazı) və metreo (ölçürəm) yunan sözlərindən əmələ gəlmişdir ki, bu da hərfi tərcümədə işıq yazısının ölçülməsi və ya sərbəst tərcümədə işığın köməyi ilə yazılmış obyektlərin təsvirlərinin ölçülməsi mənasını verir.
Fotoqrammetriya fotokameraların, rəqəmli kameraların, televiziya kameralarının, skaner çəkiliş sistemlərinin, radiolokasiya və lazer çəkiliş sistemlərinin və s. köməyi ilə alınmış təsvirlərin bütün mövcud növlərindən istifadə edir.
Fotoqrammetriya dəqiq cihazqayırma, aviasiya, kosmonavtika, fizika, kimya, elektron texnikası, riyaziyyat, geoinformatika, geodeziya və kartoqrafiya ilə sıx bağlıdır.
Fotoqrammetriya öz geniş tətbiqini aerotopoqrafiyada, topoqrafik və kadastr xəritələrinin yenilənməsində, həmçinin geoinformasiya sistemlərinin yaradılmasında tapır.
Aerokosmik çəkilişlər fotoqrammetrik məsələlərin həllində ilk texniki mərhələdir. Bu zaman əks olunan və ya məxsusi elektromaqnit şüalanmasının ölçülməsi (qeydiyyatı) yerinə yetirilir.
Müxtəlif cihaz və ya çəkiliş sistemlərinin köməyi ilə tədqiq edilən obyektin müəyyən məsafədən şüalanması ölçülür və qeyd edilir.
Çəkiliş sistemləri dedikdə elektromaqnit şülanmasının qeyd edilməsinə kömək edən texniki vasitələr başa düşülür.
Çəkiliş aparatlarının tipindən asılı olaraq informasiya müxtəlif cür təqdim oluna bilər. (Məsələn fotoqrafik daşıyıcılarda 2-ölçülü analoq yazı formasında (fotoşəkil) və ya maqnit daşıyıcılarında rəqəmli yazı kimi).Bəzi çəkiliş sistemləri 3-ölçülü təsvirin alınmasına imkan verir ki, bu zaman element bütün üç məkan koordinatlarına malik olur, məsələn lazer çəkiliş sistemləri.
Analoq və ya rəqəmli formada tədqiq edilən obyektin təsvir formasında təqdim edilən elektromaqnit şüalanmasının qeydiyyatının nəticələri videoinformasiya adlanır. Siqnalların analoq və ya rəqəmli formada yazılışının görünən təsvir formasına çevrilməsi proseduru vizuallaşdırma adlanır.
Obyeklərin xarakteristikaları tək şəkildə onun təsvirinə görə və ya müxtəlif nöqtələrdən alınmış iki bir-birini örtən şəkillərə görə öyrənilə bilər.
Əgər obyektin öyrənilməsində tək şəkilin xüsusiyyətlərindən istifadə olunursa, onda lazımi informasiyanın alınmasının belə metodu fotoqrammetrik metod adlandırılır. Tək şəkilə görə yerin yalnız müstəvi modelini qurmaq olar, yəni yalnız plan koordinatlarını ( X və Y ) müəyyən etmək olar. Əgər obyektin öyrənilməsində iki bir-birini örtən şəkillərin xüsusiyyətlərindən istifadə olunursa, onda belə metod stereofotoqrammetrik metod adlandırılır.
Fotoqrammetrik və stereofotoqrammetrik metodların əsas üstünlükləri bunlardır:
- nəticələrin yüksək dəqiqliyi, belə ki obyektlərin şəkillərini çox dəqiq fotokameralarla alırlarvə onların emalını bir qayda olaraq ciddi metodlarla yerinə yetirirlər;
- obyektlərin özlərinin deyil, onların təsvirlərinin ölçülməsi sayəsində yüksək məhsuldarlıq əldə edilir. Bu ölçmələrin və sonrakı hesablama proseslərinin avtomatlaşdırmasını təmin etməyə imkan verir;
- obyektivlik və informasiyanın etibarlılığı, zərurət olduqda ölçülərin təkrarlanma imkanı;
- bütün obyekt kimi, həm də onun ayrı-ayrı hissələrinin vəziyyəti haqqında qısa müddətdə informasiya almaq imkanı;
- obyektin çəkilişi təmassız (məsafədən ) metodla yerinə yetirildiyinə görə işlərin aparılmasının təhlükəsizliyi. Obyekt əlçatmaz olduqda və ya onun zonasında olma insanın sağlamlığı üçün təhlükəli olduqda bu metod xüsusi əhəmiyyətə malikdir.
- hərəkət edən obyektlərin və sürətlə axan proseslərin öyrənilməsi imkanı.
Qeyd edilmiş üstünlüklərlə yanaşı baxılan metodlar çatışmazlıqlara da malikdir.Onlara fotoqrafik çəkilişlərin meteoroloji şəraitlərdən asılılığı və bütün texnoloji proseslərə nəzarət məqsədi ilə çöl geodeziya işlərinin icra edilməsi zərurətidir.Buna görə informasiyanın alınmasının başqa metodları ilə onların birləşməsi əməyin və vəsaitlərin minimal xərcləri ilə qoyulmuş məsələnin səmərəli həllini təmin edə bilər.
Öyrənilən obyekləriin təsvirlərinin alınma üsullarından asılı olaraq fotoqrammetriyanı yerüstü, aero - və kosmik fotoqrammetriyaya ayırırlar.
Yerüstü fotoqrammetriya yer səthindən alınmış fotoşəkillərin ölçmə metodlarının işlənib hazırlaması ilə məşğul olur.


Yüklə 29,79 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə