Fakültə: Humanitar və sosial elmlər İxtisas: Beynəlxalq Münasibətlər Qrup: bm-301 Kurs: 4



Yüklə 44,92 Kb.
tarix12.05.2023
ölçüsü44,92 Kb.
#109893
uz qabığı



AZƏRBAYCAN RESPUBLİKASI


TƏHSİL NAZİRLİYİ
BAKI SLAVYAN UNİVERSİTETİ
“Diplomatik və konsulluq xidməti “ Fənni


Sərbəst iş_1
Fakültə: Humanitar və sosial elmlər
İxtisas: Beynəlxalq Münasibətlər
Qrup: BM-301
Kurs: 4
Müəllim: b.m Əliyeva Səbinə
Tələbə: İsmayılov Rahib
Mövzu: Azərbaycan Respublikasında konsulluq işinin təşkili
Azərbaycan Respublikasında konsulluq işinin təşkili
Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin 3-cü maddəsində deyilir ki, konsulluqlar Azərbaycan Respublikasının xarici işlər nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir. Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi qəbul edən dövlətlə razılıq əsasında müəyyənləşdirilir. Bəzi dövlətlərdə olduğu kimi Azərbaycan Respublikasında da konsul xidməti diplomatik xidmətin bir növüdür və konsul xidməti əməkdaşlarına da diplomatik rütbələr verilir. Əksər dövlətlərdə isə diplomatik və konsul xidmətləri bir-birindən ayrılır və konsul xidməti əməkdaşlarına xüsusı rütbələr verilir. Azərbaycan Respublikasının konsul xidməti – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsul şöbəsindən, xaricdəki konsulluqlardan, xaricdəki səfirliklərin konsul şöbələrindən, fəxri konsullardan ibarətdir. Bunların arasında Azərbaycan Respublikasının xaricdəki konsulluqları xüsusi yer tutur. Azərbaycan Respublikasının konsulluqları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,”Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu , Azərbaycan Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnaməni, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında Əsasnaməni və digər qanunları, həmçinin Konsul münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasını, Azərbaycan Respublikasının digər dövlətlərlə ikitərəfli konsul konvensiyalarını, yerləşdiyi dövlətin qanunlarını və beynəlxalq adətləri əsas götürür. Konsulluqlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyinin başçısının ümumi siyasi rəhbərliyi altında fəaliyyət göstərir. Konsul missiyasının başlanması konsulluğun vəzifəli şəxsinin öz vəzifəsinə başladığı andan müəyyən olunur. Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin 12-ci maddəsinə uyğun olaraq “konsulluğun vəzifəli şəxsi”- konsulluğun başçısı da daxil olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış hər bir şəxs (baş konsul, konsul, vitse-konsul, konsul agenti və konsulluğun katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün ezam olunmuş şəxs (staj keçən) müəyyən olunmuşdur. Azərbaycan Respublikasının ikitərəfli konsul konvensiyalarında isə “konsulluq əməkdaşı” adı altında konsulluqda yalnız inzibati və texniki vəzifələri yerinə yetirən hər hansı şəxs nəzərdə tutulur. Konsulluqda xidmət işlərini yerinə yetirən şəxslər isə “xidmət personalının işçisi” kimi müəyyən olunur. Əksər dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının praktikasına əsasən konsul nümayəndəliklərinin başçısının təyininə yerləşmə dövləti tərəfindən qabaqcadan razılıq alınmalıdır. Baxmayaraq ki, bu müddəa 1963-cü il Konvensiyasında ümumi
norma kimi nəzərdə tutulmur. Azərbaycan Respublikasında baş konsul xarici işlər nazirinin təqdimatı ilə prezident tərəfindən, konsul, vitse- konsul və konsul
agenti isə xarici işlər naziri tərəfindən təyin edilir və geri çağırılır. Azərbaycan Respublikasının ştatdankənar (faxri) konsulu haqqında Əsasnamənin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliklərinin və konsulluğunun təklifi ilə həmin dövlətin müvafiq hakimiyyət orqanlarının razılığı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Ştatdankənar (fəxri) konsula patentin və ekzekvaturanın verilməsi qaydası ştatlı konsullarla eynidir (maddə 2.2 və 2. 3). Azərbaycan Respublikasının konsul münasibətlərinin hüquqi əsasının formalaşdırılmasında onun digər dövlətlərlə (əsasən MDB çərçivəsində) konsul məsləhətləşmələri mühüm rol oynayır. Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnaməsində aşağıdakı funksiyalar da nəzərdə tutulmuşdur:
●konsul dairəsində Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında rəsmi məlumatın yayılmasını təmin etmək;
●dövlət orqanlarına və zəruri hallarda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına və işgüzar dairələrinin nümayəndələrinə həmin dövlətin qeyri-hökumət təşkilatları və işgüzar dairələrinin nümayəndələri ilə, qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına
öz səlahiyyətləri daxilində yardım etmək;
●Azərbaycan Respublikasının qəbul edən dövlət ilə beynəlxalq müqavilələrinin layihələrinin hazırlanmasında öz səlahiyyətləri
daxilində iştirak etmak;
●konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vatandaşlarına seçki hüquqlarını hayata keçirmələrinə köməklik göstərmək;
qəbul edən dövlətin razılığı ilə konsul dairəsində yerləşən Azərbaycan hərbi və mülki məzarlarının, qəbirüstü abidələrinin,abidə nişanlarının va memorial tikililərin uçotu, mühafizəsi və abadlığı üzrə tədbirlər görülməsi və s.
Sadalanan funksiyalar eyni qaydada Azarbaycan Respublikasının bağladığı ikitərəfli konsul konvensiyalarında da əks olunmuşdur. Konsulun ən vacib funksiyalarından biri konsul  leqallaşdırılmasıdır. Bu funksiyaya Azərbaycan Respublikası Konsul Nizamnaməsinin VI fəsli həsr olunmuşdur. Konsul  leqallaşdırılması yerləşmə dövləti orqanlarının iştirakı ilə hazırlanmış və ya bu orqanlardan daxil olan sənədlərdə və aktlardakı imzaların  hüquqiliyini, bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğunluğunu müəyyənləşdirib təsdiq etməkdən ibarətdir.  Konsulun şəxsi imzası və konsulluq idarəsinin möhürü, konsulluq dairəsinin hakimiyyət orqanlarına təqdim olunan sənədlərin  həqiqiliyini, eləcə də təqdim olunan sənədləri qəbul edən dövlətin  qanunlarının tələblərinə cavab verdiyinin təsdiqlənməsini nəzərdə tutur. Konsul leqallaşdırılması qay dasını Azərbaycan  Respublikasının Xarici İşlər Nazirliyi müəyyənləşdirir (maddə 54).  Konsul leqallaşdırılması həm Azərbaycan Respublikasının  vətəndaşları, həm də xarici vətəndaşlar üçün həyata keçirilə bilər.  Azərbaycan Respublikasının ərazisində konsul leqallaşdırılmasını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin konsulluq  şöbəsi həyata keçirir.  Konsul fəaliyyətinin daha bir  mühüm qolu notariat  əməliyyatlarıdır. Konsulun apardığı notariat əməliy yatlarına  aşağıdakıları misal gətirmək olar:  Azərbaycan Respublikası ərazisində olan  yaşayış evlərinin  girov q o y ulması və özgəninkiləşdiril məsi hallarına aid olan mü- qavilələr istisna olmaqla əqdlərin (müqavilələri, vəsiyyətnamələri, etibarnamələri və s.) təsdiq edilməsi; miras əmlakın qorunması üçün tədbirlər görülməsi; vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi; sənədlərin surətlərinin və onlardan çıxarışların  düzgünlüyünün təsdiq edilməsi; sənədlərdəki imzaların həqiqiliyinin  təsdiq edilməsi; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi; vətəndaşın sa ğ olması faktının təsdiq  edilməsi; pul vəsaitinin və qiy mətli ka ğızların depozitə qəbul  edilməsi; icra qey dləri aparılması; sənədlərin saxlanmaq üçün qəbul  edilməsi və s. Göründüyü kimi konsulluqların fun ksiyaları diplomatik nümayəndəliklərə münasibətdə daha müxtəlif və rəngarəngdir.  Bunlarla yanaşı konsulluqlar  yerləş mə dövlətinin icazəsi ilə diplomatik funksi yaları da həyata keçirə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 200-cü
maddəsinə əsasən uyğun olaraq xarici dövlətin konsul
nümayəndəlikləri və onların heyət üzvləri diplomatik nümayəndəlik
və onun heyəti üçün nəzərdə tutulmuş gömrük güzəştlərindən istifadə
edirlər 1.
Bütün bu göstərilən problemlərin araşdırılması nəticəsində biz
aşağıdakı nəticəyə gəlirik ki, konsul immunitet və imtiyazlarını təkcə
1963-cü il Vyana Konvensiyası əsasında araşdırmaq düzgün deyil,
həmçinin Azərbaycan Respublikasının ikitərəfli konsul
konvensiyaları da nəzərə alınmalıdır. Onları nəzərə almadan 1963-cü
il Konvensiyasına əsaslanmaq doğru olmaz. Azərbaycan
Respublikasının ikitərəfli konsul konvensiyalarında isə daha geniş
imtiyazlar, yəni diplomatik agentin immunitet və imtiyazlarına yaxın
hüquq və güzəştlər müəyyən edilir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən konsul  Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır. Azərbaycan Respublikasının kişi cinsin dən olan 18 yaşına çatmış vətəndaşlarının həqiqi hərbi xidmətə ça ğırılmaq üçün Azərbaycan  Respublikasında daimi yaşayış yerlərindəki hərbi komissarlıqlara  gəlməsini təmin edir.   Konsul Azərbaycan Respublikası məhkəmələrinin və ya istintaq orqanlarının Azərbaycan Respublikasının vətəndaşlarına dair  tapşırıqlarını, əgər həmi n tapşırıqların icrası konsullu ğun yerləşdi yi dövlətin qanunvericiliyinə zidd de yilsə, Azərbaycan Respublikasının  qanunvericili yinə əməl et məklə yerinə yetirir.  Konsul öz konsulluq dairəsində yaşayan yetki nlik yaşına  çatma mış, valideynlərinin himayəsindən məhru m olmuş Azərbaycan  Respublikası vətəndaşı olan uşaqların qəyyumlu ğa və himayəyə götürülməsi üçün tədbirlər görür.  Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra onun  Azərbaycan Respublikasının hüdudlarından kənarda qalmış əmlakının mühafizəsi üçün konsul zəruri tədbirlər görür.  Ə gər həmi n əmlak tamamilə və ya onun bir hissəsi xarab ola  bilən əş yalardan ibarətdirsə və ya onun saxlan ması çox baha başa  gələrsə, konsul bu əmlakı satmaq və satışdan əldə edil miş pulu  aidiyyəti üzrə gön dərmək hüququna malikdir.   Konsul miras əmlakı Azərbaycan Respublikasında yaşayan  vərəsələrə vermək üçün qərar qəbul etmək hüququna malikdir.  Maddə 35  Konsul Azərbaycan Respublikası vətəndaşlarına məxsus olan pulu, qi y mətli əşyaları, qiymətli ka ğızları və sənədləri saxlamaq üçün  qəbul edə bilər.  Konsul həbsdə olan və ya cinayət törətməkdə şübhəli şəxs kimi  tutulub saxlanılan və ya Azərbaycan Respublikası vətəndaşının  azadlığını məhdudlaşdıran başqa tədbirlərə məruz qalan, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkən, digər məhkəmə və ya inzibati təsir tədbirlərinə məruz qalan Azərbaycan Respublikası vətəndaşı barəsində konsulluğun yerləşdiyi dövlətin qanunlarına və Azərbaycan Respublikası ilə həmin dövlət arasındakı müqavilələrə əməl olunmasına nəzarət etməlidir.  Konsul azadlıqdan məhrumetmə yerlərində və ya həbsdə olan Azərbaycan Respublikası vətəndaşlarına maraqlı şəxslərin xahişi ilə,  öz təşəbbüsü ilə baş çəkməli, onların saxlanma şəraitini öyrənməlidir. Konsul bu vətəndaşların saxlanma şəraitinin gigiyena və sanitariya tələblərinə uyğun olmasına, onlara qarşı qəddar və insan ləyaqətini alçaldan rəftara yol veriləməməsinə nəzarət etməlidir.  Maddə 37  Konsul Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək,  onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda  dəyişikliklər etmək hüququna malikdir.  Maddə 38  Konsul Azərbaycan Respublikası ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün vizalar vermək, onların  vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək hüququna malikdir.  Maddə 39  Konsul Azərbaycan Respublikası vətəndaşları məsələləri ilə əlaqədar öz konsulluq dairəsində yaşayan şəxslərin ərizələrini qəbul etmək hüququna malikdir. 

Ədəbiyyat siyahısı
H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı:
«Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh. (220-239 )
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULU HAQQINDA ƏSASNAMƏ
AZƏRBAYCAN RESPUBLİKASININ KONSUL NİZAMNAMƏSİ(l , lll cü fəsillər)
Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə