79
bir alimin xütbəsinə qulaq asmağa tələsirmişlər. Bu
məziyyət istər-istəməz mənim kimi İslamda elmi dərəcəsi
olmayan sıravi müsəlmanlara da təsir edir və bizi öz
bacarığımız səviyyəsində fəal olmağa sövq edir. Allah
qismət elədi bu il ramazanda maddiyyata sıx bağlı, dünya
işlərini axirət işlərindən daha əhəmiyyətli sayan adamlarla
təsirli söhbətlərim oldu. Tutduğu orucu ac qalmaqdan başqa
bir şey olmayan bəzilərinə izah etməyə çalışırdım ki, -
əlbəttə, Allahdan kömək diləyə-diləyə - ramazan ayında
göz, qulaq, dil, qəlb, hətta, düşüncə belə pəhrizdə olmalıdır.
Yeri gəlmişkən, onu da deyim ki, işimlə bağlı (“Halal”
kafesində xörəkpaylayanam) qəribə hisslər keçirirdim. İftar
vaxtı möminlərə xidmət etməkdən xüsusi zövq alırdım,
amma günün günorta çağı, xörək, çay sifarişi eşidəndə o
bığıburma,
sağlam
soydaşlarımın
halına
yanırdım:
“Axirətdə cavabınız nə olacaq?” – deyə düşünürdüm.
Sevda Həsənova:
- Allah-təala qismət elədi, 2005-
ci
ilin
ramazan
ayından
lazımınca
bəhrələndik.
İbadətlərimizi vaxtında, böyük şövqlə yerinə yetirirdik, hiss
edirdim ki, qəlbimdə ilahi eşq, məhəbbət get-gedə alovlanır.
Hər il ondan əvvəlki ramazana nisbətən imanın kamilliyinə
çalışmağı da vərdiş halına gətirmək lazımdır. Builki iftar
süfrələrimizin həm sayı, həm də çeşidi, Allah yetirdi, bol
oldu, təbii ki, süfrə başına da daha çox mömin xanım
toplaşmışdı. Allah qismət elədi ərəb dilindən sonra bu il fars
dilini də öyrəndim. İndi ədəbiyyat oxumağa daha çox
imkanım var, daha çox müsəlman qardaş-bacılarla ünsiyyət
yaratmaq şərait yaranıb. Həddi-büluğa çatmış, milliyyətcə
rus olan bir qızı – yenə də Allah-təalanın yаrdımı sayəsində
- İslama gətirdik. Qız özünə azərbaycanlıya məxsus ad
seçdi.
80
Beş ildir Moskvada yaşayıram, builki kimi bərəkətli
ramazan olmamışdı. Məscidə ibadətə gələn xanımların, dinə
aid məsələlərinin izahı ilə müraciət edənlərin, islami
qaydada geyinmək üçün məsləhət almaq istəyən qızların
sayı da xeyli çox oldu. Ortaya çıxan şəri sualların cavabını
isə müqəllidi olduğumuz Həzrət Ayətullah Məhəmməd
Fazil Lənkəraninin risaləsindən tapırdıq.
Gileylərim də az deyil. Rusiya paytaxtında yaşayan
azərbaycanlı qız-gəlinlərimizin bəziləri yerli hava ilə
oynamağa meyillidirlər. Yəni açıq-saçıq geyinməyə
üstünlük verirlər, təmtəraqlı, halallıq olmayan məclislərdə
kişilərlə yanaşı iştirak etməkdən (hətta ramazan ayında)
çəkinmirlər. Günahın bir hissəsi o xanımların özündədirsə,
bir hissəsi də onların həyat yoldaşlarında və ya
qardaşlarındadır. Onlar unudurlar və ya başa düşmək
istəmirlər ki, Azərbaycandan çıxmaq hələ Allahın
nəzərindən qaçmaq deyil. Yaradаnımız hər zaman hər
yerdədir, ona görə də xanımlarımız özlərini İslam əxlaqına
uyğun aparmalıdırlar. İstərdim ki, hamımız dua edək,
Allahdan xanımlarımıza əfv diləyək, dinə-imana gəlməyi
arzulayaq və onları da gələn ramazanda sıralarımızda görək,
inşallah!
Cənаb Məhəmməd Fаzil Lənkərаni dəftərхаnаsının
Mоskvа nümаyəndəliyinin fəаliyyətə bаşlаdığı 2005-2006-
cı illər Moskvada Әhli-beyt aşiqlərinin iman yolunda
yüksəliş dövrü sayıla bilər. Həmin illərdə keçirilən
məhərrəmlik ayının əzadarlığı, Aşura məclisləri də bunu
təsdiq edir.
Moskva şəhəri, 2006-cı il, Aşura günü, “Prospekt Mira”
məscidi.
Әhli-beyt
aşiqləri
üzdəniraq
Danimarka
karikaturaçıya
qəti
etirazlarını
bildirirlər.
“İslamın
düşmənlərinə ölüm!”, “Peyğəmbərimizin (s) ünvanına
yönəlmiş təhqirləri bağışlamarıq!” şüarları səsləndirilir.
81
Şәban ayının fәzilәti vә әmәllәri
(Cənab Məhəmməd Fazil Lənkəraninin
tövsiyəsi)
Şəban çox böyük fəzilətə malikdir və hədislərə əsasən
bu ay İslam Peyğəmbərinə (s) aid edilmişdir. Həzrət
Peyğəmbər (s) bu ayda oruc tutub onu mübarək Ramazan
ayına birləşdirirdi. Həzrət Məhəmməd (s) buyurmuşdur:
“Şəban mənim ayımdır. Hər kəs mənim ayımda bircə gün
oruc tutarsa, behişt ona vacib olar.”
İmam Sadiq (ə) buyurmuşdur: “Şəban ayı daxil olduqda
İmam Zeynul-abidin (ə) səhabələrini yanına çağırıb
buyurardı: “Ey mənim səhabələrim! Bu ayın necə ay
olduğunu bilirsiniz. Həzrət Peyğəmbər (s) buyurardı ki, bu
mənim ayımdır. Siz də Şəbanda Peyğəmbərin (s)
məhəbbətinə görə oruc tutun....”
Әmirəl-möminin İmam Әli (ə) buyurardı: “Hər kəs
Şəban ayında Peyğəmbərin (s) məhəbbətinə görə və Allaha
yaxınlaşmaq üçün oruc tutarsa, Allah da onu sevər, Qiyamət
günündə onu Öz kəramətinə yaxınlaşdırar və Behişti ona
vacib edər.”
İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:
“Allah bu ayda mənə kömək edənə - yəni bu ayda oruc
tutana – rəhm etsin...”
82
Şәban ayının әmәllәri
Şəban ayının əməlləri iki hissəyə bölünür: müştərək və
məxsusi əməllər.
Müştәrәk әmәllәri:
Müştərək əməllər aşağıdakılardan ibarətdir:
1-Hər gün yetmiş dəfə “Әstəğfirullahə və əs’əluhut-
tövbə” sözünü demək;
2-Hər gün yetmiş dəfə “Әstəğfirullahəlləzi la ilahə illa
huvər-Rəhmanur-Rəhimul-Həyyul-Qəyyum və ətubu iləyh”
sözünü demək;
3-Sədəqə vermək;
4-Bu ay ərzində min dəfə “La ilahə illəllah və la nəbudu
illa iyyahu muxlisinə ləhuddin və ləv kərihəl-muşrikun”
demək;
5-Bu ayda Məhəmməd və Ali Məhəmmədə (səlləllahu
ələyhi və Alihi və səlləm) çoxlu salavat göndərmək;
6-“Məfatihul-cinan” kitabında qeyd olunmuş məxsus
namazı qılmaq;
7-“Məfatihul-cinan” kitabında imam Zeynul-abidindən
(ə) nəql olunmuş məxsus salavatı məğrib və habelə, bu ayın
yarısının gecəsi çağlarında oxumaq;
8-“Məfatihul-cinan” kitabında İbn Xaləveyhin imam
Әlidən (ə) nəql etdiyi münacatı oxumaq.
Mәxsusi әmәllәri
Şəban ayının məxsusi əməlləri “Məfatihul-cinan”
kitabında ətraflı şəkildə bəyan olunmuşdur. Burada isə
onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
1- Bu ayın birinci günündə oruc tutmaq; (Bu günün
orucunun fəziləti və faydaları barədə hədis və rəvayətlər də
mövcuddur)
Dostları ilə paylaş: |