Fənn Audit Müəllim Hüseynova Mehriban Tələbə: Qurban Əliyev Fakultə:İmf ixtisas: Sənayenin təşkili idarə olunması


Bank auditinin məqsəd və vəziyətləri onun təsnifatı



Yüklə 21,03 Mb.
səhifə3/7
tarix10.05.2022
ölçüsü21,03 Mb.
#86399
1   2   3   4   5   6   7
Audit-qurban əliyev

2.Bank auditinin məqsəd və vəziyətləri onun təsnifatı

Kredit təşkilatlarında formasından asılı olmayaraq həyata keçirilən audit aşağıdakı vəzifələri yerinə yetirir:


    • – kredit təşkilatının maliyyə – təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
    • – kredit təşkilatının aktiv və passivlərinin formalaşmasının və quruluşunun təhlili;
    • – kredit təşkilatının aktiv əməliyyatlarının təhlili;
    • – vəsaitlərin səmərəli yerləşdirilməsinin yoxlanması baxımından kredit təşkilatının ödəmə qabiliyyətinin, likvidliyinin təhlil olunması;
    • – kredit təşkilatının maliyyə – təsərrüfat fəaliyyətinin nəticələrinin proqnozlaşdırılması;
    • – kredit təşkilatının maliyyə fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, onun dayanıqlığının və likvidliyinin artırılması üzrə tövsiyələrin hazırlanması;
    • – kredit təşkilatında mühasibat uçotunun dəqiq qurulması və onun təkmilləşdirilməsi;
    • – kredit təşkilatı əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
    • – kredit təşkilatının fəaliyyəti ilə bağlı olan maliyyə, vergi, bank qanunvericiliyinin və digər uyğun qanunvericilik aktları barədə məsləhətlərin verilməsi;
    • – auditor firmalarının fəaliyyətinə dair digər növ xidmətlərin göstərilməsi.
    • a) məcburi audit;
      • Məcburi audit qanunvericiliklə nəzərdə tutulan hallarda həyata keçirilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının yoxlanması “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu”nun 42-ci maddəsinə əsasən aparılır. Qanunun bu maddəsində göstərilir ki, Mərkəzi Bankın fəaliyyəti yalnız Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi auditorlar tərəfindən ildə bir dəfə, zərurət olduqda isə əlavə yoxlanılır. Auditor yoxlaması təyin edilərkən yoxlamanın istiqamətləri müəyyənləşdirilir.
    • b) könüllü audit.
      • Könüllü audit. Auditin bu forması zərurət olduqda təsərrüfat subyekti kimi kredit təşkilatının öz qərarı, təşəbbüsü ilə auditorlarla bağlanmış müqavilə əsasında həyata keçirilir. Auditin xarakterini, aparılma hədlərini, əhatə dairəsini kredit təşkilatı özü müəyyən edir.

Bank auditini özünəməxsus əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirmək olar:   Auditin aparılması üsuluna görə:

Keçirilmə xarakterinə görə:


    • Xarici audit. Kredit təşkilatlarında auditin bu forması, fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənən ayrı – ayrı auditor firmaları və müstəqil auditorlar tərəfindən, onlarla bağlanan müqavilə əsasında aparılır. Auditor firmasını və ya fərdi auditoru kredit təşkilatı müstəqil olaraq seçir. İllik məcburi xarici auditi həyata keçirən auditor kredit təşkilatı səhmdarlarının ümumi yığıncağı tərəfindən müzakirə olunub, təsdiq edilir. Bu, illik maliyyə hesabatlarının düzgünlüyünün təsdiq olunması məqsədilə edilir.
    • Daxili audit. Kredit təşkilatında auditin bu forması kredit təşkilatının özünün uyğun şöbəsi, idarəsi, bölməsi və s. tərəfindən həyata keçirilir. Onun aparılması müddətləri, qaydası, əhatə dairəsi istiqamətləri kredit təşkilatının rəhbərliyi tərəfindən müəyyən edilir. Daxili audit kredit təşkilatının öz qurumu olduğuna görə illik hesabatların dürüstlüyünü təsdiq edə bilməz. O, yalnız kredit təşkilatının rəhbərliyinin müəyyən etdiyi istiqamətlərdə məlumatlar hazırlayır.

3) Keçirilmə dövriliyinə görə:

ilkin audit;

– təkrar audit.

4) Auditin inkişafı baxımından:

– təsdiqləyici audit;

sistemli müəyyənedici audit;

– risklə bağlı audit.


Yüklə 21,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə