Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

Mütləq  Varlıq  olduğu üçün  birləşdirilmiş  olan  hüdudsuz  bir 

ehtirasdır,  bəşəri  ehtirasları  məhv  edib  İlahi  eşqə  nail  ol­

mağa can atmaqdır.

Eşq  göydən  gəlir,  onu  qəbul  et.  Mövlana  deyirdi  ki, 

göydən  könlünə  nə  gəlirsə,  onu  xoş  qarşıla,  çünki  qeybdən 

gələn Tanrıdandır. Yerdən gələn, insanın hiss üzvləri vasitə­

silə birbaşa əlaqədə olduğu,  hətta dərk  etdiyi şeylər onu gec- 

tez yorur,  maraqsız olur,  insan  ona  tədricən  biganələşir.  Əl­

çatmaz gözəl isə həmişə onu cəlb  edir,  qəlbini  nur ilə doldu­

rur,  nəhayət,  özünə  qovuşdurub  əbədiləşdirir.  Yalnız  bu 

halda  aşiq  sirləri  anlayır.  «Sevimli  sevgilisi  ilə  bərabər  ol­

dumu,  yüz  minlərlə  sirr  açılır»  (M.IV  -   2441).  Sevənlər  öz 

mənliyindən  imtina  edib  yeganə  varlığa  -   Allaha  qovuşur­

lar,  sevməyənlər puç  olub  heçliyə  çevrilirlər.  Bütün  hallarda 

yalnız tək olan Allah qalır.

Məlumdur  ki,  tövbə  insan  həyatının  zəruri  bir  amili­

dir.  Lakin  İlahi  eşq  tövbəni  tanımır.  Məgər  insan  Allahı 

sevdiyi  üçün  tövbə  edərmi?  Mövlanaya  görə,  yer  üzü  tövbə 

ilə dolu olsa da,  eşq onların hamısını bir anda yox edir.

Rumi  başqa  sufi  şairlərdən  daha  çox  məhəbbətin  di­

namik xarakter daşıdığını xüsusi qeyd edirdi, eşq okeanı qa­

zandakı  su  kimi  qaynamağa  məcbur  edir.  Məhəbbət  elə  bir 

qüvvədir  ki,  yaxşılığa  doğru  dəyişir,  hər  şeyi  təmizləyir  və 

hər  şeyə  hərəkət  impulsu  verir.  Bu  zəhərdir,  lakin  mən  bu 

zəhərdən  şirin  şey  tanımıram,  mən  bu  xəstəlikdən  daha  çox 

arzu  olunan  sağlamlıq  tanımıram.  Məhəbbət  yandıran  atəş­

dir.  Hər  şeydən  əvvəl  o,  səbr  məqamını  yandırır.  Mənim 

səbrim  məhəbbət  yaranan  gecə  öldü.  «Eşq  nədir?  -  soruşsa­

lar,  de  ki,  öz  ixtiyarını  tərk  etməkdir.  İxtiyarından  azad  ol­

mayan  kəs  yetkin  Adam deyil».  «Məhəbbətlə  ölünü dirildir­

lər.  Məhəbbətlə şahı qul edirlər» (M.II -   1531).

Eşqin  asan  bir  məşğuliyyət  olduğunu  deyənlərə  cavab 

verən  Mövlana  şerlərinin  birində söyləyir ki,  kim  eşqin  asan 

olduğunu  sanırsa,  bircə dəfə mənə baxsın və mənim halımın 

nə  qədər  qorxunc  olduğunu  başa  düşsün.  Ancaq  bu,  kənar­

dan baxanda belə  görünür.  Əslində,  mənim vəziyyətim qibtə 

olunasıdır.  Əgər  namaz  və  ibadət  gündə  beş  dəfə  icra  olu­

nursa,  aşiqlər  daim  namazdadır.  Onlar  bundan  usanmırlar. 

Əksinə,  məmnuniyyətlə  yerinə  yetirirlər.  Çox  adamlar  xəzi­

106


nəyə  sahib  olmaq  istəyirlər,  biz  isə  məşəqqət  gətirən  eşq  is­

təyirik.


Mövlana  deyirdi  ki,  ağıl  eşqi  dərk  edə  bilmir.  Məntiq 

eşqin  qarşısında  acizdir.  «Aşiqdən  daha  dəqiqi  kimsə  yox­

dur.  Ağıl  onun  sevdasına  qarşı  kordur,  şikəstdir.  Çünki  bu 

heç  kimin dəliliyinə  bənzəmir.  Həkimlərdə bu vəziyyəti yax­

şılaşdıra bilən mühakimə yoxdur» (M.  VI -   1979,  1980).

Rumi  sübut edir  ki,  eşq  məkansızdır,  söz  ilə ifadə  edil­

sə  də  ona  sığmır,  eşqin  nə  əvvəli,  nə  də  axırı  var.  Eşqi  gör­

mək  üçün hər  tərəfə baxma,  onun  tərəfi  yoxdur.  Eşq  elə  də­

nizdir  ki,  dibi  görünmür.  Dənizin  damlalarmı  saymağa  im­

kan  yoxdur.  Okean  da  eşq  dənizinin  önündə  kiçik  bir  göl 

kimidir.  Eşq elə bir dənizdir ki,  bütün  yer üzü bu dənizdə bir 

köpükdür.  Çünki  eşq  qüvvəsini  məşuqdan-ilahidən  alır.  Ca­

handa  nə  varsa  eşq  onun  canıdır.  Eşqdən  başqa  nə  görür­

sənsə,  əbədi  deyil.  Deməli,  əbədiyyətə  qovuşmaq  istəyirsən­

sə,  aşiq ol, Allaha qovuş.

Rumi sübut edildi  ki,  eşq Allahın  sirrini  açmaq vasitə­

sidir.  Mövlana  qəlbində  eşq  olmayanlara  müraciət  edir  ki, 

«qalxın  və  aşiq  olun».  Eşq  Allahdandır.  «Aşiqlərin  sevinci 

də,  kədəri  də  odur,  xidmətinin  əvəzinə  aldığı  da  odur»  (M. 

V -  586).

Aşiq vüsal üçün heç vaxt ümidini itirmir.

Mövlana  özündən  əvvəlki  təsəvvüf  cərəyanlarını, 

böyük  sufi  mütəfəkkirlərin  əsərlərini  yaxşı  öyrənmiş  və  isti­

fadə  etmişdir.  O,  göstərirdi  ki,  xorasanlı  sufilərdən  Sənai 

onun  ruhu,  Əttar  isə  gözləridir.  Bununla Mövlana  onları  öz 

müəllimi  hesab  edirdi.  O,  həmçinin  Cüneyd  Bağdadinin, 

Mənsur  Həllacın  fikirlərindən  sərbəst  istifadə  edirdi.  Qəza- 

lini  və  Ərəbini  yaxşı  tanıyırdı.  O,  rasionalizmi  qəbul  etmir, 

qədim yunan fəlsəfəsini və onun  Şərq davamçılarının fikirlə­

rini  inkar  edirdi.  Çünki  Ruminin  fikrincə,  onlar  insanı  Al­

lahdan uzaqlaşdırır.  Lakin  bu inkar onu fəlsəfədən  azad edə 

bilmədi.  Bu  heç  mümkün  də  deyildi.  O,  təsəvvüf  fəlsəfəsini 

dərinləşdirdi.

Qeyd etmək lazımdır ki,  Mövlananm əsərlərində «ruh» 

və  «can»  anlayışları  insan  haqqında  danışarkən  eyniləşdiri­

lir.  Bədənin  fiziki  ölümündən  sonra  azad  olan  can  yalnız 

İlahi  eşqin köməyi  ilə Allaha qovuşan  vaxtdan  ruh  adlandı­

107



rılır.  Ruminin  fikirlərini  təhlil  edəndən  sonra  biz  belə  nə­

ticəyə  gəlirik  ki,  o,  «can»  sözünü  yalnız  bədənlə  əlaqədar 

söhbət gedən vaxt  işlədir.  İnsanın  ölümündən sonra,  Mövla- 

nanın  dediyinə  görə,  əsl  həyat  başlayır  və  söhbət  yalnız  ruh 

haqqında gedir.

Bədən  ilə  ruh  arasındakı  əlaqə  haqqında  danışarkən 

Mövlana bir məsələni  də xüsusi qeyd  edirdi.  Bədən  və ruhun 

bir-birindən xəbəri var, lakin hər kəsin ruhu görməsinə icazə 

yoxdur,  çünki  o,  göylərdən  gəlir.  Ruh  bədəndə  darıxır,  qə- 

ribsəyir.  «Ünsürlərin  ipsiz,  bağsız  bir-birini  çəkmələri 

üzündən  bədəndə  yetmiş  iki  cür  xəstəlik  var.  Xəstəlik 

ünsürlər  bir-birini  buraxsın  deyə  bədəni  qoparıb  dağıtmaq 

üzrə gəlir» (M.  III  -  4426-4427).  Bədən  cismani  olduğu  üçün 

maddi  dünyadan  ayrıla  bilmir,  onun  qaydalarına  tabedir. 

Ruh  isə  maddi  dünyadan  xilas  olmaq  istəyir.  «Madam  ki, 

bədəndəki  hər  bir  hissə  özününkü  tərəfə  getməyi  və  onlarla 

yoldaşlıq etməyi  tələb edir,  onda  tək qalan  qərib ruh nə hal­

da olur? Ruh  bədənin  hissələrinə deyir ki,  ey mənim  torpağa 

mənsub  hissələrim,  mənim  çəkdiyim  qürbət  acısı  daha 

böyükdür.  Mən  göyə  mənsubam,  Ruhlar  aləmindən  gəlmi­

şəm.  Bədənin meyli  yaşıllığa və  axar  suyadır.  Onun  əsli  on­

lardır»  (M.  III  -   4434,  4435,  4436).  Beləliklə,  ruhun  bədənə 

tabe  olması,  onunla  birgə  yaşaması  mümkün  deyil.  Çünki 

bədən  fani,  ruh  əbədidir.  Ruh  bədəndən  əvvəl  mövcud  olur, 

sonra müvəqqəti olaraq bədənə salınır.

Rumi  öz  tərəfdarlarına  məsləhət  görürdü  ki,  bədənə 

çox  da  qayğı  göstərmə,  dadlı  və  yağlı  yeməklərlə  bəsləmə. 

Sənin cövhərin  (əslin)  olan  ruhu  təmiz  və qüvvətli saxlamaq 

üçün bədəninə alüdə olma.  Əks halda ruhu zəiflədər və onun 

əzabını  daha da  artırarsan.  Bədən  ruh  vasitəsilə  bir müddət 

ucalsa  da,  bu  onu xilas  edə  bilməz.  Ruh  gedəndən sonra  bə­

dən o  qorxunc qəbir içində yenidən torpağa çevrilir.  «Bədə­

nin  qidası  ruhun  qidasızlığıdır.  Bədənin  zəifləməsi  ruhun 

zövqünü  artırır (M.  V -   145).  Bədən ruhun sayəsində yaşasa 

da  nankorluq  edir,  ruha  zülm  edir,  «sənə  yüz  düşməndən 

daha  çox  düşməndir».  Bədən  xəstə  olanda  səni  məcbur  edir 

ki,  onu  müalicə  etmək  üçün  dərman  tapasan,  sağalıb  güclə­

nən  kimi  səni  şeytanlaşdırıb  pis  yola  aparır.  Mövlana  sübut 

etməyə  çalışırdı  ki,  bədən  dar  və  cansıxıcı  bir  ev  kimidir.

108


R uh  da orada xəstə və şikəst bir haldadır.  Bədənin əziyyətlə 

ölməsi Rumiyə görə, mənəvi dirilikdir.

Mövlana  göstərirdi  ki,  ruh  ləkə  götürmür,  həmişə  tə­

miz  olur.  Ruh  hava  kimidir,  toza  batanda  göy  üzünə  pərdə 

olur,  günəşin  qarşısını  tutur.  Fəqət  tozu  gedəndən sonra saf 

və  parlaq  olur,  istədiyi  vaxt  istədiyi  yerə  gedir,  cünki  lamə­

kandır.  Ruhların əsli Böyük Ruhdur.

Mövlana  öz  sələflərindən  fərqli  olaraq  yalnız  söz  ilə 

məhdudlaşmırdı,  dediklərini  canlı  musiqi  və rəqs  ilə müşay­

iət  edirdi.  Buna  ən  yaxşı  misal  kimi  onun  «Məsnəvi»yə  yaz­

dığı  başlanğıc  -   «Qamışın  nəğməsi»dir.  Qamışdan  kəsilib 

düzəldilən  ney  ümumi  qamışlıqdan  ayrıldığına  görə  şikayət 

edir,  öz  doğma  evi  üçün  darıxır,  onu  eşitməyi  bacaranlarla 

İlahi  birlik  və  əbədi  xoşbəxtlik  haqqında  söhbət  edir.  Onun 

əsas  dərdi  təklikdir,  təklik  isə  fəlakətdir.  Ona  görə  də  İlahi 

eşq  yolu  ilə ümumiyə,  yəni Allaha  qovuşmaq  lazımdır.  Xoş­

bəxtlik bundadır.

Mövlana  məsləhət  görürdü  ki,  əgər  fikrin  donubsa, 

düşünə  bilmirsənsə,  get  zikr  elə,  Allahı  yaddan  çıxarma. 

Zikr  fikri  silkələyib  hərəkətə  gətirir.  Bilikli  Adam  ağlı  ilə 

anlayır  ki,  hər  bir  hərəkət  edənin  mütləq  bir  hərəkətvericisi 

var.  Fikri  də  hərəkətə  gətirən  odur.  Ona  görə  də  bu  maddi 

dünyada  hər  yaradıcılıq,  hətta  hər  hərəkət  fikir  sayəsində 

baş  verir.  «Xüsusi  ilə  sirrə  bağlı  olan  kamal  Günəşi  üçün 

gecə  və  gündüzün  fərqi  yoxdur.  Onun  işi  işıqlandırmaq  qa­

biliyyəti  olan  könülləri  gecə-gündüz  parlatmaqdır».  (M.  II- 

44).

Rumi  təsdiq  edirdi  ki,  ruhu,  məna  dünyasını  ağıl  və 



hisslə dərk  etmək  mümkün  deyil.  Mövlana ilk  baxışda  para­

doksal  bir  nəticəyə gəlir.  O,  soruşur  ki,  biliyi  harada  axtar­

maq  lazımdır?  Cavab verir  ki,  biliyi  tərk  etmədə.  Yəni  bilik 

və məntiq ilə İlahi sirri  dərk  etmək olmaz.  «Fəhm və yadda­

şı  kəskinləşdirmək,  yəni  hər  kəsin  anlaya  bilmədiyi  şeyləri 

ağılla  izah  etmək  yol  və  mərifət deyil...»  (M.  I  -   502).  Yal­

nız  ruhdan  qida  alan  ağlın əhəmiyyəti var.  «Ağıl  ruhdan  zə­

ka  və  idrak  almışdır,  yəni  ruh  olmasa  ağıl  da  olmaz.  Belə 

halda  necə  olur  ki,  ruh  ağlın  malikanəsinə  girir?»  (M.  III  -  

3584).  Çünki  bu malikanəni ruh yaradır.

109



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə