Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 

21 


 

Qəribədir, mənə elə gəlirdi, Əli Kərim haqqında məndən başqa heç kəs 

yazmayacaq.Elə bilməyin, özümü Əlinin ən yaxın dostu hesab edirəm.Xeyr, belə 

deməyə tam haqqım yoxdur.Amma mənim də yalnız özümə aid olan dostluq 

hüququm var.İndi Əli Kərim  haqqında yazanları yox, yazmayanları barmaqla 

göstərirlər.Haqqım çatmır deyəm: «Bütün yazıçıları götürün,Əli Kərimi mənə 

verin».Haqqım çatmır deməyə, amma belə demək istəyirəm. 

 

Əli Kərim Puşkin yaşda Puşkin kimi məhsuldar işləməsə də,Puşkin kimi 



məsuliyyətlə işləyirdi.Puşkini bəzən mövzu məhdudluğunda təqsirləndirir-dilər.Bu 

sözü Əli Kərim yaradıcılığı haqqında demək olmaz.Bununla Əli Kəri-mi Puşkinlə 

yanaşı qoymaq istəmirəm.Onu Puşkindən «aşağı» şair də hesab etmirəm.Bu, ən azı 

mənim subyektiv haqqımdır. 

 

Dünyanın elə bir böyük yazıçısı yoxdur ki,hamı onu eyni dərəcədə 



sevsin.Başqa sözlə desək, onu «sevməyənlər» olmasın.Adətən, deyirlər: «Əli 

Kərim elə şairdir, hamı onu sevir.Onu istəməyən yoxdur».Düzgün deyil.Əlini də 

istəməyənlər vardı.İndi də vardır.Onlar o qədər kiçikdirlər, gözlə görün-

mürlər.Bəzən qonorar xatirinə Əli Kərim haqqında yazırlar, yeri düşəndə deyirlər: 

«Əli Kərim də bizim kimi yazanın biriydi».Xeyr! Əli Kərimi yalnız bircə şairə 

oxşatmaq olardı: Əli Kərimə! Əli Kərimə oxşamaq istəyənlər isə çoxdur… 

 

Əli Kərim yazıçı səliqəsindən danışarkən deyərdi: 



 

- Heç vaxt bir gündə iki redaksiyaya getməyin.Heç vaxt tez - tez oxucu-ların 

qapısını döyməyin.Bəziləri çalışırlar, bir gündə bir neçə qəzetdə, radioda çıxış 

etsinlər.Bax, buna yoxam.Oxucu sənin imzan üçün intizarda olmalıdır.Yoxsa 

deməmlidir: hara baxırsan, bu evi yıxılan orda.Əhməd Cəmilin klassik bir sözü 

var.O deyir: biz bəzən kədərlənməliyik ki, bizi çap edirlər.Düz deyir! 

 

 

 



 

 

 



 

*** 


 

 

Əli Kərim son dərəcə təvazökar idi.Çalışırdı, heç vaxt, heç kəs onu 



təmtəraqla qarşılamasın.Həmişə istəyirdi, onun görüşündə əl çalmasınlar, tərifli 

sözlər deməsinlər.Bu, mümkün idimi?.. 

 

Sağlığında onun heç bir görüşündə nə məruzə etmişəm, nə çıxış.İlk görü-



şümüzdəki çıxışımdan başqa.Yadıma gəlir: Sumqayıtda «Qızıl qanad» ın 

müzakirəsində belə çıxış etdim: «Əli Kərim, indi burada haqqında danış-dığımız 

Əli Kərim deyil.Ən həqiqi Əli Kərim onun kitablarındadır, yaradıcılı-ğındadır.Siz 

oxucular, heç kəsin dediyinə qulaq asmayın, Əli Kərimin kitab-larını tapıb 

oxuyun!» 

 

Bir dəfə (18 yanvar 1968- ci ildə) Əli Kərimi kimya zavodunun işçiləri 



görüşə çağırmışdılar.Biz birlikdə zavoda getdik.İdarənin qabağında «Kimyaçı» 

qəzetinin yeni nömrəsi vurulmuşdu.Qəzetin bir səhifəsi Əli Kərimə həsr 

olunmuşdu.Orada Əlinin şəkli və şeirləri verilmişdi.Qəzetin redaktoru Oqtay 

Cəfərov səhifəni böyük zövqlə tərtib etmişdi.Səhifəyə baxıb sevinirdik.Əli Kərim 

isə səhifəni görən kimi dedi: 

 

- Sənə nə deyim, ay Oqtay.Məni biabır edib ki…Siz allah, qopardın bu 



qəzeti, yaxşı deyil, - deyə gülümsündü.Əlbəttə, təvəzökarlıqdan belə edirdi. 


 

22 


 

Görüş qurtardıqdan sonra bizi böyük bir salona apardılar.Adətən, yaxşı 

toylarda belə gözəl məclis düzəldirlər.50 nəfərə qədər adam olardı.Şəhərimizin 

musiqi həvəskarlarından da vardı: çalıb - oxuyanlar, sağlıq deyənlər, şeir 

deyənlər.Əli sözarası zarafatla dedi: 

 

- Vallah, Oqtay, iki subay olsaydı, elə burdaca toylarını edərdik.Onsuz da 



əməlli - başlı xərc çəkilib. 

 

Əlinin toyunda olmamışam.Amma onun yaradıcılıq bayramında,yara-dıcılıq 



toyunda (kim deyir ki, belə demək mümkün deyil) iştirak etmişəm.Həmin toyda 

«bəyin» - Əli Kərimin necə oynadığının şahidi olmu-şam.İnanıram: Əli Kərim heç 

vaxt, heç bir məclisdə (bəlkə toyunda da) belə şən olmayıb.Yadıma gəlir, bütün 

məclis iştirakçıları gecənin sonuna 5 - 10 də-qiqə qalmış rəqs etməli oldular.Bu 

qərar öz - özündən yarandı.Əli ilə yanaşı oturmuşdum.Onu da rəqsə dəvət 

etdilər.Bu vaxt üzümə baxdı: «Oynayım, ya yox?» 

 

İşarə etdim ki, oynamaq lazım deyil.Təkid etdilər.O, oxucu dostlarının 



sözünü yerə salmadı.İndi də həmin an gözümün qabağındadır: damağında siqaret, 

pencəyinin düymələri açıq vəziyyətdə rəqs edirdi.Bəzən dizi bükülü vəziyyətdə 

əyilib - dururdu.Sonra Əli təngnəfəs halda öz yerinə qayıtdı.Çox yorulmuşdu: 

 

- Elə bilirlər, şeir yazmaqdan başqa əlimizdən bir iş gəlmir, - Əli oynaya 



bilməsinə işarə etdi. 

 

Niyə bu qədər dəqiqliklə Əlinin söhbətlərini, hərəkətlərini verməyə 



çalışıram? Ola bilsin, bu, indiki dövr üçün,indiki nəsil üçün maraqlı 

qarşılanmasın.Amma gələcək nəsil bunu bizdən tələb edəcək.Onlara böyük 

şəxsiyyətlərimiz haqqında nə gəldi danışmaq olmaz. 

 

Emiliya Stepanova V.Mayakovski haqqındakı xatirəsində yazır ki, böyük 



şairlə rastlaşdığı vaxt onun əynində noxud böyüklükdə qara xalları olan ağ rəngli 

şalvar, moruq rəngli cilet vardı.Yan cibində böyük alüminium qaşığı görünürdü. 

 

Açığını deyim ki, bəziləri vaxtilə bu sözlərə birtəhər baxardılar: «Nəyə lazım 



şair haqqında yazarkən onun…cibindəki qaşıqdan tutmuş hər şeydən 

yazasan».Doğrudur, bütün bunların yaradıcılıqla heç bir əlaqəsi yoxdur.Bunlar 

şairin nə xeyrinədir, nə də zərərinə.Amma bu, bizim üçün maraqlıdır.Məsələ 

burasındadır ki, şairin yaradıcılığından danışmaq üçün onu şəxsən tanımaq, 

görmək, söhbət etmək vacib deyil.Mən inanıram ki, Əli Kərimin yaradıcılığı 

haqqında ÕXI əsrin sonunda da maraqlı söhbətlər, mübahisə və müzakirələr 

olacaq, dissertasiyalar yazılacaq.İnanmayanlar varsa, gözləsinlər ÕXI əsri! 

İnanıram ki, Əli Kərimin ən yaxşı oxucuları, ən gözəl tədqiqatçıları hələ 

qabaqdadır. 

 

Əli Kərim haqqındakı yazımda belə bir niyyətdə olmuşam: onun 



yaradıcılığından yox, şöhrətindən, söhbətindən, xasiyyətindən danışım. 

 

Həyatımı ona görə qiymətli hesab edirəm ki, Əli Kərimlə bağlı günlərim, 



görüşlərim var.Məni bağışlayın: Əli Kərim bir neçə ildir vəfat edib…onun 

haqqında xatirə yazıram.Tez deyilmi? İnsafsızlıq deyilmi? Hələlik onun gülüşü, 

gözləri, sifəti, yerişi, şeir deməsi hafizəmdən silinməyib.Mənimçün Əli Kərim 

həmişə sağdır.Əgər o sağ deyilsə, deməli, mən də onunçün sağ deyiləm

ölmüşəm.Çünki mən onu necə tanıyırdımsa, o da məni elə tanıyırdı.Biz bir - 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə