Фчшкцец шьфт



Yüklə 2,49 Mb.
səhifə18/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
«Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən çəkinəsiz». (əl-Ənam 153)799. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına mələklər gəldilər. Onlar: “O, yatıb” dedi. Digəri isə: “Göz yatıb, lakin qəlb oyanıqdır” dedi. Sonra: “Sizin bu yoldaşınızın halı misal olaraq bir ev bina etmiş, içində ziyafət verən və ziyafət üçün (insanlar dəvət olunsun deyə) elçi yollayan kimsənin halı kimidir. Artıq kim elçiyə cavab verib (dəvəti qəbul edərək) evə girər və ziyafətdən yeyər. Kimi də elçiyə cavab verməyib nə evə girər, nə də ziyafətdən yeyər. Sonra mələklər açıqlayaraq: Göz yatıq, qəlb isə oyanıqdır. Ev Cənnətdir, elçi Muhəmmədir, Muhəmmədə itaət edən Allaha itaət etmiş olur, Muhəmmədə üsyan edən Allaha üsyan etmiş olur. Muhəmməd insanlar arasını ayıran bir ölçüdür”800.

Möminlər İlə Rəbləri Arasında Alış-Veriş Cənnətdir: Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 111).

Cənnətin İsimləri: Cənnət - əsl mənası örtmək və gizlətmək deməkdir. Cəninə - qarında örtülü və gizli olduğu üçün cənin deyilmişdir. Cinlər olan əl-Cann – gözlərdən gizli olduqları üçün bu ad verilmişdir. Qalxan – üzü örtdüyü və qoruduğu üçün Micn, Məcnun – ağlı örtülmüş və bağlanmış kimsədir.

1. Darus Səlam – “Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Cənnət) gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur)”. (əl-Ənam 127). “Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!”. (Yunus 25). “Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır”. (Məryəm 62). Ora salamat olan bir diyardır. Allahın bir ismi də əs-Səlamdır. “Onların orada bir-birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: “Salam!” (demək) olacaqdır!”. (İbrahim 23). “Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (Cənnət qapılarından) daxil olub (onlara): “(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” – deyəcəklər”. (ər-Rəd 23-24). Allah onlara salam verir: “Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır. Rəhmli Rəbbdən (onlara) “salam” deyiləcəkdir”. (Yəsin 57-58).

2. Darul Xuld (Əbədiyyət Yurdu) “Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar)”. (əl-Hicr 48). “Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir”. (Sad 54).

3. Darul Muqamə (İqamət Yurdu) - “Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!”. (Fatir 34-35).

4. Cənnətul Məva – (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır”. (ən-Nəcm 15). Məva – sığınacaq, dolaşıb qayıdılan ev deməkdir. Ata, İbn Abbas - radıyallahu anhu – deyirlər ki: “Məva – Cəbrail və digər mələklərə sığınacaq olan Cənnətdir”. Mücahid, əl-Kəlbi – rahmətullahi aleyhi – deyirlər ki: “Şəhidlərin ruhlarının sığındığı Cənnətdi”. Kəb – rahmətullahi aleyhi – deyir ki: “Şəhidlərin ruhlarının içində yaşadığı yaşıl quşların olduğu Cənnətdir”801. Məva - Cənnətin isimlərindən biridir. “Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!”. (ən-Nəziət 40-41).

5. Cənnətul Adn – Bütün Cənnətlər Ədn Cənnətidir. “Rəhmanın (Allahın) Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir”. (Məryəm 61). “Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır”. (Fatir 33). “Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 72).

6. Darul Hayavan (Həyat Diyarı) Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)”. (əl-Ənkəbut 64). Axirət – yəni Cənnət əsl dirilik (yəni) içində ölüm olmayan bir həyatın yurdudur.

7. Cənnətul Firdous (Böyük Baxça) – “Onlardır (bilin) varis olanlar – Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”. (əl-Muminun 10-11). “İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!”. (əl-Kəhf 107). Firdous – Cənnətin ən yüksəyi olduğu üçün söylənilən addır. Digər Cənnətlərə görə ən üstün olan bu Cənnətə bu isim daha layiqdir. Firdousun əsl mənası – Baxça deməkdir. Kab – rahmətullahi aleyhi – deyir ki: “Firdous içində üzümlər olan baxça deməkdir”. Ərəblərin sözləri arasında eşitdimki: “Firdous – daha çox üzümü olan bir-birinə girmiş ağaclar deməkdir”. Bəra - radıyallahu anhu – nun qızı Ummu Rabi, Rəsulullah – sallallahu aleyhi və səlləm – in yanına gələrək: “Ya Rəsulullah! Mənə Hərisədən xəbər ver. Bu kimsə Bədr döyüşündə kiminsə atdığı bəlli olmayan bir oxla ölmüşdür. Əgər Cənnətdədirsə (itkisinə) dözərəm, əgər başqa bir haldırsa ağlayaram. Peyğəmbər: Ey Əbu Hərisənin anası! O, yer Cənnət içində bir (baxçadır) və sənin oğlun ən yüksək Firdousdadır”802.

8. Cənnətul Nəim (Nemətlər Diyarı) - İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir”. (Loğman 8).

9. Maqamul Əmin – “Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə - Bağçalarda və bulaqlar başında olacaqlar!”. (əd-Duhan 51-52). Əmin – hər cür pisliklərdən uzaq olan yer. “Onlar orada (Cənnət nemətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər”. (əd-Duhan 55). Məkanın və yeyəcəklərinin əmin olduğu söylənilmişdir.



Qızıl Və Gümüşdən İki Cənnət: “Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim Cənnətləri) gözləyir!”. (ər-Rahmən 46). Abdullah b. Qeys - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İki Cənnət vardır ki, qabları və içindəki (digər əşyaları) da gümüşdəndir. Digər iki Cənnət daha vardır ki, qabları və içindəki digər əşyaları da qızıldandır. Ədn Cənnətindəki topluluğun Rəblərinə baxmalarının qarşısında Allahın üzündəki o, əzəmət örtüyündən başqa bir şey olmayacaqdır»803.

Cənnətin Çayları: «(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə var. Onlar üçün (ağacları) altından çaylar axan Cənnətlər vardır». (əl-Bəqərə 25). «Onları (ağaclar) altından çaylar axan Ədn Cənnətləri gözləyir». (əl-Kəhf 31). «Möminlərə vəd edilən Cənnətin vəsfi belədir. (Ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir…». (ər-Rəd 35). «Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir. Orada dadı dəyişməyən, qoxumayan sudan çaylar, tamı dəyişməyən süddən çaylar, içənlər üçün ləzzət verən şərabdan çaylar və təmiz baldan çaylar vardır…». (Muhəmməd 15). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Sayhan (Amudərya), Ceyhan (Sırdəryə), Fərat və Nil bunların hər biri Cənnətin çaylarıdır»804. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır (Başqa rəvayətdə: Dörd çay ondan qaynayır805806. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Kövsər Cənnətdə Rəbbimin mənə vermiş olduğu bir çaydır”807. Mucahid – rahmətullahi aleyhi – deyir ki: “Biz sənə Kövsəri verdik. Kövsər – çox xeyir verdik” deməkdir808. Ənəs – radıyallahu anhu – deyir ki: “Kövsər – Cənnətdə bir çaydır”. Aişə – radıyallahu anhə – deyir ki: “Cənnətdə bir çaydır. Kim barmaqlarını qulağına tıxayarsa belə bu çayın səsini eşidər”809.

Cənnətin Bulaqları: “Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun...”. (əl-Bəqərə 266). “Orada (o iki Cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır”. (ər-Rahmən 66). «Allahdan qorxub pis əmələrdən çəkinənlər isə Cənnətdə və bulaqlar başında olacaqlar». (əl-Hicr 45). «O, Cənnətdə iki axar bulaq vardır». (əl-Mursəlat 41). «Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (soyuq və xoş ətirli) şərab içəcəklər. O, (kafur) elə bir bulaqdır ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar». (İnsan 5,6). «Orada onları zəncəfil qatılmış (zəncəfil dadı verən) şərab da içirdiləcəkdir. (Zəncəfil) Cənnətdə bir bulaqdır ki, (suyu boğazdan) çox rahat keçdiyi üçün Səlsəbil adlanır». (İnsan 17,18). “Ona təsnim (suyu) qatılmışdır. O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər)”. (Mutaffifin 27-28). Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə sudan dəniz, baldan dəniz, süddən dəniz və içki dənizi vardır. Sonra bunlardan çaylar qaynayır”810.

Cənnətin Ağacları Və Meyvələri: «Həqiqətən müttəqilərin nicat yeri (Cənnət), bağçaları və üzüm bağlarıdır». (ən-Nəbə 31,32). «O, iki Cənnətdə növbənöv meyvələr, xurma və nar vardır». (ər-Rəhman 68). «Sağ tərəf sahibləri kimdir onlar? Onlar tikansız sidr ağacları, salxım-salxım sallanmış məuz (banan) ağacları altında, çəkilməyən daimi kölgəliklərdə, axar su kənarında, bol meyvələr, tükənməz və qadağan edilməyən meyvələr içində». (əl-Vaqiə 27-33). «(Müttəqilər) İstədikləri meyvələr içində olacaqlar». (əl-Mursəlat 42). «Onlar üçün (ağacları) altından çaylar axan Cənnətlər (bağlar) vardır. O, Cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman: «Bu bizim əvvəlcə (dünyada) yediyimiz ruzidir» – deyəcəklər. Əslində isə bu meyvələr zahirən bənzəyir». (əl-Bəqərə 25). “Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (Cənnət içkiləri) istəyəcəklər”. (Sad 51). “Onlar orada (Cənnət nemətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər”. (əd-Duhan 55). “Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!”. (əz-Zuhruf 73). (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər)”. (İnsan 14). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Meyvələrdən almaq istədiyi zaman meyvələr əyilir, o da istədiyini ayaqda ikən, oturarkən alır”811. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə bir ağac vardır ki, süvari onun kölgəsində yüz il at çapsa yenə də kölgəsi qurtarmaz (Başqa rəvayətdə: İstəsəniz bu ayəni oxuyun: “Çəkilməyən (daimi) kölgəliklərdə”. (əl-Vaqiə 30812)»813. Tuba Cənnətdə ağacdır. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Tuba – məni görüb iman gətirən kimsəyə. Tuba -Yenə də Tuba o, kimsəyə ki, məni görməyib lakin iman gətirmişdir»814. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Rəsulullah - sallallahu aleyhi və səlləm – dən soruşdu: «Tuba nədir?». Peyğəmbər: «O, Cənnətdə uzunluğu yüz il olan bir ağacdır» deyə buyurdu (Gövdəsinin böyüklüyü nə qədərdir? Sənin qəbilənin dəvələrindən güclü bir dəvə onun gövdəsinin ətrafında dolansa arxa ayaqlarının diz hissəsi sürtülənə qədər və o, heyvan qocalana qədər yol getsə yenə də gövdənin ətrafını dolanıb qurtara bilməz815)816. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə elə bir ağac vardır ki, süvari sürətli, təlimli və yaxşı cinsdən olan bir at ilə 100 il çapsada onu bitirməz”817. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Şübhəsiz ki, Cənnətdə bir ağac vardır ki, bir süvari onun kölgəsində 100 il çapar”818. Əbu Hureyrə - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə elə bir ağac yoxdur ki, gövdəsi qızıldan olmasın”819. Əbu Musa – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Allah, Adəm - əleyhissəlam - ı Cənnətdən endirdi və ona hər şeyin sənətini öyrətdi, onu Cənnət meyvələri ilə bəslədi. Sizin meyvələriniz Cənnət meyvələrindəndir. Lakin bunlar xarab olur, onlar isə xarab olmaz”820.

Cənnətin Çiçəkləri: Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətin çiçəklərinin seyyidi (ən üstünü) xınadır»821. Osman ən-Nəhdi – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən birinizə reyhan verildiyi təqdirdə onu rədd etməsin. Çünki o, Cənnətdən çıxmadır»822.

Cənnət Heyvanları: «Və istədikləri hər cür quş əti ilə onların dövrəsində fırlanacaqlar». (əl-Vaqiə 21). Ənəs – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Kövsər nədir?». Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «O, Allahın mənə verdiyi Cənnətdə bir çaydır ki, süddən ağ və baldan daha dadlıdır. O, çayda boyunları dəvə boyunları kimi quşlar vardır». Ömər: «Şübhəsiz ki, bunlar bəslənmiş quşlardır» dedi. Peyğəmbər: «Onları yeyəcək olanlar onlardan da daha bəslənmişlərdir» deyə buyurdu823. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər başı ip ilə bağlı dəvə ilə Rəsulullah - sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Bu dəvə Allah yolundadır» dedi. Peyğəmbər: «Sənin üçün Cənnətdə yeddi yüz başı iplə bağlı dəvə vardır» deyə buyurdu824. Bureydə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Rəsulullah - sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ya Rəsulullah! Cənnətdə at varmı?». Peyğəmbər: «Allah səni Cənnətə daxil edərsə orada səni qırmızı yaqutdan bir ata mindirməyini və o, atın Cənnətdə səninlə istədiyin yerə uçmasını istədiyin təqdirdə bu arzunu yerinə yetirər» deyə buyurdu. Bir başqa adam: «Ya Rəsulullah! Cənnətdə dəvə varmı! Deyə soruşdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm – əvvəlki adama söylədiklərini buna söyləmədi. Lakin: «Əgər Allah səni Cənnətə daxil edərsə orada sənin nəfsinin istədiyi və gözünün xoşladığı hər şey olacaqdır»825.

Cənnətdə Əkinçilik: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – yanında bir bədəvi olan zaman Cənnət əhlindən birinin əkinçiliklə məşğul olmaq üçün Rəbbindən izn istədiyindən söz etdi. Allah: «Hər istədiyindən faydalanacaq durumunda deyilsənmi?» deyə buyurdu. Adam: «Bəli, lakin əkinçiliklə məşğul olmaq istəyirəm» dedi. Allah ona izn verir. Həmən adam toxumunu atar-atmaz, göz açıb qırpıncaya qədər hər şey tamamlanar. Əkin bitmiş dağlar kimi dəstə-dəstə məhsul toplanıb, bir yerə yığılmışdır…»826.

Cənnətin Otaqları Və Dərəcələri: «Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu Allahın vədidir. Allah vədə xilaf çıxmaz!». (əz-Zumər 20). Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. (Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir”. (ən-Nisa 95-9). Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”. (əl-Ənfal 4). “Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir! Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir”. (Ali İmran 162-163). Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətliklərdən bəziləri aralarında üstünlük səbəbi ilə yüksək otaqlarda oturanları, üfüqdə məşriqdən məğribə gedən parlaq ulduzları gördükləri kimi görəcəklər»827. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Cənnət əhli, Cənnətdə olan evini sizin göydə ulduzu gördüyünüz kimi görəcəkdi”828. Əli – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə içi çölündən, çölü də içindən görünən otaqlar vardır. Allah bu otaqları yemək yedirən, oruc tutan və insanlar yatarkən namaz qılanlar üçün hazırlamışdır»829. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir dəstə səhabə: “Ya Rəsulullah! Cənnətdən danış, orada nə cür evlər var” dedilər. O: “Kərpiclərin biri qızıldan, biri gümüşdən, gili isə müşkdür. Çınqıllı mirvari və yaqut, tozu zəfərandır. Ora düşən səadətə çatacaq və ümidsiz olmayacaqdır, əbədidir və ölməyəcək. Orada paltar köhnəlmir, gənclər isə ölmürlər”830. Əbu Səid - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə yüz dərəcə vardır. Bütün aləmlər bunlardan birinin içində toplansa hamısına bəs edər”831. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Quran sahibi Cənnətə daxil olduğu zaman ona: Oxu və yüksəl. O, kimsə oxuyar və hər bir ayədə bir dərəcə yüksəlir. Bildiyi son ayəni oxuyana qədər bu beləcə davam edər”832.

Cənnətdə Dərəcələrin Ən Yüksəyi: Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Azanı eşitdikdə müəzzinin ardınca onun dediklərini təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan mənim üçün vəsiləni istəyin. Allah onu istədiyi qullarından birinə verəcəkdir və mən ümüd edirəm ki, o mənəm. Mənim üçün Allahdan bunu istəyəcək olana Qiyamət günü mənim onun üçün şəfaət etməyim vacib olar»833. Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Mənim şəfaətim vacib olar o, adama ki, azanı eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım Muhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd etdiyin tərifə layiq məqama yüksəlt»834. Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Vəsilə, Allah qatında elə bir dərəcədir ki, onun üstündə başqa bir dərəcə yoxdur. Mənim üçün Allahdan vəsiləni istəyin”835. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Vəsilə Cənnətdə elə bir dərəcədir ki, Cənnətdə ondan daha yüksək bir dərəcə yoxdur. Allahdan o dərəcəni mənə yaratdıqlarının gözü önündə verməsini istəyin”836.

Cənnət Çadırları, Divanları, Taxtları: «Onlar (mömin kişilər) və zövcələri kölgəliklərdə (yumşaq)
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə