Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   25   26   27   28   29   30   31   32   33

4.  Bədən  və  ruh.  Onların  qarşılıqlı  əlaqəsi  məsələsi  Cə­

laləddin  Rumi  yaradıcılığının  əsas  mövzularından  biridir. 

Mövlanaya  görə,  ruh  bədəndən  əvvəl  mövcud  olur,  sonra 

müvəqqəti  olaraq  bədənə  salınır.  O,  ruh  haqqında demişdir; 

«Mən  torpaq  aləminin  deyil,  Məlakut  aləminin  quşuyam. 

İki-üç  günlüyə  mənə  öz  bədənimdən  qəfəs  düzəltdilər».210 

Rumi  deyirdi  ki,  ruh  yalnız  İlahi  eşqlə  birləşəndən  sonra 

ölümsüz olur.  Ruh qüvvəsini eşqdən  alır.

Rumi  bədənin  rahatlığı  üçün  ruhu  yaddan  çıxaranlara 

xəbərdarlıq  edirdi  ki,  ruhu  yandırarkən  sən  bədəni  işıqlan­

dırırsan.  Yalnız  bədənə  xidmət  etmək,  ruhu  inkar  etmək 

heyvan  olmağa  bərabərdir.  Çünki  heyvan  ruhu  qida  ilə 

qüvvətlənir,  odun yanaraq  atəşi qüvvətləndirdiyi  kimi.

Rumi  göstərirdi  ki,  ruh  əzab-əziyyət  çəkər,  sıxılar, 

qüssələnər,  çətinliyə  düşər,  lakin  çirk  götürməz,  həmişə təra­

vətli olur,  solmur,  qocalmır,  əldən düşmür.

5.  Elm.  İdrak.  Ruminin  fikrincə,  elmlər  iki  qrupa 

bölünür  -  maddi,  fani  dünyanı  öyrənən  «zahiri  elmlər»  və 

mənəvi  dünyam  öyrənən  İlahi  elmlər.  Dünyəvi  elmlərin  id­

rak  üsulu  hiss  üzvləri  və  ağıldır,  İlahi  elmlərinki  isə  Allah­

dan gələn İlahi ruhdur.

Mövlana  demişdir:  «Biliyin  iki  müxtəlif növü  var.  On­

lardan  birini  uşaq  məktəbdə  kitabdan  və  müəllimdən  alır. 

Bu yeni əldə edilmiş  fikirlər və onların yadda saxlanmasıdır. 

Sənin  ağılın  başqalarından  üstün  ola  bilər,  lakin  bütün  bu 

biliklərin  saxlanması  çox  ağır  işdir.  Sən  bilik  qazanmaq 

üçün  o  qədər  səy  göstərməlisən  ki,  üzərində  yazını  saxlaya 

bilən  lövhəyə  çevriləsən.  Saxlanılan  lövhə  isə  müəyyən  vax­

tdan  sonra  yox  olub  gedir.  Biliyin  başqa  növü  Allah  vergisi 

ilə  qazanılır.  Bu  qəlbin  dərinliyindən  olan  qaynaqdır.  Alla­

hın  verdiyi  su  qəlbdən  qaynayıb  çıxdığı  üçün  qalıb  xarab 

olmur  və  çirklənmir.  Əgər  yuxarıda  yol  bağlansa  da  bunun 

ziyanı  yoxdur.  Çünki  bu  su  həmişə qəlb  evindən  axır.  Qaza­

nılmış  ağıl  küçədən  evə  gələn  su  borusuna  oxşayır.  Əgər  bu 

bağlansa,  ev  susuz  qalar.  Odur  ki,  qaynağı  özündə  axtar» 

(M.  IV  -   1960-1968).  Deməli,  bilik  qaynağı  insanın  qəlbin­

dədir  və  Allah  tərəfindən  verilir,  ona  görə  də  tükənməzdir.

210  A.Eflaki.  Ariflerin menkibeleri. Ankara,  1953, s.630.

118

Mövlana göstərirdi  ki,  ariflərin  elmi  onlara  xidmət  edir,  be­



linə  aiıb  aparır.  Bədən  və  surət  əhlinin  elmi  isə  onların  öz 

yüküdür, əhəmiyyətsiz bir şeydir.

İdrak  Rumiyə  görə,  yalnız  Allahın  verdiyi  ağıl  və  ka­

mal  ilə  baş  verir.  «Ağıllı  adam  nəticəni  lap  əvvəldən  ürəyi 

vasitəsilə  görür,  lakin  belə  biliyi  yoxdursa,  onu  axırda 

görür» (M. III -  3372), yəni nəticə artıq üzə çıxandan sonra.

Mövlanaya  görə,  ruhun  bu  dünyada  olduğu  müddətdə 

gördükləri və bildikləri bədən öləndən sonra  tamamilə bərpa 

olunur.  Yalnız  bu vəziyyətdə insan  fani  dünyada elm vasitə­

silə dərk edə bilmədiyi mənanın sirrini başa düşür.



6.  Surət  və  məna anlayışları.  Təsəvvüf dünyagörüşünün 

əsas  mövzularından  biridir.  Rumi  bu  məsələyə  xüsusi  fikir 

vermişdir.  Onun  dediyinə  görə,  surət  eşqin  bəzəyidir,  eşqsiz 

onun  dəyəri  yoxdur.  Eşq  bəzəyin  əslidir,  surət  müstəqil 

mövcud  ola  bilməz.  Mövlana  surətə  mənanın  təzahürü  kimi 

tərif verir. O,  demişdir.  «Eşq surətsiz təsəvvür olunmadığına 

və  gerçəkləşmədiyinə  görə,  surətin  bəzəyi  olmalıdır».  Biz 

deyirik:  «Eşq  nə  üçün  sürətsiz  təsəvvür  olunmasın?».  Hətta 

eşq  surəti  meydana  gətirir və  ondan  yüz minlərlə  surət  hasil 

olur.  Bundan  eyni  zamanda  gerçəkləşmiş,  şəkil  almış  surət­

lərdir.  Rəssam  olmadan  rəsm  olmadığı  kimi,  rəsmsiz  də  rəs­

sam  olmaz;  fəqət  rəsm-bəzək  rəssamın  əsəridir.  Barmağın 

hərəkəti  ilə üzüyün  hərəkəti  kimi».211  Başqa  sözlə  hərəkətsiz 

dayanan  üzüyün  hərəkəti  barmağın  hərəkətindən  asılıdır. 

Yəni rəsm rəssamsız yaranmır.

İnsan  surətdən  əl  çəkib  mənaya  can  atmalıdır. 

Mövlananm  dediyi  kimi,  məna surətin qanadıdır.  Lakin  hər 

kəs  məna  aləminə  girə  bilməz.  «Əgər  məna  Aləmi  açıq 

olsaydı  və  yolu  asanlıqla  tapılsaydı,  bu  dünyada  heç  kim 

qalmazdı»  (M.  1  -   2001).  Bu  aləmə  girmək  üçün  məna  əhli 

yanında  hazırlıq  keçməlisən,  mənəvi  saflığa  nail  olmalısan, 

yəni  aşiq  olmalısan.  Yalnız  bundan  sonra  məna  qapısını 

döysən açılar.

Mövlana  hiss  üzvləri  vasitəsilə  qavramlan  aləmi  ger­

çəklik hesab etmirdi.  Onun fikrincə, gördüyümüz,  hiss etdiy-

211  M evlana. Fihi M a-fih. istanbul,  1990, s.214.

119



imiz  dünya  mənanın  surətidir,  yəni  daxili  mənəvi  aləmin, 

ruhun təzahürüdür.

Rumi göstərirdi  ki,  çox vaxt mənanın bəşəri  təzahürlə­

ri  aldadıcı  olur.  Ona  görə  də surətə  aludə  olma.  Mənanı  za­

hiri  gözlə  deyil,  mənəvi  gözlə  görə  bilərsən.  Ona  görə  də  in­

san  ilk  növbədə  mənəvi  aləmini  təmizləməli,  çirklənməsinə 

imkan verməməlidir.  «Ruh  bir ayna kimi safdır,  bədən onun 

üzündəki  tozdur.  Candakı  gözəllik  bizə  görünmür,  çünki  to­

zun  altındadır»212 *

.  Tozu,  yəni  bədəni  silib  atmaq  lazımdır 

ki,  ruh  görsənsin.  Yəni  insan  öz  maddi  varlığını  yox  edib 

Allahın varlığına qovuşmalıdır.

7.  İlahi nur,  atəş və zülmət.  Mövlananm  fikrincə,  bizim 

gördüyümüz  və  hiss  etdiyimiz  bu  dünyadakı  atəş  yandıran 

külək  kimidir,  yandırır,  görsənir  və  kəsib  gedir.  Bu  görünən 

atəş  əsl  atəşin  özü  deyil,  onun  işığıdır.  Onun  dediyinə  görə, 

atəş  bəzi halda lazımlı, bəzi halda isə lazımsız olur.  Məsələn, 

soyuq  qab  üçün  atəş  gərəklidir,  qaynayan  və  daşan  qaba 

atəş  lazım deyil.  Atəş  xaricə  təsir edir,  daxilə -  mənəviyyata 

gedib  çatmır.  Yəni  bədəni  yandırıb kül  edir,  ruha isə  toxuna 

bilmir.  «Cəhənnəmin  atəşi  yalnız  qabığı  yandırır,  iç  ilə  heç 

bir  işi yoxdur»  (M.  IV -   3928).  Eşq  də  atəşdir,  lakin  maddi, 

zahiri  atəşdən  tamamilə  fərqlənir.  Eşq elə atəşdir  ki,  parlay­

anda  əbədi  olan  sevgilidən  (Allahdan)  başqa  nə  varsa,  ha­

mısını  yandırıb  yox  edir.  Elə  məqsəd  də  öz  maddi  varlığını 

yox edib İlahi varlığa qovuşmaqdır.

Zahirdəki  işıq  maddi  mənbə  tükənəndən  sonra  yox 

olur.  Daxildən  gələn  işığı  isə  heç  nə  söndürə  bilmir.  «Şam 

yanıb  tamam yox  olanda,  artıq  onun  nə  əsəri,  nə  ziyası  qa­

lır.  Bədən  şamı  bu  görünən  şamın  əksidir,  yox  olduqca  can 

nuru  artır.  Bu  əbədi  işıqdır,  mum  isə  keçicidir.  Can  işığının 

alovu  Haqqa  aiddir».  Deməli  ruhdan  gələn  işıq  ona  görə 

əbədidir ki, onun qaynağı əbədidir,  tükənməzdir.

8.  Bir sıra dini-fəlsəfi anlayışlar.  Məkan və zaman.  Son- 

lu və sonsuz.  Cəlaləddin Ruminin məkan və zaman haqqında 

fikirləri  Quran  və  hədislərə əsaslanır.  Allah məkan və  zama­

na  sığmır,  nə  əvvəli  var,  nə  də  sonu.  O,  əbədidir.  Ona  görə 

də  Allaha  qovuşan  ruh  da  məkandan  məkansızlığa  çevrilir,

212 Mevlana. Divanı Kebirden seçmə şiirler, II,  İstanbul,  1990, s.315.

120


əbədiləşir,  sonsuzluğa  birləşir.  Ruh  nə  qədər ki,  bədəndədir, 

onun  müvəqqəti  məkanı  könüldür.  Mövlana  deyirdi:  «Sən 

məkana mənsubsan.  Əslin  isə laməkandır.  Bu  dükanı bağla, 

o  dükanı  aç»  (M.  II -   612).  Onun  fikrincə,  nə qədər  ki,  bə­

dən  sağdır,  məkandan  laməkana  yol  yoxdur.  Bu  dünyada 

yaşayan  hər  bir  insan  bütün  diqqətini  laməkan  aləminə  çe­

virməli, özünü bu yola hazırlamalıdır.

9. Səbəb  və nəticə.  Ruminin  fikrincə,  iki növ səbəb var: 

maddi  və  mənəvi  səbəblər.  Maddi  səbəbi  mənəvi  səbəb  hə­

rəkətə gətirir.  Maddi səbəbləri ağıl ilə izah etmək olar.  Möv­

lana  maddi  səbəbə  xarici,  mənəvi  səbəbə isə  daxili  səbəb  də 

deyirdi.  «Səbəblərdən yüksək  başqa  səbəblər də var.  Sən  za­

hiri  səbəblərə  baxma,  daxili  və  həqiqi  səbəblərə  nəzər  sal» 

(M.  III -   2516).  Görünməyən  elə  sirlər  var  ki,  səbəbdən  kə­

narda  qalır.  Yalnız  xarici  səbəbləri  görən  göz  uzağa  baxa 

bilmir.  Daxili  səbəblər  bir-birindən  doğurlar  və  bir  silsilə 

təşkil  edirlər.  Mövlana  deyirdi  ki,  belə  səbəbləri  görmək 

üçün olduqca yaxşı münəvvər bir göz lazımdır.

Səbəbdən  kənarda  qalan  yalnız  Allahdır.  «Sən  təfək­

kürə sığmadığın kimi,  səbəblə də izah  edə bilməzsən»  (M.  III 

-   1342).  Allahın  varlığını  məntiqlə  izah  etmək  olmaz.  İnan­

m aq  kifayətdir.  Həm  səbəbi,  həm  də  nəticəni  yaradan  Al­

lahdır.


10.  Ziddiyyətlər  və  əksliklər.  Bizim  yaşadığımız  maddi 

dünya  ilə  görünməyən  o  biri  dünya  bir-birinə  zidd  olduğu 

üçün  o  biri  dünya  bu  dünyadan  yarana  bilməz.  Onların  hər 

ikisini  yaradan  Allahdır.  Rumi  göstərirdi  ki,  Allahın  yarat­

dığı  bütün  şeylər  ziddiyyət  üzərində  qurulubdur.  Ona  görə 

də  biz  həm  zərər,  həm  də  fayda  baxımından  savaş  vəziyyə­

tindəyik.  İnsanla  xarici  aləm  arasında  ziddiyyət  olduğu  ki­

mi,  onun daxilində də mübarizə gedir.  «Özündəki  bu  müdhiş 

savaşa  bax.  Başqalarının  savaşı  ilə  nə  üçün  məşğul  olur­

san?»  (M. VI -  54).

Mövlananm  fikrincə,  dünyada  baş  verən  mübarizə  bə­

zən açıq,  bəzən gizli baş verir.  «Bu dünyaya  baxsan  görərsən 

ki,  o  başdan-başa  savaşdan ibarətdir.  Zərrə  zərrə  ilə  olduğu 

kimi,  din də kafirlər ilə savaşır...»  (M.  VI -  36-38).  Mövlana 

sübut  edirdi  ki,  bir-birinə  daban-dabana  zidd  olan  tərəfləri 

yalnız Allah birləşdirə bilər. Bu sirri ağıl dərk edə bilməz.

121



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə