Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   39

 

74 


 

..Necə oldusa,Əli Kərimin anasını xatırladıq.Hardasa oxumuşdum, bəzi-

lərindən də eşitmişdim ki, onun adı Gülzar xala imiş.Bunu bildirəndə Əminə bacı 

dedi: «Yox, anamın adı Gülzadə idi.Hərdən Əli zarafatla ona Pulzadə de-

yərdi.Bilirsiz, bu necə oldu? Əli Moskvada oxuyurdu.Anamgil həmişə ona pul 

göndərərdilər.Bir dəfə Əli papaq almaqdan ötrü əlavə pul istəmişdi.Göndərdi-lər, 

yenə də istədi.Yenə də göndərdilər.Biz də fikirləşirdik ki, görəsən,Əli necə papaq 

alır ki, bu qədər pul bəs etmir? Sən demə, Əli aldığı pulları yoldaşları ilə birlikdə 

xərcləyirmiş, heç papaq almaq yada düşmürmüş.Biz bilirdik ki, nə Əli 

dostlarından, nə də dostları Əlidən pul gizlətməzmişlər.Nələri oldu, birlikdə 

xərcləyərmişlər… 

 

Anamın xasiyyətiydi: Əliyə pulun hamısını birdən - birə vermirdi.Bir 



hissəsini verib deyirdi: «Daha yoxumdur, elə olanı budur».Əli də zarafata salıb 

Deyirdi: «Məməsi, pulun yoxdursa, niyə əlini pulun üstünə qoyub and içir-sən?» 

Anam, doğrudan da, pulunu canlığının cibində saxlayırdı.Və «daha yo-xumdur» 

deyəndə əlini canlığındakı cibin üstünə qoyardı.Əli də zarafatla deyərdi: «Mənim 

anam Gülzadə yox, Pulzadədir,Pulzadə!» 

 

Əminə bacı Əlinin bu zarafatı haqqında danışır, mənimsə yadıma anası 



haqqında yazdığı şeirdən misralar düşür: 

 

Əyilib alnından öpəndə hərdən 



Könül dodağıma - bmr də öp, -deyir 

Ağarmış saçına əl vuranda mən, 

Əlim Şahdağının başına dəyir! 

 

 



Əli Kərimin bacısı Əminəyə yazdığı daha bir məktub: 

 

 



«Əvvəla salamlar… 

      Məktub yazmırdım ki, özüm gələcəyəm.özüm də gələndə sizi 

tapmadım.Necəsiniz? Arif neyləyir? Xuraman yaxşıdırmı? 

      Biz də pis deyilik.Paşa da yaxşıdır.Bu yaxında məzuniyyətə çıxmışam.Amma 

hələ kitabdan pulu ala bilməmişəm.Deyirlər ki, verəcəyik.Görək nə olur? Bir yana 

gedəsi olsaq, gəlib arvadı da götürəcəyik.Yazın görüm bir yana getmək fikriniz 

varmı? Sonra yazın görüm, nədən ehtiyacınız var? Biz bir yerə istirahətə gedəsi 

olmasaq, məmənin müalicəsi üçün nə qədər lazımdır pul göndərə-cəyəm.Əgər 

getməli olsaq, gəlib onu da götürəcəyik.Məndən ötrü fikir etməyin.Evdə 

oluram.Oturub işləyirəm.Rayonda qalıb sizi gözləyə bilmədim.Çünki Bakıda Rəsul 

Rzanın yubiley gecəsində çıxış etməliydim.Yazın görüm, ev məsələsi nə 

yerdədir.Qulunu burda görüb dedim.Deyir ki, adlarını siyahıya saldırmışam.Bizim 

ev də qışa qədər düzəlməlidir.Möhkəm söz veriblər.Darıxma-yın.Hər şey 

düzələr.Bir yerə gedəsi olmasaq da, arada gəlib sizə də-yəcəyəm.məndən hamıya 

salam.Xuramanı mənim ağzımla öpün. 

Kişinin, Elzanın,Paşanın, Rənanın, Elmiranın sizə salamları var. 

 

 

Öpürəm hamınızı. 



 

 

Sizin Əliniz. 



 

 

Cavab yazın.O gün telefon kəsildi, sizinlə danışa bilmədim. 




 

75 


 

 

 



 

 

29/ VÛ- 60.» 



 

 

Əlinin uşaqlıq dostu, Əminənin həyat yoldaşı Arif Mehdiyevin dediklə-



rindən: 

 

- Bu vaxta qədər heç kəsə deməmişdim, sənə deyərəm: mən də uşaq 



vaxtlarımda şeir yazırdım.Özü də Əlidən qabaq.Axı, mən ondan bir neçə yaş 

böyüyəm.Amma Əlinin şeirlərini görəndən sonra yazmağı atdım.Hesab edin ki, 

mənim 15 yaşım vardı, Əlinin dörd yaşı.Şeir yazmağımızı belə müqayisə edirəm; 

dörd yaşlı Əli 15 yaşlı uşaq kimi yeriyirdi, mən isə əksinə: 15 yaşım ola - ola dörd 

yaşlı uşaq kimi yeriyirdim.Əlinin xatirinə daha heç vaxt şeir yazma-dım… 

 

Biz Əli ilə bir həyətdə böyümüşük.6 - 7 yaşından onu tanıyıram.Sonra da 



tale elə gətirdi, qohum olduq.Ömrünün əvvəlindən axırınadək hər hərəkəti 

gözümün qabağındadır.Atası kimi sərt adam, düz adam idi.Heç kəsə sataş-maz, heç 

kəsin pisliyini istəməzdi.çox dostcanlı idi.Əli haqqında mən birinci bunları 

deyərdim. 

 

..On iki - on üç yaşlı uşaqlardıq.İsti vaxtlardı.Çayın qırağına yığışmış-



dıq.Əli də öz qoyunlarını otarırdı.Birdən fikrə gəldik ki, yaxınlıqdakı üzüm bağına 

«sürünək».hamımız razılaşdıq.Əli getmədi, çayın kənarında qaldı.Biz bağdan xeyli 

üzüm dərmişdik, elə bu vaxt Nikolay xəbər tutdu..Bəzilərimiz üzümü də atıb qaça - 

qaça  gəldik bayaqkı yerə.Kişi də bizdən əl götürmədi, ardımızca gəldi.Amma çata 

bilmədi.Biz çayın qırağına çatan kimi tez soyunub suya girdik.Özümüzü elə 

aparırdıq, guya biz elə çoxdan burada çimirik-miş.Heç nədən xəbərimiz yoxdur.Öz 

aramızda zarafatlaşırdıq.Əli isə çimmir-di.Durub bizə tamaşa edirdi.Kişi də gəlib 

gördü ki, bizim «heç nədən xəbəri-miz yoxdur», özümüzçün çimirik, paltarlı 

dayanmış Əlinin üstünə cumdu.Fi-kirləşdi ki, yəqin bağ oğrusu elə budur.bilmirik, 

kişi Əliyə nə dedi, amma Əli üzünü bizə tutub soruşdu: «Ədə, bu kişi nə vinoqrad 

deyir?» Sonra uzun müddət Əliyə sataşmaq mənasında deyərdik: «Vinoqrad, 

vinoqrad, bu kişi nə deyir?» Elə o günü, çayda çimərkən İnqilab məni bərk 

dişlədi.Mən də haray qopardım ki, Əli, görürsən, ürəyimdən qan axır.Əli də gülə - 

gülə dedi: «Ay dəli, ürəyindən qan axsaydı, ölərdin.Ürəyini dişləməyib, dərini 

dişləyib».Son-ralar Əli Kərim bu qayğısız uşaqlıq illəri haqqında yazırdı: 

 

Bəs onda harda qaldı çəmənlərdə bir qoşun 



O yüyürən, o duran uşaqların baharı? 

Qanadını bilmədən sındırdığım bir quşun 

Ürəyində ney tutan xəfif sızıltıları? 

 

 



Böyüklər də, kiçiklər də Əlini küçəmizin ən ağıllı uşağı hesab edirdi-lər.Biz 

- Əlinin yaşıdları sataşmaq məqsədilə ona «Çoban Əli» də deyər-dik.Çünki 

qoyunlarını həmişə özü otarardı.Əli isə bunun cavabında bizə de-yərdi: «Ay 

heyvanlar, bu qoyunları mən doyuzdurmasam, onlara qida vermə-səm, onlar da 

bizə qida verməzlər.AY heyvanlar, elə əsl məhəbbət də budur». 

 

Uşaqlıqda mən bir az dələduz idim.Bir gün Əliyə dedim: «Ay Əli, gəlsənə  




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə