11
ölümündən sonra evlərində baş verəcək hadisələri duyurdu.Bilirdi: «Vəsiyyət»
şeirindən sonra şeir yazmayacaq.O bilirdi: «Vəsiyyət»i yazıb sonra yaşamaq
olmaz.Olmayacaq! Əli, sonuncu şeirini yazmaq üçün ölümdən möhlət istəmə-di.O,
ölümün gəlişini Pavlov dəqiqliyi ilə hiss etdi.Ölüm, məcbur oldu gözləsin.Ölüm
istəsə də ona mane ola bilmədi.Əli ölümlə öz arasında bir qarış qalanadək mərd
dayandı, vuruşdu.Bəziləri kimi ölümün sorağını eşidib can vermədi.Öz
poeziyasına, şəxsiyyətinə layiq bir alicənablıqla ölümü ilə də başqalarından
fərqləndi!
Bir dəfə Əli Kərimlə söhbət etmək kifayət idi - onu ömrün boyu unut-
mamaqçün.Bir dəfə gözlərinə baxmaq kifayət idi - bu gözlərin işığını, mənasını,
sevincini və kədərini ömrün boyu unutmamaqçün.
Əli Kərimi görməyənlər üçün: o, ortaboylu, xoşsifət bir adam idi.Son dərəcə
yaraşıqlı, mənalı gözləri vardı.Gərək siz özünüz o gözləri görəydi-niz.Demək olar,
həmişə başıaçıq gəzərdi.Saçını yana darayardı.
Əli Kərimi eşitməyənlər üçün: çox astadan danışardı.Şeir oxuyanda heç vaxt
tələsmirdi.Və…gərək siz özünüz onu eşidəydiniz!.
Sağlığında Sumqayıta tez - tez gələrdi.Sözsüz ki,onların hamısında biz Əlini
görürdük.Amma biz gileylənirdik, gileylənirik: Əli Kərimin bir ayağı Sumqayıtda
idi.İndi Əli Kərimin Sumqayıtda iki ev muzeyi var.Əlbəttə, bunlar qeyri - rəsmi
muzeylərdir.Amma nə dəxli var?! Bir də onun adını daşıyan poeziya klubu.Bu ev -
muzeylərdə Əlinin yatdığı çarpayı, çay içdiyi stəkan, şərab içdiyi qədəh
saxlanılır.Bu ev - muzeylərdə Əli Kərimin barmaqlarının izi qalmış telefon
aparatları susub qalır.Bu ev - muzeylərdə Əlinin söhbətləri, gülüşləri, ayaq izləri
«çırpınır».Bu ev- muzeylərdə Əlinin əlləri toxunan kitablar əzizlənir.
Sumqayıt kimyaçılarının həyatından bəhs edən roman yazmaq istəyir-di.O,
kimyaçıların həyatını dərindən öyrənmək, yeri gəldikcə qeydlər aparmaq üçün
Sumqayıta gələrdi.Heç vaxt soruşduqlarını, öyrəndiklərini bizim yanı-mızda
dəftərçəsinə qeyd etməzdi.Bu, Əlinin yaradıcılıq sirri idi.Gələcək romanı haqqında
Əlini sorğu - suala tutmurduq.Həcmi nə qədər olacaq, adı nə olacaq, nə vaxt hazır
olacaq? Gözləmək olardı: Əli, bizdən bu şəhər, onun kimyaçıları haqqında
müəyyən bir ədəbiyyat, kömək istəyəcək.Amma o, kitablardan kitab yazmaq
istəmirdi.Hazır hadisələri qeydə almaq istəmir-di.İndi kimdən soruşasan: Əli
Kərimin ürəyində yazılmış, «nəşr olunmuş» həmin romanın taleyi nə oldu?..
Əlbəttə, şairin böyüklüyü onun yaşının çoxluğu ilə ölçülmür.Böyük vəzifə də şairi
şöhrətləndirə bilməz.Əli Kərim heç vaxt böyük vəzifələrdə işləməyib.Amma
böyük istedad sahibi idi.Bu, bəs idi!
O bizə çox şairi unutdururdu.Bu şairlər içərisində Əlidən yaşlılar da vardı, onun
yaşıdları da.Əlinin belə şöhrət tapması, oxucuların «Əli Kərim» adlı bir imzaya
hörmətlə, məhəbbətlə, ən xoş arzularla, ən böyük ümidlərlə yanaşmalarının sirri
nədədir? Əli Kərim son vaxtlar tez - tez, özü də çox ciddi şəkildə deyərdi: «Bu
yazılarla yaşamaq olmaz, bunlar bir şey deyil».
O Sumqayıt kimyaçılarının həyatından bəhs edən romandan başqa
müharibəyə aid bir əsər də yazmaq istəyirdi.Əlinin deməyindən belə çıxırdı
ki,nəzərdə tutduğu bu əsərləri yazmayınca rahat nəfəs ala bilməyəcək, yaşaya
12
bilməyəcək.Doğrudur, Əlinin Göyçaya sonuncu «səfərindən» sonra onun arxivinə
baxmışam.Bilirəm, Əlinin hansı əsəri üçün nə qədər qeydləri var. Amma Əlinin
dediklərindən hiss edirdim: müharibəyə aid yazacağı əsər üçün o, xeyli material
toplamaq istəyir.Onların qaralamasını Əli ürəyində apardı…
Əli, Adolf Hitler haqqında məlumat toplayırdı, kitab soraqlayırdı..Məndə bu
faşist haqqında nə bir kitab vıardı, nə də tutarlı bilik.
Bilmirəm, nədənsə, biz Əlinin sabahına daha çox inanırdıq.Onun bu günü də
etibarlı idi, amma
biz Əlinin yeni möcüzələr, daha gözəl əsərlər yazacağı
həsrətində idik…
Öz sabahına özü daha çox inanırdı.Haradan bilirəm? Ona görə ki, Əli heç
vaxt şöhrət xatirinə, daha doğrusu, çap olunmaq xatirinə əsər yazmırdı.Sübut: Əli
Kərimin zəif əsəri yoxdur.(Ola bilsin ki, Əlinin zəif oxucusu var…)
Əli Kərimin Göyçaya sonuncu «səfərindən» sonra mərkəzi qəzetlərin birində
bir hekayə oxudum.Ulf Malmqrenin «Üç arzu» hekayəsini.Orada belə bir yer
vardı: «İnsanlar nəyinsə, müəyyən bir şeyin arzusunda olurlar.Pulun? Şöhrətin?
Bəs sonra? Hamı işləyir və hamı nəyəsə can atır.Hamı gələcəkdə nəyəsə ümid
bəsləyir, hətta ən varlılar və ən şöhrətlilər də».Niyə bu hekayə yadıma düşdü? Ona
görə ki, doğrudan da, belədir.Əli Kərim şöhrətli şair olduğu halda, sabaha daha çox
ümid bəsləyirdi.Şöhrət üçün yox ha! O bu gün gözəl əsərlər yaratdığı halda, sabaha
daha inamla baxırdı.Bax, Əlini yaşadan bu inam, bu ümid hissi idi.
O, bir şair kimi ölməz poemalar,şerlər müəllifidir.Bir nasir kimi son dərəcə
həyəcanla, ehtirasla yazılmış roman, povest, hekayə, publisistik əsərlər
müəllifidir.O, bir dramaturq kimi teatr üçün maraqlı pyes yazıb.Əlinin tənqidi
məqalələri də var.Əli Kərim bütün canrların sınağına hazır idi, yazdıqları onunçün
belə maraqla qarşılanırdı.
«Yaşamağın» «ölüm» adlı qonşusu Əli Kərimi öz oxucularının əlindən ala
bilmədi. «Yaşamağın» «ölüm» adlı qorxusu nə Əli Kərimin özünü qorxuda bildi,
nə də onun oxucularını.
Əsrlər keçir, illər dolanır.Oxucular Puşkinlə «görüşmək» üçün Mixaylovskiyə,
Nekrasovu görmək üçün Karabixaya, Lermantov üçün Tarxa-nıya,Sabir üçün
Şamaxıya, Blok üçün Şaxmatovaya, Tyutçev üçün Ovstuqa can atırlar.Gedirlər və
sevimli şairləri ilə «görüşürlər».Bu adlara Əli Kərim adlı,Əli Kərim yaşlı,Əli
Kərim boy- buxunlu bir şair də əlavə oldu.1969 - cu il iyun ayının 30 - dan sonra
oxucular Əli Kərimlə «görüşmək» üçün Göyçaya, Sumqayıta gedirlər.Gedirlər və
sevimli şairləri ilə görüşüb təsəlli tapırlar.Göyçayda Əlinin məzarını ziyarət edirlər,
Sumqayıtda onun adını daşıyan poeziya klubuna axışırlar.
…Bir dəfə axşam Əli Kərim bizdən Bakıya zəng etdi.Zəng etməmişdən qabaq pərt
idi.Səbəbini soruşmadım.Özü də demədi.Danışıb qurtardıqdan sonra çöhrəsi daha
da tutuldu.Telefon olan otaqdan o birisinə keçərkən fikirli - fikirli dedi:
- Mən öləndən sonra qədrimi bilərlər…
Özümü eşitməmzliyə vurdum.Hiss edirdim, Əli bilmək istəyir: mən bir söz
eşitdimmi? Əlbəttə, bu sözə hopmuş qaranı daha da qatılaşdırmaq lazım
deyildi.Bilirdim: Əli bu sözü ona yaxın, əziz olan bir adma giley mənasında
deyib.Bir azdan dilləndi: