Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   2   3   4   5   6   7   8   9   ...   17

 

  Hər  bir  növ  xəz  dərilərini  müxtəlif  tipli  tüklərdən  ibarət  müəyyən 



kateqoriyalı  tük  saylarından  ibarətdir.tüklərin  kateqoriya  miqdarı  tük  örtüyünün 

sıxlığından  daha  çoc  asılıdır.  Adətən  daha  çox  sıx  tüklü  heyvan  dərilərində 

morfoloji  kateqoriyalı  ost  tüklərinin  sayı  daha  çox  olur.  Morfoloji  kateqoriyalı 

tüklərin  miqdarı  bir  qayda  olaraq  şimal  rayonlarında  yaşayan  xəzlik  heyvanlarda 

daha çoxdur,nəinki cənub rayonlarında yaşayan xəzlik heyvanlarında. 

  Pələng,  bəbir,  burunduq  vəşs  vəhşi  heyvan  dərilərinin  tük  örtüyü  morfoloji 

kateqoriya  üzrə  müxtəlif  rənglərə  boyanmış  tük  növlərindən  ibarət  olduğundan 

bunların tük örtüyü rəngli kateqoriyaya aid olunur. 

  Tüklərin  rəngi  ilə  uzunluğu  və  qalınlığı  arasında  müəyyən  qanunauyğunluq 

mövcuddur. Müxtəlif piqmentli tük örtüyünə malik xəzlik heyvanlarının tükləri bir 

qayda  olaraq  qara  olduqda  onlar  yanında  yerləşən  ağ  tüklərə  nisbətən  həm 

uzun,həm  də  nazik  olur.  Qəhvəyi  rəngə  boyanmış  tüklər  qısa  və  qalın  olur,lakin 

uzunluğuna  və  nazikliyinə  görə  ağ  tüklərin  uzunluq  və  naziklik  göstəricilərinə 

uyğunlaşa bilir. 



 Tük  örtüyünün  topoqrafiyası.  Xəzlik  vəhşi  heyvanların  tük  örtüyü  üyni 

bərabərdə deyildir. Heyvan bədəninin açıq və  alçaq temperaturaya daha çox məruz 

qalan sahəsi adətən daha çox qalın və parlaq görünüşə malik tüklə örtülmüş olur.     

  Dəridən  xəz  məmulatlarını  tikilməsində  hansı  hissənin  dərinin  hansı 

sahəsindən  biçilməsində  topoqrafiyanın  həlledici  əhəmiyyəti  vardır.Dərinin 

müxtəlif 

sahələrində 

tüklərin 

hündürlüyündən,sıxlığından,tük 

örtüyünün 

qalınlığından  asılı  olaraq  prof.  Serevtinovun  üsuluna  görə  9  qrup  tük  örtüyü 

kateqoriyası 

müəyyən 

edilmişdir. 

Sakral(daha 

qiymətli) 

sakro-doruzal, 

sakrolaterial-doruzal, skapulyar, abdominal, loteriyal, ekval, ekvalaterial. 

  Xəz  dəri  xammalı  məlum  olduğu  kimi  təbii  mənşəli  xammal  olduğundan 

bunların  keyfiyyəti  və  xassələri  bilavasitə  dərilərin  təbiətindən  və  bioloji 

xüsusiyyətindən çox asılıdır. 



 

  Fabriklərdə  dərilərin  emalından  asılı  olaraq  tük  örtüyünün  xassələri  çox  az 



sürətdə  dəyişilə  bilir.Buna  görə  də  xəz  dəri  xammalının  sortlaşdırılmasında  əsas 

kimi tük örtüyünün bioloji əsasları götürülür. 

  Xarici  mühitin  müxtəlif  təsirləri  sayəsində  tük  örtüyü  güclü  dəyişikliyə 

məruz  qala  bilir.Buraya  bəslənmə  şəraiti,coğrafi  dəyişkənlik,mövsüm  cinsiyyət 

dəyişkənliyi,yaş dəyişkənliyi və habelə fərdi dəyişkənlik əlamətləri daxildir. 

  Bəslənmə  şəraitindən  asılı  olaraq  vəhşi  xəzlik  heyvanlarının  tük  örtüyünün 

dəyişkənliyi,tük  örtüyünün  quruluşuna  və  xassələrinə  vəhşi  xəzlik  heyvanlarının 

bəslənmə şəraitinə çox böyük təsir göstərə bilir. 

  Yeraltı  və  quru  yaşayış  şəraitinə  malik  xəzlik  heyvanların  dəriləri  ekval 

tipinə malik olmaqla tük örtüyü bircinsli xüsusiyyətə malikdir.Bu növ heyvanların 

istiqanmətləndirici  və  ost  tükləri  tiftik  tüklərinə  nisbətən  daha  uzundur.    Yerüstü 

şəraitdə  yaşayan  xəzlik  heyvan  növlərindən  tülkünün,sincabın,  dələnin,samurun 

dərilərinin  bel  nahiyyəsinin  tük  örtüyü  peysərə  nisbətən  daha  çox  olur.Bu  növ 

dərilərin  hər  sm-də  4-20  min  ədəd  tük  olur.Bu  növ  heyvanların  bel  nahiyyəsinin 

tük  örtüyü  bir  qədər  tutqun  olur.Dərisinin  qalınlığı  da  belində  peysərinə  nisbətən 

daha qalın olur. 

  Su və quru yaşayış şəraitində yaşayan xəzlik heyvanların qunduz,su samuru, 

çay  qunduzu-andatra  dərilərinin  peysər  hissəsi  bel  nahiyyəsinə  nisbətən  daha  sıx 

tük  qatı  ilə  örtülmüş  olur.Sualtı  heyvanların  1  sm-de  yerləşən  tüklərinin  miqdarı 

10-50min ədədə çatır.Bunların dəriləri eyni qalınlığa malik olmaqla tük örtüyü də 

eyni qalınlıqda olur. 

  Əksəriyyətlə,  su  altında  yaşayan  heyvanların  tük  örtüyündə  müəyyən 

reduksiyalar nəərə çarpır.Məsələn,delfin kot tipli heyvanların dərilərinin tük örtüyü 

yox  dərəcəsindədir.Yaşlı  su  iti  dərilərinin  tük  örtüyü  qaba  və  azsaylı  ost 

tüklərindən  təşkil  olunmuşdur.Suda  yaşayan  heyvanların  orqanizmasının  xarici 

soyuq  mühitindən  qorunması  xəz  örütüyü  ilə  yox  dəri  altı  piy  təbəqəsi  hesabına 




10 

 

olur.Su itilərinin ost tüklərinin uzunluğu 12-13 mm,tiftik tüklərinin uzunluğu isə 6-



8  mm  çatıqr.1  sm-də  500-ə  qədər  tük  olur.Cavan  su  iti  balasının  dərilərinin  tük 

örtüyü  bir  qədər  sıx  və  uzun  olur.Bunların  ost  tüklərinin  uzunluğu  30-40  mm  və 

tiftik tüklərinin isə 10-16 mm və bir sm-də isə 4-4.5 min ədəd tük olur. 

  Coğrafi  dəyişiklik.  Xəz  dərilərin  tük  və  dəri  örtüyünün  keyfiyyətinə  təsir 

edən  amillərdən  birisi  vəhçi  heyvanların  yaşadığı  rayonun  iqlim  şəraitidir. 

Dərilərin  keyfiyyətli  olması  xəz  örtüyünü  coğrafi  dəyişkənliyindən  çox  asılıdır. 

Belə  ki,  şimalda  yaşayan  tüklərin  dərisi  Asiyada  yaşayan  sincab  tülkülərin 

dərisindən 6-7 dəfə qiymətli hesab olunur. Amur sincab dəriləri qərb rayonlarında 

yaşayan  sincab  dərilərindən  2  dəfə  çox  qiymətli  xammal  hesab  olunur.  Tüklər 

yerləşməsinə görə qruplara bölünür.Şəkil 1 A,B və V yazmaq. 

  Heyvanlar  bəslənən  rayonun  iqlim  şəraitindən  asılı  olaraq  dərilərin  aşağıda 

göstərilən əlamətləri dəyişdirilir: ölçüsü, sıxlığı, tüklərinin uzunluğu tük örtüyünun 

yumşaqlığı  və  rəngi,habelə  gön  qatının  qalınlığı  dəyişdirilə  bilir.Bu  göstərilən 

əlamətlərinin iqlim şəraitindən asılı olaraq dəyişilməsi qanuna uyğun bir hal hesab 

olunur.  Bir  qayda  olaraq  tük  örtüyünün  uzunluğu  və  sıxlığı  iqlim  şəraitindən  çox 

asılıdır.Belə ki,şimal xəzlik heyvanlarının tük örtüyü çox sıx və uzun olur.Lakin bu 

növ heyvan cənub rayonlarında yaşadıqda tük örtüyü seyrək və qısa olur. 

  Dərinin  tük  örtüyünün  sıxlığının  və  uzunluğunun  dəyişməsi  həm  də  tükün 

yumşaqlığına  da  təsir  göstərir.Adətən  şimalda  yaşayan  xəzlik  heyvan  növlərinin 

tük  örtüyündən  daha  çox  yumşaq  olur.  Xəz  dərisinin  tük  örtüyü  daha  çox  sıx 

olduqda tüklər zərifləşir və yumşalır. 

  Tükün  yumşaqlığına rütubətində  çox böyük  təsiri  vardır.Daha çox rütubətli 

şəraitdə yaşayan heyvanların tük örtüyü qaba olur.   

  Tundrada  yəni  meşəsiz  bataqlıq  sahələrində  yaşayan  heyvanların  tükləri 

tamamilə  açıq  və  ağ  rənglərdə  olur.  Məsələn,  ağ  ayı,  ağ  tülkü  və.s  Meşəli 

zolaqlarda  yaşayan  heyvanların  tük  örtüyünün  rəngi  çox  intensiv  olur,xüsusilə 




Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə