75
yaşayan bütün həməqidə yoldaşlarına Әhli-bеyt və “İman”
vasitəsilə müraciət edərək demişdir: “Allah-təalanın izni ilə
istəyirəm ki, qardaş-bacılarımız oturuş-duruşları, əxlaqları,
insanlarla təmasları ilə Cəfəri adını doğrultsunlar, bu
məsləkin daşıyıcıları olduqlarını nəinki bir an belə
unutmasınlar, hətta bütün müsəlmanlara nümunə olsunlar...”
76
(Ya Peyğəmbər!) De:
“Mən risalətimin
müqabilində Əhli-
Beytimə məhəbbətdən
başqa bir şey istəmirəm!”
(“Şura” surәsi, 23)
Şеyх Mәhәmmәd Fazil Lәnkәraninin
Moskvada yaşayan müqәllidlәrinin 2005-ci il
Ramazan tәәssüratları
(Yazılar Rusiyada populyar olan “Əhli-Beyt”
qəzetinin noyabr, dekabr saylarından götürülmüşdür.)
Ramil Babayev
:- Allah-təalanın İslamda qoyduğu
elə qanunlar var ki, əvvəlki dinlərdə olmuş insanlara da
aiddir. Onlardan biri orucdur. Bu barədə Qur’ani-Kərimdə
ayə də var. Yəqin elə ona görədir ki, uca Allah ramazan
ayında şeytanın əl-ayağını, cəhənnəmin qapılarını bağlayır.
Özünün mübarək əfv, fəzilət süfrəsini açır. Ağıllılar
Yaradanın qonağı olmaq fürsətini qaçırmırlar, bu nadir
şərəfdən faydalanmağa çalışırlar. Doğrudan da, ildə cəmi
bir dəfə və bir ay imkan yaranır ki, on bir ay səndən asılı və
asılı olmayan səbəbdən etdiyin günahlardan təmizlənəsən,
bağışlanmaq üçün əllərini Allahın dərgahına uzadasan.
77
Şübhəsiz ki, oruc tutanlar bu müraciəti xütbə məclislərində,
alimləri ziyarət edərkən, camaat namazlarında, iftar
məclislərində etməlidirlər. Mən də mömin dostlarımla bu
qaydalara riayət etməyə çalışdım. Yeri gəlmişkən onu da
deyim ki, Moskvadakı ibadətlərimlə vətəndə yaşadığım
oruc-namazlarımı müqayisə edirəm və fərq görürəm. Fərq
ondadır ki, Azərbaycanda dörd tərəfin müsəlmandır, çoxlu
dini kitablar və məscidlər var, mütəmadi olaraq alim
söhbətlərini dinləməyə imkan yaranır, ən azından hüzr
məclisləri xütbələr üçün meydan açır. Moskvada isə bu
işləri yalnız “Әhli-beyt” cəmiyyəti həyata keçirir. Onların
mövqeyi, fəaliyyəti çox şərəfli və məsuliyyətlidir. Minlərlə
soydaşımız məhz onların sayəsində tövbə etmiş, dinə-imana
gəlmiş və ya imanlarının kamilliyinə doğru yol tapmışlar.
Bu gün mən təsəvvürümə gətirə bilmirəm ki, “Әhli-beyt”
cəmiyyətinin tədbirləri olmasa, mən daha harada iman
məclisi axtarıb tapa bilərəm. Hazırda isə biz “Әhli-beyt”dən
mənən dolu çıxandan sonra iş yerimizdə bir təbliğat
meydanı görürük.
Builki ramazan yadımda həm də onunla qalacaq ki, iki
azərbaycanlı yoldaşımızı Allah yoluna dəvət etdik,
sıralarımız möhkəmləndi. Bilirsiniz ki, “Çerkizovski”
dediyimiz ticarət mərkəzində çoxsaylı azərbaycanlı işləyir,
əgər “Әhli-beyt”in hər üzvü burada ildə bir-iki nəfəri iman
yoluna dəvət edə bilsə, yaşadığımız cəmiyyət nə qədər
saflaşar, ədalət artar, yaşamaq asanlaşar. Şəriətlə bağlı sual
yarananda isə Ayətullah Məhəmməd Fazil Lənkəraninin
risaləsi köməyimizə çatır...
Hər ramazanda olduğu kimi, bu il də imam Әlinin (ə)
zərbətlənməsi
və
şəhadəti günləri, Qədr gecələri
mərasimləri ən çox yaddaqalan oldu. Axı özü iftarsız qalıb
yeməyini miskinə vermiş (bu barədə Qur’ani-Kərimdə
“Həl-əta” surəsi nazil olmuşdur – red.) Әlinin (ə)
78
şücaətlərinə, onun əbədi həyat nümunəsinə necə istinad
etməyəsən?!
Şahin Axundov:
- İslam qaydaları ilə yaşamağa,
xüsusən də oruc tutmağa 1999-cu ildən başlamışam. Çox
peşmanam ki, daha əvvəldən ibadətim olmayıb. Üç il əvvəl
Ağdamda əsgəri xidmətdə olanda komandirlərin qəti
etirazına baxmayaraq orucdan qalmırdım, çünki orduda
buna nəzarət etmək həmişə mümkün deyil. Amma namaza
qətiyyətlə mane olurdular. Heç cür anlamıram, daha
doğrusu, razılaşmıram ki, əgər bir şey insanın iradəsini,
müqavimətini möhkəmləndirirsə, adamı kökünə, Allahına
bağlayırsa, şeytan, kafir, düşmən üzərində qələbəyə
hazırlayırsa, əsgəri mübariz edirsə onu niyə təbliğ yox,
qadağan edirlər?!
Ramazan ayı həm də zikr ayıdır, götür-qoy, düşüncə
ayıdır. Mən də oturub dərindən fikirləşəndə gördüm ki,
Аzərbаycаnın еrməni işğаlı аltındа оlаn Qarabağ ərаzisi ilə
əlaqəli hadisələr məhz dinimizə — Allah-təalanın
buyurduqlarına etinasız qalmağımızdan irəli gəlib. Әhaliyə
hələ kiçik yaşlarından İmam Hüseyn (ə) məktəbindən dərs
deyilsəydi,
Әhli-beyt
yolu
öyrədilsəydi,
düşmən
Azərbaycan torpaqlarından bir ovuc götürməyi ağlına belə
gətirməzdi. Amma mənə elə gəlir ki, yenə gec deyil.
Moskvada
“Әhli-beyt”
cəmiyyətinin
fəaliyyətindən
faydalansaq, imanımızı kamilləşdirsək, Allah yolunu
öyrənib imkan daxilində başqalarına da təlqin edə bilsək,
zəhmətlərimiz boşa getməz. Bu mənada yenicə başa çatmış
ramazan ayını həyatımda ən mənalı və fəzilətli hesab
edirəm. Builki xütbələr, təbliğat, “Әhli-beyt” qəzetinin
yazıları, Şеyх Məhəmməd Fаzil Lənkərаninin“Şəriət
hökmlərinin izahı” risaləsi, cəmiyyət üzvlərinin etiqadı
məni kamilliyə doğru bir addım da irəli aparıb. İndi dərk
edirəm ki, din alimləri niyə xütbə söyləyəndən sonra başqa
Dostları ilə paylaş: |