Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

Bu  söz  ətrafındakı  anlaşılmazlıq  təməldən  gəlir.  İnqilablar 

üçün  əsas  məsələ xalqın  istəkləri  istiqamətində  qanunlar  qə­

bul  etməkdən  çox,  «xalqın  xeyrinə  olanları  xalqa  rəğmən 

ona gətirməkdir» (Şevket Süreyya).

Beləliklə,  inqilab  sözü  Hançeridən  sonra  (1841)  «revo- 

lution»un  qarşılığı  kimi  işlədilmişdi.  «Revolution»un  xüsu­

siyyəti isə,  bildiyimiz kimi,  zorakılıqdır.

Eyni  yollarla  «inqilab»a  yeni  bir  xarakter  vermək  is­

təyənlərdən  biri  də  Bədiüzzaman  Səid  Nursudur.  Cümhu­

riyyət  dövlətinin  yaradılmasının  hazırlıq  dövründə  Anka­

raya  dəvət  edilən  Bədiüzzaman  «görüləcək  bütün  işlərin 

məmləkətin  şərtlərinə  uyğun  olmasını»  və «bu  böyük  inqila­

bın  təməl  daşlarının  sağlam  olmasını»  istədi.  O,  həmin 

sağlam  təməlin  yalnız  islam  olduğunu  sübut  etməyə  çalışır 

və  zorakılığa  qarşı  çıxırdı.  Səfa  Mürsəl  «Bediüzzaman  və 

Dövlət  Fəlsəfəsi»  kitabında  yazırdı:  «...Ustadın  inqilabdan 

anladığı  islami  əsasların  canlandırılmasıdır.  Bu  əsaslar  tər­

biyə  və  irşadla  vicdana  yazıla  bilər.  Lakin  inqilab  edənlər 

islamiyyəti  diriltmək  deyil,  «islamiyyətə  rəğmən  laik  və  av- 

ropasayağı» bir dövlət qurmaq  istəyirdilər.  İnqilabın  ihtilal- 

çı  məzmununu  dəyişdirmək  heç  bir  gözəl  nitqin  bacara  bil­

mədiyi  bir  təşəbbüs  idi.  Xüsusən  də  Ədliyyə  nazirliyinin 

gənc hüquqçularına  «əlinizdəki inqilab oxunu  irticanın  (yəni 

islamın) qəlbinə sancın» dediyi dövrdə» (s. 133).

Məlumdur  ki,  Səid  Nursu  Atatürkün  dünyəvi,  laik 

dövlət  qurmasının  əleyhinə  idi.  O,  dinin  dövlətdən  ayrılma­

sını  istəmirdi,  kamalçıları  dinsiz  hesab  edirdi.  C.Meriç  baş­

qa  tədqiqatçılara  münasibətdə  öz  tənqidi  fikirlərini  bildirsə 

də onun haqqında danışarkən,  nədənsə tənqid  etmir və daha 

doğrusu,  ona hüsn-rəğbət bəslədiyi hiss  olunur.

C.Meriç,  şair  Necib  Fazili  ihtilal  məvhumunun  müda­

fiəçisi  və  ihtilal  etməyə  qalxan  «son  mücahid»  hesab  edir. 

Fazilin fikrincə, ihtilalın qaynağı insandakı müsbət və mənfi 

qütblərin  çəkişməsidir.  O,  bu  qütbləri  ruh  və  nəfs  adlandı­

rırdı.  İhtilalın  səhnəsi  həm  fərdin,  həm  də  milyonları  birləş­

dirən  cəmiyyətin  iç  dünyası  ola  bilər.  C.Meriç  onun  bu  fik­

rini qəbul etmir.

«Devrim»  sözü  haqqında.  C.Meriç  yuxarıda  deyilənlər­

dən  belə  nəticəyə  gəlir  ki,  1960-cı  ilə  qədər  türk  siyasi  leksi-

86

konunda iki söz vardı:  ihtilal və inqilab.  İndi isə onlara yeni 



bir  söz  əlavə  edilib:  devrim.  Solun  bayraq  etdiyi  bu  söz 

sağın istehza mövzusudur.

«Milliyyət»in  yayınladığı  «Ensiklopedik  sözlük»də 

(1971)  deyilir:  «İhtilal  bir  dövlətin  mövcud  siyasi  quruluşu­

nu,  ideoloji  təməllərini,  iqtidar  rejimini  dəyişdirmək  üçün 

hüquq  qaydalarına  məhəl  qoymadan  ortaya  çıxan  zorakı 

hərəkatdır».  Bu  tərifə  istehza  edən  C.Meriç  deyir:  «Allah... 

Allah!  «Siyasi  quruluş»  ilə  «iqtidar  rejimi»  ayrı-ayrı  şeylər- 

dimi?» (s.135).

T.D.K.  «Sözlüyü»ndə  (1974)  deyilir:  «İhtilal:  bir  döv­

lətin  iqtisadi,  sosial  və  siyasi  quruluşunda  birdən-birə  or­

taya  çıxan  düzən  dəyişikliyi...  İnqilab:  devrim,  dəyişmə... 

Devrim:  çox  qısa  bir  zaman  içində  meydana  gələn  köklü  və 

önəmli dəyişiklik»,  (s. 136).

C.Meriç  bu  tərifi  də  yetərsiz hesab  edir.  Çünki  burada 

çox  əhəmiyyətli  suallara  cavab  yoxdur:  düzən  dəyişikliyi 

birdən-birə  necə  ortay  çıxır?  Zorakılığa  ehtiyac  varmı?  Sə­

bəb nədir? İnqilab zamanı  «köklü və önəmli dəyişiklik»  han­

sı sahələrdə baş  verir?

O  dövrdə  yeganə  «Sosioloji  sözlüyü»nün  (H.Z.Ülken. 

M.E.B.,  1969)  bu  problemə  münasibəti  göstərilir:  «Devrim 

(revolution):  cəmiyyətin  təməlində  meydana  gələn  elə  bir 

dəyişiklikdir  ki,  yalnız  idarə  edən  zümrənin  iqtidarı  itirməsi 

ilə  bitmir,  ictimai  təbəqələr  bütünlüklərini  itirir  və  cəmiyyət 

yeni bir bütövləşmə qazanır»,  (s. 137).

C.Meriç  yenə  də  özünəməxsus  inkarçılıq  və  istehza  ilə 

bu  tərifi  də  səhv  hesab  edir,  hətta  müəllifi  qorxaqlıqda  gü­

nahlandırır.  «Yenə  də  eyni  hekayə,  cəmiyyətin  təməlində 

dəyişiklik  necə  baş  verir?  Zorakılıq  sözünü  yazmağa  cəsarət 

etməyən  qəribə  və  izah  olunması  çətin  qorxaqlıq.  Məlum 

dairələrə  yarınmaq  üçün  ihtilalı  axtalayan  belə  qorxaqlıq 

elmi  heysiyyat  ilə  necə  uzlaşır?  «Cəmiyyət  yeni  bir  bütöv­

ləşmə  qazanır?»  ifadəsi  də  ayrı  bir  tapmaca.  Sonrası  daha 

parlaqdır:  «Devrim  bu  səbəbə  görə  ihtilal  (revoke)  və  qiy­

amdan (insurection) çox fərqlidir».

C.Meriç  ihtilalı  «revoke»  ilə  eyniləşdirən  bu  lüğəti 

lağa qoyur,  onu «orijinal əsər» adlandırır.

87



Biz bu fəslin əvvəlki hissələrində Türkiyənin ən məşhur 

filosofu  və  sosioloqu  olan  H.Z.Ülkənin  fikirləri  haqqında 

kifayət  qədər  danışdığımız  üçün  burada  onun  sözlərini  bir 

daha təkrar etməyi məqsədəuyğun saymırıq.

C.Meriç  inqilab,  ihtilal və devrim anlayışları haqqında 

belə  qeyri-müəyyənliyi  «düşüncəni  iflic  edən»  hadisə  hesab 

edir.  Belə  hal  sosial  elmlərlə  məşğul  olan  ziyalıları  çox  na­

rahat  edir.  Məsələn,  A.Taner  Kışlalıya  görə  «ihtilal»  və 

«devrim»  sözlərini  ayrı-ayrı  mənalarda  işlətmək  lazımdır. 

«İhtilal  iqtidarın  sosial  təməlinin  sürətli  dəyişməsini  ifadə 

edir.  Devrim  isə  sosio-iqtisadi  düzənin  dəyişməsidir.  İhtilal 

qısa  bir  müddətdə  gerçəkləşə  biləcəyi  halda,  devrim  bir  pro­

ses  daxilində  reallaşır.  Keçmiş  Türkiyədəki  ihtilal,  inqilab 

və  islahat  sözlərini  xatırlasaq,  devrim  sözünün  günümüzdə 

bu  üç  sözün  qarşılığı  olaraq  işlədilməsi  çətinliklər  yaradır. 

Devrim  əslində  inqilab  sözünün  qarşılığı,  islahat  isə  «re­

form» deməkdir»,  (s. 137-138).

C.Meriç bu müəllifin yalnız bir fikri ilə razılaşır:  ihtilal 

və  islahatı  devrimlə  eyniləşdirmək  yanlışdır.  Onun  sonrakı 

fikirlərinə isə  o  yenə  də tənqidlə yanaşır:  «...Kışlalı  «devrim 

əslində  inqilab  sözünün  eynidir»  deyir.  İnqilabı  bu  mənada 

şərh  edən  ilk  müəllif odur.  Sosio-iqtisadi  düzənin  dəyişməsi 

inqilab  deyil.  Əlifba  inqilabının,  şapka  inqilabının  və  s.  so­

sio-iqtisadi  düzənlə  nə  əlaqəsi  ola  bilər?  Hörmətli  Kışlalı 

Qərb  dillərində  sosio-iqtisadi  düzənin  dəyişməsi  kimi  adlan­

dırdığı  prosesin  bir  kəlmə  ilə  ifadəsini  bilirsə,  bizə də öyrət­

sin.  iqtidarın  «sinfi»  təməli  dəyişəndə  onun  sosio-iqtisadi 

düzəni  qala bilərmi?» (s. 138).

«Devrim»  haqqında  C.Meriçin  kitabında  başqa  müəl­

liflərin  də fikirləri misal gətirilir.  Məsələn,  Toker Dərəli  belə 

deyir:  «Dilimizdə  «devrimçi»  sözü  ümumiyyətlə  aydınlaş­

mayıb.  Mövcud  düzəndə  mötədil  sayıla  bilən  bəzi  reformla- 

rın  aparılmısım  müdafiə  etmək  «devrimçilik»  olaraq 

müəyyənləşdirildiyi kimi,  bu  sözə çox vaxt radikal və ihtilal- 

çı  bir  hal  da  verilir.  Biz  bu  sözü  çox  yümşaqdan  tutmuş  ən 

radikal  tiplərinə  qədər  mövcud  quruluşu  tənqid  edən  və 

müəyyən  bir  ölçüdə  dəyişdirmə məqsədini  güdən  fikir  cərəy­

anlarının  müdafiəsi  anlamında  işlədəcəyik.  Başqa  sözlə,  bu 

araşdırmada  «devrimçi»  sözü  ilə sadəcə  ihtilalçılıq  və  ya  ra­

88

dikallıq  baxımından  dəyişən  tərəfləri  nəzərdə  tuturuq», 



(s. 138).

C.Meriç  yenə də bu  fikirlə  bağlı  öz  narazılığım  bildirə­

rək  göstərir  ki,  «bu  tərifdən  çox  təsbitdir  (təsdiqdir).  Mövc­

ud quruluşda bəzi islahatlar aparmağı nə sollar, nə də sağlar 

inkar  edir,  bu  onların  ortaq  mövqeləridir.  Heç  bir  mühafi­

zəkar  mövcud  quruluşu  dəyişdirmədən,  olduğu  kimi  saxla­

maq  iddiasında  deyil.  Ona  görə  də  solları  və  sağları  eyni  ad 

altında  birləşdirməyə  ehtiyac  yoxdur.  Belə  olduğu  halda 

«sürüşkən  və  dəyişkən  bir  sözə»  belə  geniş  məna  vermək, 

onu  genişləndirmək doğru deyil»,  (s. 138-139).



Sol və devrim.  C.Meriç  təsdiq edir ki,  devrimi  sol siyasi 

qüvvələr özlərinə  bayraq  etdilər.  Devrim,  xüsusən  Xalq  Par­

tiyası  (B.Ecevit)  və  marksistlərin  birlikdə  yaratdıqları  əsər­

dir.  Çağdaş  marksistlərə  görə  devrimin  əsas  məqsədi  haki­

miyyət  məsələsidir  (Lenin).  Devrim,  mövcud  istehsal  müna­

sibətlərinin  və  mülkiyyət  formasının  ləğv  edilib  yeniləri  ilə 

əvəz  edilməsidir.  Yeganə  inqilabçı  -   fəhlə  sinfi  öz  müttəfiq­

lərinin dəstəyi ilə hakimiyyətə gəlir.

C.Meriç  göstərir  ki,  demokratik  sol  qüvvələr  arasında 

fikir birliyi yoxdur.  Məsələn, Ecevitə görə Atatürk  devrimçi- 

liyi  iki  baxımdan  şərh  edilməlidir:  a)  konkret  baxımdan 

(başqa  sözlə,  öz  sağlığında  Atatürkün  gerçəkləşdirdiyi  dev­

rimlər baxımından).  Bunların önündə qurtuluş devrimi  gəlir. 

Bu  devrim  Türkiyəni  sosial  və  iqtisadi  müstəqilliyə  qovuş­

durmuşdu.  Sonra  digər  devrimlər  gəlir:  dövlət  strukturun­

dakı devrimlər,  qanunvericilik sahəsindəki  devrimlər,  laiklik 

devrimi,  yazı  devrimi,  qadın  haqları  sahəsindəki  devrimlər, 

geyimlə  əlaqədar  devrimlər  və  b.;  b)  abstrakt  baxımdan. 

Atatürk  «sürəkli  devrimlər»  istəyən  öndər  idi.  Onun 

«məcburi  hesab  etdiyi  sürəkli  devrimləri»  də  nəzərə  almaq 

lazımdır.  Ecevitin  dediyinə  görə  «Atatürk  devrimçiliyinə  əsl 

dirəniş» Atatürkün  konkret devrimlər ilə başladığı  nöqtədən 

bir  addım  irəliyə  getməsini  istəməyənlərdən  gəlir».  «Kon­

kret  devrimçiliyi  yaşamaq  üçün  də  sürəkli  devrimçilik»  la­

zımdır.  Məsələn,  ölkənin  Şərqində  geyim  devrimi  gerçək­

ləşmədi.  Bunun  üçün  sosio-iqtisadi  təməlin  dəyişməsi,  yəni 

bir  torpaq islahatının keçirilməsi şərtdir,  (s. 139-140).

89



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə